Ənənəvi və interaktiv təlim metodları



Yüklə 204,38 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix23.05.2023
ölçüsü204,38 Kb.
#112255
növüDərs
1   2   3   4   5   6   7
Ənənəvi və interaktiv təlim metodları

(2, s.45)
Mövcud təlim metodlarının şagirdlərin idrak fəaliyyətinin motivləşməsinin təşkilində
biliklərin, bacarıq və vərdişlərin mənimsənilməsi prosesində gücsüzlüyü ötən əsrin 60-cı
illərində ənənəvi təlim metodlarına yeni, dialektik yanaşmanın əsasını qoydu, və 
“inkişafetdirici 
təlim” 
konsepsiyasının meydana gəlməsi ilə nəticələndi.
Təlimin nəticələri yalnız o halda səmərəli hesab edilə bilər ki, öyrətmə metodları
şagirdlərin təfəkkürünün, dərketmə imkanlarının genişlənməsini və biliklərin mənimsənilməsi 
prosesinə fəal qoşulmasını təmin edə bilsin. Bu tələblər nəzərə alınmaqla dərsdə elə optimal 
təlim metodlarına istinad edilməlidir ki, onlar öz-özlüyündə yeni biliklərin müstəqil 
mənimsənilməsinə, produktiv və yaradıcı təfəkkürün fəallaşdırılmasına təminat yaratmış olsun. 
Məhz 
fəal, interaktiv təlim metodları
bu meyarlara tam uyğun gəlir. Fəal təlim metodları təlim 
prosesinin digər iştirakçıları ilə əməkdaşlıq şəraitində öyrənənlərin idrak fəallığını təmin etmək 
inkanları ilə səciyyələnir. “Fəal təlim metodları”na əksər hallarda sinonim olaraq “interaktiv 
təlim” metodları da deyilir. “İnteraktivlik” termini dialoqu, qarşılıqlı təsiri özündə əks etdirir. 
“Fəal təlim metodları” bir sıra ədəbiyyatlarda “problemli-dialoji”, “problemli”, “evristik” 
metodlar kimi də səciyyələndirilir. Fəal təlim dedikdə şagirdlərin təlim-idrak fəaliyyətinin 
təşkili və idarə olunması üsullarının məcmuyu nəzərdə tutulur.
Fəal təlimin xarakteristikasında özünü göstərən başlıca cəhətlər bunlardır: 

fəal təlim müəllim tərəfindən idraki problemli situasiyanın yaradılması, problemin həlli
prosesində şagirdlərin fəal tədqiqatçılıq mövqeyinin stimullaşdırılması, müstəqil “kəşf”, 
“ixtira” və şagirdlər üçün yeni olan biliklərin mənimsənilməsi şəraitinin yaradılmasını 
təmin edir; 

fəal təlim metodları şagirdlərdə intellektual baxımdan gərgin situasiyanın yaradılmasını, 
informasiyanın hazır deyil, ziddiyyətli və natamam şəkildə təqdim edilməsi ilə 
səciyyələnir; 


- 3 - 

fəal təlimdə təlim tapşırıqları, həll üçün təqdim edilən problem cəlbedici, maraqlı, 
şagirdlərin dərketmə imkanlarına uyğun, müstəqil tədqiqatçılıq baxımından asan olması 
ilə fərqlənir; 

fəal təlim şagirdlərin öz qabiliyyətlərini reallaşdırmağa imkan yaradır, dialoqa və birgə 
fəaliyyətdə əməkdaşlığa əsaslanır. 

fəal təlimdə yaradılan əməkdaşlıq mühiti və işgüzar müzakirələr alınmış informasiyanı 
sintez etməyə kömək edir, dərketməni stimullaşdırır və təlimin nəticəyönümlüyünə
etibarlı təminat yaradır. 
Müasir təlim texnologiyalar 

Yüklə 204,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə