Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə53/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   49   50   51   52   53   54   55   56   ...   67

...  Seyid  Cəfər  çoxları  kimi  mövcud  hakimiyyətdən  narazı 
olsa  da,  bunu  heç  kimin  yanında 
biruzə  vermirdi.  Ancaq  dostlarının 
indiki  açıq-saçıq  söhbətləri  onu 
yerindən eləmişdi.  Məşədi  Salmanla 
Adışirin  də  artıq  hiss  eləmişdilər ki,
Seyid  Cəfərlə  bu  barədə  o  qədər də 
də  çox  danışmaq  lazım  deyil,  çünki 
elə  söhbətin  əvvəllərindən  onlann 
fikirləri,  baxışlan  üst-üstə  düşür.
Ona  görə  də  Məşədi  Salmanın 
“Müsavat”  təşkilatının  üzvü  olmaq 
istəyirsənmi?”  -  sualına  Seyid  Cəfər 
“Əlbəttə,  siz  daş  qoyan  yerə  mən 
baş  qoyaram”  -  deyə  cavab  verdi  və 
həmin  gündən  təşkilatın  üzvü  olduğunu  bildirdi.  Və  beləliklə, 
1927-ci  ildən  Seyid  Cəfər  Ağamirov  Müsavatın  Şuşa  təşkilatına 
girdi.
Bir neçə gündən sonra Məşədi Salman Seyid Cəfəri dükanına 
dəvət elədi.  Maddi  kömək  məqsədilə  müntəzəm  olaraq ona hər ay 
ya on, ya da iyirmi  manat verəcəyini bildirib, otuz arşın bez və otuz 
manat da pul verdi.
Bütün  göstəriş  və  tapşırıqları  Məşədi  Salman  Ələsgərovdan 
və  Adışirin  Fətəliyevdən  alan  Seyid  Cəfər  Ağamirov  gizli 
fəaliyyətə  başladı.  Məşədi  Salman  ona  misdən  düzəldilmiş  iyinni 
yeddi  ədəd  nişan  verdi  ki,  onları  gələcəkdə  təşkilata  cəlb  edəcəyi 
üzvlərə paylasın”.
Məşədi  Salman  Zinyətxanımla  ailə  qurmuşdu.  Səttar,  Hacı, 
Zahid,  Ənvər  adlı  oğlanları,  Kübra,  Sürəyya,  Səmayə  adlı  qızları 
vardı.
Səttar -  16 yaşında rəhmətə gedib, subay olub.
Məşədi  Salmanın  ikinci  oğlu  Hacı  Şuşa  şəhərində  anadan 
olmuşdu.  APİ  -  (M.F.  Axundov  adına)-nın  kimya-bilogiya 
fakültəsini 
bitirmişdi. 
Ağdamda 
müəllim 
kimi 
fəaliyyət 
göstərmişdi, müharibə  iştirakçısı olmuşdu.
256
Məşədi  Salmanın  üçüncü  oğlu  Zahid  Şuşa  şəhərində  anadan 
olmuşdur,  həkimdir.  Zahid  ailəli  idi.  Yoldaşı  Həlimə  xanım  göz 
həkimi idi, övladlları Namiq, Ofelya, Xuraman, Tamilla,  Səmayə.
Məşədi  Salmanın  dördüncü  oğlu  Ənvər  Şuşa  şəhərində 
anadan  olmuşdu.  BDU-nun  riyaziyyat  fakültəsini  bitirib,  II  Dünya 
Müharibəsinə getmişdi. Cəbhədən qayıtmayıb.
Tofıqə  Hüseyn  qızı  Qurbanova 
ilə  həyat  qurub.  İlham  adlı  oğlu, 
Çimnaz,  İradə,  Mətanət,  Nəsibə, 
Gülşən, Rəsmiyə adlı qızları var.
İlham  1958-ci  ildə  Ağdam 
şəhərində 
doğulmuşdu. 

№-li 
məktəbdə  8 il, Bakı kimya təmayüllü 
məktəbdə 

il 
oxumuşdu. 
Ukraynanın  Novoçerkassk  şəhərində 
Politexnik instituta qəbul olmuşdu.  1- 
ci  kursun  sonunda  istehsalat-sənaye 
təcrübəsi  keçdiyi  vaxt  Don  çayında 
boğulmuşdu.  19 yaşının içində idi.
Nəsibə  (1961)  ATU-ni  bitirib,  ailəlidir.  Həyat  yoldaşı 
Azadəliyev Pənah,  oğlanları  Elvin,  Elnur.  Hal-hazırda Almaniyada 
yaşayırlır. Uşaqlar orda universitetedə oxuyur.
Hacının böyük qızı Çimnaz Ağdam şəhərində dünyaya  gəlib. 
APİ-ni  bitirib.  Həyat  yoldaşı  Mustafayev  Rövşən  (1949) 
“Azdövlətsutəzlayihə”  institutunda  baş  mühəndis  vəzifəsində 
çalışır.  3 övladı  var:  Anar,  Günay və Vüsalə.  Anar APU-ni, Günay 
isə  APİ  (Axundov  adına)  bitirib.  Anarın  1,  Günayın  2  oğlu  var. 
Vüsalə subaydır,  1  №-li tibb məktəbini bitirib.
Hacının  ikinci  qızı  İradə  12  noyabr  1956-ci  ildə  Ağdam 
şəhərində  anadan  olmuşdur.  1963-73-cü  illərdə  Ağdam  1  №-li 
məktəbdə  təhsil  almış,  1972-73-cü  illərdə  keçirilən  Respublika 
riyaziyyat  olimpiadasının  qalibi  olmuşdur.  1973-cü  ildə  mərhum 
prezidentimiz  H.  Əliyevin  təşəbbüsü  ilə  SSRİ-nin  şəhərlərinə 
göndərilən  tələbələrin  ilk  dəstəsi  ilə  Ukraynanın  Lvov  şəhərinə  -
257


U.  Federov  adına  Ukrayna  poliqrafiya  İnstituna  təhsil  almağa 
getmiş,  1978-ci ildə təhsilini başa burub vətənə qayıtmışdır.
1978-ci  ildən  indiyə qədər bu sahədə (30  ildir) çalışır,  “Yeni 
kitab”  mətbəəsində  sex  ustası,  baş  mühəndis  kimi  çalışıb.  Dövlət 
Nəşriyyat  Komitəsində  yeni  texnika  və  texnologiya  üzrə  baş 
mühəndis,  “Komnumist”  (indiki  Azərbaycan  nəşriyyatında) 
“Texniki  nəzarət  şöbəsinin  rəisi”  (15  il)  vəzifələrində  çalışmışdır. 
Axırıncı  15 ildə istehsalat şöbəsinin rəisi vəzifəsini yerinə yetirir.
2005-ci  ildən  əsas  işi  ilə  yanaşı  BDU-nun  “Kitabşünaslıq  və 
nəşriyyat  işi”  kafedrasının  dəvəti  ilə  “Poliqrafiyanın  texnika  və 
texnologiyası”,  “Nəşrin  redaktor  hazırlığı”,  “Redaktəetmə”, 
“Texniki  redaktə”,  “Kitabın  bədii  və  texniki  tərtibatı”  kimi 
fənnləri  tədris  edir.  Azərbaycandan  başqa  İran  və  Gürcüstan  kimi 
dövlətlərdə  də  nəşr  olunan  30-dan  çox  elmi  məqalənin,  “Kitabın 
bədii  və  texniki  tərtibatı”  fənni  üzrə  ali  məktəb  proqramının  və 
eyni  adlı  dərsliyin  müəllifidir.  “Azərbaycan  kitabının  bədii  və
258
texniki tərtibatı  məsələləri”  mövzusunda yazdığı dissertasiya tarixi 
Azərbaycan  ərazisində  yazı,  əlifba  meydana  gələndən  bu  günə 
kimi  Azərbaycan  kitabının  tərtibat  problemlərini  əhatə  edir, 
hazırda dissertasiyaya yekun vunnaq ərəfəsindədir.
İradə  Ələsgərova  Məzahir  Xəlil  oğlu  Əfəndiyevlə  (Dövlət 
mühafizə  xidmətində çalışır,  polkovnikdir)  31  ildir ki  həyat qurub. 
Zaur adlı oğlu, Nigar adlı qızı var.
Nigar  Məzahir  qızı  Əfəndiyeva  1  №-li  riyaziyyat  litseyini, 
sonra  Dövlət  İqtisad  Universitetini  bitirib  (2004-2008).  2008-ci 
ildən  universitetin  magistr  pilləsinə  qəbul  olunub.  Hazırda  2-ci 
kursdadır.
Zaur  ADU-ni  bitirib,  hərbi  borcunu  yerinə  yetirib,  hazırda 
bizneslə məşğuldur.
“Nikoyl” bankda mühasib işləyir.
Hacının  üçüncü  qızı  Mətanət  7  iyun  1960-cı  ildə  Ağdam 
şəhərində  dünyaya  gəlib.  1967-ci  ildə  Ağdam  şəhər  1  №li  orta 
məktəbinə daxil olmuş  1975-ci ilə qədər orada oxuyub.  1975-1977- 
ci  illərdə  Bakı  şəhərində  kimya-biologiya  təmayüllü  təhsilini 
davam  etdirib.  Ali  məktəbə  qəbul  olmaq  cəhdləri  uğursuzluqla 
nəticələndikdən  sonra  Ağdam  şəhərində  xalça  fabrikində  toxucu 
işləmiş,  sonra  Bakı  şəhərində  “Azərdövlətsutəslayihə”  institunda 
əvvəlcə 
“Tərtibat” 
şöbəsində, 
Azərbaycan  Dövlət  İnşaat 
Mühəndisləri  İnstitutunun  “hidromeliorasiya”  fakültəsinə  qəbul 
olunduqdan  sonra  1979-cu  ildən  isə  “Layihə”  şöbəsində  mühəndis 
təyin edilib və bu günə qədər də orada işləyir.
1988-ci  ildə  Elşən  Rəhim  oğlu  Ruhi  ilə  ailə  qurub.  Şahlar 
adlı oğlu, Günel və Fidan adlı qızları var.
Günel  Ruhi  1991-ci  ildə  anadan  olub,  20  saylı  orta  məktəbi 
bitirib. Ali məktəbin qəbul imtahanlarınna  hazırlaşır.
Mətanət  Ruhinin  ikinci  qızı  Fidan  Ruhi  20 saylı  məktəbin  1- 
ci sinfində oxuyur.
Məşədi  Ələsgərin  beşinci  oğlu  Teymur  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
259


Yüklə

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə