ƏQİDƏSİ musiQİ saqqal isbal toplayan və TƏRTİb edən k. HÜseyn kitabin büTÜn haqlari qorunur



Yüklə 450,56 Kb.
səhifə3/4
tarix19.11.2017
ölçüsü450,56 Kb.
#11138
1   2   3   4

TƏLLAHİ! LƏVLALLAHU MƏHTƏDƏYNƏ

VƏ LƏ TƏSADDƏQNƏ VƏ LƏ SALLƏYNƏ

VƏNƏHNU AN FƏDLİKƏ MƏSTƏĞNƏYNƏ

FƏSƏBBİTİL ƏQDƏMƏ İN LƏQƏYNƏ

VƏ ƏNZİLƏN SƏKİNƏTƏN ALEYNƏ

Allaha and olsun ki, Allah istəməsəydi hidayətə yönəlməzdik biz,

Nə sədəqə verərdik, nə də namaz qılardıq biz,

Olmasaydı lütfün sənin, keçinə bilməzdik biz,

Sabit et qədəhlərmizi, düşmənlə qarşılaşdıqda biz,

Sakitlik (mənəvi bir qüvvət) nazil et Sən bizə!

Peyğəmbər: «Bu kimdir?» deyə buyurdu. Amir: «Mənəm Amir!» dedi. Peyğəmbər: «Allah sənə məğfirət etsin!» deyə dua etdi. Belə bir şey vardı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm kimin üçün Allahdan xüsusən məğfirət diləyirdisə o, şəxs mütləq şəhid olurdu. Bu vaxt dəvə üstündə əyləşmiş Ömər b. əl-Xəttab - radıyallahu anhu dedi: «Ey Allahın Rəsulu! İzn ver Amir oxusun və bizi feyziyab etsin!». Biz Xeybərə çatdıqda düşmənlərin başçısı Mərhəb qılınc oynadaraq irəli çıxdı və:

QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB

ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!

Müharibə başlayıb, döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən!

Əmim Amir - radıyallahu anhu onunla təkbətək döyüşmək üçün irəli çıxdı və:

QAD ALİMƏT XEYBƏRU ƏNNİ AMİRU

ŞƏKİSSİLƏHİ BƏTALUN MUĞAMİRU

Artıq Xeybər tanıdı, bildi ki, Amirəm mən,

Mahir silah ustası, çevik qəhrəmanam mən!

Təkbətək döyüş başladı və hər ikisi bir-birinə qılınc ilə zərbələr endirməyə başladılar. Mərhəbin qılıncı Amirin qalxanına dəydi. Amir də onu alt nahiyədən vurduqda qılıncı özünə qayıdaraq qolunun damarını kəsdi. Amirin ölümü də bu yaradan oldu… Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm məni Əli - radıyallahu anhu nu çağırmağa göndərdi. Əli - radıyallahu anhu gözlərinin ağrısından əziyyət çəkirdi. Peyğəmbər: «Bu bayrağı (sabah) elə bir kimsəyə verəcəyəm ki, o Allahı və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir!» deyə buyurdu. Mən Əli - radıyallahu anhu nun yanına gəldim. Gözləri ağrıdığı üçün onun əlindən tutub Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gətirdim. Peyğəmbər sallallahu aleyhi və səlləm Əli - radıyallahu anhu nun gözlərinə tüpürərək dua etdi və onun gözləri dərhal sağaldı. Bayrağı ona verdi. Yəhudi Mərhəb irəli çıxaraq:



QAD ALİMƏT XEYBƏRU ƏNNİ MƏRHƏB

ŞƏKİSSİLƏHİ BƏTALUN MUCƏRRABU

İZƏL HURUBU ƏQBƏLƏT TƏLƏHHƏBU

Artıq Xeybər tanıdı, bildi ki, Mərhəbəm mən!

Müharibə başlayıb döyüş alovlanarkən,

Mahir silah ustası, təcrübəli ərəm mən.

Onun sözlərinə cavab olaraq Əli:

ƏNNƏLLƏZİ SƏMMƏTNİ UMMİ HƏYDƏRAH

KƏLƏYSİ ĞABƏTİN KƏRİHİL MƏNZARAH

UFHİMU BİSSAİ KƏYLƏSSƏNDƏRAH

Anamın Heydər (aslan) adlandırdığı mənəm,

Meşələr aslanı tək zəhimli görkəmliyəm,

Düşmənləri pərən-pərən edib tez öldürərəm!

Şeri oxuyaraq döyüşə atıldı və Mərhəbin başından qılınc ilə vuraraq onu öldürdü. Bundan sonra Xeybər məhz Əli - radıyallahu anhu nun iki əli ilə alındı118. Peyğəmbər sallallahu aleyhi və səlləm Mədinəyə gəldikdə Əbu Bəkr ilə Bilal - radıyallahu anhum xəstə idilər. Əbu Bəkr - radıyallahu anhu nun qızdırması yüksəldikdə deyərdi: Hər kişi öz ailəsi arasında səhəri açmaqdadır, Ölüm isə hər kəsə ayaqqabı bağından daha yaxındır…»119. «Şairlərə gəlincə onlara ancaq azğınlar uyar. Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzirlər. Və onlar etmədikləri şeyləri deyirlər». (əş-Şuəra 224-226) ayəsi nazil olduqda İslam şairləri Abdullah b. Rəvaha, Kəb. b. Məlik, Həsən b. Sabit - radıyallahu anhum Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gələrək: «Ya Rəsulullah! Uca Allah bu ayəni nazil edib. Allah bilir ki, biz şairik?» dedilər. Peyğəmbər sallallahu aleyhi və səlləm son ayəni oxuyaraq: «Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan başqa! Zülm edənlər hara düşəcəklərini mütləq biləcəklər». (əş-Şuəra 227)120.

Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Sizdən birinizin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir»121. Əbu Səid əl-Xudri - radıyallahu anhu rəvayət edir ki, biz Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Arc deyilən sahədə yeridiyimiz zaman şer yazan bir şairlə rastlaşdıq. Peyğəmbər: «Şeytanı tutun. Bir kimsənin içi irin ilə dolub xarab olması, onun üçün şer ilə dolmasından daha xeyirlidir» deyə buyurdu122. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şairlərin söylədik-ləri ən doğru beyt Ləbidin: «ƏLƏ KULLU ŞEYİN MƏ XALƏLLAHƏ BATİLU – Xəbəriniz olsun ki, Allahdan başqa hər şey batildir» sözüdür123. Əsvəd b. Səri deyir ki, mən şair idim. Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlib dedim: «Rəbbimə təriflər dediyim mədhiyələri sənə oxuyummu?». Peyğəmbər: «Rəbbim həmd olunmağı sevir» deyə buyurdu və buna heç nə əlavə etmədi124. Aişə - radıyallahu anhə rəvayət edir ki, şerdən bir qismi yaxşı olur, bir qismi isə pis. Sən yaxşısını götür, pisini isə tərk et. Mən Kəb b. Məlik - radıyallahu anhu nun şerlərindən bəzisini rəvayət etdim. O, şerlərdən bir qəsidəsində 40 və bundan daha az beyt vardır»125. Miqdam b. Şureyh atasından rəvayət edir ki, mən Aişə - radıyallahu anhə yə dedim: «Peyğəmbər sallallahu aleyhi və səlləm şer deyərdimi?». Aişə: «Peyğəmbər sallallahu aleyhi və səlləm Abdullah b. Rəvaha - radıyallahu anhu nun şerlərindən oxuyub deyərdi: Sənə xəbər gətirər, təmin etmədiyin kəs»126. Şərid rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məndən Umeyyə b. Səltin şerindən oxumağımı istədi. Mən də oxudum. Peyğəmbər: «Davam et, davam et» deyə buyurdu. Mən yüz beyt oxudum. Peyğəmbər: «Umeyyə az qala müsəlman olacaqdı» deyə buyurdu127. Aişə - radıyallahu anhə rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İnsanların ən böyük günah qazananı o, şairdir ki, bir qəbiləni (öz şerilə) pisləyir…»128.

Həmçinin Qəlbləri axirəti xatırlatmağa yönəldən «Zuhdiyyət» adını verdikləri şerlər də bu qəbildəndir. Məs:

Ey qəflət içində batan,

Nə vaxta qədər gözəl görəcəksən çirkinliləri,

vaxta qədər, nə vaxta qədər qorxmayacaqsan,

Allahın əzaları danışdırdığı vaxt…

İmam Əhməd rahmətullahi aleyhi - dən soruşdular: Ey Abdullahın atası! Cənnət və Cəhənnəmi xatırladan, qəlbləri yumşaldan qəsidələr barədə nədeyirsən? O: Nə kimi? dedi. Məs:

Rəbbim mənə dediyi zaman,

Mənə üsyan etməkdən utanmadınmı?

Günahı insanlardan gizlədirsən,

Mənə üsyan etməkdən isə heç sıxılmadın.



Sonra: Mənə bir daha təkrar et! dedi. Mən də ona bir daha təkrar etdim. Qalxdı, evinə girdi, qapını bağladı. Evin içində bu iki beyti oxuyaraq ağladığını hiss etdim».

PEYĞƏMBƏR Sallallahu Aleyhi Və Səlləm NƏYİ DİNLƏYƏRDİ? Bu ümmətin nümunəsi Peyğəmbər - səllallahu aleyhi və səlləm Allahın kəlamı olan Qurani Kərimi dinləyərdi. Qəlbi onunla rahatlanar, hüzn tapar və gözləri onunla yaşarardı. «Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar! (rahat olar)». (ər-Rəd 28). «Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik». (əl-İsra 82). İbn Məsud - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm mənə buyurdu: «Ey İbn Məsud! Mənə Quran oxu» dedi. Mən: «Ya Rəsulullah! Quran sizə nazil olduğu zaman mən sizə Quran oxuyacağam?» dedi. Peyğəmbər: «Mən onu başqasından dinləməyi daha çox sevirəm» deyə buyurdu. Mən də ən-Nisa surəsini oxumağa başladım. Nəhayət: Hər ümmətdən şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin) halları nə cür olacaqdır». (ən-Nisa 41). Ayəsinə çatmışdım ki, Peyğəmbər: «Bu qədər kifayətdi» deyə buyurdu. Mən ona tərəf çöndükdə gördüm ki, gözləri yaşla dolub129. Bir gün Rəslullah - səllallahu aleyhi və səlləm – məscidin yanından keçərkən Əbu Musa əl-Əşari - radıyallahu anhu – nun Quran oxuduğunu eşidir, dayanıb ona qulaq asmağa başlayır. Səhəri Rəsulullah - səllallahu aleyhi və səlləm – Ona: «Dünən görsəydin, mən sənin qiraətinə qulaq asırdım...» deyə buyurdu. Əbu Musa: «Ya Rəsulallah, bilsəydim ki, mənə qulaq asırdın, (qiraətimi) Sənin üçün daha gözəl edərdim». «Əgər Biz bu Quranı bir dağa nazil etsəydik, sən onun Allahın qorxusundan (kiçildiyini) parça-parça olduğunu görərdin (halbuki ağıl və ruh sahibi olan insan onun öyüd-nəsihətlərindən ibrət almır)». (əl-Həşr 59). «Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər)». (ər-Rəd 31). «(Bu kafirlər) ona da (Qurana da) inanmayandan sonra daha hansı kəlama inanacaqlar?!». (əl-Mursələt 50). Həsin b. AbdurRahman deyir ki, Əbu Bəkr - radıyallahu anhu – nun qızı Əsmə - radıyallahu anhə – dən soruşdum: «Quran oxuyarkən Rəsulullah - səllallahu aleyhi və səlləm – in səhabələri və Əhli Beyti nə edərdi?». O: «Allahın Quranda buyurduğu kimi idilər. Gözlərindən yaş axar və vücudları titrəyərdi» deyə cavab verdi. Ona: «Bizdə Quran oxuyan zaman özlərindən gedən kimsələr var» dedim. Əsmə: «Şeytandan Allaha sığınıram» dedi.
SAQQAL

Bilindiyi kimi bu gün çox müsəlmanlar saqqal qırxmaq xəstəliyinə tutulmuşlar. İslam ümmətinin tarixində belə bir şey görünməmiş, müsəlmanların hidayət imamlarından saqqalını qırxan bir fərd də belə yoxdur. Bu sapıq adət bizə qeyri müsəlman ölkələrindən və ya aramızdan onların ölkələrinə gedib, saleh keçmişlərinin yolundan üz çevirərək özlərini təmamən onlara bənzədən, özlərinə möminlərin yolundan başqa yollar seçən kimsələr vasitəsiylə gətrilmişdir. «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir». (əl-Həşr 7). İbn Kəsir rahmətullahi aleyhi deyir ki: «Sizə nə əmr edirsə onu yerinə yetirin və sizə hər nəyi qadağan edərsə ondan uzaq durun. Çünki o, ancaq xeyirli olanı əmr edir və ancaq şər olanı qadağan edir». «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). «Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır». (əl-Əhzab 36). «Aralarında hökm vermək üçün Allahın və Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır». (ən-Nur 51).



SAQQAL - Bığdan başqa, çənə, iki çənə sümüyünün altı, iki yanaq və boyunun iki yanında bitən üz tükləri saqqal adlanır. Saqqal saxlamaq hər bir həddi buluğa çatan müsəlman kişi üçün fərzdir. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bığlarınızı qısaldın və saqqalarınızı uzadın (buraxın)»130.

KAFİRLƏRƏ BƏNZƏMƏK - Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şirk əhli bığlarını uzadır və saqqallarını qırxırlar. Onlara müxalif olun. Saqqalınızı uzadın və bığlarınızı qısaldın»131. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Saqqalınızı uzadın və bığlarınızı qısaldın. Yəhudi və Nəsranilərə oxşamayın»132. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Müşriklərə müxalif olun. Saqqalı uzadın və bığları qısaldın»133. Peyğəmbər sallallahu aleyhi və səlləm saqqal qırxmağın müşriklərin adəti olduğunu və müsəlmanları onlara müxalif olmalarını əmr etmələrini və onlara bənzəməməklərini bildirmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»134. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Başqasının sünnəti (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir»135. Bir Məcusi Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına gəlir. Onun saqqalı qırxılmış və bığları uzadılmış vəziyyətdə idi. Peyğəmbər: «Bu nədir?» deyə buyurdu. O: «Bu bizim dinimizdir» dedi. Peyğəmbər: «Lakin bizim dinimizdə bığlarımız qısaldılır və saqqalımız uzadılır»136. Kisranın Peyğəmbər sallallahu aleyhi və səlləm in yanına göndərdiyi iki elçisinin ikisi də saqqallarını kəsmiş və bığlarını uzatmışdılar. Peyğəmbər sallallahu aleyhi və səlləm bu insanlar üzünə də baxmaq istəmədi və onlara: «Vay sizin halınıza! Sizə bunu kim əmr etmişdir» deyə buyurdu. Onlar: «Bizə bunu Rəbbimiz (yəni Kisra) əmr etmişdir» dedilər. Peyğəmbər: «Lakin Rəbbim mənə saqqalımı uzatmağımı və bığlarımı qısaltmağı əmr etmişdir» deyə buyurdu137. Vay! Saqqalını qırxan müsəlmanın halına. Peyğəmbər sallallahu aleyhi və səlləm onun üzünə baxmaqdan çəkinirsə o, nə cavab verəcəkdir? Hətta üzünü ona belə deyərək çevirərsə nə cavab verəcəkdir? «Vay sənin halına! Sənə bunu kim əmr etmişdir».

Saqqal saxlamaq Peyğəmbər sallallahu aleyhi və səlləm in əmridir. Əmrə uyan savab, uymayan isə cəza görür. «Allaha və Onun Peyğəmbərinə asi olanları Cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar». (əl-Cinn 23). Peyğəmbər sallallahu aleyhi və səlləm isə uzun və gur saqqalı idi.



QADINLARA BƏNZƏMƏK Açıq-aydın bir həqiqətdir ki, Allah kişiləri qadınlardan fərqli olaraq yaratmışdır. Bu fərqlərdən biri də saqqaldır. Bunun qırxılması da kişilərin qadınlara bənzəməsi meydana gəlir. Kişilərdən qadınlara bənzəmək istəyənləri isə Peyğəmbər sallallahu aleyhi və səlləm dili ilə lənətlənmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Kişilərdən qadınlara bənzəməyə çalışanlar lənətlənmişlər»138. Saqqalın kişilər üçün bir çox faydaları vardır ki, bunlardan: Kişinin zinətidir, kişini heybətli edir, qadından fərqləndirir və s.

SAQQALIN QIRXILMASI FİTRƏTƏ MÜXALİFDİR «(Ya Məhəmməd!) Üzünü Allahın pak dininə tərəf tut. Allah fitrəti ilə insanları fitrət üzərə yaratmışdır». (ər-Rum 30). FİTRƏT Sünnət. Yəni Allahın insanları yaratdığı saf, təmiz halı. Fitrətin əsli – xilqətin (yaradılışın) başlanğıcıdır. İbn Əsir rahmətullahi aleyhi - deyir ki: «Fitrət Peyğəmbər sallallahu aleyhi və səlləm in əməl etmək üçün əmr etdikləri sünnətlərdir»139. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «On şey fitrətdəndir: Bığları qısaltmaq və saqqalı uzatmaq…»140.

ALLAHIN YARATDIĞINI DƏYİŞDİRMƏKDİR - «Allah ona lənət etdi. O, isə dedi: «Əlbətdə mən sənin bəndələrindən müəyyən qismini ələ alacağam. Onları hökmən sapdıracağam, xülyalara salacaq, heyvan-ların qulaqlarını kəsməyi və Allahın yaratdıqlarına dəyişikliklər verməyi əmr edəcəyəm. Allahı atıb şeytanı özünə dost tutan şəxs əlbətdə açıq-aşkar ziyana uğramışdır». (ən-Nisa 118,119). «Allahın xəlqini (xəlq etdiyi sifəti) dəyişmək olmaz». (ər-Rum 30). Bu dəlillər açıq-aydın, şəri bir izn olmadan Allahın yaratdığını dəyişdirməyin, şeytanın əmrinə itaət olduğunu görstərməkdədir. Saqqalı qırxmaq isə şeytanın sevdiyi və əmr etdiyi bir yaradılışı pozma əmri olduğunda heç bir şübhə yoxdur. Abdullah b. Məsud - radıyallahu anhu deyir ki: «Allah döymə (nakolka) döyən, döymə döydürən, qaşlarını aldıranlara, gözəllik üçün Uca Allahın xilqətini (Allahın verdiyi surəti) dəyişdirərək dişlərini hamarlandıraraq incələdən qadınlara lənət etmişdir. Bu sözlər Abdullahın evində olan Umm Yaqub kimi tanınan Əsəd övladlarından olan bir qadına çatdı. Abdullahın yanına gələrək belə dedi: «Mənə xəbər verildiyinə görə sən filan-filan sözləri demisən». Abdullah: «Peyğəmbərin - səllallahu aleyhi və səlləm in lənət etdiyi və Uca Allahın Kitabında da (lənətlə) yad edilmiş kimsələri mən nəyə görə lənətləməməliyəm?» Qadın: «Məndə heç şübhə yoxdur ki, Quranı başdan axıra qədər oxumuşam və bilirəm. Sənin bu dediyini orada görməmişəm». Abdullah: «Əgər sən Quranı həqiqətən oxumuş olsaydın onu tapardın və: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» buyurduğunu orada oxumamısanmı?». Qadın oxuduğunu təsdiq etdikdə, Abdullah dedi: «Peyğəmbərin - səllallahu aleyhi və səlləm bu dediklərini qadağan etmişdir». Qadın: «Məncə sənin ailən də bunu edir» dedi. Abdullah: «Get, bax!» dedi. Qadın getdi, lakin dediyi kimi bir şey görmədi. O, qayıdaraq: «Xeyr, dediyim kimi bir şey görmədim, deyincə, Abdullah: «Əgər dediyin kimi olsaydı bizimlə birlikdə olmazdılar»141. Saqqal qırxmaq da gözəllik üçün Allahın yaratdığını pozmaq olduğunda şübhə yoxdur. Saqqal qırxmaq Allahın yaratdığına etiraz etmək deməkdir və bu əməl də yuxarıda qeyd olunduğu kimi lənəti gətirən səbəblərdəndir. Çünki Allah insanı ən gözəl, mükəmməl bir surətdə yaratmışdır. «Sizə surət verdi və surətlərinizi gözəl yaratdı». (ət-Təğabun 3). «Biz Adəm övladını şərəfli və hörmətli elədik». (əl-İsra 70). «Biz insanı ən gözəl biçimdə yaratdıq». (ət-Tin 4). «Bu hər şeyi yerli-yerində edən Allahın gördüyü işdir». (ən-Nəhl 88). Şübhəsiz ki, saqqalı kəsilməsi (qırxılması) bu böyük neməti inkar etmək mənasına gəlir.

İMAMLARIN BU HAQDA SÖZLƏRİ «Ey anam oğlu! Saçımdan, saqqalımdan tutma. Doğrusu sənin: «İsrail oğulları arasında ayrılıq saldın, sözümə baxmadın! deyəcəyindən qorxdum» (Ta ha 94). Şingiti rahmətullahi aleyhi - deyir ki: «Bu ayə saqqalın saxlanılmasının lazım olduğunu bildirən ayədir». Cabir b. Səmura - radıyallahu anhu deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm in saqqalının tükləri sıx-sıx idi»142. Həmçinin Peyğəmbər sallallahu aleyhi və səlləm zöhr və əsr namazlarında Quran oxumasını saqqalının tərpənməsindən bilirdilər. Əbu Bəkr, Ömər, Osman və Əli - Allah onlardan razı olsun - saqqallarının çox və sıx olduğu qeyd edilmişdir143. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Səhih hədislərdən bilindiyinə görə saqqal qırxmaq haramdır. Kimsə mübah görməmişdir»144. Hənəfilərdən İbn Abidin rahmətullahi aleyhi - deyir ki: «Kişinin saqqalını qırxması haramdır»145. İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır»146. İbn Abdul Bərr rahmətullahi aleyhi - deyir ki: «Saqqal qırxmaq haramdır və bunu kişilərdən qadınlara bənzəyənlərdən başqası etməz»147. Cəmil Zeynu - Allah ondan razı olsun - deyir ki, Məkkədə Məscidul haramda dərs deyirdim. Hacılara Peyğəmbər - səllallahu aleyhi və səlləm in saqqal saxlamağı və bığları qısaltmağı tövsiyə edirdim. Dərsdə olanlardan bir nəfər ayağa qalxaraq məndən bunun vacibliyinə dair Qurani Kərimdən dəlil gətirməyimi xahiş etdi. Mən də ona: «Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə, ondan əl çəkin» ayəsini oxu dedim və sonra Peyğəmbər - səllallahu aleyhi və səlləm in saqqal saxlamağı əmri vardır» dedim. O, da: «Doğru söylədin» dedi.
İSBAL

(İZARIN, PALTARIN UZUN OLMASI)

Burada söhbət geyimin topuqdan aşağı olmasından gedir. Bəzilərinin geyimləri yerə sürtülür, digərlərinin isə arxaları ilə sürünür. «Lakin təqva libası daha yaxşıdır (xeyirlidir)». (əl-Əraf 26). Əbu Zərr - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Üç kimsə vardır ki, Qiyamət günü Allah onlarla danışmaz, onlara nəzər salmaz (baxmaz), onları təmizə çıxarmaz və onlar üçün şiddətli bir əzab vardır. Bunlar Paltarının ətəklərini yerlə süründürən (Başqa rəvayətdə: «İzarın topuqdan aşağı olan qismi atəşdədir», «Möminin paltarı baldırının yarısına qədərdir. Bundan topuğa qədər olsa da bunda bir eyb yoxdur. Lakin bundan daha aşağı olan hissə atəşdədir»), verdiyi şeyi başa qaxan və yalan andlarla malını satan kimsə»148. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə Allah ona Qiyamət günü baxmaz». Əbu Bəkr: «Ya Rəsulullah! Mən əgər diqqət etməsəm izarım yerlə sürünür onda necə» deyə soruşdu. Peyğəmbər: «Sən bunu təkəbbürlənərək edənlərdən deyilsən» deyə buyurdu149. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Geyimin topuqlardan aşağı keçən hissəsi Cəhənnəmdədir»150. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlük edərək paltarının ətəklərini yerlə sürükləyərsə, göynəyinin qollarını və (başında olan) çalmanı uzadarsa Allah ona Qiyamət günü baxmaz»151. Rəsulullah sallallahu aleyhi və səlləm Əbu Curey Cabir b. Suleym - radıyallahu anhu ya nəsihət edərək buyurdu: «Geyimin ətəklərini diz qapaqlarının yarısına qədər qaldır. Əgər belə etmək istəməsən topuqlarına qədər qaldır. Nə badə bundan aşağı salasan. Çünki bu təkəbbürlük əlamətidir. Allah da təkəbbürlüyü sevməz»152. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, bir nəfər ətəyi yerdə süründüyü halda namaz qıldı. Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Get dəstəmaz al». Adam gedib dəstəmaz alıb qayıtdı. Peyğəmbər: «Təkrar get dəstəmaz al» deyə buyurdu. Adamlardan biri: «Ya Rəsulullah! Nəyə görə ona dəstəmaz almasını əmr etdin və səbəbini də demədiniz» deyə soruşdu. Peyğəmbər: «O, kişi ətəklərini yerlə süründürərək namaz qıldı. Allah ətəklərini yerlə süründürən kimsənin namazını qəbul etməz»153. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, bir gün Rəsulullah sallallahu aleyhi və səlləm in yanına gəldim. İzarım bir az aşağı enmişdir. Peyğəmbər: «Ey Abdullah! Geyimini yuxarı çək!» deyə buyurdu. Mən də çəkdim. Sonra: «Bir az da çək» deyə buyurdu. Mən bir az da çəkdim. Mən də izarımın uzunluğuna diqqət etdim. Cəmaatdan biri: «(Geyimini) haraya qədər qaldırım» dedi. Mən: «Diz qapaqlarımın yarısına qədər» dedim154. İbn Ömər - radıyallahu anhu rəvayət edir ki, Rəsulullah sallallahu aleyhi və səlləm buyurdu: «Hər kim təkəbbürlüklə paltarını yerlə sürükləyərsə Allah Qiyamət günü onlara nəzər salmaz». Ummu Sələmə - radıyallahu anhə dedi: «Qadınlar ətəklərini nə şəkildə edəcəklər». Peyğəmbər: «Onlar ətəklərini bir qarış uzadırlar» deyə buyurdu. Ummu Sələmə: «O, zaman qadınların ayaqları açılır» dedi. Peyğəmbər: «Bir qarış da uzadın, artıq yox» deyə buyurdu155.

«Ey qövmümüz! Allahın dəvətçisinə icabət edin». (əl-Əhqaf 31). Allahın və Rəsulunu sevən müsəlman qardaşım! Bu sözün sahibi olan Peyğəmbər sallallahu aleyhi və səlləm ə müxalif olmaqdan çəkin: «Kim mənim sünnəmdən üz çevirərsə məndən deyildir»156. Paltarını uzatdığın zaman kafirlərə bənzəmiş olursan ki, bu da Peyğəmbər sallallahu aleyhi və səlləm in bu sözünə bənzəmiş olursan: «Kim bir qövmə bənzəməyə çalışarsa o, da onlardandır»157. Ey Allahın qulu sənə bu hədisi də xatırlatmaq istəyitrəm! Əşaş b. Suleym xalasından rəvayət edir ki, əmim belə dedi: «Mədinədə gedərkən arxamdan bir insan: «İzarını yuxarı qaldır, belə təqvaya daha yaxındır» deyə buyurdu. Bir də gördüm ki, (söləri söyləyən) Peyğəmbər sallallahu aleyhi və səlləm dir. Mən: «Ya Rəsulullah! Bu uzun bir əbadır» dedim. Peyğəmbər: «Mən sənin üçün gözəl bir nümunə deyiləmmi» deyə buyurdu. İzarına baxdım dizi ilə topuqları arasında idi»158.

Ey geyimini uzadan, yerlə sürükləyən müsəlman! Peyğəmbər sallallahu aleyhi və səlləm sənə belə dediyi zaman nə edəcəksən? Mən sənin üçün gözəl bir nümunə deyildimmi? Daima axirəti düşün və keçici fitnələr diyarı olan dünya həyatına aldanma. Çünki dünya keçici, axirət isə əbədidir.



SAQQAL VƏ İSBAL BARƏSİNDƏ DİGƏR MƏZHƏBLƏRDƏ KEÇƏN HƏDİSLƏR - Saqqal saxlamaq yalnız Əhli Sünnə kitablarinda deyil digər məzhəb kitablarında da mövcuddur. «Saqqalı qırxmaq Allahın yaratdığını dəyişməkdir. Kim Allahın yaratdığını dəyişərsə Allah ona lənət etsin!»159. Müstədrək kitabında Müddəssir surəsinin 4-cü, «Paltarınıı təmizlə» ayəsinin təfsirində belə deyilir: Ayənin mənası paltarı qısa geyinmək deməkdir160. Muhəmməd b. Əli «Müddəssir» surəsinin 4-cü, «Paltarını təmizlə» ayəsi haqda soruşulduqda belə cavab vermişdi: «Yəni paltarını qısalt». Sonra isə dedi: «Paltarın topuqlarından aşağı düşməsin. Çünki paltarı topuqdan aşağı geyinmək Bənu Umeyyənin əməlindəndir»161.

Uzun paltar geyməyi və paltarın qollarının uzun olmasını məzəmmət ediblər xüsusilə hədisdə gəlib ki, paltarı təkəbbür üzündən yerlə sürüyənlər və həmçinin paltarı topuqdan aşağı geyinənlər Cəhənnəm odundadırlar162. Əli - radıyallahu anhu - köynək geydiyi zaman köynəyinin qollarını yuxarı çəkər, barmaqlarından irəli çıxan hissəsini götürərdi163. Nəql edilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Zərr - radıyallahu anhu - ya buyurdu: «Hər kim təkəbbür üzündən paltarını yerlə süründürərsə Allah Qiyamət günü ona rəhmət nəzərini salmaz»164. Həmçinin bu cür geyim Lut qövmünün əxlaqındandır. İmam Cəfər Sadiq rahmətullahi aleyhi - rəvayət edir ki, Əli - radıyallahu anhu - bir gün bazara gedir vəözü üçün əşrəfiyə üç paltaq alır. O, belə idi: «Köynəyi qolunun biləyinə qədər, fitəsi baldırının yarısına qədər, qəbası ön hissəsindən döşünə qədər və arxadan kəmərdən aşağı idi. Həzrət evinə qayıdana qədər əllərini göyə qaldırıb bu nemətə görə Allaha həmd etdi»165.

Bığı azaltmaq çox təkid olunmuş bir qanundur. Bu iş insandn qəmi və vəsvəsəni yox edər166. Bığı dəriyə qədər azaltmaq daha yaxşıdır. Həql edilir ki, İmam Cəfər Sadiq rahmətullahi aleyhi - bığını həmən miqdarda azaldardı167. İmakan yaratma ki, bığın çox uzansın, çünki bu halda şeytan orada özünə yer tapıb gizlənər168. Bir cümədən digər cüməyə dırnaq tutmaq və bığı azaltmaq insanı xora xəstəliyindən qoruyar və ruzisini çoxaldar. Cümə günü bu işi edərkən bu duanı oxuyun: «Bismilləhi və billəhi və alə Sunnəti Muhəmmədin və alə əli Muhəmməd»169.


Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə