Ənənəvi və interaktiv təlim metodları



Yüklə 204,38 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix23.05.2023
ölçüsü204,38 Kb.
#112255
növüDərs
1   2   3   4   5   6   7
Ənənəvi və interaktiv təlim metodları

şəxsiyyət yönümlü təlim
prinsipi olmalıdır
. (3, 
s.289)
Ənənəvi təlimdə
əsas sima olan təhsilverən (trener, müəllim) özündən təlim 
informasiyanı buraxan “filtr”, interaktiv təlimdə isə köməkçi, informasiya mənbələrindən biri 
rolunu oynayır. Ənənəvi təlimdə müəllimin başlıca vəzifəsi şagirdləri təlim prosesinə cəlb 
etməkdən və təlim fəaliyyətinin təşkilinə kömək etməkdən ibarətdir
. (6, s.169)
Ənənəvi təlimlə 
müqayisədə interaktiv təlimdə aparıcı ilə qarşılıqlı təsir dəyişir: onun fəallığı öz yerini şagirdlərə 
güzəştə getməli olur, aparıcının əsas vəzifəsi şagirdlərin təşəbbüsü üçün şərait yaratmaqdan 
ibarətdir. Fəallıq, təşəbbüskarlıq və birgə fəaliyyətdə əməkdaşlıq interaktiv təlim metodlarını 
səciyyələndirən əsas cəhətdir. Burada şagirdlərin fəallığının 
fiziki
(danışmaq, yazmaq, dinləmək, 
rəsm etmək),
idraki
(müəllimin şərhinə əlavə və düzəlişlər etmək, problemin həllini müstəqil 
tapmaq və s.) və 
sosial
(sual vermək, suallara cavab vermək, fikir mübadiləsi və s.) formaları bir-
biri ilə sinxron şəkildə əlaqələnmiş olur.
Məşhur İsveçrə psixoloqu Jan Piaje qeyd edirdi ki, biz uşağı “düzgün cavablar” əsasında 
təlim edərkən onun özünün axtarmaq və tapmaq imkanlarını məhdudlaşdırmış oluruq”. 
Ənənəvi təlimin interaktiv təlimlə müqayisə eədərkən onların hər ikisinin müəyyən üstün 
cəhətlərini və nöqsanlarını müəyyən edə bilərik. 
Ənənəvi təlimin başlıca nöqsanları
nəzəri təmayülün üstün olması, şagirdlərin 
passivliyi, metodikaların yeknəsəkliyi, şagirdlərin dalğınlığı, həll yollarının əsasən hazır şəkildə 
verilməsi, fərdiləşdirməyə şəraitin olmaması, vaxt bölgüsünün dəqiq reqlamentləşdirilməsindən 
ibarətdir. 
İnteraktiv təlimin başlıca nöqsanlarına
isə vaxtın reqlamentləşdirilməsinin çətinliyini
müəllimdən dərsə hazırlıq üçün böyük əmək tələb olunmasını, dəqiq planlaşdırmanın 
mürəkkəbliyini və s. aid etmək olar. 
Məlumdur ki, ümumtəhsil məktəblərində vahid məqsədə- şagirdlərin bilik, bacarıq və 
vərdişləri mənimsəmələrinə xidmət edən çoxsaylı təlim metodlarından və müxtəlif dərs 


- 5 - 
tiplərindən istifadə olunur. Müasir dövrdə yeniliklərin, yaxud dəbdə olduğu kimi deyilsə 
innovasiyaların dərsin strukturuna daxil olması faktı reallığa çevrilmişdir.
Ümumiyyətlə, təlim modelləri 

Yüklə 204,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə