Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə54/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   50   51   52   53   54   55   56   57   ...   67

Məşədi  Ələsgərin  altıncı  oğlu  Hüseyn  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi  Ələsgərin  yeddinci  oğlu  Qasım  1866-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmUşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
* *  *
Ağacanın  ikinci  oğlu  Ağakişi  1802-ci  ildə  Şuşa  şəhərində 
anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi. 
Pak Xorasan torpağını, Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi Ağakişi  1847-ci ildə Təbrizə köçmüşdü.
Məşədi  Ağakişi  Nənəşlə  ailə  qurmuşdu.  Ağacan  adlı  oğlu
vardı.
II  Ağacan  Şuşa  şəhərində  doğulmuşdu.  Molla  yanında 
oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Müqəddəs  Məkkəyi-mükərrəmi 
ziyarət etmişdi.
Hacı  Ağacan  valideynləri  ilə  birlikdə  Təbriz  şəhərinə 
köçmüşdü.
Hacı Ağacanın Nəcəfqulu,  Həsən adlı oğlanları vardı.
Nəcəfqulu  Təbriz  şəhərində  dünyaya  gəlmişdi.  Mükəmməl 
mədrəsə  təhsili  almışdı.  Savadlı  olduğundan  dolayı  mirzə  ünvanı 
daşıyırdı.  Şair  idi.  Şəms  Zakir  təxəllüsü  daşıyırdı.  Təzkirəçi  M. 
Müctəhidzadə  «Riyazül-aşiqin»  adlı  təzkirəsində  yazır:  «Şəmsi- 
bürci-imamət 
və 
gülguni-qəbayi-ərseyi-şəhadət 
Həzrəti-Əli 
Abdulla əleyhsəllama özünü nökər hesab edən cənabın ismi-səmisi 
mərhum  Hacı  Molla  Nəcəfqulu  Qarabağidir  ki,  bədayət  sinnində 
pedəri  Kərbəlayıi-Ağakişiyi(əslində  babasıdır  -  Ə.Ç.)  -məğfurun 
hüzurunda  vətəni-əslisindən  qəti-əlaqə  edib  qürbət  ixtiyar  eylədi. 
Dərüssəltənəyi-Təbrizdə  sakin  olduqdan  sonra  Ətəbati-alidəracata 
şərəfyab  olur  və  bədə  müraciət  edib  həman  şəhərdə  rövzəxanlıq 
ilə məşğul olur. Bir müddətdən sonra beməzmuni:
Hədise-qolsetan  morqe-çəmənra dər fəğan avərd,
Qəribəm əz vətən hərfi məqundəm,  məqundəm.
260
Vətəni-məlufa rucu edib bir az məks etdikdən sonra Gərzənə 
şəhərinə  azim  olub  bəd  dübarə  Təbrizə  övdət  buyurub  həma 
məkanda  hicrəti-nəbəviyyənin  1321  sənəsində  şəmsi-əmri  zəval 
edib  məqribi-fənaya  baş  çəkiyor.  Xülasə,  sahibi-kəlamdır.  Bürci- 
xatirindən tülu edən bu bir qəzəldir ki, izbar olundu. 
Həsrəti-ləli-ləbin könlüm edib qan\
Qəmü ənduhla keçdi mənə dövran sənsiz.
Ey gözüm nuri, iraq olma gözümdən bir dəm, 
Əşki-çeşmimlə tutar aləmi tufan sənsiz.
Laləzarü çəmənü bağə könül meyl etməz,
Dəf qılmaz qəmi-dil seyri-gülüstan sənsiz.
Oldu divanə könül sərv qədindən ayrı,
Tutmuşam Qeyssifət rahi-biyaban sənsiz.
Cənnətim gülşəni-ruyindi, ləbin abi-həyat,
Neylərəm qəsri-cinan, ey şəhi-xuban, sənsiz?
Könlümü etdi müsəxxər sipəhi-dərdi-fərağ,
Payimali-qəm olub bu dili-viran sənsiz.
Rüxsarına müştaqdı bu Şəmsiyi-zar,
Nə rəva həsrəti-ruyində verə can sənsiz?»
Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab şair Şəms haqqında 
yazır:  «Cənab  Axund  Mirzə Nəcəfqulu  Hacı  Ağacanın  oğlu,  o  da 
mərhum 
Məşədi  Ağakişinin  oğludur. 
Qarabağ  vilayətinin 
əhalisindəndir və  Şuşada anadan olub. Bir neçə il əvvəl  bütün köç- 
külfətiylə  bərabər  Təbrizə  köçübdür.  Orda  evlənib,  oğul-uşaq 
sahibi  olur.  Sonradan-  səkkiz  il  olar  ki  yenidən  Qarabağa  köçüb 
gəliblər.  İndi  Şuşadadır.  Yaşı  həştad  (səksən),  bəlkə  də,  bir-iki  il 
artıq olar.  Peşəsi  rövzəxanlıqdır, ərəbcə,  farsca savadı var. Hərdən 
şeir  də  deyir.  Heyf  ki,  şeirləri  pərakəndədir,  divanı  yoxdur. 
Aşağıdakı  qeyd  olunmuş  şeirləri  o  özü  gətirib  (Məclisi) 
«Fəramuşan»  da  mənə  təhvil  verdi  ki,  təzkirəyə  yazılsın,  onlar  da 
yazıldı. Təxəllüsü Şəms Zakirdir» 1.
Mirzə  Nəcəfqulu  Şəmsin  "Şirzad"adlı  məhəbbət  məzmunlu 
şeiri var.
261


İsmayıl 
Şəms 
babası 
haqqında  yazırdı:  “Ulu  babam 
Kərbəlayı  Ağakişi  (Hacı  Ağacan
Ə.Ç.) 
Qarabağın 
Şuşa 
şəhərində  doğulub.  Onun  iki 
oğlu  var  idi.  Böyüyü  Mirzə 
Nəcəfqulu,  kiçiyi  Mirzə  Həsən 
adlanırdı.  Onların  ikisi  də  ibtidai 
məktəbi  Şuşada  bitiriblər.  Mirzə 
Nəcəfqulu  dini  elmləri  oxumaq 
üçün  Təbrizə  getmiş,  ordakı 
müctəhidlərin 
yanında 
təhsil 
alaraq,  müctəhidlik  məqamına 
yüksəlib.  Təbriz  ruhanilərdən 
olan  Musəvilər  ailəsindən  evlənmişdir.  Mirzə  Həsən  isə  xoş  xətti 
və  inşası  olduğu  üçün  Tehrana  getmişdir.  Onun  bundan  əlavə  xoş 
səsi olmuş və Qarabağda çox məşhur olan xanəndə Qaryağdıya tay 
hesab  etmişlər.  Tehranda  Nəsrəddin  şah  Qacar  onun  səsini  və 
münşiliyini eşidib, öz dərbarında xidmətə götürüb.  Beləliklə,  Mirzə 
Həsən  həm  şahın  nədimi,  həm  də  xüsusi  münşüsü  kimi  xidmət 
etməyə  başlamışdır.  Bir  neçə  müddətdən  sonra  şaha  xəbər 
vermişlər  ki,  şahın  bacısı  Mirzə  Həsənə  ərə  getmək  istəyir.  Şah 
qəzəblənmiş və ona məşhur “qəcər aşı”  içirdib öldürmüşdür.
Mirzə  Nəcəfqulu  və  onun  anası  bu  xəbəri  eşitdikdə  artıq 
Təbrizdə  qala  bilməmiş  və  ailəsi  ilə  Qarabağa  qayıtmışdır.  Mirzə 
Nəcəfqulu  Şuşadan  Dağıstana dəvət edilmiş, Qroznıda şiələrin  dini 
xadimi olmuşdur”.
Mirzə Nəcəfqulunun törəmələri  Şəms soyadını daşıyırlar.
Mirzə Nəcəfqulunun Qasım adlı oğlu vardı.
Qasım  Şuşa  şəhərində  dünyaya  gəlmişdi.  İsmayıl  Şəms  atası 
haqqında  yazırdı:  “Mirzə  Nəcəfqulunun  oğlu  Mirzə  Qasım  ibtidai 
müsəlman və rus məktəblərini  bitirdikdən sonra Şuşada yaşayan bir 
diş  həkimi  yanında  şəyird  olub  bu  sənəti  öyrənmişdir.  Mirzə 
Nəcəfqulunun digər oğlu Mirzə Hüseyn də həmin həkimin yanında 
bu  sənəti  öyrənmişdir.  İran  məşrutə  inqilabından  əvvəl  Qarabağda
262
vəba xəstəliyi yayıldığına görə Mirzə Nəcəfqulu təbrizli yoldaşı və 
iki  oğlu  ilə  Təbrizə  qayıdırlar.  Mənim  atam  Mirzə  Qasım  Təbrizə 
gəldikdə  onun  19  yaşı  var  imiş.  Mirzə  Nəcəfqulu  Təbrizdə, 
“Xiyaban” məhəlləsində bir həyət almışdı. Atam və əmim orda diş 
həkimi  işləməyə  başlamışlar.  Atamın  dediyinə  görə  o  zaman 
Təbrizdə  diş  həkimi  yox  imiş.  Hələ  məşrutə  inqilabı  başlamamış, 
Təbrizdə  Məmmədəli  mirzə  vəliəhd  idi.  O,  atamın  və  əmimin  diş 
həkimi  olduqlarını  eşidib,  onları  dərbarda  diş  həkimi  olmağa 
çağırmış,  atama  “Müsənnin  Hüzur”  və  əmimə  “Müsənnin  Divan” 
ləqəblərini  vermişdir.  Bu  zaman  Təbrizdə  məşrutə  inqilabi 
başlamışdı.  Atam  Qafqazdan  gəlmiş  və  rus  vətəndaşı  olmasına 
baxmayaraq,  inqilabda  gizlicə  iştirak  etməyə  başlamışdır.  O, 
inqilab  rəhbərləri,  o  cümlədən,  Siqətül-İslam,  Mirzəli  Davafüruş, 
Səttar xan,  Bağır xan və sairlərlə yaxından tanış olmuş və inqilabda 
iştirak  etmişdir.  Atamın  dediyinə  görə,  inqilab  rəhbərləri  bütün 
sənədləri bizim evdə saxlayırdılar”.
Mirzə Qasımın İsmayıl adlı oğlu vardı.
İsmayıl  Şəms  Mirzə  Qasım  oğlu  1912-ci  ildə  Təbriz 
şəhərində  dünyaya  göz  açmışdı.  O,  tərcümeyi-halında  ulu  babası 
Kərbəlayı  Ağakişinın  əslən  Qarabağın  Şuşa  şəhərindən  olduğunu 
və atası Mirzə Qasımın  19 yaşında olarkən babası Mirzə Nəcəfqulu 
ilə  birlikdə  Təbrizə  köçdüyünü  və  “Xiyaban”  məhəlləsində 
məskunlaşdığını  yazır.  İsmayıl  Şəmsin  atası  peşə  etibarı  ilə  həkim 
(diş  həkimi) olmuş və bir müddət vəliəhd  Məhəmmədəli  mirzənin 
sarayında 
işləmişdi. 
İbtidai 
və  orta 
təhsilini 
Təbrizdəki 
“Təməddün”  və  Firdovsi  adına  orta  məktəbdə  başa  vuran  İsmayıl 
Şəms  ali  təhsilini  Tehran  universitetində  almışdı.  Atası  oğlunu 
həkim  görmək  arzusunda  olsa  da,  o,  hüquq  ixtisasını  seçmiş  və 
universiteti  bitirdikdən  sonra  gömrük  idarəsində  fəaliyyətə 
başlamışdı.
1941-ci  ilin  avqust  ayında  müttəfiq  qoşunların  İrana  girməsi 
və  Rza  şah  diktaturasının  süquta  uğraması  ilə  İsmayıl  Şəmsin 
həyatında yeni  dövr başlanır.  Belə ki,  həmin  mərhələdə  İranda,  ilk 
növbədə  isə  Güney  Azərbaycanında  xalq  hərəkatı  geniş  vüsət 
götürdü.  İsmayıl  Şəms  bu  zaman  Tehrandan  Təbrizə  qayıdaraq  öz
263


Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə