ƏQİDƏ Kİtabi 1 ƏHLİ SÜNNƏ VƏl cəmaat səLƏFİ saliHİN ƏQİDƏSİ



Yüklə 0,85 Mb.
səhifə4/12
tarix14.04.2018
ölçüsü0,85 Mb.
#38179
1   2   3   4   5   6   7   8   9   ...   12

RUBUBİYYƏT TÖVHİDİ

Rububiyyə Rəbb sözündəndir. Lüğətdə tərbiyə edici, yardımçı, islah edən və s. mənaları ifadə edir. İstilahi Mənası isə – hər bir şeyin Rəbbinin və mütləq Malikinin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı O olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın O olduğuna kəsin olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdəniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir. «Həmd olsun Allaha, aləmlərin Rəbbinə». (əl-Fatihə 1). «Aləmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür». (əl-Əraf 54). «Hökm əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!» (əl-Mulk 1). «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!» (əl-Bəqərə 29). «Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun». (əl-Ənam 1).

Tövhidin bu növünü Məkkə dövrünün müşrükləri də belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən uca və böyük olan Allahdır. «De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?». (Yunus 31-32). «De ki: «Əgər bilirsinizsə bu yer və yer üzərində olanlar kimindir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə düşünmürsünüz». De ki: «Yeddi göyün Rəbbi və böyük əzəmətli ərşin sahibi kimdir?» Müşriklər mütləq: «Allahındır» deyə cavab verəcəklər. Onda sən de ki: «Bəs elə isə qorxmursunuz?». De ki: «Əgər bilirsinizsə hər şeyin hökmü əlində olan, himayə edən, amma özünün himayəyə ehtiyacı olmayan kimdir?» Onlar mütləq: «Allahındır» deyə cavab verəcəklər. Sən de ki: «Bəs elə isə nə üçün qaçırsınız?». (əl-Muminun 84-89). Həqiqətən əgər sən müşriklərdən «Göyləri və yeri kim yaratmışdır?» deyə soruşsan, onlar mütləq «Allah!» deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!». ( Loğman 25).

Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır.

Allahın ruzi verməsi! «Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır». (əz-Zariyyat 57-58). «De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik deyə cavab versələr) de ki, Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz». (Səba 24). «Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?». (ər-Rum 40). Əbu AbdurRahmən Abdulla b. Məsud – radıyallahu anhu – rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah - sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər birinizin yaradılışı onun anasının qarnında qırx gün nütfə66 şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər aləqa67 şəklində olur. Sonra yenə bu müddət qədər mudğa68 şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını»69.

Allahın bizi ruziləndirməsinə ağlı dəlilə gəlincə, bizlər yemək yiyərək və içərək yaşaya bilərik. Yiyəcək və içəcəyi də Allah yaratmışdır. «Bəs əkdiyiniz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: «Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik deyərsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?» (əl-Vaqiə 63-70).

Allahın bizi əbəs yerə yaratmaması! «Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzurumuza qaytarılmayacağınızı güman edirsiniz». (əl-Muminun 115). «Məgər insan elə güman edir ki, başlı-başına buraxılacaq. Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O - Allah ölüləri diriltməyə qadir deyildirmi?» (əl-Qiyamət 36-40). O, ölüləri diriltdikdən sonra da dirildicidir, diriltdikdən əvvəl də dirildicidir. Hər şey ona möhtacdır. Hər işin sonu ona dönəcəkdir. O, heç bir şeyə ehtiyacı olmayandır. Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahibdir. Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcəkdir. O, yaratdıqlarını var etdikdən sonra yaradıcı olduğu kimi, onları var etmədən əvvəl də yaradıcı idi.

Uluhiyyət, İsim və sifətlərin Tövhidindən fərqli olaraq Adəm oğullarının fitrətdən, qəlbdən qəbul etdiləri Tövhid də elə budur.
ULUHİYYƏT TÖVHİDİ

Bu da Allaha ibadət ilə olur. Buna həmçinin ibadətdə Tövhid də deyilir. Uluhiyyə ilah sözündəndir. Yalnız Allaha ibadət edilməli, boyun əyilməli, mütləq olaraq sadəcə ona itaət olunmalıdır. Kim olursa olsun - rəsul, mələk, cin, övliya, seyyid, daş, ağac və s. ona ibadətdə ortaq (şərik) qoşulmamalıdır. Namaz, oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək) nəzir, qurban, təvəkkül, ümid, qorxu, sevgi və s. zahiri və batini ibadətlərdən heç biri ondan başqasına edilməməlidir70. Allaha həm qorxu, həm ümid, həm də sevgi ilə ibadət olunmalıdır. «Biz yalnız sənə ibadət edirik və yalnız səndən kömək diləyirik». (əl-Fatihə 4). «Kim Allah ilə yanaşı başqa bir tanrıya ibadət edərsə, bunun üçün isə onun heç bir əsası yoxdur». (əl-Muminun 117). «Rəbbi yalnız ona ibadət etməyi buyurmuşdu». (əl-İsra 23). «Allaha ibadət edin və ona heç bir şeyi şərik qoşmayın». (ən-Nisa 36).

Bu Tövhidin gerçəkləşməsi üçün iki ünsur vardır:

1. İbadətləri qullardan hər hansı birinə deyil, yalnız Allaha xas qılmalı, Allaha məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət edər. Allahdan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb-yaxarmaz. Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz.

2. İbadətin, Allahın əmrlərinə itaətə sövq etməsi, qadağalarından çəkinməsi və Nəbisi – sallallahu aleyhi və səlləm – in Sünnətinə uyğun olması gərəkdir. Tövhidi Uluhiyyətin ən vacib ünsuru, insanın tam mənada Kitab və Sünnətə təslim olmasıdır.

Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə məbud da odur. Məbud isə ibadət olunmağa layiq olan kimsə deməkdir və ya ibadətə layiq olduğu üçün ona ibadət olunan deməkdir. Burada məqsəd ibadət olunan hər kəs Rəbbdir demək deyil. Allahdan başqa ibadət olunan ilahlar ilə o, ilahlara ibadət edənlərin, Allahdan başqa Rəbb etdikləri varlıqlar əslində Rəbb deyil, çünkü Rəbb yaradan, hər şeyə mütləq məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır. «O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız ona ibadət et və onun ibadətinə səbrli ol! Heç ona bənzərini görürsənmi?» (Məryəm 65).

Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın uzaqlaşdırılmasına belə maneçilik törədə bilməzlər. «De ki: «Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərini aradan qaldıra bilərlərmi?» Yaxud: «Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar onun mərhəmətinə mane ola bilərlərmi?» De ki: «Mənə təkcə Allah kifayət edər». (əz-Zumər 38). «Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz». (Yunus 107).

Onların ilah etdikləri bu varlılıqlar Uluhiyytdən heç bir xüsusiyyətə malik deyillər. Çünki onlar yaradılmış varlıqlardır. Özləri bir şey yaratmamışlar, onlara ibadət edənlərə zərrə qədər fayda verə və onlara gələn bəlanı aradan qaldıra bilməzlər. Həmçinin onlara həyat verməzlər, öldürməzlər. «Müşriklər isə onu qoyub heç bir şey yarada bilməyən, əksində özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə gücləri çatmayan bütləri özlərinə ilah qəbul etdilər». (əl-Furqan 3).

Uluhiyyət Tövhidi bütün Peyğəmbərlərin çağırdığı Tövhiddir. Əvvəlki ümmətlərin məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, Allah Nuh – əleyhissəlam - ın qövmi haqqında belə buyurur: (öz tabeçiliyində olanlara) dedilər: «Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın». (Nuh 23). İbn Abbas – radıyallahu anhu - rəvayət edir ki, bunlar Nuh - əleyhissəlam - ın qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların qəbirləri üstündə onların heykəllərini ucaltsınlar və onların adlarını həmən heykəllərə versinlər. Uzun müddət keçdikdən və elm yaddan çıxdıqdan sonra o, heykəllərə ibadət etməyə başladılar71.

Həqiqətən də bu belədir. Bu hadisələri biz indiki günümüzdə də görə bilərik. Nə qədər əməlisaleh insanlar var ki, öldükdən sonra onların qəbirləri üstündə pirlər, məsçidlər, ibadətgahlar tikilir. Uzun zaman keçdikdən sonra insanların o, qəbirlərin üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır ki, sıxıntı, kədər, bəla gələndə insan o ibadət etdiklərini unudaraq, əllərini göyə açıb Allaha dua edir. «İnsana bir sıxıntı üz verən zaman - uzananda da, oturanda da, ayaq üstə də bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər». (Yunus 12). «De ki: «Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünü alsa Allahdan başqasına dua edib yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək). Xeyr, yalnız Allaha dua edib yalvaracaqsınız. O, əgər istəsə yalvardığınız bəlanı aradan qaldırar. Siz də Ona şərik qoşduğunuz bütləri unudarsınız». (əl-Ənam 40.41).

Bəli, Allah bu bəlaları uzaqlaşdırdıqdan, sovuşdurduqdan sonra onlar yenə də Allahı unudub ona şərik qoşarlar. «Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar». (əl-Ənkəbut 65). «Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünə (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: «Əgər bizi bu təhlükədən qurtarsan Sənə şükr edənlərdən olarıq. Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başladılar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qaytarılacaqsınız. Biz də nə etdik-lərinizi sizə xəbər verəcəyik». (Yunus 22-23).

Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. Çünki İslam dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir. Peyğəmbərlərin ilk və son çağırışı da budur. Bunun üçün Pəyğəmbərlər göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-birindən ayrılmışdır. «Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur» kəlməsinin mənası da elə budur. «Səndən əvvəl elə bir Peyğəmbər göndərmədik ki, ona Allahdan başqa heç bir ilah yoxdur. Buna görə də yalnız mənə ibadət edin!» deyə vəhy etməyək». (əl-Ənbiya 25). «Mən cinləri və insanlaı yalnız mənə ibadət etmək üçün yaratdım». (əz-Zariyat 56).

O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlər bir və tək ilaha ibadət etmirdilər. Onlar birdən çox ilaha ibadət edib, bununla Allaha yaxınlaşdıqlarını irəli sürürdülər.

O, dövr ilə indiki dövr, Allahdan qeyrisinə ibadət edənlərin sözləri də eynidir. Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha yaxınlaşmağa yol axtarırıq. Allah Qurani Kərimdə Allaha belə bir yolla yaxınlaşmağı axtaranlar barəsində buyurur: Allahı qoyub özlərinə dost tutanlar: «Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!» Deyirlər. (əz-Zumər 3). «Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: «Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!» deyirlər. De ki: «Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır». (Yunus 18).

O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə bu Tövhidin fayda vermədiyini, əksinə Allah Qurani Kərimdə onları mömin yox kafir olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrə gedib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi Cəhənnəmlikdir.

Həmçinin Rəsulullah – sallallahu aleyhi və səlləm - də onlara qarşı qılınc qaldırmış, onların canlarını və mallarını halal qılmışdı. De ki: «Şübhəsiz Rəbbim məni doğru yola, həqiqi dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!» De ki: «Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür». (əl-Ənam 161-162).

Möhtərəm oxucularımız! Allaha ibadət edin, ona heç bir şeyi ortaq (şərik) qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxartmayın. Allah öz qullarına ona ibadət, itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə, bundan ötrü onlara bol qarşılıq verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü onları cəzalandıracağını xəbər vermişdi. «Bunlar Allahın sərhədləridir. (hökümləridir) Hər kəs Allaha və Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Peyğəmbərinə itaət etməyib onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedici əzab gözləyir». (ən-Nisa 13-14).
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİ

Bu ən gözəl İsim və Sifətlərin Allaha aid olduğuna haqqı ilə iman emək deməkdir. O, bütün kamil Sifətlərə malik və bütün əskik Sifətlərdən münəzzəhdir. Əhli Sünnə Vəl Cəmaat Rəbblərini Quran və Sünnədə gəlmiş İsim və Sifətlərlə bilir və tanıyır. «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin». (əl-Əraf 180). Allah Qurani Kərimdə özü-özünü vəsf etdiyi kimi və Rəsulu Muhəmməd sallallahu aleyhi və səlləm - də Onu Sünnədə vəsf etdiyi kimi qəbul etmək. Onlara de: «(Bunu) sizmi, yoxsa Allahmı daha yaxşı bilir?» (əl-Bəqərə 140). Allahdan sonra onu (Allahı) Rəsulundan daha gözəl kim tanıya bilər? Rəsululah – sallallahu aleyhi və səlləm - bu haqda buyurur: «Sənə, sənin özü-özünə verdiyin, yaxud öz Kitabında nazil etdiyin və ya xəlq etdiklərindən birinə öyrətdiyin, və ya Öz yanında saxladığın qeyb elmində malik olduğun hər bir adla dua edirəm»72. Əbu Nuaym – rahmatullahi aleyhi – deyir ki: «Allahın öz nəfsini vəsf etdiyi şeyləri inkar edən kafir olur. Nə Allahın özünü vəsf etdiyi, nə də Rəsulu Onu vəsf etdiyi heç bir şey təşbih deyildir»73.

Allahın İsim və Sifətlərini bilmək, mənasını başa düşmək, onlarla Allaha dua edib Ondan istəmək, qulların qəlblərində yaradıcını ucaltmaq, Onu təqdis edərək hər cür əskiklik və qüsurlardan tənzih etmək və Onu sevmək, Ona ümüd edib arzulamaq və Ondan qorxmaq, Ona təvəkkül etməkdir. Belə ki, yaradıcı onların qəlblərində, nə zatında, nə də Sifətlərində heç bir ortağı olmayan ən uca örnək olur. Heç kimsənin onların qəlblərindəki bu yer kimi bir yeri yoxdur.

Peyğəmbər – sallallahu aleyhi və səlləm – in risaləsi iki şeyi əhatə edir: Faydalı elm və Saleh əməl. «Müşriklərin xoşuna gəlməsə də (İslamı) bütün dinlərin fövqündə göstərmək üçün Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!» (ət-Tövbə 33). Bu ayədə olan Hidayət Faydalı elm, Haqq Din – Saleh əməldir.



Faydalı Elm gərək dünyada, gərək də axirətdə xeyirli və faydalı olan hər bir elmi əhatə edir. Heç şübhəsiz ki, Allahın İsimləini, Sifətlərini və feillərini bilmək bu elmlərin başında gəlir. Çünki bunları bilmək elmlərin ən xeyirlisi, ilahi risalətin özü, Peyğəmbər dəvətinin özəyi, söz, iş və etiqad baxımından dinin təməlidir. İsim və Sifətlər Tövhidi, Uluhiyyət və Rububiyyət Tövhidindən daha əhatəli və ümumidir. Allahın haqq bir İlah olduğuna, ibadətin ondan başqasına caiz olmadığını bilmək Onun İsim və Sifətlər elmindən bir budaqdır. Eyni şəkildə Onun Rəbb olduğuna, hər şeyi yaradıb yoxdan var etdiyinə, varlılıqlara surət verdiyinə iman etmək, İsim və Sifətlər Tövhidindən bir budaqdır. Bu da İsim və Sifətlər Tövhidinin Rububiyyət və Uluhiyyət Tövhidindən daha ümumi və əhatəli olduğunu göstərir.

Allahın qeyb elmində malik olduqlarını isə heç kəsin nə məhdudlaşdırması, nə də əhatə etməsi mümkündür. Allahı onun özünü adlandırdığı kimi adlandırmaq, yaxud onun özünü adlandırdığı adları inkar etmək Allaha qarşı üsyan etmək deməkdir. Ona görə də bu işdə ədəb yolunu tutmaq, Quran və Sünnə mətnlərində olan adlarla kifayətlənmək lazımdır. «Bilmədiyin bir şeyin ardınca getmə. Çünki qulaq, göz və qəlb bunların hamısı sorğu-sual olunacaqdır». (əl-İsra 36). «Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdu». (əl-Əraf 33).

İbn Qeyyim – rahmatullahi aleyhi - Allahın İsim və Sifətlərini üç qismə bölür: 1. O, adlar ki, insanlardan qeyri məxluqlar bilir. 2. O, adlar ki, Quran və Sünnədə varid olub. 3. O, adlar ki, onları yalnız Allah bilir.

Əhli Sünnə Vəl Cəmaat – Rəblərini belə tanıyır. Allah, ondan əvvəl heç bir şeyin olmadığı (Əvvəl), ondan sonra heç bir şeyin olmadığı (Axır), ondan üstə heç bir şeyin olmadığı (Zahir), ondan o, tərəfə heç bir şeyin olmadığı (Batindir). «Əvvəl də, axır da, zahir də, batin də odur. O, hər şeyi biləndir». (əl-Hədid 3). Yenə də etiqad edirik ki, Allahın zatı, digər zatlara, varlıqlara bənzəməz. Sifətləri də eyni şəkildə digər sifətlərə bənzəməz. Çünkü Allaha bənzər, oxşar heç bir varlıq yoxdur. O, yaratdığı varlılıqlarla qiyas edilməz. Allah həyatda hər şeyin xaliqi, yaradıcısı və həyatda olan hər bir varlığın ruzi vericisidir. «Məgər yaradan bilməzmi? Allah incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır». (əl-Mulk 14). Allah nə yaratdıqlarını yaratdıqdan sonra yaradıcı sifətini almış, nə də insanları var etdikdən sonra Bəri (yoxdan var edən) adını almışdır. Bu sifətlərə əzəldə də sahibdir. O, indi də əbədi olaraq bu sifətlərə sahibdir. Bu sifətlərin hamısı onun kamil sifətlərindəndir. Məs: O, insanları yaratdıqdan sonra yaradıcı adını almamışdır. Bütün sifətləri kimi yaradıcı sifəti də onları yaratmazdan əvvəl onda var idi. Bu sifətlər əsla və heç bir şəkildə sona yetməz. Allah var olduqca onunla birlikdə var olacaqdır. Allahın varlığının da sonu olmayacaqdır. Allah yaratdıqlarını Alim olaraq yaratmışdır və heç bir şey ondan gizli qala bilməz, heç bir şey onun elmindən qırağa çıxa bilməz. Onun elmi böyük və kiçik, çox və cüzi hər bir şeyi əhatə etmişdir. «Göylərdə və yerdə zərrə qədər bir şey ondan gizli qalmaz. Bundan kiçik yaxud böyük elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın». (Səba 3). O, kainatı yaratmazdan əvvəl nə olduğunu bildiyi kimi, hal-hazırda da hər bir şeyi bilməkdədir. Yaratdıqlarından heç bir şey ondan gizli qalmaz. «(Rəbbin) onların keçmişini də, gələcəyini də bilir. (Ta ha 110).



Qurandan və Sünnədən bizə Allahın 99 İsim və Sifətləri məlumdur. Əbu Hureyrə - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: “Allahın doxsan doqquz – yüzdən bir əskik İsmi vardır. Kim bu İsimləri sayarsa Cənnətə daxil olar”74. Çünki bu 99 İsmi bilmək qəlbin düzəlməsi üçün əsasdır.

Qurani Kərimdən buna dəlillər isə: «Şübhə yox ki, Allah çox Uca (Ali) və çox böyukdür (Kəbirdir)». (ən-Nisa 34). «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (Səmi) və görəndir (Bəsirdir)». (ən-Nisa 58). «Şübhə yox ki, Allah yenilməz qüvvət (Aziz) və hikmət sahibidir (Hakimdir)». (ən-Nisa 56). «Şübhəsiz ki, Allah bağışlayan (Ğafur) və rəhmlidir (Rahimdir)». (ən-Nisa 23). «Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir (Raqibdir)». (ən-Nisa 1). «Haqq-hesab çəkməyə (Hasib) olaraq Allah kifayət edər». (ən-Nisa 6). «Allah (möminlərə) lütfkardır (Lətif)(bəndələrinin bütün əməllərindən) xəbərdardır (Xabirdir)». (əl-Əhzab 34). «Şübhəsiz ki, Allah hər şeyi hifz edəndir (Hafizdir)». (Hud 57). «Şübhəsiz ki, Allah təriflənib şükr olunmağa (Həmid) və öyülüb, mədh edilməyə layiqdir (Məciddir)». (Hud 73). «Şübhəsiz ki, Allah çox yaxındır (Qərib) və duaları qəbul edəndir (Mucibdir)». (Hud 61). «Allah ehtiyacsız (Ğani) və həlimdir (Həlimdir)». (əl-Bəqərə 263). «Məgər Rəbbinin hər şeyə (Şahid) olması kifayət deyilmi. (Fussilət 53)». «Allah (öz elmi ilə) hər şeyi ehtiva edəndir (Muhitdir)». (Fussilət 54). «O, özündən başqa heç bir ilah olmayan, gizlini də, aşkarı da bilən Allahdır. O, Rahməndir, Rəhimdir. O, özündən başqa heç bir ilah olmayan Məlikdir (mütləq sahibdir), Quddusdur (nöqsanlıqdan münəzzəhdir), Səlamdır (zat və sifətlərində, fellərində hər cür qüsur və əskiklikdən uzaqdır), Mumindir (öz bəndələrini şərdən qoruyan, əmin edəndir), Muheymindir (hamilik edən, qoruyandır), Əzizdir (hər şey hökmünə məhkum olan, güclü, qüvvətlidir), Cəbbardir (hökmünə məcbur edəndir), Mutəkəbbirdir (təkəbbürlük haqqına tək sahib olandır). Allah müşriklərin ona qoşduğu bütlərdən uzaqdır. O, Allahdır ki, Xaliqdir (hər şeyi yaradandır), Bəridir (yoxdan var edəndir), Musavvirdir (yaratdıqlarına istədiyi kimi surət verəndir), O, Əzizdir, Həlimdir (yenilməz qüvvət və hikmət sahibidir)». (əl-Həşr 22-24). və s. ayələri dəlil göstərmək olar.

Allahın Isim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də İsim və Sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünkü insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır. İmam Əbu Hənifə – rahmətullahi aleyhi - bu haqda deyir ki: “Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizim duymağımıza bənzəməz. Danışır, lakin danışması bizim danışığımız kimi deyildir”75. Çünkü onun misli yoxdur. «De ki, o Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).

İsim və Sifətlərin Tövhidi əqidə məsələlərində ən çətin və təhlükəli mövzulardan biridir. Hətta bir çox alimlər bu mövzuda xətalar etmişlər.

Əhli Sünnə Vəl Cəmaatın bu mövzu ilə bağlı mövqeyi belədir:



1) Nə ki, Quran və Sünnədə isbat olunub, biz də onu isbat edib, qəbul edirik. Məs: Allah görür, eşidir və s. «Şübhə yox ki, Allah (hər şeyi) eşidən (Səmi) və görəndir (Bəsirdir)». (ən-Nisa 58).

2) Nə ki, Quran və Sünnə ilə inkar edilir, biz də onu inkar edirik. Məs: Xristianlar deyirlər ki, Allah göyləri və yeri altı gündə xəlq etdi və bazar günü isə dincəldi. «O, nə mürgü (Həyydir), nə də yuxu bilər (Qayyumdur)». (əl-Bəqərə 255). «And olsun ki, biz göyləri, yeri və onlar arasında olanları altı gündə yaratdıq və bizə heç bir yorğunluq da üz vermədi». (Qaf 38). Yəhudilər dedilər ki, Allah xəsisdir. «Xeyr, Allahın əlləri açıqdır. İstədiyi kimi lütf və ehsan edər». (əl-Maidə 64). Finhas adlı bir yəhudi Əbu Bəkr - radıyallahu anhu – onu İslama dəvət etdikdə demişdir: «Allaha and olsun ki, ey Əbu Bəkr! Biz fəqir (kasıb) olmadığımızdan Allaha ehtiyacımız yoxdur. O, isə fəqir birisidir. Əgər möhtac olmayan bir varlıq olmasaydı bizdən borc tələb etməzdi» «Allah kasıbdır, biz isə dövlətliyik! deyənlərin sözlərini Allah, əlbəttə eşitdi. Biz onların dediklərini və Peyğəmbərləri haqsız yerə öldürdüklərini yazacaq və (qiyamət günü) onlara: «Atəşin əzabını dadın!» deyəcəyik». (Ali İmran 181)76. Allah bütün bu deyilənlərdən münəzzəhdir.

3) Nə ki, Quran və Sünnədə varid olmayıb, sabitliyi və inkarı. Məs: Allah buyurur ki, danışır. Bu sabitdir. Lakin biz desək ki, Allah danışır, deməli dodağı, dili və s. var. Bu düz deyil. Çünkü bu haqda bizdə heç bir dəlil yoxdur. Bununla bərabər biz onu da inkar etmirik. Yenə də dəlilimiz olmadığı üçün.
İSİM VƏ SİFƏTLƏR TÖVHİDİNDƏ MÜHÜM OLAN QAYDALAR

Müsəlman qardaş və bacılarım! Bu mövzu təhlükəli və çətin olduğuna görə, bəzi azmış və hədlərini aşmış firqələr kimi Allahın ad və sifətlərini dəyişməmək, onları heç nəyə bənzətməmək, keyfiyyətini öyərənməyə çalışmamaqdan ötrü alimlər bəzi qaydalar müəyyənləşdiriblər. Bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir.



1. Təhrif bir sözü başqa sözlə əvəz etmək, dəyişdirmək deməkdir. Ayə və ya hədisi həm məna, həm də ləfzi etibarı ilə dəyişdirmək deməkdir. Məs: 1) Məna etibarı ilə təhrifə dəlil - Allah Qurani Kərimdə buyurur: «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). Burada olan İstiva - ucalmaq sözünə, şəkilçisi artırmaqla İstəvlə hökmü altına aldı sözü ilə əvəz edirlər. Bu azmış firqələr özləri də bilmədən Yəhudilərin etdiklərini edirlər. Allah Yəhudilərə kəndin qapsından Allaha səcdə edən halda Hittə «Bizi bağışla» deyərək içəri daxil olun buyurduğu halda onlar Allahı ələ salaraq Hittə sözünü, Hintə «Buğda» sözü ilə əvəz etdərək arxaları üstə kəndə girməyə başladılar. (əl-Bəqərə 58-59)77. Allahın Əl sifətini qüdrət, nemət kimi təhrif etmək. 2) Ləfzi etibarı ilə təhrifə dəlil – Allah Qurani Kərimdə buyurur: «Allah Musa ilə sözlə danışdı». (ən-Nisa 164)-ci ayəsini oxuduqda: «Musa Allah ilə sözlə danışdı» deyə təhrif edirlər.

Allah Qurani Kərimdə təhrifi qınamış və bu haqda: «Halbuki (Musa dövründə) onların içərisində elələri də vardı ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75). «Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir…». (ən-Nisa 46). «Onlar sözlərin yerini dəyişib təhrif edir…». (əl-Maidə 13,41).



TəhrifTəvil78 Kəlamçıların bir çoxu təhrif kəlməsinin yerinə təvil kəlməsini işlədirlər. Çünki Təvilin hamısı pis deyildir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – İbn Abbas – radıyallahu anhu – haqqında: «Allahım onu dində fəqih et! Ona təvili öyrət!» deyə buyurmuşdu79. Təvil təfsir mənasıdadır və sözün son nəticədə əsaslandığı həqiqət mənasını bildirir. Pislənmiş təvil – sözün bəyənilən bir mənasını kənara qoyaraq ona bənzər digər dəlili bəyənilməyən, ehtimallara əsasən şərh edilməsinə deyilir. İsim və Sifətlərdə təvilə gəldikdə isə bidət əhlinin belə bir şeyə əl atmalarında məqsəd Uca Allahı yaradılmışlara bənzərlikdən təmizləməklə həddi aşmalarıdır. Bu isə öz növbəsində batil bir iddia olmaqla onları çəkindikləri təhlükənin bir başqa formasına, daha ağırına salmaqdadır. Məs: YədƏl sözünü qüdrət mənasında təvil etdikləri vaxt Allahın əlinin olmasını deməkdən qaçmaq istəmişlər. Çünki yaradılmışların da əli vardır. Əl - sözü onlara mütəşabih görününcə onu qüdrət adlandıraraq təvil etmişlər. Bu da onların bir ziddiyətidir. Yəni onlar məqbul saydıqları məna haqqında müvafiq bir iddia qəbul etmək məcburiyyətindədirlər. Yəni özlərinin rədd etdikləri mənanı qəbul etməyə məcburdurlar. Axı qulların da qüdrəti vardır. (Belə olduqda Allahla yaradılmışlar arasında oxşarlıq olur). Əgər onların qəbul etdikləri qüdrət haqq və mümkün olan bir şeydirsə, onda Uca Allah üçün əli məqbul saymaq da eyni qaydada haqq və məqbuldur. Əgər Uca Allah haqqında əli qəbul etmək – onların iddialarına görə təşbihi (bənzətməni) zəruri etdiyi üçün batil və mümkün olmayan bir şeydirsə, eynilə qüdrəti də qəbul etmək batil və qeyri mümkündür80.

2. Tətil Allahın sifətlərini təmamilə inkar etmək və ya bəzilərini qəbul edib, bəzilərini inkar etmək. Tətil mütləq olaraq Təhrifdən daha şiddətlidir. Yəni o, yerdə ki, təhrif var orada tətil də vardır. Lakin əksi belə deyildir.

İki Qisimdir: 1) Böyük Tətil Cəhmilər Allahın İsim və Sifətlərini təmamilə inkar edirlər. 2) Kiçik Tətil Əşarilər, Mətrudilər kimi Allahın İsim və Sifətlərindən bəzilərini qəbul edib, bəzilərini isə inkar edirlər.

3. Təmsil (Muməssil) – Allahın sifətlərini məxluqatın sifətləri kimi olduğunu qeyd etmək. Buna həmçinin Təşbih də deyilir. Bənzətmək, bənzər vermək. «Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11). Allah bu ayədə həm nəfy, həm də isbatı bir arada zikr etmişdir. Onun bənzərinin (misli) olmasını nəfy edərkən, Səmi və Bəsır (eşidən və görən) olduğunu isbat etmişdir. Bu da bu cür düşünənlərin fikirlərini alt-üst edir.

İki Qisimdir:

1. Yaradılmışı Yaradana (Allaha) bənzətmək – Yəni Allahın sifətlərindən, fellərindən, haqlarından hər hansı birini yaradılmışa da vermək.

1) Allahın sifətlərindən hər hansı birini yaradılmışa vermək – Peyğəmbər – sallallahu aleyhi və səlləm – i və ya ondan aşağı səviyyədə olan hər hansı bir yaradılmışı tərif və övməkdə hədi aşmaq. Necə ki, Abdullah b. Yəhya əl-Buhturini81 tərif edən Mutənəbbi82. O, deyir: «Ey bənzəri olmayan kimsə, dilədiyin kimi ol! Və necə istəyirsən elə də ol! Sənə bənzər bir kimsə yaradılmamışdır».

2) Allahın fellərindən hər hansı birini yaradılmışa vermək – Allah ilə bərabər başqa bir yaradıcı olduğunu irəli sürən kimsənin Rububiyyət tövhidində Allaha şərik qoşması.

3) Allahın haqlarından hər hansı birini yaradılmışa vermək – Müşriklərin bütlərinin ilahlıq haqqı olduğunu irəli sürərək onlara tapınıb ibadət etmələri kimi.

2. Yaradanı yaradılmışa bənzətmək – Yəni yaradılmışa aid olan bəzi özəllikləri Allahın zatına və sifətlərinə vermək. «Allahın iki əli yaratdıqlarının əlləri kimidir», «Allahın Ərşə İstiva etməsi yaratdıqlarının öz taxtlarına oturub qalxmaları kimidir» və s. bənzəri sözlər kimi. İlk olaraq bu sözləri işlədən Hişam b. əl-Həkəm83 olmuşdur. İmam Əbu Hənifə – rahmətullahi aleyhi – yaradanı yaradılmışa bənzətməyi kəsin ifadələrlə qadağan etmişdir. O, deyir: «Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin görməsi bizim görməyimiz kimi deyil. Duyur, lakin duyması bizim duymağımıza bənzəməz. Danışır, lakin danışması bizim danışığımız kimi deyildir”84. «Allahın əli onların əlləri üzərindədir, lakin bu yaratdıqlarının əlləri kimi deyildir. O, əllərin yaradıcısıdır. Onun üzü yaratdıqlarının üzü kimi deyildir. O, bütün üzlərin yaradıcısıdır. Onun nəfsi yaratdıqlarının nəfsi kimi deyildir. Bütün nəfslərin yaradıcısı Odur. «Ona bənzər heç bir şey yoxdur. O, eşidən və görəndir». (əş-Şura 11)85.



4. Təkyif (Mukəyyif) – Allahın sifətlərinin mahiyyəti, keyfiyyəti haqqında fikir yürütmək. Sifətlərin necəliyi haqqında suallar vermək. Allahın sifətlərini bilmək lazımdır, lakin keyfiyyəti haqqında fikir yürütmək olmaz. «Sənə Quranı nazil edən odur. Onun bir hissəsi quranın əslini, əsasını təşkil edən möhkəm, digər qismini isə mütəşabih (mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədi ilə mütəşabih ayələrə uyarlar. Halbuki onların həqiqi izahını Allahdan başqa heç kəs bilməz». Elmdə qüvvətli olanlar isə: «Biz onlara inandıq, onların hamısı Rəbbimiz tərəfindəndir» deyərlər. «Bunları ancaq ağıllı adamlar dərk edər». (Ali İmran 7). Valid b. Müslüm deyir ki, əl-Əvzai, Sufyan b. Uyeynə, Məlik b. Ənəs – rahmətullahi aleyhi - dən İsim və Sifətlər haqqında olan hədislər barəsində soruşdum. Cavabları: «Bunları gəldikləri kimi alın, onlarla əlaqəli keyfiyyət düşünməyin»86. İmam Zuhri – rahmətullahi aleyhi – deyir: «Risalə göndərmək Allahdan, təbliğ etmək Rəsullardan, bizə düşən isə təslimiyyət göstərməkdir»87. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir: «Kim qulları tanıdığı kimi Allahı tanıyarsa kafir olar»88. İbn əl-Cövzi – rahmətullahi aleyhi – İmam Əhməd – rahmətullahi aleyhi – ın Musaddəd əl-Bəsriyyəyə yazdığı məktubu belə xatırlayır: «Allahı onun özünü vəsf etdiyi kimi vəsf edirik, Allahın özü haqqında nəfy (inkar) etdiyini siz də nəfy edin»89.
İSTİVA

İstiva Allahın feli sifətlərindəndir. İstiva üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir. Allahın yeddi səmanın üstündə yaratdıqlarından ayrı olaraq Ərşin üzərunə istiva etdiyinə və elmi ilə hər bir şeyi əhatə etdiyinə iman gətirilməlidir. Qatadə İbn ən-Numan - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurdu: «Allah yaratmağı qurtardıqdan sonra Ərşin üzərinə istiva etdi»90.

Əbu Muhəmməd AbdulQadir əl-Ceylani91: «Hər cür əskikliktən və qüsurdan münəzzəh olan Allah, yüksəklik yönündə (yuxarı tərəfdə) Ərşinə İstiva edəndir, mülkü əhatə edəndir» sözlərini açıqlayaraq demişdir: «Allahın hər yerdə olduğunu qeyd etmək düzgün deyildir. Əksinə Allah göydə, Ərşə İstiva etmişdir deyilməsi daha mötəbərdir. Allah buyurur: «Rahmən ərşə istiva etdi». (Ta ha 5). İstiva kəlməsini hər hansı bir təvilə yol vermədən olduğu kimi işlətmək lazımdır. Belə ki, bu İstiva Ərşə edilən Zatı İstivasıdır. Nə Mucəssimə, nə də Kərramiyyənin dediyi kimi Ərşin üzərinə oturmaq və onunla doğrudan-doğruya təmasda olmaq (yəni ona, ərşə doğrudan) dəymək mənasında deyildir. Nə də Mutəzilənin dediyi kimi (Ərşi) istilə (İstəvlə zəbt etmək, hökmü altına almaq) və ona qələbə çalmaq mənasındadır. Nə də Əşariyyənin dediyi sifətlərin yüksəkliyi və ucalığı manasındadır. Çünkü Quran və Sünnədə olan dəlillər İstiva sözüylə bunları qəsd etməmişlər». Əhli Sünnə Allahın ərşinin üstündə olduğu inancında birləşmişlər (icma etmişlər). Onlardan heç biri Allahın Ərşin üzərində olmadığını söyləməmişlər. Heç kimsənin onlardan bu mənada nə nass, nə də zahir olaraq bir söz nəql etməsi mümkün deyildir92.



Bu kəlməni Müxaliflərin yozduqları kimi zəbt etdi, hökmü altına aldı, qüdrəti ilə və s. mənalar ilə dəyişməməliyik. İstiva məlumdur, keyfiyyəti isə məchuldur. Ona iman gətirmək isə vacibdir. Əbu Nuaym Cəfər İbn Abdullah deyir ki, biz İmam Məlik – rahmətullahi aleyhi – ın yanında idik. Bir nəfər: «Ey Abdullahın atası! Allah Ərşə necə istiva etdi?» İmam Məlik – rahmətullahi aleyhi – bu sualı eşidəndə bərk qəzəbləndi. Başını aşağı salaraq, əlindəki çubuqla yerə sürtərək fikrə daldı. Sonra başını qaldırıb əlindəkini atdı və: «Necəliyi ağılla dərk olunmaz. İstiva Allah üçün məlumdur (yəni bilinməz deyildir). Buna iman vacib, bu haqda sual vermək bidətdir. Səni də bir bidətçi kimi görürəm və bu adamın qovulmasını əmr etdi»93. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Allaha verilən İsim və Sifətlər tamamən Tovqifidir Allah və Rəsulunun bildirməsi ilə bilinə bilər»94. İmam İshaq İbn Rahaveyh – rahmətullahi aleyhi – deyir ki: «Elm əhlinin inancına görə O, ərşə istiva etmişdir. Yeddinci yerin dibindəki hər şeyi də bilir»95.

«İstiva Bilinməz Deyildir» sözü: Yəni dildə mənası bilinməz deyildir. Çünki mənası yüksəklik, üstə olmaq, yüksəlmək, çıxmaq deməkdir.

«Necəliyi Ağilla Dərk Olunmaz» sözü: Ağıllarımızla Allahın ərşinə istivasının necəliyini anlamağımız mümkün deyildir, deməkdir. Bunun yolu ancaq və ancaq nəqli dəlillər olan Quran və Sünnə (hədislərdir). Quran və Sünnədə Allahın ərşinə istivasının necəliyini bildirən hər hansı bir dəlil yoxdur. Buna görə də bu haqda bizdə dəlil olmadığı üçün bu mövzuda susub danışmamağımız daha məsləhətlidir. Sual ola bilər ki: «Allahın Sifətlərinin necəliyi varmıdır?». Cavab olaraq deyirik ki: «Allahın Sifətlərinin mənaları tərəfimizdən bilinməkdədir. Necəliyi isə bizim üçün bilinməzdir. Çünki Allah bizə, bu Sifətlərin mənalarını bildirmiş, necəliyini isə bildirməmişdir. Sələf mütləq olaraq necəliyi rədd etməmişdir. Əsla, çünki bu bir tətildir. Allahın Sifətlərinin necəliyi vardır. Fəqət bu necəlik bizim üçün bir bilinməzdir. Çünki bir şeyin necəliyi, yalnız o, şeyi görməklə, ya bənzərini görməklə və ya onun haqqında gələn doğru xəbərlərlə bilinə bilər. Bu yolların heç biri Allahın Sifətləri haqqında mövcut deyildir. Sifətlər haqqında söz, zat haqında sözün bir budağıdır. Biz Allahın zatının necəliyinə varmadan qəbul etdiyimiz kimi, Sifətlərini də eyni onun kimi necəliyinə varmadan qəbul etməliyik. Sələflər deyirlər ki, müxaliflərdən biri sənə: «Allahın sifətlərindən hər hansı birinin necə olduğunu soruşarsa» ona belə de: «Yaxşı, Allah zatıyla necədir?» Heç şübhəsiz ki, Allahın zatının necəliyinə varmayacaqdır. O, zaman ona de: «Onun zatının necəliyini demək mümkün olmadığı kimi, Onun Sifətlərinin necəliyini deməkdə mümkün deyildir. Çünki sifətlər zata tabedirlər.

«Buna İman Vacibdir» sözü: Allahın özünə yaraşır bir şəkildə Ərşinin üzərinə İstiva etdiyinə inanmaq vacibdir. Çünki Allah özünü belə tanıtmışdır.

«Bu Haqda Sual Vermək Bidətdir» sözü: Bu isə İstivanın necəliyi haqqında sual vermənin bidət olduğu mənasına gəlməktədir. Çünki belə bir sualı Peyğəmbər – sallallahu aleyhi və səlləm - və səhabələrin zamanında verilməmişdir.

Allah, Qurani Kərimdə 7 yerdə: əl-Əraf 54, Ta ha 5, ər-Rad 2, Yunus 3, əs-Səcdə 4, Furqan 59, əl-Hədid 4-də Alə üzərinə ön qoşması ilə, «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). İki yerdə isə: əl-Bəqərə 29, Fussilət 11-də İlə tərəf ön qoşması ilə, «Sonra səmaya tərəf üz tutaraq». (əl-Bəqərə 29)-də İstiva etdiyini bəyan etmişdi.

Müxaliflər İstiva kəlməsini bir çox mənalar ilə dəyişmişlər. Bunlardan ən məşhuru İstiva sözünə şəkilçisi artıraraq İstəvlə zəbt etmək, hökmü altına almaq mənasıdır. Heç bir qrammatika alimləri bu sözlərin eyni məna ifadə etdiklərini qeyd etməmişlər. İstiva felin səkkizinci fəslinə aiddir və kökü Sin-Vav-Yə dən ibarətdir. Əlif-Tə artırılaraq əmələ gəlib. İstəvlə felin onuncu fəslinə aiddir və kökü Vav-Ləm-Yə dən ibarətdir. Əlif-Sin artırmaqla düzəlir.

Şairin: Qad İstəvə Bişrun Aləl İraqi



Min Ğayri Seyfin Və Dəmin Mihraqi

Bişr İraqı İstilə (zəbt etmdi, hökmü altına aldı),

Qılıncsız qan tökmədən.

Sözlərinə gəlincə bu beytin sənədi olmadığı kimi, onu kimin söylədiyi və ondan bu beyti kimin nəql etdiyi bilinməməkdədir. İbn Teymiyyə – rahmətullahi aleyhi – deyir: «Bunun ərəb şeri olduğuna dair səhih bir nəql yoxdur. Dil (qramatika) imamlarından bir çoxu onu inkar etmiş və dildə bilinməyən uydurma bir beyt olduğunu söyləmişlər. Bilindiyi kimi Rəsulullah – sallallahu aleyhi və səlləm - bir hədis dəlil olaraq irəli sürülərsə şübhəsiz ki, onun səhih olması lazımdır. O, halda isnadı belə bilinməyən və dil imamlarının inkar etdiyi bir beytin nə hökmü ola bilər? Əbul Muzəffərin «əl-İfsah» adlı əsərində Xəlilə: «Dildə «İstiva» kəlməsinin «İstəvlə» mənasına gəldiyinə heç rast gəldinmi?» deyə soruşdular. O: «Bu həm ərəblərin bilmədiyi bir şeydir, həm də dillərində belə bir şey caiz (qəbul) deyildir. Xəlil dildə imamdır. O, halda İstivaya (dildə) bilinməyən bir məna yükləmək, batil bir məna yükləmək adlanır»96.

Həmçinin bizə Qurani Kərimdən göründüyü kimi, sonra Ərşə yüksəldi. Müxaliflərin dediyi kimi olsa, sonra hökmü altına aldı – belə çıxır ki, əvvəl Ərş Allahın hökmü altında deyildi, həmçinin hökmü altına almaq acizliyin əlamətidir. Allah əvvəl aciz olub, sonra güc toplayaraq öz hökmü altına alıb. İkinci tərəfdən əgər Allah, onların dediyi kimi Ərşi hökmü altına alıbsa bəs qalan məxluqlar necə? Biz bilirik ki, Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl də hər bir şey Allahın hökmü altında olub və olacaqdır. İstivanın həqiqətini inkar edən hər kəs Muattıl olur. Yenə istivanı yaradılmışların bir-birlərinə olan istivasına bənzədən kimsə də Müşəbbih olur. Hər kimdə Allahın İstivasının bənzəri heç bir şey yoxdur deyərsə o, Muvahiddir (Tövhid əhlidir), Munəzzihdir (Allahı əskiklik və qüsur sifətlərindən təmizliyəndir).
ƏRŞ VƏ KURSİ

Əhli Sünnə Vəl Cəmaat - Ərş və Kursinin də haqq olduğuna inanırlar. Ərş kəlməsi Qurani Kərimdə 21 yerdə qeyd olunur. «Şanlı ərşin sahibi də odur». (əl-Buruc 15). «Ərşin sahibi olan Allah». (əl-Mumin 15). «O, böyük ərşin sahibi olan Allahdan başqa ilah yoxdur». (ən-Nəml 26). «O, uca və kərim olan ərşin sahibidir». (əl-Muminun 116). Ərş Taxt deməkdir. «Onun çox böyük əzəmətli ərşi (taxtı) də vardı». (ən-Nəml 23). «Yusif ata-anasını taxt (öz taxtının) üstünə qaldırdı». (Yusif 100).



Ərş mələklərin daşıdığı və tutacağı taxtdır. Ərşin tutacağı vardır. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Qiyamət günü İnsanların çaşqın olan vaxtı ilk oyanan mən olacağam. Bir də baxıb görəcəm ki, Musa - əleyhissəlam - Ərşin dirəklərindən birindən tutub»97. Aləmin üzərində Qübbə formasındadır Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «…Yazıqlar olsun sənə! Sən Allahın (böyüklüyünün və ucalığının) nə olduğunu bilmirsən? Şübhəsiz ki, Onun Ərşi göylərin (Başqa rəvayətdə: Yerlərin) üstündədir. (Allahın Ərşi) belədir deyib: «(Peyğəmbər – sallallahu aleyhi və səlləm - bu an) barmaqlarıyla işarə edərək: «Eynilə Qübbə kimidir. Kursünün yeni düzəldilmiş Dəvə palanının minənin ağırlığı (səbəbilə) qıcırdaması kimi qıcırdaması vardır» dedi98.99 Bütün məxluqatın tavanıdır. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Allahdan Cənnəti istədiyiniz zaman Firdovsu diləyin. Çünkü o, Cənnətin orta yerində ən yüksək yerdədir. Onun üstündə Rahmənin Ərşi vardır. Cənnətin çayları oradan qaynayır»100. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: “Allah bütün məxluqatı xəlq etməyi təqdir etdiyi zaman (Başqa rəvayətdə: Məxluqatı xəlq etməmişdən qabaq) Ərşinin üzərində, yanında olan (Başqa rəvayətdə: Kitabda – Lövi Məhfuzda) bunu qeyd etmişdir: Rəhmətim Qəzəbimi keçmişdir (Başqa rəvayətdə: Allah məxluqatı xəlq etdiyi zaman Öz nəfsi yanında: Rəhmətim Qəzəbimə qələbə çalmışdır101)”102.

Ərş kəlməsini mülk, qüdrət kimi təhrif (dəyişmək) etmək istəyənlər bu ayələrə nə deyirlər. «Həmin gün Rəbbinin ərşini onların (başı) üstündə səkkiz mələk daşıyacaqdır». (əl-Həqqa 17). «Onun ərşi suyun üzərindədir». (Hud 7). İmran İbn Huseyn – radıyallahu anhu – rəvayət edir ki, Bəni Təmim qəbiləsindən bir qrup insan Rəsulullah – sallallahu aleyhi və səlləm – ın yanına gəldilər. Peyğəmbər: “...(əzəldən) Allah vardı və Ondan öncə heç bir şey yox idi. Ərşi də su üzərində idi. Sonra Allah göyləri və yerləri yaratdı. Sonra hər bir şeyin zikrini təqdir etdi (Başqa rəvayətdə: Əbu Rəzin əl-Ukayl – radıyallahu anhu – deyir ki: “Ey Allahın Rəsulu! Rəbbimiz bu məxluqatı yaratmamışdan əvvəl harada idi?”. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «O, tək başına heç bir şey olmadan O, vardı. Altı hava, üstü hava (boşluq) idi. Ərşi də su üzərində yaratdı103104. Abbas İbn AbdulMuttalib – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - səhabələrə buyurdu: «Bilirsinizmi, səma ilə yer arasında nə qədər məsafə var?» Səhabələr: «Allah və Rəsulu daha gözəl bilir». Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Onlar arasında məsafə 500-ildir. Həmçinin hər bir səma ilə (o, biri səma qatı arası) 500-ildir. Hər bir səmanın qalınlığı da 500-il yürümə qədərdir. Yeddinci səma ilə Ərşin arasında dəniz vardır (Başqa rəvayətdə: Yeddinci səma ilə kürsi arasında məsafə 500-ildir. Kürsi ilə dəniz arasında da 500-ildir. Ərş isə dənizin üzərində yerləşir. Allah isə Ərşin üzərindədir105). Bu dənizin dibi ilə səthi arası səma ilə yer arasında olan məsafə qədərdir. Allah bunların hamısından yuxarıdadır. Adəm övladlarının heç birinin əməli ondan gizli qalmaz»106.107 Mucahid – rahmətullahi aleyhi – deyir ki: “Yeddinci səma ilə Ərş arasında 70000 min hicab var. Musa - əleyhissəlam - yaxınlaşmağa davam edirdi. Hətta o, qədər yaxınlaşdı ki, Musa və Ərş arasında bir hicab qaldıqda o, öz yerini gördü və (Qədəri) yazan qələmin cırıltısını eşitdikdə buyurdu: “Ya Rəbbim! İzin ver Sənə baxım”108. Həsənul Bəsri – rahmətullahi aleyhi – deyir ki: “Məxluqatdan İsrafil - əleyhissəlam - qədər Allaha yaxın olan məxluq (mələk) yoxdur. Onunla Rəbbi arasında 70 hicab vardır və hər bir hicab (arasında) 500-illik məsafə vardır. İsrafil - əleyhissəlam - bütün bunlardan yüksəkdədir. Onun başı Ərşin altında, çiyinləri isə yeddi səmanın sonundadır”109.

Rəhmanın Ərşinin ağırlığı, böyüklüyü haqqında Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Yaratdıqlarının sayı qədər, özünün razı olacağı qədər, Ərşinin ağırlığı qədər və kəlmələrinin sayı qədər Allaha həmd edərək o, pak və nöqsansızdır»110. Rəsulullah – sallallahu aleyhi və səlləm - sıxıntı anlarında buyurardı: «Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. O, çox böyükdür, Həlimdir. Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. O, böyük Ərşin Rəbbidir. Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. Göylərin Rəbbidir, yerin Rəbbidir. Kərim olan Ərşin Rəbbidir»111. Cabir – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Sad b. Muaz – radıyallahu anhu – barəsində buyurdu: "Onun ölümünə görə (Rəbbimin) Ərşi titrədi, səma qapıları açılaraq oradan 70 min mələk (enərək onun cənazəsində) iştirak etdi. İlk öncə (Qəbir) onu sıxdı, sonra isə bu sıxıntıdan qurtardı»112.

Kursi Ərşdən sonra gəlib, ondan ayrıdır. Kursi dildə – döşək və ya üzərində otrulan hər şey deməkdir. «And olsun ki, biz Süleymanı imtahana çəkdik. Taxtının üstünə bir cinn oturtduq (və ya ruhsuz bir cəsəd atdıq). Sonra o (peşman olub tövbə etdi və yenidən öz mülkünə taxtına) qayıtdı». (Sad 34). Allahın Kursisi isə onun iki ayağının qoyduğu yerdir. İbn Abbas – radıyallahu anhu – dedi: «Kursi iki ayağın qoyulduğu yerdir. Ərşin böyüklüyünü isə Allahdan başqa heç kəs bilməz»113. O, da Qurani Kərimdə yalnız bir yerdə qeyd olunur. «Onun kursisi göyləri və yeri əhatə etmişdi». (əl-Bəqərə 255). Kursinin elm olması haqda bəzi alimlər hədislər də gətirirlər. Lakin bu hədislərin hamsı zəifdir114.

Ərş ilə Kursinin müqayisəsini Əbu Zərr – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - belə izah edir. «Yeddi qat göy və yeddi qat yer, Allahın Kusisi yanında geniş səhraya atılmış bir halqa kimidir. Ərşin Kursiyə üstünlüyü isə bu geniş səhranın halqaya üstünlüyü kimidir»115. İbn Zeyd – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Yeddi qat göy və yeddi qat yer Kursi ilə müqayisədə qalxanın içərisinə atılmış yeddi dirhəmə oxşayır»116. İbn Abbas – radıyallahu anhu – dedi: «Yeddi səma və yeddi yer Rəhmanın əlinin içində (ovcunda) sizdən birinizin əlinin içində tutduğu xardal dənəsinə oxşar».

Sələflər deyirlər ki, müxaliflərdən biri sənə: «Allahın Ərşinə İstivasını, Ərşin üzərində, üstündə olmasıyla açıqlayırsınızsa deməli Allahı üstündə daşıyacaq bir taxta (Ərşə) möhtac olduğunu irəli sürmüş olursunuz». Buna cavab olaraq belə deyirik: «Allahın Ərşə də Kursiyə də ehtiyacı yoxdur. Allah Ərşə ehtiyacı olduğu üçün İstiva etməmişdir. Allah Ərşə də, başqa şeylərə də möhtac olmaqdan münəzzəhdir. Allahın böyüklüyünü, qüdrət, qüvvət və zənginliyinin mükəmməlliyini bilən hər kəs Allahı üstündə daşıyacaq bir taxta ehtiyacı olduğunu ağlının ucundan belə keçirməz. Necə keçirsin ki? Allahın izzəti və uluhiyyəti Ərş və Kursidən də çox ucadır. Ərş də, Kursi də və digər yaradılmışlar da Allaha möhtacdırlar və Onun qüdrəti və hökmü ilə daşınmaqdadır. «Əlbəttə, Allah aləmlərə möhtac deyildir». (Ali İmran 97). «Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə) möhtac deyildir». (Fatir 10). Bütün bu yaradılmışlar O, olmadan nə var ola bilirlər, nə də ayaqda dura bilirlər. Necə ki, göyün və yerin Onun əmri ilə ayaqda durması Onun (varlığının və qüdrətinin) əlamətlərindəndir. «Göyün və yerin Onun əmrində durması… Onun qüdrət əlamətlərindəndir». (ər-Rum 25). İmam Təhavi – rahmətullahi aleyhi – Əbu Hənifə – rahmətullahi aleyhi – nin Ərş və Kursi barəsində olan inancını bu sözlərlə ifadə edir: "Ərş və Kursi haqdır. Allahın Ərşədə, aşağı olan şeylərə də ehtiyacı yoxdur. Allah hər şeyi və bunun üzərindəki Ərşi də (elmi ilə) əhatə etmişdir. Özünü əhatə etməkdən isə yaratdıqlarını aciz buraxmışdır"117. Sələflər deyirlər: «Biz Allahın ehtiyac olmadan Ərş üzərinə İstiva və istiqrar etdiyini iqrar edirik. O, ehtiyac olmadan Ərşi də başqalarını da mühafizə edər»118.


ALLAH - Subhənəhu Və Təalə - nin ULUV – UCALIQ SİFƏTİ VƏ SƏMADA OLMASI

Ərşin üzərində olmasına baxmayaraq, bütün yaratdıqları üzərində uca, onlardan ayrı olmasına baxmayaraq, onları görən, onların nə halda olduqlarını bilən, hər şeyi elmi ilə əhatə edən də odur. Heç bir şey ondan gizli qalmaz, kimsə onunla çəkişməz, ona qarşı çıxmaz, ona heç bir şeydə əngəl olmaz. Əksinə hər şey onun əzəməti önündə boyun əyər, izzəti qarşısında zəlildir. Hər şey onun hökmü, idarəsi altındadır. O, şanı etibarı ilə ən yüksəkdir. O, bütün kamil sifətlərin sahibidir, bütün əskikliklər ondan uzaqdır. Əzizdir, Cəlildir, şanı mübarək və çox ucadır.



Uluv Ucalıq deməkdir. Allahın zatı sifətlərindən olub iki qismə ayrılır:

1. Sifətlərin Uluvvu Bu var olan hər kamil sifətin hər baxımdan ən ucasının və ən mükəmməlinin sadəcə Allaha aid olması deməkdir. İstər bu sifət Məcd (şərəf) və Kahr (kahr etmə) sifətlərindən, istərsə Cəmal (gözəllik) və Qadr (şan, şərəf, hörmət) sifətlərindən olsun heç fərq etməz.

2. Zatın Uluvvu Bu isə Uca Allahın zatıyla bütün yaratdıqlarının üstündə olması deməkdir. Sələflər deyirlər ki: «Hər kim Allahın (zatıyla) göydə olduğunu inkar edərsə heç şübhəsiz ki, kafir olmuşdur»119.

Allahdan bir şey istədikdə yuxarıdan istənilir, aşağıdan deyil. Çünki aşağı heç bir şeydə Rububiyyət və Uluhiyyət sifətlərindən deyildir. Həmçinin yüksəklik alçaqlığın ziddidir. Alçaqlıq da əskiklik sifətindəndir. Zatıyla yüksəkdə olan Allah isə bütün əskik sifətlərdən münəzzəhdir. Allahın zatıyla yüksəkdə, yuxarıda olduğunu göstərən üç İsmi vardır. Bunlar əl-Aliyy120, əl-Ələ121 əl-Mutəalidir122. Bunların üçü də Qurani Kərimdə zikr edilmişdir. Allah daima uca və böyükdür. Allahın uca və böyük olmasını isə: 1. Qurani Kərim. 2. Sünnə. 3. Səhabələrin icması. 4. Ağıl. 5. Fitrət sübut edir.



Allahın səmada olmasına Quran və Sünnədə 18-cür isbat vardır:

1. Min dan, dən, ön qoşması ilə Allahın yüksəkdə olması - Fövq. «Onlar, onların fövqündə olan Rəblərindən qorxarlar». (ən-Nəhl 50).

2. Min dan, dən, ön qoşması gəlmədən. «O, öz qulları üzərində hakim-mütləqdir». (əl-Ənam 18 və 61).

3. Ona doğru yüksəliş. «Mələklər və ruh onun dərgahına müddəti əlli min il olan bir gündə qalxarlar». (əl-Məaric 4). Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «Onların arasında gecələyən mələklər yuxarıya qalxarlar (uruc edərlər). Allah onlardan soruşar….»123.

4. SaədəSuud qalxmaq sözündən. «Pak söz ona tərəf yüksələr». (Fatir 10). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - buyurur: «Allaha gözəl olandan (halaldan) başqa bir şey yüksəlməz»124. Əbu Musa əl-Əşari - radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Allah yatmır. Ona yatmaq yaraşmaz. Mizanı (Başqa rəvayətdə: Ədaləti) endirsin və ya qaldırsın. Gündüzün əməlindən əvvəl gecənin əməli, gecənin əməlindən əvvəl gündüzün əməli ona (Allaha) yüksəlir (qaldırılır) Onun örtüyü (pərdəsi, hicabı) nurdur. (Əbu Bəkr - radıyallahu anhu – nun rəvayətində pərdəsi atəşdir). Əgər üzündəki pərdəni qaldırsa üzünün nurları yaratdığı hər bir şeyi yandırar»125.

5. Rafaə Yarfəu qalxmaq sözündən. Bir çox məxluqatı özünə doğru yüksəldən. «Ya İsa! Həqiqətən mən sənin ömrünü tamam edib öz dərgahıma qaldıraram». (Ali İmran 55). «Xeyir! Allah onu öz dərgahına qaldırmışdı». (ən-Nisa 158).

6. Mütləq Uluv (ucalıq) həm zatı, həm də sifətləri ilə. «O, Alidir (ucadır) və Azimdir (böyük)». (əl-Bəqərə 255). «Allah hər şeydən uca və böyükdür». (əl-Həcc 62).

7. Kitabın onun tərəfindən endirilməsi. Nazil olması. «O, yeri və uca göyləri yaradan Allah tərəfindən endirilmişdi». (Ta ha 4). «De ki, onu Ruhul-Qüds (Cəbrail) Rəbbindən haqq olaraq endirmişdi». (ən-Nəhl 102). «Həqiqətən biz Quranı dünya səmasına nazil etdik». (Qədir 1).

8. Bəzi məxluqların ona yaxın olması. «Rəbbinin yanında olanlar». (əl-Əraf 206). «Göylərdə və yerdə nə varsa onundur. Onun yanında olanlar isə…» (əl-Ənbiya 19). Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurur: «O, kitab onun yanında Ərşin üstündədir»126. «Fironun yoldaşı (Asya dua edərək) Ey Rəbbim! Öz dərgahında mənim üçün ev qərar et və məni Firon və onun əməlindən qurtar. Məni zalım qövmdən xilas et». (Təhrim 11).

9. Fi da, də, ön qoşması ilə Allahın göydə olması. «Göydə olanın yeri titrədib sizi onun dibinə göndərməyəcəyinə əminsinizmi. Göydə olanın sizin üstünüzə daş yağdıran bir yel göndərməyəcəyinə arxayınsınızmı?» (Mulk 16,17). İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Rəhman olan Allah Rəhm edənlərə Rəhm edər. Yerdə olanlara rəhm edin ki, səmada olan da sizə rəhm etsin»127. Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Siz mənə iman gətirmirsiniz (Etibar etmirsiniz). Mən səmada olanın əminiyəm (Səmada olan mənə etibar etdiyi halda). Səhər-axşam mənə səmalardan xəbərlər gəlir»128.

Allahın göydə olması bu iki mənadan birini kəsb edir129.

1) Burada göy ilə yüksəklik qəsd edilmişdir. Buna görə də məna: «Allah yüksəkdədir, yəni yüksəklik yönündədir». Göy, Qurani Kərimdə sabit olan yüksəklik mənasındadır. Məs: «Göydən üstünüzə yağış yağdırmışdır». (əl-Ənfal 11)130. Yəni göyün özündən deyil, yüksəkdən su (yağış) endirir. Çünki yağış buluddan enər (yağar).

2) Ayədə keçən «Fi – Səməi» ləfsindəki «Fi» «Alə» mənasındadır ki, bundan da «Allah göyün üstündədir» olur. Qurani Kərimdə bir çox yerlərdə «Fi» (da, də içində), «Alə» (üstə, üzərində) mənasına gəlməkdədir. Məs: «Yer üzündə dolaşın». (ət-Tövbə 2). Yəni yerin üzərində dolaşın, içində deyil. (Firon dedi) Mən də sizin əl-ayağınızı çarpaz kəsdirib xurma ağaclarının kötüklərindən asacağam». (Ta ha 71). Yəni xurma ağacının üzərinə asacağam, içinə deyil.



10. İstiva ucalması. «Rahmən ərşin üzərinə yüksəldi». (Ta ha 5). «O, böyük əzəmətli Ərşin sahibi». (əl-Muminun 86).

11. Dua edərkən əllərin qaldırılması. Salman Farisi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Həya və Kərəm sahibi olan Rəbbimiz əllərini ona tərəf qaldıran qulunun əllərini geri boş qaytarmaqdan utanır»131. Əbu Hənifə – rahmətullahi aleyhi – deyir ki: «Uca Allaha əllər yuxarıya qaldırılaraq dua edilir. Aşağıdan dua edilməz. Aşağıda olmanın Rububiyyətdən və Uluhiyyətdən heç bir əlaqəsi yoxdur»132.

12. Allahın dünya səmasına enməsi. Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Rəbbimiz hər gecənin 1/3-də dünya səmasına enir və buyurur: Mənə dua edənin duasını qəbul edərəm, məndən istəyənin istədiyini verərəm, bağışlanma diləyəni bağışlayaram»133.

13. Rəsulullah – sallallahu aleyhi və səlləm - in vida həcci. Cabir b. Abdullah – radıyallahu anhu – rəvayət edir ki, Rəsululah – sallallahu aleyhi və səlləm - vida həcci zamanı xütbəsində buyurdu: «Mən sizə dində olan hər bir şeyi çatdırdımmı?» Səhabələr: «Bəli, ya Rəsulullah!» Allah Rəsulu şəhadət barmağını qaldıraraq: «Ya Rəbbim! Sən şahid ol ki, mən onlara hər bir şeyi çatdırdım»134.

14. Əynə harada? Sözünün işlədilməsi. Müaviyə b. əl-Həkəm əs-Sələmi – radıyallahu anhu – rəvayət edir ki, bir cariyəm var idi. Çöldə qoyun otarırdı. Bir gün canavar qoyunlardan birini yediyinə görə çox qəzəbləndim. Hətta cariyəyə sillə də vurdum. Peşmançılıq çəkdim və hadisəni Rəsulullah – sallallahu aleyhi və səlləm - ə danışdım. Allah Rəsulu buyurdu: «Cariyəni yanıma çağır». Cariyə gəldikdə, Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Sən möminəsən?» O, da bəli dedikdə Rəsulullah – sallallahu aleyhi və səlləm - buyurdu: «Əynəallah Allah haradadır?»135.

15. Allahın səmada olmasını söyləyənin iman sahibi olması. Muaviyə b. əl-Həkəm əs-Sələmi – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm - cariyədən soruşdu: «Əynəallah – Allah haradadır?» Səma üzərində. Bəs mən kiməm? «Sən Allahın Rəsulu»136. Bəlkə də bizlərin Allah haradadır deyə sual verməyimizə gülə bilərlər. Lakin yaradılmışların ən mükəmməli, Rəbbimizi ən gözəl tanıyan Allah haqqında haradadır deyə sual verdiyini unutmuşlar? O, da cariyənin gözəl cavabını qəbul etmişdir.

16. Fironun Allahın səmada olmasını yalanlaması. Firon dedi: «Ey Haman! Mənim üçün bir qəsr tik ki, bəlkə göylərin yollarına yetişim və Musanın Rəbbini görüm. Doğrusu mən onu yalançı sayıram». (əl-Mumin 36-37). Yəni Firon, Musa – əleyhissəlam - ın İlahının səmada olmasına dair vermiş olduğu xəbərin yalan olduğunu sayırdı. Buna görə də Firon öz qövmünə bunu sübut etmək üçün Hamana onun üçün Qəsr tikməsini əmr edir və sonra: «Doğrusu mən onu yalançı sayıram». (əl-Mumin 36-37). O, halda belə bir sual ortaya çıxır: «Nisbət etibarı ilə kim Firona daha yaxın olur? Allahın səmada olmasını qəbul edən bizlər? Yoxsa???» Heç şübhəsiz ki, Firon, Musa – əleyhissəlam – ın İlahının səmada olmasını yalan saymışdı. Allahın ucalığını və səmada olmasını qəbul etməyənlər Firon, səmada olmasını qəbul edənlər isə Musa və Muhəmməd – sallallahu aleyhi və səlləm – in yolundadırlar.

17. Rəsulullah – sallallahu aleyhi və səlləm - in merac səfəri. Onun orada Peyğəmbərlərlə görüşməsi, Allahın dərgahında namazın fərz olması və s137. Zeynəb – radıyallahu anhə – möminlərin anası, Rəsulullah – sallallahu aleyhi və səlləm - in zövcəsi – o biri qadınların yanında daima fəxr ilə deyərdi: «Sizi atalarınız ərə verib, məni isə Allah yeddi qat səma üzərində evləndirib»138.

18. Qiyamət günü Cənnət əhlinin öz Rəblərini görmələri. «O, gün neçə-neçə üz öz Rəbbinin camalına baxıb sevinəcəkdir». (əl-Qiyamət 22-23).

Mən deyirəm ki, Allah Qurani Kərimdə bir çox ayələrin sonlarında buyurur ki, bu ayələrdə ağıl sahibləri, hikmətli insanlar üçün ibrətlər vardır. Ağlı olmayan insan yalnız bu qədər dəlilləri inkar edib Allahın göydə olmasını qəbul etməyə bilər. Səhabələrin, Tabiinlərin, Sələfi Salihin alimlərinin və bütün haqq yolda olan müsəlmanların da qəbul etdiyi, Allahın səmada olmasıdır. Əbu Muti deyir ki, Əbu Hənifə – rahmətullahi aleyhi - dən: “Mən Rəbbimin səmada, yoxsa yerdə olduğunu bilmirəm deyən kimsə barəsində soruşdum”. O, dedi: «Bu kimsə kafir olur». Çünkü Allah buyurur: «Rahmən ərşin üstünə yüksəldi». (Ta ha 5). Onun Ərşi isə yeddi səmanın üstündədir. Mən: «Əgər o, Ərşin üzərindədir dediyi halda, bilmirəm Ərş səmadadır, yoxsa yerdədir” desə? O, dedi: «Yenə o, kafirdir. O, Allahın səmada olmağını inkar edir»139.



Ağıl və Fitrət ilə isbata gəlincə, bütün insanlar təbiətləri və səlim qəlbləri ilə dua etdikləri zaman əllərini yuxarı qaldırırlar. Uca Allaha yalvarıb-yaxardıqda da qəlbləri ilə yuxarını qəsd edərlər. Bu Allahın onları yaratmamışdan əvvəl qəlblərində fitrət olaraq yerləşdirdiyi hislərdir. Onlar bunu bir insandan, müəllimdən öyrənməmişlər. Bu sadəcə qəlbdə olan Allahın ucalığını göstərən hislərdir.


Yüklə 0,85 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə