Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə45/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   41   42   43   44   45   46   47   48   ...   67

Mirzə  Haqverdi  Fatmanisə  ilə  yaşam  qurmuşdu.  Abbas, 
Ələkbər,  Ələsgər,  Qasım,  Hüseyn,  Səməd  adlı  oğlanları,  Mina  və 
Səkinə adlı qızları vardı.
Abbas  1834-cü  ildə  Təbrizli  məhəlləsində  doğulmuşdu. 
İbtidai  təhsilini  atasından  almışdı.  Sonra  mədrəsə  və  qəza 
məktəbini bitirmişdi.  Rus idarələrində  işləmişdi.  Göyçay qəzasının 
məhkəmə  pristavı  olmuşdu.  Quberniya  katibi,  kollec  qeydiyyatçısı 
çinləri almışdı.
Mirzə  Abbas  bəy  Şuşa  şəhərinin  mədəni,  ictimai  həyatında 
mühüm  rol  oynayanlardan  biridir.  XX  yüzilin  önlərinə  aid 
mətbuatda  onun  adı  ziyalılar  cərgəsində  tez-tez  çəkilir.  Onun 
ictimai yaşamdakı  iştirakına dair bir bəlgə var.  Şuşa şəhər sakinləri 
Nəbiağayevlərin  bəyliyini  Qarabağın  adlı-sanlı  bəyləri  1868-ci  il 
oktyabrın  23-də  andlı  məhkəmədə  təsdiq  etdilər.  Həmin  bəylər 
bunlardır:  Hüseyn  bəy  Şərifbəyov,  Məşədi  Əli  bəy  Məşədi 
Məmmədşəfı  bəy  oğlu  (Şəfibəyov-Ə.Ç.),  Həsənəli  ağa  Xanqa- 
radağski,  Kəlbəli  bəy  Xələf  bəy  oğlu  (Xələfbəyov-Ə.  Ç.), 
Məmməd  bəy  Məmmədəli  bəy  oğlu,  Abdin  bəy  Hümbətəli  bəy 
oğlu  (Şəfıbəyov-Ə.  Ç.),  Əhməd  bəy  Həsənəli  bəy  oğlu,  Paşa  bəy 
Ağayev,  Mərdan  bəy  Zeynal  bəy  oğlu,  Əli  bəy  İbadullabəyov, 
quberniya  katibi  Abbas  bəy  Haqverdiyev,  İbrahim  bəy  Əli  bəy 
oğlul.
Mirzə  Abbas  bəyin  Qasım  bəy 
adlı  oğlu,  Xurşud  xanım  adlı  qızı 
vardı.
Qasım  bəy  1866-cı  ildə dünyaya 
göz  açmışdı.  Ailə  təlim-tərbiyəsi, 
təhsili  almışdı.  Şuşa  qəza  idarəsində 
polis pristavı işləmişdi.
Mirzə  Abbas  bəyin  qızı  Xurşud 
xanım  1868-ci  ildə  Şuşa  şəhərində 
dünyaya  gəlmişdi. 
O,  Dağıstanın 
Teymurxan-Şura 
şəhərində
progimnaziyada  təhsil  almış,  mədəni 
bir qadın olmuşdur.
218
Xurşud  xanım  dövrünün  maarifpərvər  ziyalılarının  xeyirxah 
işlərinə  rəğbət  bəsləmişdir.  O,  Azərbaycan  mədəniyyətinin 
inkişafında  layiqli  xidmətləri  olmuş  övladlar  tərbiyə  etmiş,  N. 
Vəzirovun ədəbi irsini  səliqə ilə qoruyub saxlamış, dramaturqun ilk 
oxucusu,  ilk  tənqidçisi  olmuşdur.  1913-cü  ilin  sentyabr  ayında 
Xurşud  xanım  ölümündən  bir  neçə  gün  awəl  demişdi: 
«Cavanlığımın  ən  yaxşı  illərini  mən  xalq  müğənnisi  Dərvişə 
(Nəcəf  bəyə  -Ə.  Ç.)  həsr  etmişəm, 
onu 
əzizləmişəm, 
həyatını 
qorumuşam.  Əgər  mənim  nəzarətim 
olmasaydı,  onun əsərləri  itib-batmışdı.
Müvəffəqiyyətsiz  əsərlərini  belə  göz 
bəbəyi  kimi  saxlamışam,  bəzən  də 
qadın  psixologiyasının  əlamətlərini 
ora  əlavə  etmişəm.  Mən  də  ağır 
dəqiqələrdə 
Dərvişlə 
birlikdə 
vuruşmuşam  və  mübarizəni  dəyanətlə 
davam  etdirmişəm.  Çox  təəssüf  ki,
onun 
yarad 
ıcılığı
nın  qırx  illik  yubileyini  görmək 
mənə qismət olmayacaq».
Xurşud  xanım  1913-cü  ildə 
vəfat edib.
Xurşud  xanım  Nəcəf  bəy 
Fətəli  bəy  oğlu  Vəzirovla  ailə 
qurmuşdu.  Şamil  bəy  adlı  oğlu, 
Sara xanım və  Sürəyya xanım adlı 
qızları vardı.
Mirzə  Haqverdinin  ikinci 
oğlu  Ələkbər  1836-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla 
yanında 
oxumuşdu. 
Ticarətlə 
məşğul  idi.  Müqəddəs  Məkkəyi-
219


müşərrəfı  ziyarət  etmişdi.  Şuşa  şəhərində  və  Ağcabədidə  dükan 
işlədirdi.
Hacı Ələkbərin Yusif, Hüseyn, Zeynal adlı oğlanları, Züleyxa 
adlı qızı vardı.
Yusif  1870-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Yusif yeni­
yetmə yaşında vəfat edib.
Hacı  Ələkbərin  ikinci  oğlu  Hüseyn  1872-ci  ildə  Şuşa  şəhə­
rində doğulmuşdu.  İbtidai təhsilini molla yanında almışdı. Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Məşədi  Hüseyn  ana  dilindən  başqa,  fars  və  ərəb  dillərini 
mükəmməl bilirdi..
Həsən bəy Zərdabi saatını  yalnız 
ona  düzəltdirərmiş.  Saatlarla  söhbət 
edərmişlər. 
Nəvəsi 
Səadət 
Qarabağlının  bildirdiyinə  görə,  onlar 
həm də qohum olublar.
Həm  də  saatsaz  emalatxanası 
vardı.  Məşədi  Hüseyn  Ağcabədidə 
vəfat edib.
Onun  6  övladı  -   2  oğlu,  4  qızı 
olmuşdur.  Zəhra,  Ələkbər,  Səriyyə,
Əsurə, Talib və Şəhla.
Hacı  Ələkbərin  üçüncü  oğlu 
Zeynal  1883-cü  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını,  Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Zeynalın  Əliheydər  adlı  oğlu,  Rahilə,  Sara,  Fatma, 
Qənirə, Ulduzə adlı qızları vardı.
Əliheydər  Zeynal  oğlu  1931-ci  ilin  yanvar ayında  Ağcəbədi 
rayonunda  doğulub.  Lakin  o,  anadan  olandan  bir  neçə  il  sonra 
Ağdam rayonuna köçüblər... Orta təhsilini başa vurub.  1949-cü ildə 
Bakı  şəhərinə  gələrək  Azərbaycan  Dövlət  Universitetinin  hüquq 
fakültəsinə  daxil  olub.  1954-cü  ildə  həmin  fakültəni  bitirərək 
hüquqşünas  ixtisası  alıb.  Bir  müddətdən  sonra,  yəni,  1956-cı  ildə
220
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nəzdində yeni  təşkil 
olunan  Bakı  Elmi-Tədqiqat  Kriminalistika  laboratoriyasında  baş 
ekspert  vəzifəsinə  işə  qəbul  olunub.  Kriminalistika  elminə 
dərindən  yiyələnmək  üçün  əlavə  kurs  keçmək  lazım  idi.  Bu 
məqsədlə  onu  və  onunla  bir  yerdə  işləyən  Kəmalə  xanım 
Sarıcaliniskayanı  1957-ci  ildə  Moskvada  xüsusi  təşkil  olunmuş 
kriminalistika  elmi  üzrə  kursa  göndərdilər.  Bir  il  sonra  kursu 
bitirib,  ekspert  kimi  fəaliyyət  göstərməyə  başladı.  Bir  müddətdən 
sonra 
respublikada 
Azərbaycan 
Elmi-Tədqiqat 
Məhkəmə 
Ekspertiza  İnstitutu  fəaliyyət  göstərməyə  başladı.  O,  ekspert 
işləyən  zaman  məhkəmə  və  prokurorluq  orqanları  tərəfindən 
cinayətkarların ifşa olunmasında yaxından iştirak edirdi.
Bir  neçə  il  Mərdəkanda  yerləşən  Azərbaycan  SSR  Daxili 
İşlər Nazirliyinin Xüsusi  Milis Məktəbində müəlllim işləyib.  Sonra 
yenidən  öz  əvvəlki  işinə,  yəni,  məhkəmə  ekpertizası  institutuna 
qayıdıb.  Ə.  Haqverdiyev  ekspert  işləyən  zaman  həm  də  Bakı 
Dövlət Universitetinin  hüquq  fakültəsində  kriminalistika elmi  üzrə 
seminar  aparırdı.  Müəllimliyə  olan  dərin  həvəsi  1968-ildən  bu
221


Yüklə

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə