Az
ərbaycan musiqi terminləri
92
Bayatı, Rast, Segah, Hicaz, Nəvz, Hüseyni, Səba, Хənabat, Mənsuri,
Əribun-əcəm, Quryat, Bayatı-əcəm, Pəncgah, Bəşiri, Övc, Cəmal, Ovşar,
Əcəm-əşiran, Tahir, Хəlvəti, Məsnəvi, Səidi, Nəhavənd, Hicaz-şeytani,
D
əşti, Ərvah, Hümayun, Novruz-əcəm, Bahirzavi, İbrahimi, Cəburi
Mahmudi, Nari, R
əşidi, Həkimi, Müхalif, Həlilavi, Baclan, Dügah.
“Muğam müəyyən bir məqam üzərində sərbəst improvizasiya yolu ilə ifa
olunur!” fikri
əslində hər nə qədər doğru olsa da, - muğamın formalaşmamış
quruluşuna küll halında, ümumiyyətlə və həm də ayrı-ayrı hissələrinə
ayrılıqda diqqətlə baxılsa görünər ki, muğamın hər bir guşəsi, hər bir şöbəsi,
h
ətta bu guşə və şöbələri təşkil edən hər bir musiqi cümləsi özlüyündə
mü
əyyən və konkret melodiyadan ibarətdir.
S
ərbəst improvizasiya adlandırılan ifaçılıq məktəbi isə əslində muğamın
əsasını və mahiyyətini təşkil edən hər bir müəyyən melodik cümlənin, hər
bir kiçik musiqi frazasının, muğam musiqi təbirinin müxtəlif variantlarda
(y
əqin ki, sənətkarın şəxsi yaradıcılığı və fantaziyasının zənginliyindən asılı
olaraq) ifa edilm
əsi deməkdir.
Muğni
– böyük Az
ərbaycan musiqişünası Səfiəddin Urməvinin (1230-1294)
İsfahan şəhərinə səyahətindən qayıtdıqda ixtira etdiyi simli, dartımlı musiqi
al
əti.
Muradxani
– Mahur d
əstgahında Nişapurək ilə Niriz (Neyriz) arasında yerləşən şöbə.
Mureh
– Hümayun d
əstgahında Suzi-güdaz ilə Nəfir arasında yerləşən şöbə.
Musiqar
– 1. Üfl
əmə ağac musiqi aləti; 2. Musiqi sənətinin simvolu olan əfsanəvi
quşun adı; 3. Musiqiçi.
Muy
ə
–
1. Zabol Segahı dəstgahında Mayeyi-Zabol ilə Manənd-Müxalif şöbələri
arasında yerləşən guşə;
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
93
2. Az
ərb. kl. mus-də: Şur (Şahnaz) dəstgahında Səlmək ilə Leyli və Məcnun
şöbələri arasında ifa edilən guşə;
3. İran mus-də: Çahargah dəstgshında Bəstə-nigar ilə Hasar şöbələri
arasında və Segah dəstgahında Zabol ilə Zəngi-şütür arasında bulunan şöbə.
Müb
ərriqə
(d.d. Mob
ərqə)
- 1. Zabol v
ə Rəhab dəstgahlarında Şikəsteyi-fars ilə Əraq arasında yerləşən şöbə;
2. İran mus-də: Rast-Pəncgah dəstgahında Qaraçə ilə Nəhib arasında ya da
Bayatı-əcəm ilə Qaraçə arasındakı şöbə.
Müc
ənnəb
(
ər., hərf. qonşu)
–
qonşu pərdə. Simli musiqi alətlərin qoluna bağlanan əsas pərdələr yanında
olan ikinci d
ərəcəli pərdələr. Ud musiqi alətində müstəsna olaraq Mücənnəb
əsas pərdələrdən biridir.
Müh
əyyər
(
ər., hərf. heyrətə gətirən)
– Mahur d
əstgahında Əraq şöbəsindən sonra ifa olunan parça.
Müx
əmməs
–
aşıq yaradıcılığının şeir – musiqi formalarından biri. Adından da bəlli
olduğu üzrə (ər. xəms – beş), müxəmməsin hər
bəndi beş misradan ibarət
olur. Klassi
k şeirdən fərqli olaraq aşıq yaradıcılığında müxəmməsin hər
b
əndinin dördüncü misrasından sonra tamamilə başqa bir “həngdə” olan
yeni bir b
ənd əlavə olunur ki, buna cığa deyilir. Əsas bəndin beşinci misrası
haman cığadan sonra oxunur.
Müxalif
–
ər. Çahargah dəstgahında Hasar ilə Məğlub arasındakı şöbə.
Müğənni
– n
əğməkar, xanəndə, avaz ilə oxuyan.
Az
ərbaycan musiqi terminləri
94
Münacat
– dini ya da mat
əm mərasimi ilə əlaqədar olaraq ucadan avaz ilə oxunan
dua. Çox vaxt Z
əmin-xara məqamında ifa olunur.
Münşid
–
ər. nəğməkar, mahnı deyən.
Müns
ərih
– bax: Faxti.
Müt
əlaim
– konsonans; h
əmsaz, həmahəng səslənmə; qulağı oxşar, qulağa xoş gələn
t
ərzdə səslənmə.
Müt
ənafir
– dissonans; h
əmsazlıqdan məhrum səslənmə.
Mütl
əq
–
ər. boş sim, açıq sim.
Mütrüb
–
ər. köhn. 1. əyləndirici;
2. n
əğməkar;
3. musiqiçi.
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
95
N
Nağara
– z
ərbli musiqi aləti. Sağanağının hər iki
t
ərəfinə dəri çəkilmişdir. Nağara ağac
üfl
əmə alətlərin (zurna, balaban, tütək),
h
əm də sazın çalğısını müşayiət edir.
Nağaranı sol qoltuğun altında tutub
çalırlar.
Musiqi al
ətlərindən hansı birinin çalğısını
müşayiət edəcəyindən asılı olaraq nağara-
nın əl ilə (barmaqlar), yoxsa ağac çubuq-
larla çalınacağı müəyyən edilir. Əgər bala-
ban (son zamanlar h
əm də klarnet), ya da aşıq sazının çalğısı müşayiət
edil
əcəksə, nağara da ovucun içi və barmaqlarla çalınacaqdır.
Əgər zurna çalğısını (həm də açıq havada) müşayiət etmək lazım gəlirsə, o
zaman d
ərilər üzərinə ağacla zərblər vurulur.
H
əcmindən (böyüklüyündən) asılı olaraq nağara müxtəlif növlərə ayrılır:
koos (böyük nağara), bala nağara ya da cürə nağara və kiçik nağara.
Naxun
ək
–
nazik poladdan qayırılan qarmaqlı mizrab.
Naleyi-Z
ənburi
– bax: Neyi-Davud.
Böyük nağara