Ənvər Çingizoğlu ŞUŞA ŞƏHƏRİ


səhifə47/67
tarix11.07.2018
ölçüsü
#55474
1   ...   43   44   45   46   47   48   49   50   ...   67

Haqverdiyevlər soyu
226
227


228
Fatma xanım atası və oğlu ilə
229


Səadət Qarabağlı Ramazan  Xəlilov və Azad Mirzəcanlı ilə
Məşədi Hüseyn ailə üzvləri ilə
230
A dil Quliyev,  Səadət Qarabağlı,  Ramazan Xəlilov 
və Mirzə İbrahimov
231


Ulduzə Haqverdiyeva bacısı qızı 
Elmira İbrahimova ilə birlikdə
232
2008-ci  ildə Azərbaycan Yazıçı  Qadınlar Cəmiyyətinin «Tuti 
Bikə» mükafatını almışdır.
Səadət  Qarabağlı  1985-ci  ildə  Faiq  Məhəmməd  oğlu 
Mirzəzadə ilə ailə qurmuşdur.  Rəşad və Leyla adlı övladları var.
Hacı  Ələkbər  Haqverdi  Qarabağinin  ikinci  övladı  Məşədi 
Züleyxa xanımdir. Onun 3 oğlu və  1  qızı olubdur.
Hacı  Ələkbər  Haqverdi  Qarabağinin  ikinci  övladı  Məşədi 
Züleyxa  xanımdır.  0,1879-cu  ildə  Şuşada  anadan  olmuşdur. 
Züleyxa  xanım  çox  ağıllı,  zabitəli,  zəhmli,  sözü  keçən  bir  xanım 
idi.  Onun  gözəl  əl  qabiliyyəti  vardı.  Nəfis  xalçalar  toxuyub, 
təkəlduz  sənəti  ilə  məşğul  olub.  Eyni  zamanda  dadlı-ləzzətli 
xörəklər, şirniyyatlar bişirməyi bacarırdı.
Züleyxa  xanım  1897-ci  ildə  Şuşalı  Heydər  Axundov  ilə  ailə 
həyatı  qurmuşdur.  Bu  izdivacdan  onların  dörd  övladı  dünyaya 
gəlmişdir.
Bir ana kimi Züleyxa xanım savadlı,  istedadlı,  Vətənə  layiqli 
övladlar böyütmüşdür. Onun 3 oğlu və  1  qızı olmuşdur.
Züleyxa  xanım  1943-cü  ildə  Məşhəd  şəhərində  vəfat 
etmişdir.
Mahmud  1898-ci  ildə  Şuşada  anadan  olmuşdur.  O,  iqtisadçı 
idi.  Bakıda  çalişirdi.  Gözəl  qarmon  çalmağı  bacarırdı.  Xalçaçı- 
rəssam,  xalq  rəssamı  Lətif  Kərimov  dəfələrlə  etiraf  edib  ki: 
“Mahmud  kimi  qarmon  çalan  ikinci  bir  ifaçı  ömrüm  boyu 
eşitmədim”.
Göyçək  1902-ci  ildə  Şuşada  doğulmuşdur.  Evdar qadın  olub. 
Gözəl əl qabiliyyəti vardı.  Tikiş, tikmə işlərini məharətlə bacarırdı. 
Göyçək  xanım  1994-cü  ildə  Amerikanın  Boston  şəhərində  vəfat 
etmişdir.
Rza  1907-ci  ildə  Şuşada  anadan  olmuşdur.  O,  şərqşünas  idi. 
Ərəb,  fars,  rus,  fransız  dillərini  gözəl  bilirdi.  Rza  Axundov 
Azərbaycan 
Radiosunda 
İran 
verilişləri 
şöbəsinin 
müdiri 
vəzifəsində  çalışmışdır.  O,  1945-ci  ildə  İranın  Məşəd  şəhərində 
Üzeyir  bəy  Hacıbəylinin  “Leyli  və  Məcnun”  operasını,  “O 
olmasın, 
bu 
olsun”, 
“Arşın 
mal 
alan” 
operettalarını 
müvəffəqiyyətlə  tamaşaya  qoymuşdur.  O,  1930-cu  ildə  dayısı  qızı
233


Rahilə  Haqverdiyeva ilə ailə  həyatı qurmuşdur.  R.  Axundov  1983- 
cü ildə Bakıda vəfat etmişdir.
Rüstəm  1914-cü  ildə  Şuşada  anadan  olmuşdur.  İqtisadçı  idi. 
2001-ci  ildə Tehranda vəfat etmişdir.
Məşədi  Zeynal  Hacı  Ələkbər  oğlu  Haqverdiyevin 
övladları
Rahilə -  1916-cı  ildə Şuşada anadan olmuşdur.  Bibisi oğlu Rza 
Axundov  ilə ailə  həyatı  qurmuşdur.  Onların  4  övladı  (Rayibə,  Adil, 
Raqibə, Aydın) olmuşdur. O, 2003-ci ildə Babda vəfat etmişdir.
Sara  -  1918-ci  ildə  Şuşada  doğulmuşdur.  Səhiyyə  işçisi 
olmuşdur.  1934-cü  ildə  Qarabağda  tanınmış  cərrah  Qurban 
İbrahimov  ilə  ailə  qurmuşdur.  Elmira  və  Elman  adlı  2  övladı 
olmuşdur.  O, 2005-ci ildə Bakıda vəfat etmişdir.
Fatma  -  1922-ci  ildə  Ağcabədidə  anadan  olmuşdur.  1940-cü 
ildə  hüquqşünas  Bəbir  Abdullayev  ilə  ailə  qurmuşdur.  3  oğul 
(İntiqam,  Ərəstün, Görüş) dünyaya gətirmişdir.  2006-cı ildə Bakıda 
vəfat etmişdir.
Mirzə  Haqverdinin  üçüncü  oğlu  Ələsgər  1839-cu  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul  idi.  Pak  Xorasan  torpağını,  Məşhədi-müqəddəsi  ziyarət 
etmişdi.
234
Mirzə  Haqverdinin  dördüncü  oğlu  Qasım  1844-cü  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mirzə  Haqverdinin  beşinci  oğlu  Hüseyn  1846-cı  ildə  Şuşa 
şəhərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Mirzə  Haqverdinin  altıncı  oğlu  Səməd  1855-ci  ildə  Şuşa  şə­
hərində  anadan  olmuşdu.  Molla  yanında  oxumuşdu.  Ticarətlə 
məşğul idi.
Haqverdiyev  Səməd  Yunus  oğlu  (1921,  Bakı-1991)  - 
Mənzərəçi  rəssam.  Bakı  Rəssamlıq  Məktəbini  bitirmişdir  (1944). 
1945-ci  ildən  respublikada  açılmış  bütün  rəssamlıq  sərgilərində 
daim  çıxış  etmiş,  Azərbaycan  təsviri  sənətini  Moskvada  keçirilən 
Ümumittifaq  sərgilərində  və  eyni  zamanda  xarici  ölkələrdə 
dəfələrlə təmsil etmişdir.
Səməd  Haqverdiyev  Şuşa,  Şamaxı,  Qəbələ,  İsmayıllı, 
Lənkəran,  Zaqatala,  Kəlbəcər,  Abşeron  rayonlarına  tez-tez 
yaradıcılıq  ezamiyyətinə  gedir  və  öz  mənzərə  rəsmlərinə  süjet 
axtarışlarına  çıxırdı.  O,  öz  əsərlərini  naturadan  çəkirdi.  Rəssamın 
lirik  mənzərə  rəsmləri  səmimiyyəti,  əzəməti  ilə  doğma  torpağın 
gözəlliyinə vurğunluğu ilə rəğbət qazanmışdır.
1967-ci  ildə  Oktyabr  inqilabının  50  illiyinə  həsr  edilmiş 
Ümumittifaq  rəssamlıq  sərgisində  “Şumlanmış  torpaq”,  “Doğma 
meydanlarda”,  “Sülh  meydanlarında”  peyzajlar  silsiləsi  nümayiş 
etdirilmiş  və  onun  şöhrətini  daha  da  artırmışdır.  Səməd 
Haqverdiyev  1972-ci  ildə  “SSRİ  bizim  vətənimizdir”  sərgisində 
Azərbaycan təbiətinə həsr olunmuş yeni  əsərlərlə iştirak eetmişdir. 
Eəssamın  bir  çox  əsərləri  Almaniya  Demokratik  Respublikası, 
Ərəbistan Ruminiya və s.  ölkələrdə də nümayiş etdirilmişdir.  O, öz 
doğma  vətəni  Şuşaya  da  bir  neçə  silsilə  peyzaj  həsr  etmişdir. 
“Şuşada küçə”, “Üçmıx”,  “Qızıl qaya”, “Daşaltı”, “Turşsu”..
*  *  *
235


Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə