Эмин джалилов



Yüklə 200,86 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix24.12.2017
ölçüsü200,86 Kb.
#17650
1   2   3   4   5   6   7

Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

335 

kəndi, 4. Si Düşmə kəndi, 6. Püçüx kəndi, 7. Sər-Mərcan kəndi, 8. Ördüc kəndi, 9. Çinar kən-

di, 10. Taxtakörpü kəndi, 11. Gümürlülərin Şirvan qışlaqları (adları çəkilən yaşayış məskənlə-

rinin hər biri haqqında) onların yerləşdiyi ərazi, burada yaşayanların həyat tərzi, məşğuliyyəti 

barədə  qısa  məlumat  verir.  Gümürün  hansı  əsrdə  və  ildə  kənd,  oba  və  yaşayış  yeri  olması 

haqqında söylənilən versiyalardan başqa bir dəlil-sübut olmadığına təəssüflənərək, bu ərazinin 

kompleks şəkildə müxtəlif elm sahələrinin alimləri tərəfindən araşdırılmasına, öyrənilməsinə 

ehtiyac olduğunu söyləyir  və əminliklə bu yaşayış yerlərindən nadir tapıntılar aşkar ediləcə-

yinə şübhə etmir, bu ərazinin dəyərli tədqiqat obyekti  olduğunu israr edir. Bu sahədəki boş-

luğu  qismən  dolduran  «Quba  əyalətinin  kameral  təsviri»  (1831-ci  ildə  kollec  registratoru 

Xotyanovski tərəfindən tərtib edilmişdir). Tərcümə, giriş, qeydlər və yekun cədvəllərin müəl-

lifi professor Tofiq Mustafazadənindir (Bakı, «Sabah», 2008). 752 səhifədən ibarət nəşr etdir-

diyi  kitab  təqdirəlayiqdir.  Kitabda  çar  Rusiyası  və  onun  tabeliyində  olan  ərazilərin  siyahıya 

alınmasının nəticələri verilmişdir. Kitaba eləcə də 1831-ci ilin siyahıya alınmasına görə Quba 

əyalətinin Buduq mahalına daxil edilmiş kəndlərdə, o cümlədən Gümürdə yaşayanların – 192 

nəfər sünni məzhəbli kişi və oğlanların siyahısı da daxil edilmişdir. 

Tat Gümür müsəlman kişiləri qadın cinsindən olan ailə üzvlərini   («Kişi ailəsi haqqın-

da heç kimə məlumat verməz» fikrini uca tutaraq) siyahıya saldırmağı kişiliklərinə, şənlərinə 

sığışdırmırdılar.  Halbuki,  əhalinin  say  çoxluğu  onun  hüquq  və  imtiyazlarının  da  artmasına 

səbəb olurdu. Siyahıda kəndin əkinə yararlı, yararsız torpaq sahələri, otlaq və biçənək sahələri, 

neçə  dəyirmanı  olması  haqqında  rəqəmlər  göstərilməklə  məlumat  verilmiş  və  xəzinəyə  ildə 

yüzbaşı və rəiyyətlər tərəfindən ödəniləcək məbləğlər də daxil edilmişdir. 

III fəsil «Gümürlü bir etnik qrup kimi. Maddi-mənəvi sərvətləri, həyat tərzi və məşğu-

liyyəti, bəzi etnik xüsusiyyətləri, etnodemoqrafik vəziyyəti barədə» adlanır. Müəllif bu fəsildə 

bir daha vurğulayır ki, bir etnik qrup kimi Kələ Gümürlülərin yaşadıqları tarixi ərazisi, başına 

gəldiyi fəlakəti, demoqrafik və etnodemoqrafik vəziyyəti tədqiqat obyektinə çevrilmədiyindən 

heç vaxt araşdırılmamışdır. 

İkinci Dünya müharibəsindən sonra bu kəndlərdə yaşayışın get-gedə pisləşməsi, gediş-

gəlişin  mümkün  olmaması,  ərzaq  və  su  qıtlığının  olması  bəhanə  edilərək,  ümumiyyətlə,  dağ 

kəndlərinin  az  rentabelli  olması  əsas  gətirilərək  siyasi  dövlət  başçılarının  verdikləri  qərara 

əsasən  Kələ  Gümür  kəndləri  boşaldıldı.  Bu  kəndlərdə  kompakt  yaşayan  əhali  Azərbaycanın 

müxtəlif rayonlarına, əsasən Xaçmaza, Quba-Dəvəçiyə (indiki Şabrana), Siyəzənə, Abşerona, 

Qobustana, Şamaxı rayonlarının düzən yerlərinə, Bakı və Sumqayıt şəhərlərinə, Rusiya Fede-

rasiyasının müxtəlif respublika və quberniyalarına köç edərək, yaşayışlarını davam etdirməyə 

başladılar.  Bu  siyasətin  nəticəsində  bir  yerdə  yaşayan  əhali  öz  soy  kökündən,  adət-ənənə-

lərindən ayrı düşdü, bu dərdə dözməyənlərin itkisi çoxaldı, nəticədə sayları xeyli azaldı. Ata-

baba yurdunu, torpağını itirməkdən böyük dərd yoxdur. Hər halda müharibədən çıxan ölkənin 

əlbəttə çətinlikləri də çox idi.  İllər  keçdikcə hər yerdə insanlar bu  çətinlikləri aradan qaldıra 

bildilər,  gümürlülərə  isə  dayaq  duran  olmadı,  onlar  torpaqlarını  məcburi  boşaltmalı  oldular. 

Hal-hazırda  Kələ  Gümürün  yaşayış  məskənlərinin  əksəriyyətində  demək  olar  ki,  yaşayış 

yoxdur. Daimi yaşayış Kələ Dəhnədə (50-yə  yaxın təsərrüfat), Püçüxdə (15-ə yaxın təsərrü-

fat), Dəhne Ərəbdə (3 təsərrüfat), Sər Mərcanda (1 təsərrüfat) mövcuddur. Deməli, Kələ Gü-

mürlülər öz doğma yerlərinə qayıdırlar. Bu sevindirici haldır. 

Azərbaycanın görkəmli etnoqraflarından biri olan prof. Həvil Həvilov 1991-ci il «Elm» 

nəşriyyatında çap etdirdiyi «Azərbaycan etnoqrafiyası» kitabının 37-ci səhifəsində yazır ki, bir 

etnik  qrup  kimi  Azərbaycan  xalqının  tərkibinə  daxil  olan  tatlar  hələ  Sasanilərin  hakimiyyəti 

dövründə  (387-ci  ildə)  İrandan  köçürülüb  Azərbaycanın  şimal  ərazilərində  yerləşdirilmişlər. 



Kitablar, Rəylər 

Тarix və onun problemləri, № 1  2014 

 

336 


Onlar  irandilli  əhali  idi  və  etnoqrafik  ədəbiyyatda  sonralar  «tat»  etnik  qrupu  kimi  səciyyə-

ləndirilmişdir.  Dili  Hind-Avropa  dillərinin  İran  budağını  təmsil  edir.  Dini  etiqadına  görə 

müsəlmandır, Məhəmməd hümmətindəndir, islam dininə sitayiş edir.  

Alimşah  Gümürlü  gümürlülərin  islamın  şafii  məzhəbinə  qulluq  etdiyini  qeyd  edir. 

Antropoloji tipinə görə gümürlülərin hansı tipə aid olması haqqında müəllif qeyd edir ki, bu 

barədə  tədqiqat  aparılmadığından  təsdiq  olunmamış  məlumatlara,  eləcə  də  aparılmış  müşa-

hidələrə  əsasən  demək  olar  ki,  bu  insanlar  Yaxın  Şərqin  zənci  olmayan  ərəblərinin  qrupuna 

aiddirlər.  Rəngləri  əsasən  qarabuğdayı,  gözlərinin  rəngi  qonurdur.  Kəllə-sümük  quruluşunda 

heç  bir  xarakterik  xüsusiyyəti,  irqi  fərqləri  yoxdur.  Azərbaycanlılara  qaynayıb-qarışdığından 

heç bir əlamətlərinə görə onlardan seçilmirlər. 

Yuxarıda qeyd etdik ki, gümürlülər vahid inzibati ərazidə deyil, respublikamızda səpə-

lənmiş  vəziyyətdə  yaşayırlar.  Azərbaycanlılarla  etnik-mədəni  əlaqəsi  yaxın  olan  tatlar  Azər-

baycan dilində sərbəst danışır və bu dildə  təhsil alırlar. Bununla belə, onlar öz dillərini saxla-

yır, yeri gəldikcə məişətdə bundan istifadə edirlər.  

Alimşah  Gümürlü  bir  tədqiqatçı  alim  kimi  kitabda  Kələ  Gümürlülərin  ərazisində  yer-

ləşən daimi yaşayış evlərinin harada və necə salınması, onların tipləri, hansı tikinti material-

larından  istifadə  edilməsi,  otaqların  döşəmələrinin,  divarların  suvanması,  otağın  qızdırılma-

sında istifadə olunan vasitələr (buxarı), tüstünün çıxması üçün tüstü bacası, yaşayış ərazisində 

evlərin həyəti, mal-qara saxlamaq üçün tikilmiş tövləsi, yemək bişirmək üçün hörülən ocaq və 

ya yeməklərin bişirilməsi üçün istifadə olunan vasitələr (üçayaq, dördayaq), yaylaqlarda Salı-

nan evlər (qazma, alacıqlar, habelə  Taxta  körpü qışlağı  və s.) haqqında ətraflı  məlumat  ver-

mişdir. Müəllif onu da qeyd etməyi vacib bilir ki, gümürlülərin yaşayış evləri əqrəba-əqrəba 

tikilirdi. Əqrəba evləri adətən kiçik məhəllələri, odaları təşkil edirdi və bu məhəllələrin adları 

əqrəbaların adları ilə adlandırılırdı. Bəzən də məhəllələrin adları onların yerləşdiyi səmtə görə 

verilirdi.  Məsələn,  «Zəvərinə  Dəhnə»  (Yuxarı  Dəhnə),  «o  tay»,  «idarənin  yanı»,  «oda  Cabir 

amuha» və s. 

Kələ Gümürlülər yaşayış üçün vacib olan müxtəlif sahələrlə məşğul olurdular. Kənd tə-

sərrüfatı ilə məşğul olan bu yerin sakinləri əsasən sualtı və dəmyə əkinçiliyə üstünlük  verir-

dilər. Baxmayaraq ki, Kələ Gümürlülərin təbii-coğrafi şəraiti onun əkinçiliklə intensiv məşğul 

olmasına  o  qədər  də  yararlı  deyildi,  amma  bu  ərazilərdə  yaşayan  insanların  böyük  zəhməti 

hesabına  onlar  taxılçılıq,  bostançılıq  və  tərəvəzçiliklə  məşğul  olurdular.  Bu  ərazilərdə  taxıl, 

arpa, buğda, çəltik, vələmir, noxud, lərgə, mərcimək, lobya, qarğıdalı, kartof, kələm, kök, ağ 

və qırmızı çuğundur, gülbəsər (xiyar), pomidor, bibər, soğan, boranı (balqabaq), sarımsaq, tək-

tək  həyətlərdə  keşniş,  şüyüd,  vəzəri,  reyhan,  nanə,  situm  (qara  tum),  xaşxaş  (bişmiş  çörək 

məhsullarında  istifadə  olunurdu)  kimi  tərəvəz  bitkiləri,  qənəp  (liflərindən  ip  əyirmək  üçün 

istifadə olunur) və tütün becərilirdi. 

Gümürlülərin özlərinə xas ölçü vahidləri vardır. Dayıl – kəndir mənasını verir. 1 dayıl 

kəndirin uzunluğu 12 dəfə ovucun içindən dirsəyə qədər dəstəklənib yığılması deməkdir. 

Kələ Gümürün hər iki Dəhnə, Püçüx, Çinar və Sərmərcan kəndlərində yaşayanlar bağ-

çılıqla  da  məşğul  olurdular.  Bağ  sahələrində  tut  ağacının  müxtəlif  növləri,  hər  növ  ərik, 

almanın  isə  ağ  və  qırmızı  növləri  –  əsasən  sibiryanka,  palmet,  cırhacı,  nazikqabıq,  armudun 

düşes, abasbəyi və digər yay və qış növləri, əzgil, zoğal giləmeyvələri, Dəhnə kəndində xüsu-

silə iydə, heyva, göyəm, bir neçə növ gavalı yetişdirilirdi.  

Kələ Gümürlülərin əsas məşğuliyyət sahələrindən biri də heyvandarlıq və quşçuluq ol-

muşdur. Gümürdə iribuynuzlu malqaradan camış və inək, xırdadırnaqlılardan qoyun, keçi, at 

və  eşşək  saxlanılırdı.  Digər  məşğuliyyət  növləri  kimi  bu  yerlərdə  arıçılıq,  toxuculuq  (xalça-




Yüklə 200,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə