250
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
həcmdən 3 dəfə çox, yəni 30 mlrd. kubmetr qaz alınması barədə təkliflər ve-
rilmişdi
23
.
Bununla yanaşı, ekspertlər marşrutun seçilməsində siyasi amillərin də va-
cib rol oynadığını qeyd edirdilər. Onların fikrincə, Rusiya amilini nəzərə alan
Azərbaycan “Qazprom”un güclü təsir dairəsinə daxil olan “Nabukko Vest”
ölkələrini deyil, TAP marşrutunu seçməklə Şimal qonşusu ilə maraqların toq-
quşmasına yol vermədi
24
.
Hadisələrin sonrakı gedişi də göstərdi ki, bu fikir həqiqətə uyğundur.
Çünki TAP ilə nəql olunacaq 10 mlrd. kubmetr həcmində qaz Rusiyanın ma-
raqları üçün elə bir təhlükə doğurmurdu. Buna görə də TAP layihəsi Rusi-
ya tərəfindən daha sakit qarşılandı və Azərbaycanla ikitərəfli münasibətlərdə
gərginliyə səbəb olmadı.
Qeyd etmək lazımdır ki, ekspertlər haqlı olaraq həm də “Şahdəniz” kon-
sorsiumunun əsas iştirakçısı olan “BP” və “Statoyl”un Rusiya ilə qurulmuş
qarşılıqlı münasibətlərində praqmatik mövqedən çıxış etdiklərini bildirirdilər.
Onlar Avropa bazarında Rusiya ilə üz-üzə gələrək, bu ölkə ilə perspektiv
əməkdaşlıq imkanlarını riskə məruz qoya bilməzdilər
25
.
Beləliklə, “Şahdəniz” konsorsiumu TAP layihəsi ilə bağlı son qərarını
verərkən, kommersiya maraqları ilə siyasi mənafeləri uzlaşdırmağa nail oldu.
Bunun ardınca sentyabrın 19-da Bakıda “Şahdəniz-2” layihəsinin icrası-
na yol açan çox mühüm sazişlər imzalandı. “Şahdəniz” konsorsiumu ilə Avro-
panın 9 şirkəti arasında imzalanmış uzunmüddətli qaz satışına dair sənədlərə
görə, Azərbaycan 25 il ərzində Avropa ölkələrinə hər il 10 mlrd. kubmetrdən
çox qaz satmalı idi
26
.
Göstərilən həcmdə təbii qazın 2 mlrd. kubmetrinin bərabər surətdə Yu-
nanıstan və Bolqarıstana, qalan hissəsinin isə İtaliyaya və ətraf bazarlara ix-
rac olunması nəzərdə tutulurdu. “Şahdəniz-2” layihəsi üzrə 2018-ci ildə hasil
ediləcək qazın Avropa bazarına 2019-cu ildə daxil olması gözlənilirdi.
23 Зеркало, 20 июля 2013.
24 Viktoriya, Panfilova, “Azərbaycanın enerji sahəsində təsir rıçaqları”, Azərbaycanın
enerji siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.154; Mehmet, Öğütçü, “Azərbaycanın
“Şahdəniz-2” layihəsi və “Cənub axını”: potensial təhlükə”, Azərbaycanın enerji
siyasəti Qərb mətbuatında, Bakı, 2015, s.187-188.
25 Panfilova, a.g.m., s.154; Ögütçü, a.g.m., s.187-188.
26 Xalq qəzeti, 20 sentyabr 2013.
251
ENERJİ RESURSLARININ NƏQLİNDƏ AZƏRBAYCAN-TÜRKİYƏ ƏMƏKDAŞLIĞI:
“NABUKKO”DAN “CƏNUB QAZ DƏHLİZİ”NƏ
Sayı: 97
“Cənub qaz dəhlizi”nin bütün tərkib hissələrinin müəyyənləşməsi ilə bağlı
müvafiq qərarların qəbul edilməsindən sonra onların həyata keçirilməsi üçün
zəruri işlərin görülməsi tələb olunurdu.Məhz indiyədək görülmüş tədbirlərin
məntiqi nəticəsi olaraq, 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz-2”
layihəsi üzrə yekun investisiya qərarının imzalanması mərasimi keçirildi
27
.
“Şahdəniz” layihəsinin ikinci mərhələsi və Cənubi Qafqaz Boru
Kəmərinin genişləndirilməsi üzrə yekun investisiya sazişini SOCAR və
“Şahdəniz” konsorsiumunun prezidentləri imzaladılar. Bununla yanaşı,
mərasimdə həm də Azərbaycan, Albaniya, Xorvatiya və Macarıstan arasında
əməkdaşlıq, “Cənub qaz dəhlizi” və “Cənub-Şərqi Avropa dəhlizi Anlaşma
Memorandumu” imzalandı.
Qeyd olunan ölkələrlə bərabər, Gürcüstan, Türkiyə, Böyük Britaniya,
ABŞ, Bolqarıstan və İtaliyanın hökumət rəhbərləri, nazir və digər yüksək
səviyyəli nümayəndələrinin, habelə Avropa İttifaqının enerji məsələləri üzrə
komissarının mərasimdə iştirakı imzalanan sənədlərin mühüm əhəmiyyət
kəsb etdiyini bir daha təsdiqləyirdi.
“Şahdəniz” yatağının tammiqyaslı işlənilməsinin əhəmiyyətini nəzərə
çarpdıran Prezident İlham Əliyev bu layihəni “XXI əsrin müqaviləsi”
adlandırmışdır
28
. Çünki karbohidrogen ehtiyatlarına, geoiqtisadi və geosiyasi
əhəmiyyətinə görə “Şahdəniz” layihəsi “Azəri-Çıraq-Günəşli” yataqları
üzrə ilk neft müqaviləsi ilə müqayisə oluna bilər. Buna görə də Azərbaycan
Prezidenti haqlı olaraq vurğulayırdı: “Bu layihə regionun və Avropanın enerji
xəritəsini dəyişdirəcəkdir”
29
.
“Cənub qaz dəhlizi” region ölkələri üçün mühüm siyasi, iqtisadi, sosial
və strateji əhəmiyyət kəsb edirdi. Əvvəla, layihənin icrasına başlanılması
həmin ölkələrin iqtisadiyyatına irihəcmli sərmayə qoyuluşuna yol açırdı.
Ümumiyyətlə, yatırılacaq investisiyaların həcmi 45 milyard dollar
səviyyəsində qiymətləndirilirdi. Bu isə öz növbəsində marşrutun keçdiyi
ölkələrdə 30 mindən çox iş yerinin açılmasına şərait yaradırdı. Bunun da 10
mini Azərbaycanın payına düşürdü
30
.
27 Azərbaycan, 18 dekabr 2013
.
28 Azərbaycan, 18 dekabr 2013
.
29 Azərbaycan, 18 dekabr 2013
.
30 Azərbaycan, 18 dekabr 2013
.
252
ƏRƏSTUN MEHDİYEV
Bahar - 2018
Eyni zamanda, Azərbaycan Avropanın bazarlarına birbaşa çıxış əldə
edərək, digər qaz yataqlarında - “Abşeron”, “Ümid”, “Babək” və s. inten-
siv hasilat işlərinə başlamaq üçün imkan qazanırdı. Layihənin həcmi qaz
sənayesinin və infrastrukturun inkişafına yeni təkan verməli idi.
“Cənub qaz dəhlizi” layihəsinin reallaşması tranzit ölkə kimi çıxış edən
Gürcüstana heç bir maliyyə vəsaiti sərf etmədən gəlir əldə etməyə, təbii qaza
olan ehtiyacını ödəməyə, yeni iş yerləri hesabına sosial problemlərin həlli
sahəsində irəliləyişə nail olmağa imkan yaradırdı.
Türkiyə də öz növbəsində Azərbaycandan daha ucuz qiymətə qaz alaraq,
mavi yanacaq ehtiyaclarının aradan qaldırılmasıyla yanaşı,sosial-iqtisadi
inkişafa təsir göstərən ciddi vasitə əldə edirdi. Bu ölkənin enerji və təbii
ehtiyatlar naziri T.Yıldızın bildirdiyinə görə, yalnız TANAP boru kəmərinin
çəkilişindən Türkiyə 4 mlrd. dollar həcmində iqtisadi səmərə qazanacaqdı
31
.
Bu özünü ölkənin iqtisadi və logistika imkanlarından, işçi qüvvəsindən, ticarət
şəbəkəsindən və s. istifadə olunmasında göstərəcəkdi.
Qeyd edilənlərlə yanaşı, layihənin uğurla həyata keçirilməsi Azərbaycan,
Gürcüstan və Türkiyənin geosiyasi mövqelərinin möhkəmlənməsində ciddi
rol oynayan amil kimi qiymətləndirilməlidir.
“Cənub qaz dəhlizi” Avropa ölkələri üçün də mühüm siyasi və iqtisadi
əhəmiyyətə malik idi. Belə ki, onlar Azərbaycanın timsalında yeni qaz
mənbəyinə çıxış əldə edirdilər. Xəzər dənizindəki yataqlardan idxal olunan qaz
Avropanın enerji təhlükəsizliyinin artmasına öz töhfəsini verəcəkdir. Bu fikir
Avropa ölkələri və ABŞ nümayəndələrinin Bakıdakı mərasimdə çıxışlarında
xüsusi vurğulanırdı.
Həmin ölkələr sırasında Albaniya özünəməxsus yer tuturdu. Məhz
mənbəyini Azərbaycandan götürən boru kəməri hesabına Albaniyanın qazlaş-
dırılması prosesinə başlamaq mümkün olacaqdı.
“Şahdəniz-2” layihəsi üzrə yekun investisiya sazişi imzalandıqdan
sonra Azərbaycan hökuməti bütün diqqətini “Cənub qaz dəhlizi” layihəsinin
vaxtında və keyfiyyətlə həyata keçirilməsinə yönəltdi. Bu məqsədlə lazımi
idarəetmə mexanizminin qurulması və maliyyə mənbələrinin təmin olunması
üçün Azərbaycan Prezidenti 25 fevral 2014-cü ildə “Şahdəniz” qaz-
31 Зеркало, 5 октября 2013.
Dostları ilə paylaş: |