Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə57/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   53   54   55   56   57   58   59   60   ...   67

Məmişin  ikinci  oğlu  Mövsüm  1865-ci  ildə  Şuşa  şəhərində 
dünyaya gəlmişdi.
* *  *
Hacı  İbrahimin  üçüncü  oğlu  Əhməd  1823-cü  ildə  Şuşa 
şəhərində  dünyaya  boy  göstərmişdi.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Əhməd itkin düşmüşdü.
*  *  *
Hacı İbrahimin dördüncü oğlu Məmmədəli  1833-cü ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğui  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
Allahverdi uşağı
Bu  soyun  ulu  babası  Allahverdidir.  Allahverdi  Təbrizli 
məhəlləsində yaşamışdı. Ticarətlə məşğul idi.
Allahverdinin Məmmədəli adlı oğlu vardı.
Məmmədəli  1803-cü  ildə  Şuşa  şəhərində  anadan  olmuşdu. 
Molla  yanında  oxumuşdu.  Ticarətlə  məşğul  idi.  Pak  Xorasan 
torpağını,  Məşhədi-müqəddəsi ziyarət etmişdi.
Məşədi  Məmmədəli  Pəri  ilə  ailə  qurmuşdu.  Həsənəli, 
Kəlbəli,  Cabbar  adlı  oğlanları,  Xeyrənsə,  Bəyim,  Qızyetər  adlı 
qızları varı.
Həsənəli  1827-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Həsənəlinin  Məmmədəli,  Həbib,  Abbasqulu  adlı  oğlanları
vardı.
II  Məmmədəli  1866-cı  Şuşa  şəhərində  dünyaya  gəlmişdi. 
Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
272
Həsənəlinin  ikinci  oğlu  Həbib  1869-cu  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Həsənəlinin  üçüncü  oğlu  Abbasqulu  1872-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Məşədi Məmmədəlinin ikinci oğlu Kəlbəli  1836-cı ildə Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Kəlbəlinin  Mahmud,  Teymur,  Əmir,  Cavad  adlı  oğlanları
vardı.
Mahmud  1863-cü  ildə  Şuşa  şəhərində  doğulmuşdu.  Molla 
yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin  ikinci  oğlu  Teymur  1866-cı  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin  üçüncü  oğlu  Əmir  1868-ci  ildə  Şuşa  şəhərində 
anadan olmuşdu. Molla yanında oxumuşdu. Ticarətlə məşğul idi.
Kəlbəlinin dördüncü oğlu Cavad  1870-ci ildə Şuşa şəhərində 
anadan olmuşdu.  Molla yanında oxumuşdu.  Ticarətlə məşğul idi.
Məşədi  Məmmədəlinin  üçüncü  oğlu  Cabbar  1846-cı  ildə 
Şuşa  şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu. 
Ticarətlə məşğul idi.
Ağahüseyn uşağı (Hüseynovlar)
Şuşa  şəhərinin  Təbrizli  məhəlləsinin  ünlü  sakinlərindən  biri 
də  Ağahüseyn  idi.  Ağahüseyn  Təbriz  şəhərində  anadan  olmuşdu. 
Mükəmməl  mədrəsə  təhsili  görmüşdü.  Şair  idi.  “A rif’  təxəllüsü 
ilə  incə  təbli  şeirlər  yazırdı.  İbrahimxəlil  xan  Sarıcalı-Cavanşirin 
Təbrizə  yürüşünü  şeirlərində  pisləmişdi.  Ağahüseyn  Arif  bu 
yürüşlə bağlı yazırdı:
Vurhavur, zülmi-Cavanşirə dəxi qalmadı tab,
Dağılıb hər biri bir guşədə pünhan oldu...
Ağahüseyn  sonra  İbrahimxəlil  xan  Cavanşirə  pənahlandı. 
Köçüb Şuşa şəhərində məskunlaşdı.
273


Ağahüseyn  Arif  Şuşada  yaradıcılığını  davam  etdirdi.  Divan 
bağladı. Şairin şeirlərindən bir güldəstə.
Səba, qəmxarım ol, qəmxarıma dərdi-dil izhar et, 
Xəbərdar olmayan qəmxarımı qəmdən xəbərdar et. 
Yetişcək sayəvəş torpağa düş, qəmxarıma söylə, 
Qəmi-hicrində hali-zarimi izhari-qəmxar et.
Ki, ey peymanşikən, mehri-vəfası olmayan dilbər,
Təqafül eyləmə bir ləhzə, əxmi-kuyi-dildar et.
Əlindən öp, ona şərh eylə əhvali-pərişanı,
Ayağına düşüb öz başın üçün yarə izhar et.
Ki, gəlmiş aşiqi-biçarə yanından səba söylər,
Ki, ey qəmxar, xəbi nazdan cananı bidar et.
Əcəl verməz aman, can nəqdini almaq dilər səndən,
Bu fərdi naleyi-fəryad ilə hər ləhzə təkrar et.
Ki, həsrət getdi Arif, görmədi yarın bu dünyada,
Rəqibi, barmi-ilahi, mən kimi məhrumi-didar et. 
Ağahüseyn Arif 1813-cü ildə vəfat edib.
Ağahüseyn  Bədirlə  ailə  qurmuşdu.  Əbdürrəzzaq,  Baba, 
Əzim, Həzrətqulu adlı oğlanları,  Səkinə adlı qızı vardı.
Əbdürrəzzaq  1788-ci  ildə  Şuşa  şəhərində  doğulmuşdu. 
Mədrəsə təhsili almışdı.  Şərbafçılıqla məşğul idi.
Əbdürrəzağm  Əli,  Əbdürrəhim,  Süleyman  adlı  oğlanları
vardı.
Əli  1828-ci  ildə  Şuşa  şəhərində  dünyaya gəlmişdi,  Ticarətlə 
məşğul  idi.II  gildiya  tacir  ünvanı  almışdı.  Müqəddəs  Kərbəla 
torpağını ziyarət etmişdi.
Kərbəlayı  Əli  Balaxanımla  ailə  qurmuşdu.  Nəcəfqulu, 
Məmmədəli,  Rəhim,  Firudin, İsmayıl adlı oğlanları vardı.  .
Nəcəfqulu  1846-cı  ildə  Şuşa şəhərində dünyaya göz açmışdı. 
Nəcəfqulu  1853-cü ildə vəfat edib.
Kərbəlayı  Əlinin  ikinci  oğlu  Məmmədəli  1849-cu  ildə  Şuşa 
şəhərində dünyaya pənah gətirmişdi. Ticarətlə məşğul idi.
Kərbəlayı  Əlinin  üçüncü  oğlu  Rəhim  1850-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
274
Kərbəlayı  Əlinin  dördüncü  oğlu  Firudin  1858-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Kərbəlayı  Əlinin  beşinci  oğlu  İsmayıl  1860-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Əbdürrəzzağın  ikinci  oğlu  Əbdürrəhim  1847-ci  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Mədrəsə  təhsili  almışdı.  Ticarətlə 
məşğul idi.
Əbdürrəhimin Cəlal, Əyyub adlı oğlanları vardı.
Hüseynov Cəlal Əbdürrəhim oğlu (1894, Şuşa -  1922, Bakı) - 
inqilabçı.  Şuşa  Real  Məktəbini  bitirmiş  (1913),  ərəb,  fars  və  rus 
dillərini 
mükəmməl  öyrənmişdir. 
Savadlı 
olduğuna 
görə 
gəncliyində  “Mirzə”  ünvanı  qazanmış  bir  müddət  dövlət 
idarələrində  qulluq  etmişdir.  1916-cı  ildən  gizli inqilabi  fəaliyyətə 
başlamış,  xalq arasında güclü təbliğat işləri  aparmışdır.  O, kütlələr 
içərisində  gizlu ədəbiyyat və  intibahnamlər yayır,  əhali  qarşısında 
çıxış  edir,  camaatı  çar  hökümətinə  qarşı  mübarizəyə  səsləyirdi. 
Mirzə Cəlal  Hüseynov  1917-ci  ildə  Şuşada əsgər deputatları  Sovet 
və  əsgər  komitəsi  yaradılarkən  realm  məktəbin  yuxarı  sinif 
şagirdlərindən  ən  ləyaqətlilərini  komitəyə  cəlb  etməkdə  fəal 
iştirak edirdi.
Bir  neçə  aydan  sonra  Bakıya  gizli  surətdə  göndərilən  gənc 
inqilabçı  “Hümmət”  partiyasının  tapşırığı  ilə  Abşeron  kəndlərində 
təbliğat-təşviqat  işləri  aparır,  fəhlə  və  kəndliləri  çar-üsul- 
idarələsinə qarşı  qaldırırdı.  Daha sonra  isə o, geniş kütləvi  siyasi  iş 
aparmaq  üçün  bir  neçə  bolşeviklə  birlikdə  Şuşaya  göndərildi.  O, 
Qarabağda  və  Müsavat  hökümətinin  əsas  bazalarından  olan  Xan 
kəndindəki  hərbi  hissələr içərisində təbliğat aparır kəndləri  gəzib- 
dolaşaraq əhalini erməni daşnaqlanna qarşı mübarizəyə səsləyirdi.
1918-ci  ildə  Xankəndindəki  müsavat  polkunda  silahlı  üsyan 
hazırlanması  üçün bir qrup gənclə birlikdə  Mirzə  Cəlal  Hüseynova 
tapşırıldı.  Gizli  şəraitdə  iş  aparmaq  üçün  molla  qiyafəsində  polka 
gələn  gənc  inqilabçı  “Qırmızı  molla”  ləqəbi  ilə  tanındı.  1920-ci 
ildə  Qarabağ  daşnak  tör-töküntülərindən  təmizlənəndən  sonra
275


Yüklə

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə