Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə43/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   39   40   41   42   43   44   45   46   ...   67

Məmi  1797-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
“Rastabazar”da  pinəçi  dükanı  vardı.  Müqəddəs  Kərbəla  torpağını 
ziyarət etmişdi.
Kərbəlayı  Məmi  Hüsnü  ilə  ailə  qurmuşdu.  Məmmədhəsən, 
Mehdi, Sadıq adlı oğlanları, Zeynəb adlı qızı vardı.
Məmmədhəsən  1838-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Məminin  ikinci  oğlu  Mehdi  1840-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
Kərbəlayı  Məminin  üçüncü  oğlu  Sadıq  1846-cı  ildə  Şuşa 
şəhərində anadan olmuşdu. Xırda ticarətlə məşğul idi.
***
Kərbəlayı  Mirzənin  ikinci  oğlu Əlihüseyn  1799-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Ticarətlə  məşğul  idi.  Əvvəlcə  pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi, sonra Məkkəyi-müəzzəmi 
ziyarət etmişdi.
Hacı Əlihüseyn Şirinlə ailə qurmuşdu. Xədicə adlı qızı vardı.
***
Kərbəlayı  Mirzənin  üçüncü  oğlu  Əbdülhüseyn  1799-cu  ildə 
Şuşa şəhərində anadan olmuşdu. Ticarətlə məşğul idi.
Əbdülhüseynin  Talib,  Tağı,  Nağı  adlı  oğlanları,  Bacıxanım, 
Püstə adlı qızları vardı.
Talib  1843-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Xırda 
ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi 
ziyarət etmişdi.
Məşədi Talibin Yəhya adlı oğlu vardı.
Yəhya  1870-ci  ildə  Şuşa şəhərində dünyaya gəlmişdi.  Molla 
yanında oxumuşdu.  Xırda ticarətlə məşğul idi.
Əbdülhüseynin  ikinci  oğlu  Tağı  1845-ci  ildə  Şuşa şəhərində 
anadan  olmuşdu.  Xırda  ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
210
Əbdülhüseynin  üçüncü  oğlu  Nağı  1848-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Xırda  ticarətlə  məşğul  idi.  O,  1860-cı 
ildən sonra Rusiyaya getmiş, orda qalmışdı.
Kərbəlayı Bayram uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Bayramdır.  Bayram  XVIII 
yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı. 
Ticarətlə məşğul idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Bayramın Qulu adlı oğlu vardı.
Qulu  1791-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  İbtidai 
təhsilini  molla  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Məhəllələrinin dini işləri ilə ilgilənmişdi.
Molla Qulunun  Tağı,  Mehdiqulu, Nağı,  Abış,  İsmayıl,  Sadıq, 
Qasım adlı oğlanları vardı.
Tağı  1823-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  İbtidai 
təhsilini  atasının  yanında  almışdı.  Sonra  mədrəsədə  oxumuşdu. 
Ticarətlə məşğul  idi. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.
Kərbəlayı Tağının Ağa adlı oğlu vardı.
Ağa  1869-cu  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Molla  Qulunun  ikinci  oğlu  Mehdiqulu  1825-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mehdiqulunun Əbdülhüseyn, Əbdüləli adlı oğlanları vardı.
Əbdülhüseyn  1857-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Mehdiqulunun  ikinci  oğlu  Əbdüləli  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Molla  Qulunun  üçüncü  oğlu  Nağı  1827-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Nağının Abbasqulu adlı oğlu vardı.
Abbasqulu  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
211


Molla  Qulunun  dördüncü  oğlu  Abış  1831-ci  ildə 
Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Molla  Qulunun  beşinci  oğlu  İsmayıl  1833-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
İsmayılın Mahmud adlı oğlu vardı.
Mahmud  1859-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Molla Qulunun altıncı oğlu Sadıq  1835-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu.
Molla  Qulunun  yeddinci  oğlu  Qasım  1845-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı Hacıbaba uşağı
Bu  soyun ulu  babası  Kərbəlayı  Hacıbabadır.  Hacıbaba XVIII 
yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı. 
Ticarətlə məşğul idi.  Müqəddəs  Kərbəla topağını ziyarət etmişdi.
Kərbəlayı Hacıbabanın Məmınədhüseyn adlı oğlu vardı.
Məmmədhüseyn 
1791-ci  ildə  Şuşa  şəhərində  anadan 
olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak 
Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmmədhüseyn  Zeynəblə  ailə  qurmuşdu.  Kərim, 
Saleh adlı oğlanları, Şəkər,  Dürrə, Gülsüm adlı qızları vardı.
Kərim  1836-cı  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərimin İsax adlı oğlu vardı.
İsax  1853-cü  ildə  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məmmədhüseynin  ikinci  oğlu  Saleh  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi. Müqəddəs  Kərbəla torpağını ziyarət etmişdi.
212
Kərbəlayı Salehin Müseyib adlı oğlu vardı.
Müseyib  1869-cu  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kərbəlayı Hacı uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  Hacıdır.  Hacı  XVIII  yüzilin 
sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşamışdı.  Ticarətlə 
məşğul idi. Müqəddəs Kərbəla torpağım ziyarət etmişdi.
Kərbəlayı Hacının Həsən adlı oğlu vardı.
Həsən  1807-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Həsənin Məmməd, Hüseyn adlı oğlanlan vardı.
Məmməd  1854-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Məşədi  Həsənin  ikinci  oğlu  Hüseyn  1857-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı İmamqulu uşağı
Bu  soyun  ulu  babası  Kərbəlayı  İmamquludur.  İmamqulu 
XVIII  yüzilin  sonu,  XIX  yüzilin  önlərində  Şuşa  şəhərində  yaşa­
mışdı.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Kərbəla  torpağını  ziyarət 
etmişdi.
Kərbəlayı  İmamqulunun  Hacı,  Məmmədqulu  adlı  oğlanlan
vardı.
Hacı  1805-ci  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla 
yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan  torpağını, 
Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Hacı  1852-ci  ildə vəfat edib.
213


Yüklə

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə