ƏQİDƏSİ musiQİ saqqal isbal toplayan və TƏRTİb edən k. HÜseyn kitabin büTÜn haqlari qorunur


BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN



Yüklə 450,56 Kb.
səhifə2/4
tarix19.11.2017
ölçüsü450,56 Kb.
#11138
1   2   3   4

BİTİRDİM: MİLADİ 2006-CI İL 22 İYUN

HİCRİ 1427-Cİ İL CƏMƏDİƏL ƏVVƏL 26


HƏMD OLSUN ALƏMLƏRİN RƏBBİ OLAN ALLAHA! (YUNUS 10)

MUSİQİ

MAHNI Bir şer, nəsir və ya ona yaxın bir şeylə səsi yüksəltmək, ucaltmaq, davam etdirmək, yerli və ya yersiz olaraq dəfələrlə təkrar edərək əyləndirmək və coşdurmaq deməkdir. Bu da musiqi ilə birlikdə və ya musiqi olmadan da ola bilər8. İbnul Əsir rahmətullahi aleyhi - deyir ki: «Səsini yüksəldən və onu davam etdirən hər kəsin səsinə ərəblər mahnı deyirlər»9.

MUSİQİ Yunan sözü olub Ud, Kaman, Tabur, Klarnet və s. kimi çalğı alətlərilə çalınan sənət növlərinə ümumilikdə verilən addır.

MUSİQİNİN DİNDƏKİ İSİMLƏRİ ƏL-LƏHV (əyləncə, vaxtı boşa keçirmək), ƏL-LƏĞV (boş söz), ƏL-BATİL (boş, dəyərsiz), ƏZ-ZUR (yalan), ƏS-SUMUD (boş şeylə əylənmək), ƏL-MUKA (fit çalmaq), ƏT-TASDİYƏ (əl çalmaq), RUQYƏTUZ ZİNA (zinanın dəvətçisi), SAVTUŞ ŞEYTAN (şeytanın səsi), MƏZMURUŞ ŞEYTAN (şeytanın qavalı), QURANUŞ ŞEYTAN (şeytanın Quranı), MUƏZZİNUŞ ŞEYTAN (şeytanın müəzzini), MUNBİTUN NİFAQ (nifaq çıxaran, yetişdirən), SƏVTUL AHMAQ (axmaq səs), SAVTUL FACİR (yalançı, rəzil səs)10.

MUSİQİNİN FƏRDLƏRƏ OLAN TƏSİFRİ Musiqi harama təşviq edər və onu gözəl göstərər. O, haramları etməyə sövq edən bir vasitədir. Fısqı, fucuru (günahkarlığı), həyasızlığı və ədəbsizliyi əmr edər. Nəfsi şəhvətlərə (istək və arzuları) yerinə yetirməyə yönəldər. İnsanın şəxsiyyətini, ədalətini və hörmətini itirər. Ağlın və imanın gözəlliyini və üzdəki nuru itirər. İnsan nəfsindəki şeytani durumları gücləndirər. Qəlbi Quranı və Allahı zikr etməkdən yayındırar. Qəlbi korlayar və bundan sonra qəlb heç bir xeyiri görməz və heç bir pisliyi də inkar etməz. Qulu facirlərə və kafirlərə bənzəməyə sövq edər. Fərd və toplum üçün İlahi cəzaların gəlməsinə səbəbdir.

MUSİQİ İKİ NÖVDÜR:

1. HARAM OLAN MUSİQİ Bura qadınların və kişilərin musiqi alətlərindən istifadə edərək oxumaları və bu mahnının sözlərində dinə zidd olan şirk, küfr, boş və faydasız sözləri istifadə etmələri, qadınların kişilərin məclisində oxumaları, məşhur olana qədər mahnı ilə çox məşğul olmaq, mahnı oxumaq müqabilində pul almaq, pis əməllərə çağıran kimsələrin mahnılarını oxumaq, musiqi alətini dinləmək, musiqi alətlərinə sahib olmaq hər yerdə və hər zamanda, musiqi alətlərinin ticarətini etmək və onu qazanc mənbəyi etmək, musiqi alətlərinin və kassetlərinin satılması və alınması və bunun üçün dükan kirayə götürmək və s. icma ilə haramdır. Bunların hamısı qulu Allahı zikr etməkdən, insanın yaradılış məqsədi olan Allaha ibadətdən, itaətdən təmamilə uzaqlaşdırır.

Mahnı və musiqi qəlblərin sərtləşməsində, xəstələnməsində, Rəhmanın kəlamını dinləməkdən çəkinməkdə, ayə və zikrlərdən təsirlənməməkdə ən böyük səbəbdir. Musiqi qəlbin imandan kasad olmasında, Rəhmanın yolundan uzaqlaşmaqda və şeytanın yoluna düşməkdə və sonun pis qurtar-masına səbəbdir. Musiqi namazın ziddidir. Çünki namaz pis və çirkin əməlləri qadağan edər. Musiqi isə onları əmr edər. Musiqi bəzi kimsələrdə nifaq, bəzi kimsələrdə inadkarlıq, bəzi kimsələrdə yalançılıq, bəzi kimsələrdə isə günahkarlıq izlərini buraxar. Ən ağır buraxdığı izlər isə surətlərə (şəkillərə) aşiq olmaq və iyrənc şeyləri bəyənməkdir. Musiqiyə qulaq asan kimsənin qəlbindən Quranın ləzzəti alınar. Artıq Quran qəlbə ağır gələr, Quranı dinləməyə istəksiz olar və bu da nifaqdan bir parçadır. İbn Məsud radıyallahu anhu deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»11.



MUSİQİ BARƏSİNDƏ QURANİ KƏRİMDƏ KEÇƏN AYƏLƏR - «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). İbn Məsud radıyallahu anhu dan ayədə keçən LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) nə olduğu soruşulduqda o: «Allaha and olsun ki, bu musiqidir» deyib sözünü üç dəfə təkrar etdi12. İbn Abbas radıyallahu anhu deyir ki: «Ayə musiqi və bənzəri olan şeylər haqqında nazil olmuşdur»13. İkrimə rahmətullahi aleyhi - deyir ki: «LƏHVƏL HƏDİSİN Musiqidir»14. İbn Ömər və Cabir b. Abdullah radıyallahu anhum rəvayət edirlər ki: «Bunlar səhabələrin böyüklərindən olan dörd kişidir ki, qəti olaraq LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi olduğu görüşündədirlər. Səhabənin təfsirinin mötəbər olduğu üsulda qəbul edilən şeylərdəndir. Səhabələr hər hansı bir təfsirdə icma edərlərsə, onların icması dəlil olur. Səhabə və tabiin LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) təfsirinin Musiqi olduğunda icma etmişlər. Bu görüşdə olduqlarını bildirən bəzi Tabiinlər: Mucahid, İkrimə, Məhkul, İbrahim ən-Nəhai, Ata əl-Xorasani, Həsənul Bəsri, Said b. Cubeyr, Qatadə b. Dəamə, Meymun b. Mihran, Həbib b. Əbi Sabit, Amr b. Şueyb, Said b. Museyyib, Abdulməlik b. Cureyh Allah onlara rəhmət etsin bu ayədəki LƏHVƏL HƏDİSİN (mənasız, oyun-oyuncaq sözlərin) musiqi deyə təfsir etmişlər. əl-Albani rahmətullahi aleyhi «İslam Fiqhində Çalğı Alətləri» kitabında deyir ki: «SAPDIRMAQ sözünün əvvəlində yer alan LƏM hərfini əl-Vahidi rahmətullahi aleyhi - öz təfsirində belə açıqlayır: Aqibət «Ləm»-idir. Yəni belə bir kimsənin sonda varacağı yer sapmaqdır. İbnul Covzi rahmətullahi aleyhi - «Zadul Məsir» 6/317 deyir ki: «LƏM» illət (səbəb bildirmək) üçün deyildir». İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Bunu belə açıqlaya bilərik – Musiqi və çalğı alətlərini dinləməyə həvəs göstərən bir kimsədə mütləq elm və əməl etibarıyla hidayət yolundan bir miqdar sapma vardır. Quranı dinləməkdən bir az üz çevirib, musiqi dinləməyə yönəlməkdir. Belə ki, əgər eyni anda musiqi dinləmək ilə Quranı dinləmək ilə qarşı qarşıya qalarsa onu buraxıb musiqiyə yönələr. Quranı dinləmək isə ona ağır gələr. Hətta Quran oxuyanı susdurmaq həddinə də çata bilər və Quran oxuyanın oxumasının uzun olduğunu gördükdə musiqinin daha da davam etməsini istər». İbn Məsud radıyallahu anhu deyir ki: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»15. İbn Abbas radıyallahu anhu deyir ki: «Dəf haramdır, çalğı alətləri haramdır, qaval (davul) haramdır, zurna haramdır»16.

«Onlardan kimi bacarsan səsinlə yerindən oynat». (əl-İsra 64). Mücahid rahmətullahi aleyhi - deyir ki: «İblisin səsi – musiqi, tütək, LƏHV əyləncə və batildir»17. Dəhhaq b. Muzahim rahmətullahi aleyhi - deyir ki: «O, tütəyin səsidir»18. əş-Şabi rahmətullahi aleyhi - deyir ki: «Suyun bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir. Şübhəsiz zikr də suyun əkini yetişdirdiyi kimi qəlbdə imanı yetişdirir»19. «İndi siz bu kəlama təəccübmü edirsiniz? Həm də gülürsünüz, heç ağlamırsınız! Qəflət içində qalıb oynayır, əylənirsiniz». (ən-Nəcm 59-61). İbn Abbas radıyallahu anhu deyir ki: «VƏ ƏNTUM SAMİDUN – bu musiqidir. Onlar Quranı dinlədikdə musiqi söyləyər və oynayardılar. Bu Yəmənlilərin ləhçəsidir. USMUD LƏNƏ bizə mahnı oxu deməkdir»20. Bir nəfər İbn Abbas radıyallahu anhu ya deyir ki: «Musiqi haqda görüşün nədir? O, halaldır, yoxsa haram?». İbn Abbas: «Mən yalnız Allahın kitabında haram edilmişsə, haram olduğunu söyləyirəm» dedi. Adam: «O, zaman halaldır?» dedi. İbn Abbas: «Bunu da söyləmirəm» dedi və əlavə olaraq: «Qiyamət günü gəldikdə, haqq ilə batili gördükdə musiqi harada olur?». Adam: «O, batil arasında olur» dedi. İbn Abbas: «Get, fətvanı özün verdin» dedi21. «Onların Beytulhəramdakı namazı fit verib əl çalmaqdan başqa bir şey deyildir. Etdiyiniz küfrə görə indi dadın əzabı». (əl-Ənfal 35). İbn Qeyyim radıyallahu anhu deyir ki: «İbn Abbas, İbn Ömər, Atiyyə, Mucahid, əd-Dahhaq, Həsən və Qatadə Allah onlardan razı olsun ayədə keçən MUKA fit çalmaq, TASDİYƏ əl çalmaq mənasına gəldiyini söyləmişlər. İbn Abbas radıyallahu anhu deyir ki: Qureyş Beytullahı çılpaq olaraq təvaf edir, fit verib əl çalırdılar». Mucahid radıyallahu anhu deyir ki: «Təvafda Peyğəmbər sallallahu aleyhi və səlləm in qarşısına çıxaraq təvaf və namazını pozmaq üçün fit verib, əl çalırdılar. Əl çalanlar, qamış və tütək, bənzəri şeylərə üfürərək səs çıxaranlar da bunlara bənzəyirlər. Bu sadəcə görünüşdə bir bənzəmə olsa da belə, onlara bənzəməyə çalışdığına görə qınanılır»22. Şeyx Əhməd b. Yəhya ən-Nəcmi deyir ki: «Allah əl çalan və fit verən Qureyşi pislədi. Allah birisini yalnız batil və boş bir davranışdan ötrü pislər. Başa düşülür ki, doğru və ya halal olsaydı Allah onları bundan ötrü pisləməzdi. Onları pislədiyinə görə bu onun haram və batil olduğunu göstərir. Eynilə haqqında hədd, cəza, lənət, qəzəb, atəş enən hər bir şeydə haramdır və böyük günahlardandır. Böyük imamlar belə söyləmişlər. Fit verib əl çalmaq pisləndi və bunlar əzabla yan-yana zikr edildi. Bu onların haram olduğunu ifadə edər. Böyüklərə hörmət əlaməti və şanlarını yüksəltmək üçün etdikləri alqış (əl çalmaq) da haramdır. Çünki o, Allahın kafirləri pisləməsinə səbəb olan əməllər-dəndir»23.

MUSİQİ BARƏSİNDƏ SÜNNƏDƏ KEÇƏN HƏDİSLƏR - Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən zinanı, ipəyi, içkini və musiqi alətlərini halal qəbul edən insanlar çıxacaq. Bir qrup kimsələr bir dağın yanında gecələyəcəklər. Qoyun sürüsü və çoban onların yanına gələrək (axşamı gedəcək). Kişi bir ehtiyacdan ötrü onların yanına gələcək onlar da: Get, sabah gələrsən. Buna görə Uca Allah gecə ikən dağı üzərlərinə endirib bir qismini həlak edəcəkdir. Digərlərini isə Qiyamət gününə qədər meymunlara və donuzlara döndərəcəkdir»24. Hədisdə keçən MƏAZİF Cəvamiul kəlim (az kəlimə ilə çox mənanı ifadə edən sözlərdəndir). Yəni hər cür musiqi və əyləncə alətini əhatə etməkdədir. Məazif – dəf, zurna, qaval, gitara və s. çalğı alətlərinin adıdır25. Bu hədis musiqinin haram olmasını göstərən güclü bir dəlildir. Çünki hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Halal sayan kimsələr». Əsl olaraq dörd şeyin haram olduğunu göstərir. Əgər halal olsaydı belə söyləməzdi26. İbn Qeyim rahmətullahi aleyhi - deyir ki: «Məazif – bütün çalğı alətləridir. Bu xüsusta dilçilər arasında görüş ayrılığı yoxdur. Əgər bunlar halal olsaydı, heç bir zaman bunları halal qəbul etdikləri üçün onları qınamaz və zinanın halal qəbul edilməsi ilə birlikdə söz etməzdi. Ayrıca bu hədisdə çalğı alətlərini halal qəbul edənləri Uca Allah yerin dibinə keçirməklə, onları meymunlara və donuzlara döndərməklə təhdit etmişdir…»27. Səhl b. Səd - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Qiyamətə yaxın pozğunluq, iflas və çirkinlik baş alıb gedəcəkdir». Biz: «Ey Allahın Rəsulu! Bu nə vaxt olacaqdır?» deyə soruşduq. O: «Musiqi alətlərinin və qadın müğənnilərinin çoxaldığı vaxt!» deyə buyurdu28. Ənəs b. Məlik, İmran b. Huseyn - radıyallahu anhum rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Bu ümmətin içərisində yerə batırılma (yəni zəlzələ), göydən daş yağma və surət dəyişməsi (heyvana çevrilmə) olacaqdır. Səhabələr: «Nə zaman Ey Allahın Rəsulu?» deyə soruşdular. Nə vaxt ki, içki içiləcək, qadın müğənnilər (cariyələr) və musiqi alətləri (Ud)29 zühur edəcəkdir»30. Əbu Məlik əl-Əşari - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətimdən bəzi insanlar içki içib ona başqa adlar verəcəklər. Başlarının üzərində çalğı çalınacaq və qadınlar mahnı oxuyacaqlar. Allah onları yerə batıracaq və onlardan meymunlar və donuzlar edəcəkdir»31. Bu çalğı alətlərinin qəlbləri ələ keçirib, vicdanlara sahib olduğu zaman olur. Bu günlər isə onların ən çox yayıldığı vaxtdır. Saatlarda, zənglərdə, uşaq oyuncaqlarında, komputer-lərdə və teləfon cihazlarında və s. əşyalara musiqi qoyulması çoxalmışdır ki, bu da Qiyamətin əlamətlərindəndir. Ənəs b. Məlik radıyallahu anhu deyir ki: «Ən pis qazanc mahnı oxuyan qadının qazancıdır»32. Ömər b. Abdul Aziz radıyallahu anhu musiqi haqqında deyir ki: «Başlanğıcı şeytandandır, sonu isə Rəhmanın qəzəbidir»33. İbn Abbas radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən çalğı alətlərini yıxmaqla görəvləndirdim»34. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Uca Allah mənə içki, qumar, davul və gitaranı haram etdi (Başqa rəvayətdə: Allah mənə içki, qumar və davulu haram etdi. Hər sərxoşluq verən haramdır)»35. Hədisdə keçən ƏL-KUBƏ davul deməkdir. Davul əyləncədə önəmli alətlərdəndir. Musiqinin onsuz olması isə çox nadirdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim içində, yerə batrılma, heyvana çevrilmə və dənizə qərq olma olacaqdır». Səhabələr: «Ey Allahın Rəsulu! Onlar Allahdan başqa İlah olmadığına şəhadət etdikləri haldamı?» deyə soruşdular. Peyğəmbər: «Bəli, çalğı alətləri, içki və ipək geyinmək yayıldığı zaman» deyə buyurdu36. Ənəs - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Ümmətim altı şeyi halal qəbul edərsə artıq həlak olurlar. Aralarında lənətləşmə ortaya çıxarsa, içki içilərsə, ipək geyilərsə, oxuyan cariyələr əldə edilərsə, kişilər kişilərdən, qadınlar da qadınlardan kifayətlənərsə»37. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «İki səs vardır ki, bunlar dünya və axirətdə lənətlənmişdir. Sevinc anında zurna (musiqi aləti) və müsibət anında şivən səsi (ah-nalə, mərsiyə və s)»38. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Bu hədis musiqinin haram olmasına dair ən gözəl hədislərdən biridir». Cabir b. Abdullah radıyallahu anhu dan gələn məşhur ifadələrin birində deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdu: «Mən iki axmaq və facir (günah) səsdən nəhy (qadağan) edildim. Nemət əsnasında olan səsdən (əyləncədən) və bir də müsibət anında olan səsdən (yanaqları vurmaqdan, yaxa cırmaqdan, şivən qoparmaqdan). Müsibət anındakı səsi qadağan etdiyi kimi, nemət əsnasında çıxarılan səsi də qadağan etmişdir. Nemət əsnasındakı səs mahnı səsidir»39. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mən ağlamağı qadağan etmədim. Lakin mən axmaq və günahkar iki səsi qadağan etdim: Oynamaq və əyləncə anında olan səs və şeytanın zurnası, digəri isə müsibət anında olan səs, üzə vurmaq, yaxanı cırmaq və şeytanın fəryadı»40. Əbu Umamə radıyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mahnı oxuyan qadınların satılması və alınması, onların ticarətinin edilməsi halal deyildir. Onlar qarşılığında alınan pul da haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar». (Loğman 6). Məni haqq ilə göndərənə and olsun ki, bir nəfər yüksək səslə mahnı oxuyarsa Uca Allah mütləq onun çiyinlərinə çıxan iki şeytan göndərər. Onlar da susana qədər onun köksünə ayaqları ilə vurarlar. Peyğəmbər sallallahu aleyhi və səlləm bu arada sinəsinə işarə etdi»41. İbn Ömər radıyallahu anhu nun mövlası Nəfi deyir ki, İbn Ömər radıyallahu anhu bir musiqi (qaval) səsi eşitdikdə (duyduqda) barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»42. Abdullah b. Dinar rəvayət edir ki, mən İbn Ömər radıyallahu anhu ilə bazara çıxdım. İbn Ömər radıyallahu anhu çalıb-oynayan bir qız uşağının yanından keçdikdə (onu göstərib) dedi: «Əgər şeytan bir kimsədən əl çəkmiş olsaydı, bundan əl çəkərdi»43. Ummu Əlqəmə rəvayət edir ki, Aişə - radıyallahu anhə nin qardaşı qızlarını sünnət etdilər. Aişə - radıyallahu anhə yə deyildi ki, bəlkə bunları əyləndirmək üçün bir adam çağıraq?» Aişə: «Olar!» deyib Adiyin yanına adam göndərdilər. Onu evə gətirdilər. Aişə - radıyallahu anhə evə gəldikdə onun başını əsdirərək nəğmə oxuduğunu gördü. Bu adam şerbaz idi. Aişə: «Uff! (Bu) bir şeytandır. Qovun onu, qovun onu!» dedi44. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm mahnı oxuyan cariyənin qazancını yeməyi qadağan etdi»45. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Mələklər içində köpək və zınqırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər»46. Əbu Hureyrə - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Zınqırov şeytanın mizmarıdır»47. Əgər zınqırov rəhmət mələklərinin nifrət etməsinə səbəb olursa, günümüzdəki olan o, musiqi alətləri necə olacaq? İbn Abbas - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Heç şübhəsiz ki, Allah mənə şərabı, qumarı, kubəni (davulu) (Başqa rəvayətdə: Qınnin - Gitaranı) haram etdi. Sərxoşluq edən hər bir şey haramdır»48. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah Adəm oğluna zinadan nəsibini yazmışdır. Bu ona mütləq çatacaqdır. Gözlərin zinası baxmaqdır, qulaqların zinası isə dinləməkdir…»49. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allahı zikr etmək növündən olmayan hər bir iş boş bir iş və bir aldanmadır. Bundan dörd şey müstəsnadır. Kişinin iki hədəf arasında gedib-gəlməsi (atıcılığı öyrənməsi), atını yəhərləməsi, kişinin qadını ilə oynaması və üzməyi öyrənməsi»50. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «İnsanın etdiyi hər bir əyləncə batildir. Batil isə haqqın ziddidir. Haqq olmayan, ona vəsilə və faydalı olmayan hər şey batildir, vaxtı boşa keçirməkdir, dini və dünyası üçün faydalı olacaq şeyləri itirməsinə səbəbdir. Dinin belə bir şeyi mübah sayması mümkün deyildir».

SƏLƏF İMAMLARININ MUSİQİ HAQDA OLAN SÖZLƏRİ - İmam Əbu Hənifə rahmətullahi aleyhi - musiqinin haram olduğunu sərt bir ifadəylə söyləmiş və onu dinləməyi günah saymışdır»51. İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Musiqi batil və məkruh52 əyləncədir. Onunla çox məşğul olanın şahidliyi qəbul olunmayan səfehdir»53. İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Mən İraqda TAĞBİR54 – deyilən bir şey gördüm. Onu insanları Qurannan uzaqlaşdırmaq istəyən zındıqlar ortaya çıxarmışlar»55. İbn Qeyyim rahmətullahi aleyhi - İmam Şafii rahmətullahi aleyhi - nin bu sözlərini açıqlayaraq deyir ki: «Tağbir – dünyaya qarşı rəğbəti azaldan və bir müğənninin nəğməli olaraq şer söyləməsi və orada olanların əllərindəki çubuqla bir yerə vuraraq ritm tutmalarıdır. Allah belə bir pis şeyləri öyrənən kişidən və cahil abiddən razı olmaz»56. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Şafii rahmətullahi aleyhi - nin söz etdiyi bu işin zındıqların icadları olduğu şəkilindəki açıqlamaları, İslamın əsaslarını çox yaxşı bilən bir imamın sözüdür. İbnur Ravendi57, Farabi58, İbn Sina və onlara bənzər zındıqlıqla ittiham edilmiş kimsələrdən başqa heç kimsə belə bir musiqi dinləməyə təşviq edib dəvət etməz. Əbu AbdurRahman əs-Sulemi «Məsələtus Səma» İbnur Ravendidən belə dediyini rəvayət edir: Alimlər musiqi dinləmək haqqında fərqli görüşlərə sahibdirlər. Kimiləri bunu mübah qəbul etmiş, kimiləri məkruh görmüşlər. Mən isə bunu vacib qəbul edirəm»59. İmam Məlik rahmətullahi aleyhi dən: Mədinəlilərin musiqi xüsusunda rüxsət vermələrinə dair sual soruşdum o da: «Bunu ancaq fasiqlər edər» deyə cavab verdi60. Vəki b. Cərrah rahmətullahi aleyhi - deyir ki: «(Musiqi alətini) al və sahibinin başında qır. Çünki İbn Ömər - radıyallahu anhu belə edərdi»61. İmam Əhməd rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbdə münafiqlik yaradır»62. İmam Əhməd rahmətullahi aleyhi - deyir ki: «Tütək, zurna, tabur, ud, kamança və bənzəri şeylər haramdır»63. Əbu Bəkr əl-Mərvəzi deyir ki, Əbu Abdullahdan – İmam Əhməddən – soruşdum: «Küçədən keçərkən davul satıldığını gördüm. Onları qırımmı?» dedim. O: «Sənin gücünün çatacağını zənn etmirəm. Gücün çatarsa nə gözəl» deyə cavab verdi. Mən: «Ölü yumağa çağrıldığımda bir davul səsi eşitdim. Buna da belə cavab verdi: «Qırabilərsənsə qır. Gücün çatmazsa çölə çıx»64. Əş-Şabi rahmətullahi aleyhi - deyir ki: «Allah müğənniyə və musiqi dinləyənə lənət etsin»65. Əd-Dahhaq rahmətullahi aleyhi - deyir ki: «Musiqi qəlbləri pozar və Rəbbi qəzəbləndirər»66. Fudeyl b. İyad rahmətullahi aleyhi - deyir ki: «Musiqi zinanı təşviq edəndir». Məkhul deyir ki: «Kim yanında bir müğənni qadın olduğu halda ölərsə ona namaz qılınmaz»67. Əbu Qasım Diməşqi deyir ki, Əbu Ali Ruzebariyə: «Əyləncə və musiqini dinləyən mənə halaldır, çünki mən elə bir dərəcəyə çatdım ki, artıq mənə təsir etmir» deyən kimsədən soruşuldu. Əbu Ali: «Bəli, o dərəcələrə çatdı, lakin Cəhənnəm dərəcələrindən Sakara» dedi. Əbul Həsən deyir ki, bir nəfər başqa birisinin gitarasını qırdı. Gitarası qırılan Qazı Şureyhin yanına gələrək şikayət etdi. Şureyh də gitaranı qırana hər hansı bir təzminat ödətmədi»68.

Qəsidələr dinləmək bəzi kimsələrin qəlblərində Quranı dinləməkdən daha üstün tutuldu. Qəsidə dinləyən zaman incələnən qəlb Quranı dinləməklə əsla yumşalmadı. Bu da onu göstərir ki, gizli bir hava onların qəlblərinə yerləşmiş və onları məğlub etmişdir. Onlar isə tam başqa şey zənn edirlər. Əbu Hüseyn Dərrac deyir ki: Bağdatda Yusuf b. Hüseyn Razini ziyarət etmək istədim. Şəhərə daxil olduqda onun evini soruşdum. Soruşduğum hər kəs: O, zındığı sən neynirsən? Deyə soruşdular. Onların bu sözlərindən köksüm daraldı. O, kecə məsciddə gecələdim. Sonra öz-özümə bu şəhərə onu ziyarət etmək üçün gəldim. Onu ziyarət etmədən də dönməyəcəyəm dedim. Təkrar onu soruşmağa başladım. Ta ki, məscidə çatdım. Əlində Quran oxuyan birinin onun qarşısında mihrabda oturduğunu gördüm. Ona yaxınlaşdım və salam verdim. Salamımı aldı və: Haradan gəlirsən? Deyə soruşdu. Mən: «Filan yerdən» dedim. Şeyxi ziyarət etmək üçün gəldim. O: «Gözəl bir şer oxumağı bilirsənmi?» dedi. Mən: «Bəli» dedim və bir şer söylədim. O, mushafı bağladı və ağlamağa başladı. Çox ağlamaqdan saqqalı və əbası islandı. Mənə: «Ey oğul! Şəhər əhlinin Yusuf b. Hüseynə zındığ demələrini pis qarşıladın. Lakin namaz vaxtından bəri Quran oxuyuram, gözümdən bir damla yaş da gəlmədi. Lakin bu beytlə Qiyamətim az qala qopdu». İsmail b. Əbu Xalid deyir ki, Şabi mahnı oxuyan cariyənin qazancını çirkin görmüş və: «Mən belə bir qazancı yeməyi sevmərəm» demişdir69. İbn Mutahhar, Əhli Sünnətin əyləncəni və musiqini mubah saydığını söylədikdə Şeyxulİslam «Minhəcus Sunnə» 3/439 adlı əsərində onun bu görüşünün doğru olmadığını söyləyərək deyir: «Bu iddia dörd imama iftiradır. Onlar Ud və bənzəri olan əyləncə alətlərindən olan çalğı alətlərinin haramlığı xüsusunda ittifaq etmişlər. Onlara görə bir kimsə bu alətləri qırarsa qırılan alətin təzminatını ödəməz. Əksinə onlara görə bu kimi alətləri (alamaq) və ya saxlamaq haramdır». Digər bir yerdə İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Musiqi və çalğı alətlərini dinləmək şeytanın vəsvəsəsini gücləndirən şeylərin ən böyüküdür. Bu müşriklərin dinləyişidir»70. Möminlərin əmiri Yəzid b. əl-Vəlid b. Abdul Məlik deyir ki: «Ey Umeyyə oğulları! Musiqidən çəkinin. Çünki o, həyanı azaldır, şəhvəti artırır, kişiliyi yox edir. O, içkinin yerinə keçir və sərxoşluğun etdiyini edir. Çünki musiqi zinanın dəhlizidir»71. İbnul Cövzi rahmətullahi aleyhi - deyir ki: «Bilinməlidir ki, musiqi dinləmək iki şeyi bir yerə cəm edir. Qəlbi Allahın əzəmətini düşünməkdən və ona xidmətdən uzaqlaşdırması və qəlbi ən çox hissi şəhvətləri yerinə yetirməyə, ani ləzzətlərə meyl etdirməsidir… Zina ilə musiqi arasında bir münasibət vardır. Çünki musiqi ruhun zövqü, zina isə nəfsin ən böyük zövqüdür. Buna görə də musiqi zinanın dəvətçisidir… Şeytan abidlərdən haram səsləri eşitməkdən ümüdünü kəsincə ud və bənzəri alətlərə yönəltdi. Onlara bunu xoş göstərdi. Məqsədi isə bir şeydən digər bir şeyə doğru yavaş-yavaş yönəltməkdir»72. Digər bir yerdə: Musiqi haqda insanlar çox danışdılar. Kimisi haram deyərkən, kimisi də bunu mübah saydı. Həm də heç bir pislik görmədi. Kimisi də pisliyi ilə bərabər mübah gördü. İlk öncə bir şeyin mahiyyətinə baxılması lazımdır, sonra da məkruhmu, harammı və ya başqa bir şeymi olduğu bilinir. Musiqi bir çox şeyə deyilir. Hacıların yollarda söylədiyi nəğmələrə də mahnı deyilir. Ərəb olmayan bəzi qövmlər həccə gəldikdə yollarda mahnı oxuyardılar. Kəbəni, Zəm-zəm suyunu, Məqami İbrahimin vəsflərini söyləyərdilər. Bəlkə də bu oxumalarına dəfidə əlavə edərdilər. Bu cür şerlərin dinlənməsi mübahdır. Çünki bu nəğmələr insanı coşdurmaz və cuşa gətirməz. Eyni ilə döyüşə gedənlərin söylədikləri şerlərdə bu qəbildəndir. Həmçinin Məkkə yolunda HUDA (dəvələri hərəkətə gətirmək) üçün şer söyləyərdilər. Belə bir şer söyləmək dəvəni də, insanı da hərəkətə gətirir. Lakin bu hərəkətləndirmə insanı coşdumaz və özündən çıxartmaz. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm in Əncəşə adlı şer söyləyən karvan başçısı vardır. O, söylədikcə dəvə bir az tez yürüyərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm ona: «Ey Əncəşə! Sən şüşə qabları (dəvələr üzərində olan qadınları qəsd edir) sürərkən bir az yavaş ol!» deyə buyurdu73. İbnul Covzi rahmətullahi aleyhi - deyir ki: «İmam Şafii rahmətullahi aleyhi - dən rəvayət edildiyinə görə Ərəb şerlərini və hudə (karvan başının söylədiyi naməni) dinləməkdə bir məhzur yoxdur»74. İmam Şatibi rahmətullahi aleyhi Əncəşə hədisini rəvayət etdikdən sonra deyir: «Bu gözəl bir şeydir. Lakin Ərəblərin nəğmələri bu gün insanların etdikləri nəğmə növündən deyildir. Onlar özlərindən sonra ortaya çıxan çeşidli nəğmələr öyrənməzdilər, sadəcə şer söyləyərdilər. Onlar musiqi sənədini bilməyən, Ərəblərin ən-ənəsinə uyğun olaraq incə səslə oxuyardılar. Onların bu oxumalarından başqaları zövq almaz, musiqi kimidə qəbul etmədilər. Necə ki, Abdullah b. Rəvaha - radıyallahu anhu nun Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda Hudə oxuması, Ənsarın xəndəyi qazdıqları zaman söylədikləri şerlər bu növdəndir.

Bizlər Muhəmmədə beyət edənlərik,

Cihad üzərə həyatda qaldıqca,

Peyğəmbər: Allahım axirət xeyrindən başqa xeyir yoxdur,



Ənsar və Mühacirləri məğfirət et!»75.

Zahid tabiin Muhəmməd b. əl-Munkər rahmətullahi aleyhi - deyir ki: «Qiyamət günü gəldikdə biri səsləyərək: Özlərini və qulaqlarını LƏHVƏL (əyləncə, oyun, boş şey) uzaq olanlar haradadırlar? Onları misk baxçalarına yerləşdirin. Sonra mələklərə deyilir: Onlara mənim mərhəmətimi duyurun. Orada qorxu olmadığını və üzülməyəcəklərini bildirin»76. Əbu Tayyib ət-Təbəri rahmətullahi aleyhi - deyir ki: «Musiqi dinləyənin ağlı və həyası əskilər. Müsiqi dinləmədən əvvəl nifrət etdiyi çox danışmaq, yalan, qəh-qəhə ilə gülmək, çırtma çalmaq, ayağı yerə vurmaq kimi əməlləri bəyənməyə başlayar»77. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Çalğılar, nəfslərin içkisidir. Onlar nəfslərə içkidən daha pis təsir edirlər (Başqa rəvayətdə: Musiqi zinanın yolçusudur. O, zinanın meydana gəlməsində ən böyük səbəblərdəndir)»78. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Dinin həqiqətindən, qəlblərin hallarından, zövqlərindən və həyacanlarından xəbərdar olan kimsə fit verib, əl çalmaq (musiqi dinləməyin) zərəri və fəsadı xaric, qəlblərə hər hansı bir fayda və xeyiri olmadığını bilir. İçki bədən üçün nə isə musiqi dinləmək də ruh üçün odur. Buna görə də mahnı oxumağa düşkün olanlar şərabın sərxoşluğundan daha çox sərxoş olurlar. Onlar eyni ilə içki içənin duyduğu ləzzəti duyurlar. Hətta içki içənin duyduğundan daha çox və böyük bir zövq alırlar. Bu onları Allahı anmaqdan və namazdan, içkinin uzaqlaşdırdığından daha çox uzaqlaşdırar. İçkidən daha çox aralarında kin və düşmənçilik salır»79. İmam Tartuşi rahmətullahi aleyhi - dən: «Bir yerdə bir qrup yığışaraq Quran oxuduqdan sonra bir kimsənin qalxıb onlara şer oxuyub rəks etməsi, cuşa gəlməsi, dəf və qaval çalan kimsələrin durumu və bunlarla birlikdə oturmağın halal olması və olmaması deyə soruşulduqda o: «Sufilərin getdikləri bu yol sapıqlıqdır. İslam sadəcə Allahın Kitabı və Peyğəmbər sallallahu aleyhi və səlləm in Sünnəsidir. Rəks və cuşa gəlməyə gəlincə isə onu ilk edənlər Samirinin yoldaşlarıdır. Samiri onlara cansız bir cəsəd olaraq bir buzov heykəli etdikdə, onlarda onun ətrafında rəks edib cuşa gəldilər. Rəks isə kafirlərin və buzova tapınanların dinidir… Allaha və Axirət gününə iman edən bir kimsənin onlarla birlikdə olması və onlara kömək etməsi halal olmaz. İmam Məlik, Şəfii, Əbu Hənifə, İmam Əhməd və başqa müsəlmanların imamlarının məzhəbi budur»80. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: «Əylənmək üçün (musiqi alətləri ilə edilən) bir şeyi əhatə edən musiqiləri dinləmək evdə və ya minikdə, toplantıda, məclislərdə, istər kişi olsun, istər qadın dinləyən hər kəsə haramdır. «İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən xalqı Allah yolundan döndərmək (sapdırmaq) və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız, oyun-oyuncaq sözləri satın alar. Məhz belələrini rüsvayedici bir əzab gözləyir». (Loğman 6). Çünki o, qəlb üçün bir fitnədir, onu pisliyə həvəsləndirər, yaxşılıqdan çevirər, insanın vaxtını zay edər». Əbu Abdullah b. Batta əl-Ukberi belə deyir: «Bir nəfər mənim yanıma gələrək musiqi dinləməyin hökmünü soruşdu. Mən də onu bundan nəhy etdim və alimlərin bu işi pis gördüklərini, səfehlərin isə xoş gördüklərini söylədim. Bunu ancaq sufilərdən bir qrup edər. Zahid olduqlarını izhar edərlər. Sevgi və məhəbbəti iddia edərlər, qorxu və ümüdü itirərlər. Gənclərdən və qadınlardan dinləyirlər. Coşurlar, bağırırlar və bayılıb özlərindən gedirlər. Zənn edirlər ki, bütün bunlar Rəblərinə olan sevginin şiddətindəndir. Allah onların söylədiklərindən münəzzəhdir». Şeyx Usymin, Şeyx Albani rahmətullahi aleyhi - deyirlər ki: «Musiqi dinləmək haramdır»81. Şeyx əl-Albani rahmətullahi aleyhi - öz başına gələn bir hadisəni belə anladır: «Mən Dəməşqdə öz dükanımda saat təmir edirdim. Tələbə olan bir müştəri mənə yaxınlaşdı. Başında Suriyada tanınan abani (ipək parça sarı cizgilərlə) kimi bir sarğı vardı. Qoltuğunun altında olan cihaz diqqətimi çəkdi. (Musiqi) dinləmək üçün cihaz olduğunu zənn etdim. Nə olduğunu soruşduqda təmin etdiyim kimi mənə cavab verdi. Mən də heyrətlə: Sən müğənnisən? deyə soruşdum. O: Xeyr, lakin, dinləyirəm dedi. Mən: Məgər sən dörd imamın haram olduğunu görüş birliyi ilə ifadə etdiklərini bilmirsən? dedim. O: Mən yaxşı bir niyyətlə bu işi edirəm, dedi. Mən: Bu necə olur? Deyə soruşdum. O: Mən əlimdə təsbeh olduğu halda oturur Allahı təsbih və zikr edirəm. Bu arada Ummu Gülsümün mahnılarını da dinləyirəm. Onun şirin səsi ilə Cənnətdə olan Cənnət qadınlarının səslərini xatırladıram. Bu sözlərinə lazımı cavabı verdim. Lakin indi ona nə dediklərimi tam xatırlamıram. Bir həftədən sonra təmir edilmiş saatını almaq üçün gəldi. Yanında da daha güclü elm tələbəsini gətirmişdir. Bu kişi Rabidatul Uləma cəmiyyətinə mənsub tanınmış birisi idi. Yoldaşını dəstəkliyərək mövzu ilə bağlı açıqlamalar etdi. Gözəl niyyətinə görə məzurdur dedi. Mən: İnsanı Allaha yaxınlaşdırması bir qırağa dursun, yaxşı niyyətin haramı halal edə bilməz, dedim. Bir müsəlman Cənnət şərabını xatırlamaq idiasıyla şərab içməyi halal qəbul edərsə bu haqda nə deyirsən? Eyni şeyi zina üçün də söyləyə bilərəm. Allahdan qorx, Allahın haram etdiyini halal etmə! Hətta ən bəsit bir hiylə ilə Allaha yaxınlaşma və Allahın haramlarını halal edən qapını insanlara açma, dedim. Bundan sonra o, kimsə söyləyəcək bir söz tapmadı»82.

MUSİQİNİN HARAM OLMASI BARƏDƏ İCMA83 VARDIR - Bilinməlidir ki, hər zamanda və hər yerdə din imamları, musiqi, çalğı və musiqi alətlərinin haram edildiyi barəsində icma etmişlər. Allamə Qurtubi rahmətullahi aleyhi - deyir ki: «Onun haram edildiyində ixtilaf yoxdur»84. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Ud və bənzəri musiqi alətləri və çalğıların haram olunduğunda onlar müttəfiqdirlər»85. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətinin salehlərinə, abidlərinə və zahidlərinə əl çalmaq, dəf çalmaq ilə bərabər beytləri dinləmək üçün bir yerə yığışıb toplanmalarını din etməmişdir»86. İbnus Salahda, dəf və qaval ilə birlikdə mahnı oxumağı, bununla bərabər rəks edib, fit çalmağı halal qəbul edən, belə bir işin halal və Allaha yaxınlaşdıran bir əməl və ibadətlərin ən fəzilətlilərindən olduğuna inananların hökmü haqqında verilən bir suala bu fətvanı vermişdir: Bu kimsələr Uca Allaha iftira etmişlər. Onlar bu sözləriylə inkarçı, batinilərin yolu ilə getmiş, müsəlmanların icmasına müxalif olmuşlar. Müsəlmanların icmasına müxalif olan bir kimsə haqqında isə Uca Allah: «Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115)87. İmam Şatibi, bir yerə toplanaraq cəmaat şəkilində yüksək səslə Allahı zikr edən, sonra da mahnı oxuyub, rəks edən bir topluluğa dair verilən suala belə cavab vermişdir: «Bütün bunlar Peyğəmbər sallallahu aleyhi və səlləm in yoluna, səhabələrini və onlara gözəl bir şəkildə tabe olanların getdikləri yola müxalif, sonradan uydurulmuş bidətlərdir». İmam Şafii rahmətullahi aleyhi - deyir ki: «Musiqi məkruh olan bir əyləncədir. Kim onu çox dinləyərsə o, səfehlərdən sayılar və şəhadəti qəbul edilməz». İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Bu musiqi haramdır və çirkindir. Müsəlmanlardan heç kimsə onu mübah görməz. Üzündən həya pərdəsini və din örtüyünü sıyırıb atmış, Allaha, Rəsuluna, dininə və qullarına qarşı açıqca çirkinlikləri söyləyənlərdən başqası onu gözəl görməz. Bu kimi pisliklərə sahib olan musiqinin çirkinliyi insanların fitrətində də yer tutmuşdur. Belə ki, kafirlər də bundan ötrü müsəlmanları və dinlərini ayıblayırlar. Bəli, müsəlman alimləri və İslam dini ağıl və din xüsusunda, məhrəm qadınlar və uşaqlar haqqında bir çox pisliklərə səbəb olan bu musiqi dinləməkdən uzaqdırlar. Belə bir musiqi dinləmək dini nə qədər ifsad etmiş, neçə sünnətin ölməsinə səbəb olmuş, nə qədər həyasızlıq və bidətin canlanmasına səbəb olmuşdur?88

Kitab (Quran) oxunur, başlarını əydilər, xuşudan deyil!

Bu bir şəkildir, səmimiyyət yoxdur bunda yaxşı bil!

Bax, musiqi və çalğıda necə coşdurur!



Bil ki, buna Allah üçün deyil şeytan üçün coşdular!

Musiqinin qəlblərdə, ruhlarda və dinlərdə səbəb olduğu pisliklər sayılmayacaq qədər çoxdur. Mahmud əl-Alusi rahmətullahi aleyhi - deyir ki: «Digər İslam ölkələrində və bəzi bölgələrdə musiqi bəlası hər tərəfi bürümüşdür. Məscidlər və başqa yerlər də bu şeydən qorunmamış-dır. Hətta bəzi vaxtlarda minarələrdə mahnı oxuyan müğənnilər təyin edilmişdir. Bunlar da içkini, meyxanaları və haram sayılan daha bir çox şerləri oxuyurlar. Bununla bərabər belələrinə vəkfdən bəlli bir pay da ayrılmışdır… Bundan daha çirkin sufilərin iblislərinin və azğınlarının etdikləridir. Digər tərəfdən onlar söylədikləri mahnıların və oxuduqları şerlərin ihtiva etdiyi batil dolayısıyla onlara etiraz edildikdə belə deyərlər: Bizlər (şərab) ilə İlahi sevgini, ən böyük sevgili olan Allahı qəsd edirik. Lakin belə bir fəhm hörmətsizlikdir. Çünki Allah: «Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar». (əl-Əraf 180). Onların oxuduqları şerlərin çoxu oxuna biləcək şerlərin ən pisidir. Buna baxmayaraq onlar bu işin Allaha yaxınlaşdıran bir əməl olduğuna inanır və bu işi ən çox istəyən və arzu edənlərin Allahın nemətini ən çox istəyən, əzabından ən çox qorxan kimsələr olduğunu iddia edirlər. Allah onları öldürsün! Necə də iftira atırlar?»89. «Bu gün sizin dininizi tamamladım» (əl-Maidə 3) deyə buyurmaqdadır. Əgər əyləndirici musiqi alətlərini çalmaq yaxud da dinləmək dinin bir parçasını təşkil etsə və aləmlərin Rəbbinə yaxınlaşdırıcı olsaydı, əlbəttə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bunu açıqlayar və ümmətinə ən mükəmməl şəkildə izah edərdi. Lakin heç bir Peyğəmbər belə bir şeyi əmr etməmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nəfsim əlində olana and olsun ki, sizi Cənnətə yaxınlaşdıracaq və Cəhənnəmdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə əmr etdim və sizi Cəhənnəmə yaxınlaşdıracaq, Cənnətdən uzaqlaşdıracaq hər nə varsa mütləq onu sizə qadağan etdim»9091. Alləmə İbn Həcər Heysəmi rahmətullahi aleyhi - deyir ki: «Tabur, ud, telli saz, kamança, santur (kanona bənzər alət) əylənməyi sevən və günahkar kimsələr tərəfindən bilinən başqa alətlərin hamısı ixtilafsız haramdır. Bunlarda ixtilaf olduğunu söyləyən xəta etmiş və nəfsi-istəyinə uymuşdur. Belə ki, bu halı onu kor və kar hala gətirmiş və onu təqvadan ayırmışdır…»92. İbn Bazz rahmətullahi aleyhi - deyir ki: «Musiqi alimlərin böyük əksəriyyətinə görə haramdır»93. «Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115). Bu ayədə Allah möminlərin yolundan çıxaraq başqa yola sapan kimsənin gedəcəyi yerin Cəhənnəm olduğunu Allah qorusun bildirməkdədir. Müsəlmanların icması haqdır. O, möminlərin yoludur. Onların icmasına qarşı çıxana ayədə təhdid vardır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Allah mənim ümmətimi sapıqlıqla bir araya gətirməz. Allahın əli cəmaat üzərindədir. Allahın əli cəmaat üzərindədir. Kim (söz, əməl və etiqad) olaraq cəmaatdan ayrılarsa Cəhənnəmə doğru ayrılmış olar»94.

Yuxarıda söylənilən səhabə, tabiin, ətbəu tabiin və sələfdən və onlardan sonra gələn alimlərin böyük bir qisminin sözlərindən aydın oldu ki, onlar çalğı və musiqinin haram olunduğunu icma etmişlər. Heç biri rüxsət verdiyini söyləmədi, istifadə etmələrini şiddətlə qadağan etdilər və musiqi alətlərinin qırılmasını əmr etdilər və: Onları qırdığına görə heç bir təzminat da ödənilməz95.



NƏ ÜÇÜN MUSİQİ DİGƏR GÜNAHLAR ARASINDA MÜNAFİQLİYİ YETİŞDİRİR? İbn Qeyyim rahmətullahi aleyhi - daha öncə keçən İbn Məsud radıyallahu anhu nun: «Yağış bitkiləri böyüdüb yetişdirdiyi kimi musiqi də qəlbdə münafiqliyi yetişdirir»96 hədisini açıqlayarkən deyir: «Əgər səndən digər günahlar arasında musiqinin münafiqliyi yetişdirməsi necə açıqlanır? deyə soruşularsa onda: Bu səhabələrin qəlblərin hallarını və əməlləri ən yaxşı şəkildə qavradıq-larına, qəlbin xəstəliklərini və müalicə yollarını ən yaxşı bildiklərinə, Səhabələrin qəlblərin təbibləri olduqlarına ən açıq dəlillərdən biridir… Lakin vaxt keçdikcə təbiblərin azlığı və xəstələrin çoxluğu keçmişdə görülməyən yeni xəstəliklərin çıxmasına səbəb oldu. Bunu da bil ki, musiqinin qəlbi münafiqliklə boyaması, əkinin su ilə yetişməsi kimi münafiqliyin qəlbdə yetişməsinin bir çox özəllikləri vardır:

Bu özəlliklərdən bəziləri: Musiqi qəlbi əyləndirir və Quranı qavramaqdan, onun üzərində düşünməkdən, Quranda olan hökmlərə lazımınca əməl etməkdən yayındırır. Şünhəsiz ki, Quran və musiqi əbədiyyən qəlbdə bir arada ola bilməzlər. Çünki Quran havaya (faydasız şeylərə) uymağı qadağan edir. Quran iffəti, nəfslərin şəhvət və arzularından uzaq olmağı, azğınlıq yollarından uzaqlaşmağı əmr edər, şeytanın addımlarının ardıyca getməyi qadağan edərkən, musiqi bütün bunların əksini əmr edər və bunları gözəl göstərir. Nəfslərdə azğın arzuları hərəkətə gətirir. Gizli olanlarını hərəkətə gətirir. Sakit duranlarını coşdurur, nəfsi çirkin olan hər bir şeyə doğru təhrik edər. Hər gözəl qadına və ya kişiyə yaxınlaşmağa meyl etdirər. Musiqi və şərab eyni südü əmmişlər. Hər ikisi də çirkinliklərə, arzuları oyandırmaqda birbirilə yarışırlar. Şübhəsiz musiqi içkinin əksi, süd qardaşı, onun vəkili, onun müttəfiqi, onun sirdaşı, onun yoldaşıdır. Şeytan bu ikisi arasında pozulmayan bir qardaşlıq bağı qurmuşdur. Musiqi qəlbin cəsusu, ondakı mərdliyi oğurlayan, ağlın qurdudur. Qəlblərin dərinliklərinə nüfuz edər, qəlbdəki gizlilikləri kəşf edər. Qəlbdə olan hava, şəhvət, həyasızlıq, məntiqsizlik, axmaqlıq kimi halları hərəkətə gətirir. Bir kimsəni ağır təbiətli, gözəl əxlaqlı, imanlı olduğunu, üzərində İslamın cizgiləri və Quranın şirinliyinin əlamətlərini daşıdığını görürsən. Eyni adam musiqi dinləyib, ona meyl etdiyi təqdirdə ağlının azalması, həyasının getməsi, mərdliyinin yox olması, gözəl sifətlərin ondan getməsi, şeytanın onun halına sevindiyini, imanının isə Allaha şikayət etməsi, Quran oxumağın ona ağır gəlməsi, artıq o, kimsə musiqi dinləməkdən əvvəl çirkin gördüyü şeyləri gözəl görməyə başlayıb, ağır təbiətlikdən və əxlaqdan, çox danışmağa, yalan söyləməyə, təkəbbürlənməyə, barmaqlarını çırtlamağa, başını sağa-sola əyməyə, çiyinlərini sallamağa, ayaqlarını yerə, əllərini qadınlar kimi çırpar, cuşa gəldikdə isə öküzdən daha betər olar. Kimi zaman kədərli kimi ah çəkər, kimi zaman da dəlilər kimi fəryad edər. Ariflər deyirlər ki: «Musiqi dinləmək kimisində münafiqliyi, kimisində inadkarlığı, kimisində yalançılığı, kimisində həyasızlığı, kimilərində də axmaqlığı yetişdirir»97. İbn Qeyyim rahmətullahi aleyhi - deyir ki: «Arif insan səbəbləri götürən, nəticələri fikirləşən, məqsədləri və sonunda yetişəcəyi nöqtə üzərində düşünən kimsədir. Haramlara götürən yolları bağlamaqda şəriətin məqsədlərini bilən bir kimsə bu şəkildə musiqi dinləməyin haram olduğunu qəti qəbul edər. Çünki yad bir qadına baxmaq və səsini dinləmək, harama gedən yolu bağlamaq üçün haramdır.

Şəriətin haram etdikləri iki qimdir: 1 – Bir qismi içində olan pisliklərə görə haramdır. 2 – Bir qismi də pislik olan bir şeyə aparan yol olduğundan haram edilmişdir.

Haram olan bu xüsusa baxar və nəyə səbəb olduğuna baxmayan bir kimsə bunun nə üçün haram edildiyini başa düşməkdə çətinlik çəkər və belə deyər: Gözəl bir surətə baxmaqda nə kimi bir pislik, günah vardır? Cuşa gətirən və bir alət ilə icra edilən bir səsdə, gözəl bir səslə söylənən vəzinli bir sözü dinləməkdə nə kimi bir pislik vardır?



Belə deyənə bu şəkildə cavab verilir: «Surətlərə bu şəkildə baxmağın və cuşa gətirən bu çalğıları dinləməyin haram edilməsi şəriətin əksiksiz və mükəmməl olduğunu, onu ümmətin xeyirini səmimi olaraq istədiyini göstərməkdədir. Əgər pislikləri haram etməklə bərabər onlara aparan yolları mubah etsəydi bu ağla sığmaz olardı. (Necə ola bilər ki, bir şey haram olsun lakin ona aparan yollar isə mubah)… Harama götürən bir yol olduğu üçün bu yolu bağlamaq məqsədilə qadağan edilmişdir. Bu da onun hikməti, rəhməti və qullarını qoruması, onları pisliklərdən və pisliklərə aparan yol və vasitələrdən himayə etməsinin bir göstəricisidir. Ağlı başında və həqiqəti bilən bir kimsə musiqi və musiqi alətlərinin Allahın və Rəsulunun haram etdiyi şeylərə götürəcəyini bilir. Əgər onun səbəb olduğu pisliklər baxmanın səbəb olduğu pisliklərdən çox olmasa da, aşağı da deyildir. Musiqi çox vaxt içkinin səbəb olduğu pisliklərdən də artığına səbəb olur. Çünki içkinin sərxoşluğundan kişi tez ayılır. Lakin musiqi dinləməkdən sərxoş olan kimsə yalnız həlak olanlar arasında ayılır»98.

2. MÜBAH OLAN MUSİQİ Bu səsi yüksəldərək, əyləncə və musiqi alətləri olmadan mahnı söyləməkdir. Lakin bu şərtlərin yerinə yetrilməsi mühümdür. Sözlərdə Allaha şərik qoşmaq, küfr sözlər olmamalı, əxlaqsızlıq, müsəlmanları pisləmək, yad qadınları tərif etmək, içkilərdən bəhs etmək və s. boş və faydasız sözlər olmamalıdır. Həmçinin qadınların yad kişilərin yanında mahnı söyləmələri, Allahı zikr etməkdən və fərz ibadətlərdən yayındırmamalı və etdiyi ilə məşhur olmamaq üçün onunla çox məşğul olma-malıdır. Mübah olan mahnı növlərindən: Döyüşdə söylənilən marşlar. Bu da əskər və mücahidləri savaşa təşviq üçün söylənilir. Həmçinin Ana öz körpəsinə laylay deyə bilər. Həmçinin qadınların toy mərasimlərində, bayramlarda dəfdən başqa çalğı alətləri olmadan söylədikləri mahnılar. Bu dəfin zilləri olmamalıdır. Dəfdən sadəcə qadınlar istifadə edə bilərlər. Kişilərin heç bir zaman, heç bir yerdə dəfdən istifadə etməsi isə caiz deyildir. Aişə radiyallahu anhə rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm mənim otağıma daxil oldu. Bu zaman yanımda «BUƏS» mahnısını oxuyan iki kölə qadın var idi (Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr radiyallahu anhu onların səslərini eşitcək üstümə qışqırdı (Başqa rəvayətdə: İki cariyənin üstünə qışqırdı) və belə dedi: «Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim Onlar da otaqdan çıxdılar»99. İmam Bəğavi rahmətullahi aleyhi - deyir ki: «Buəs – ərəblərin təntənəli surətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəc qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur»100. Həlimi rahmətullahi aleyhi - deyir ki: «Dəf çalmaq yalnız qadınlara halal olur. Çünki əsas olaraq bu onların işidir. Peyğəmbər sallallahu aleyhi və səlləm də kişilərdən qadınlara bənzəyənləri lənətləmişdir»101.

Nigahı elan etmək məqsədilə qadınların toy məclislərində sadəcə dəf çalmaları, içində günaha səbəb olan sözlər olmadan mahnılar oxuması caizdir. Muavviz qızı Rubeyyi deyir ki, evləndiyimdə Peyğəmbər sallallahu aleyhi və səlləm toyuma gəldi və yatağımın üzərinə oturdu. Cariyələrimiz həm dəf çalır, həm də bədr savaşında öldürülən əcdadlarımızın vəsflərini söyləyirdilər. Bu vaxt onlardan biri: «İçimizdə sabah nə olacağını bilən Peyğəmbər də var (Başqa rəvayətdə: Sabah nə olacağını sadəcə Allah bilir102)» dedikdə Peyğəmbər: «Belə sözlərdən çəkin, əvvəl söylədiklərinə isə davam et» deyə buyurdu103. Aişə radiyallahu anhə rəvayət edir ki, mən Ənsardan birinə gəlin götürdüm. Peyğəmbər: «Ey Aişə! Dəfiniz yoxdurmu? Ənsar dəfi sevir» deyə buyurdu104. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Halal və haram nigahların arasını ayıran dəf çalınmasıdır (yəni haram nigah gizli edilir, dəf çalınmaz. Halal nigah isə dəf çalınaraq elan edilir)»105. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Nigahı elan edin»106.



MÜXALİFLƏRİN GƏTİRDİKLƏRİ ŞÜBHƏLƏR VƏ ONLARA CAVAB İbn Ömər radıyallahu anhu nun mövlası Nəfi deyir ki, İbn Ömər radıyallahu anhu bir musiqi (qaval) səsi eşitdikdə (duyduqda) barmaqları ilə qulaqlarını tutdu və dəvəsini yoldan çəkərək: Ey Nəfi eşitmirsənmi? Mən: «Bəli» dedim. O, da yoluna davam edirdi. Nəhayət xeyr, dedikdə əllərini qulağından çəkdi və miniyini yola geri çevirib dedi: «Mən Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə idim. Eyni şeyi eşitdi və mənim etdiyim kimi etdi»107. Müxalif olanlar deyirlər ki: «Əgər musiqi dinləmək haram olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm onu dinləməyi İbn Ömər radıyallahu anhu ya mubah etməzdi. İbn Ömər radıyallahu anhu də onu dinləməyi Nəfiyə mubah etməzdi. Əgər bu iş haram olsaydı Peyğəmbər sallallahu aleyhi və səlləm tərk edilməsini, onu dinləməyi qadağan etməkdən öncə ona qarşı qulaqlarını tutmaqla yetinməzdi». əl-Albani rahmətullahi aleyhi «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «İlk öncə əs-Səma – duymaq, eşitmək ilə əl-İstima – dinləmək arasında fərq vardır. İbn Teymiyyə rahmətullahi aleyhi deyir ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm iki cariyə ilə bağlı hədisdə onları dinləmirdi. Əmir və Nəhy dinləməklə əlaqəlidir. Haramı görməkdə olduğu kimi yalnız duymaq ilə əlaqəli deyildir. Haramı görmək də hökm görmək qəsdi ilə əlaqəlidir. İstəməyərək meydana gələn görmək ilə əlaqəli deyildir. Xoş şeylərlə ətirlənmək də belədir. Ehramlı olan kimsəyə istəyərək ətirlənmək qadağandır. Qəsdi olmayaraq aldığı qoxulardan ötrü onun üçün günah yoxdur. Duymaq, görmək, ətirlənmək, dad almaq və toxunmaqdan ibarət olan beş duyğu üzvü ilə haramların işlənməsində də durum belədir. Bunlarda əmr və nəhy, qulun qəsdi olaraq və əməlnən etdikləri ilə əlaqədərdir. İstəməyərək ortaya çıxan xüsuslar haqqında isə nə əmr, nə də qadağa vardır… İbn Ömər radıyallahu anhu bunu dinləmirdi, o sadəcə eşidirdi. Bunda isə bir günah yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm in yoldan ayrılması isə daha yaxşı və fəzilətli olanı etmək üçündür. Bu yolunda gedən bir kimsənin bir topluluğun haram sözlər danışdıqlarını eşidib, onu eşitməmək üçün qulaqlarını tutmasına bənzər. Bu daha gözəldir…».

Aişə radiyallahu anhə rəvayət edir ki, bir dəfə Peyğəmbər sallallahu aleyhi və səlləm mənim otağıma daxil oldu. Bu zaman yanımda «BUƏS» mahnısını oxuyan iki kölə qadın var idi (Başqa rəvayətdə: Dəf çalan. Onlar müğənni deyildilər). O, döşəkçəyə dirsəklənərək üzünü çevirdi. Bir az sonra içəri daxil olan Əbu Bəkr radiyallahu anhu onların səslərini eşitcək üstümə qışqırdı (Başqa rəvayətdə: İki cariyənin üstünə qışqırdı) və belə dedi: «Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda şeytan zınqırovları!». Peyğəmbər: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» deyə buyurdu. Onun başı qarışan kimi kölələrə çıxmalarını gözqaş etdim Onlar da otaqdan çıxdılar»108. İmam Bəğavi rahmətullahi aleyhi - deyir ki: «Buəs – ərəblərin təntənəli surətdə qeyd etdiyi günlərdən biridir. Həmin gün baş vermiş əzəmətli bir döyüşdə Aus qəbiləsi Xəzrəc qəbiləsi üzərində qələbə çalmışdı. Kölələrin avazla oxuduqları şerin sözləri isə həmin döyüşə və oradakı qəhrəmanlıq səhnələrinə həsr olunmuşdur. Onun deyilməsində dini cəhətdən də fayda var idi. Əxlaqsız işlərin deyilməsinə, haramlarla qürrələnməsinə və pis sözlərin ucadan ifa edilməsinə gəlincə bu növ mahnılar qadağan olunmuşdur»109.



Bəzi müxalif olanlar bu hədisdən belə bir fikir irəli sürürlər ki: «Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Bəkr radiyallahu anhu nun söylədiyi: «Peyğəmbər sallallahu aleyhi və səlləm in hüzurunda şeytan zınqırovları!» sözünə etiraz etməsindədir. Beləliklə bunun mütləq olaraq mubah olduğu və heç bir pis olmayan bir iş olduğudur, buna qaşı çıxanın da heç şübhəsiz ki, xəta etdiyi ortaya çıxmaqdadır». əl-Albani rahmətullahi aleyhi - deyir ki: «Hədisdə söz edilən belə bir etiraza işarə ilə olsa da belə yer yoxdur. Hədisdə olan etiraz Peyğəmbər sallallahu aleyhi və səlləm in Əbu Bəkr radiyallahu anhu nun cariyələrin üstünə qışqırmasına (acılamasına) görədir. Peyğəmbər sallallahu aleyhi və səlləm də bunu: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə iadə etməsidir. Sanki: Ey Əbu Bəkr! Əsl olaraq sənin buna etiraz etməyin doğrudur, lakin bu iki cariyəyə qarşı çıxmaqda xətalısan. Çünki bu gün bir bayram günüdür»110. Şeyx Numan əl-Alusi rahmətullahi aleyhi - deyir ki: «Əbu Bəkr radiyallahu anhu musiqi və çalğı alətlərinin haram olduğunu bilirdi. Əgər Əbu Bəkr radiyallahu anhu bunları bilməmiş və açıq bir dəlili olmasaydı Peyğəmbər sallallahu aleyhi və səlləm in önünə keçərək onun evində belə bir iş etməsi mümkün olmazdı. Lakin etiraz etdiyi bu işin bayram günündə caiz olduğu nöqtəsi ona qapalı qalmışdır. Buna görə də Peyğəmbər sallallahu aleyhi və səlləm ona: «Əl çək onlardan. Bu günlər bayram günləridir. Ya Əbu Bəkr! Hər bir qövmün bir bayramı vardır bu da bizim bayramımızdır» sözü ilə açıqlamışdır. Əbu Bəkr radiyallahu anhu nun göstərdiyi bu etiraz Peyğəmbər sallallahu aleyhi və səlləm tərəfindən qəbul edilmişdir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bunu təqrir etmişdir. Lakin bundan bayramda mahnı oxumağı istisna etmişdir. O, halda mahnı oxumaq bu hədisdə göstərildiyi kimi bəzi çərçivələr daxilində mubahdır (mubahlıqda bütün çalğı alətləri üçün deyil, yalnız dəf üçündür)»111. Əbu Tayyib ət-Təbəri rahmətullahi aleyhi - deyir ki: «Bu hədis bizim dəlilimizdir. Çünki Əbu Bəkr radiyallahu anhu bu işə şeytanın çalğısı adını vermiş, Peyğəmbər sallallahu aleyhi və səlləm də Əbu Bəkr radiyallahu anhu nun bu sözlərinə qarşı çıxmamış, onun tələsərək sərt mövqe tutmasını əngəlləmişdir…»112. İbn Teymiyyə rahmətullahi aleyhi - deyir ki: «Bu hədis Peyğəmbər sallallahu aleyhi və səlləm in və səhabələrinin belə bir iş səbəbilə toplanmaq adətlərinin olmadığını da açıqlamışdır. Buna görə də Əbu Bəkr radiyallahu anhu buna: «Şeytanın zurnası» adını vermişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm də cariyələrin bunu söyləmələrini bayram günü olduğunu səbəb gətirərək təqrir etmişdir. Hədisdə də keçdiyi kimi kiçik yaşda olan uşaqların oyun oynamalarına rüxsət verilmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Beləliklə müşriklər bizim dinimizdə istirahət olduğunu bilsinlər»113. İbnul Covzi rahmətullahi aleyhi - deyir ki: «Bilinən budur ki, cariyəni yaşı kiçik idi. Çünki Aişə radiyallahu anhə nin də yaşı az idi. Peyğəmbər sallallahu aleyhi və səlləm onun yanına cariyələri buraxır və onunla oynayırdılar. Cəfər b. Muhəmməd deyir ki: Mən İmam Əhməd rahmətullahi aleyhi - dən mahnı oxuyan bu iki cariyənin söylədiyi hansı növ mahnı idi, deyə soruşdum. O: süvari mahnısı idi. Sizə gəldik, sizə gəldik sözləriylə başlayan mahnı idi»114.

DİNİ MARŞLAR Şeyx əl-Albani rahmətullahi aleyhi - «İslam Fiqhində Çalğı Alətləri» adlı əsərində deyir ki: «Yeddinci bölümdə söylənilməsi caiz olan və olmayan şer haqqında danışdıq. Eyni şəkildə ondan öncəki bölümlərdə də bayram və toy məclislərində qadınların dəf çalmalarından başqa bütün çalğı alətlərinin haram olduğunu da açıqladıq. Bu son bölümdə Uca Allaha ancaq Allahın şəriət etdiyi yollarla yaxınlaşmağın caiz olmasıdır. Allahın haram etdiyi bir yolla Allaha necə yaxınlaşmaq caiz ola bilər? Buna görə də elm adamları sufilərin musiqilərini haram görmüş və bunu halal qəbul edənlərə qarşı da mübarizə aparmışlar. Oxuyucu bu qaydaları bildikdən sonra çox açıq bir şəkildə sufilərin musiqiqsi ilə dini marşlar arasında hökm tərəfdən heç bir fərq olmadığını görür. Hətta bunda başqa bir müsibət də ola bilər ki, o da: Həyasız musiqilər bəstələnə bilər, dinləyənləri coşduran, onları oynadan, qərb sayağı bəstələnə bilər. Bu da kafirlərə və həyasızlara bənzəməyə çalışmaqdır. Bundan sonra isə bir hərəkət də ortaya çıxa bilər: O, da Qurandan üz döndərmək və ondan uzaq düşmək. O, vaxtı bu marşları dinləyənlər Peyğəmbər sallallahu aleyhi və səlləm in Uca Allahı buyurduğunda olduğu kimi Allahın ərz etdiyi şikayətinə daxil olmuş alurlar: «Allah Rəsulu: Ya Rəbbim! Həqiqətən mənim qövmüm bu Quranı büstbütün tərk etdilər, dedi». (əl-Furqan 30)115. Mən yaxşı xatırlayıram: Bura Əmmana hicrətimdən iki il öncə Dəməşqdə müsəlman gənclərdən birisi mənası etibarı ilə pislik olmayan bir neçə marşlar söyləməyə başladılar. Bunu etməkdə məqsədləri isə Busırı və başqa sufi musiqilərinə uyğun olanı qoymaq idi. Bunu bir kassetə yazmışdılar. Aradan qısa bir müddət keçmişdi ki, onunla bərabər dəf də çalınmağa başlandı. Sonra bunu dəf halaldı deyə toy mərasimlərində qulaq asıldı. Daha sonra kassetlərə köçrülərək yayıldı. Bir çox nüsxələri çıxdı. Bir çox evlərdə dinlənilməyə başlandı. Bunun tək səbəbi nəfsin qalib gəlməsi və şeytanın hiylələrini bilməməkdir. Şeytan onları Quranı öyrənmək bir tərəfə, onu dinləməkdən, hörmət etməkdən də qoydu. Ayədə buyrulduğu kimi Quran onlar tərəfindən tərk edildi. «Kafir olanlar dedilər ki: Bu Quranı dinləməyin və oxunduğu zaman mənasız səslər çıxardın» (əl-Fussilət 26). Quran onlara oxunduğu vaxt çox danışar və mənasız sözlər deyərdilər ki, Quranı dinləməsinlər. Bu da Quranı dinləməyi tərk etməyin və ona iman etməyi tərk etməyin bir şəkilidir. Onu təsdiq etməyi tərk etməkdə onu tərk etməyin bir şəkilidir. Onun üzərində düşünməyi, onu anlamağı tərk etməkdə onu tərk etmək şəkillərindəndir. Lazımınca əməl etməyi, əmirlərinə uyub qadağalarından çəkinməyi tərk etmək də onu tərk etməyin bir şəkilidir. Quranı buraxıb şerə, hər hansı bir sözə, musiqiyə, əyləncəyə yönəlmək də onu tərk etməyin şəkillərindəndir».

MUSİQİ ALƏTİ OLMADAN MAHNI (ŞER) SÖYLƏMƏK Artıq biz çalğı alətlərilə birlikdə mahnı söyləməyin hökmünü və bayram, toy mərasimlərində çalınan dəfdən başqa bütün çalğı alətlərinin haram olduğunu öyrəndik. Bəs, çalğı aləti olmadan mahnı oxumağın hökmü nədir?

əl-Albani rahmətullahi aleyhi - deyir ki: «Bunun haram olduğunu kəsin olaraq söyləmək doğru deyildir. Çünkü belə bir qəti ifadənin söylənilməsinə dəlil yoxdur. Keçmişdə və indiki zamanda bəzi sufilər və bir qrup hava (bidət) əhlinin etdiyi kimi kəsin olaraq mubah olduğunu söyləmək də doğru deyildir. Çünki mahnı şer ilə olur. Şer də kəsin olaraq haram edilməmişdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: «Şübhəsiz ki, şerin bir qismi hikmətdir»116. Peyğəmbər sallallahu aleyhi və səlləm dən şer haqqında soruşduqda o, buyurdu: «Şer bir sözdür. Gözəl olanı gözəl, çirkin olanı da çirkindir»117. Peyğəmbər sallallahu aleyhi və səlləm şer dinlədiyinə dair hədislər çoxdur. Sələmə b. Əkva - radıyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Hudeybiyyəyə gəldik… Allaha and olsun ki, biz bu zu-Qarad səfərindən qayıtdıqdan sonra Mədinədə üç gün dincəldikdən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm ilə birlikdə Xeybər istiqamətində yola çıxdıq. Əmim Amir - radıyallahu anhu qısa vəznlə şerlər deyirdi:



Yüklə 450,56 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə