Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə26/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   22   23   24   25   26   27   28   29   ...   145

 

Az

ərbaycan musiqi terminləri 



92 

Bayatı,  Rast,  Segah,  Hicaz,  Nəvz, Hüseyni, Səba,  Хənabat, Mənsuri, 

Əribun-əcəm,  Quryat,  Bayatı-əcəm, Pəncgah, Bəşiri,  Övc,  Cəmal,  Ovşar, 

Əcəm-əşiran,  Tahir,  Хəlvəti, Məsnəvi, Səidi, Nəhavənd, Hicaz-şeytani

D

əşti,  Ərvah,  Hümayun,  Novruz-əcəm, Bahirzavi,  İbrahimi,  Cəburi 



Mahmudi, Nari, R

əşidi, Həkimi, Müхalif, Həlilavi, Baclan, Dügah. 

“Muğam  müəyyən bir məqam üzərində  sərbəst improvizasiya yolu ilə  ifa 

olunur!” fikri 

əslində hər nə qədər doğru olsa da, - muğamın formalaşmamış 

quruluşuna  küll  halında,  ümumiyyətlə  və  həm də  ayrı-ayrı  hissələrinə 

ayrılıqda diqqətlə baxılsa görünər ki, muğamın hər bir guşəsi, hər bir şöbəsi, 

h

ətta  bu  guşə  və  şöbələri təşkil  edən hər bir musiqi cümləsi özlüyündə 



əyyən və konkret melodiyadan ibarətdir.  

S

ərbəst improvizasiya  adlandırılan  ifaçılıq  məktəbi isə  əslində  muğamın 



əsasını və mahiyyətini təşkil edən hər bir müəyyən melodik cümlənin, hər 

bir  kiçik  musiqi  frazasının,  muğam  musiqi  təbirinin müxtəlif variantlarda 

(y

əqin ki, sənətkarın şəxsi yaradıcılığı və fantaziyasının zənginliyindən asılı 



olaraq) ifa edilm

əsi deməkdir.   



 

Muğni 

–  böyük Az

ərbaycan  musiqişünası  Səfiəddin Urməvinin (1230-1294) 

İsfahan şəhərinə səyahətindən qayıtdıqda ixtira etdiyi simli, dartımlı musiqi 

al

əti. 


 

Muradxani 

– Mahur d

əstgahında Nişapurək ilə Niriz (Neyriz) arasında yerləşən şöbə. 

 

Mureh 

– Hümayun d

əstgahında Suzi-güdaz ilə Nəfir arasında yerləşən şöbə. 

 

Musiqar 

–  1.  Üfl

əmə  ağac  musiqi  aləti; 2. Musiqi  sənətinin simvolu olan əfsanəvi 

quşun adı; 3. Musiqiçi. 

 

Muy

ə 

– 

1. Zabol Segahı dəstgahında Mayeyi-Zabol ilə Manənd-Müxalif şöbələri 



arasında yerləşən guşə;  


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

93 


2. Az

ərb. kl. mus-də: Şur (Şahnaz) dəstgahında Səlmək ilə Leyli və Məcnun 

şöbələri arasında ifa edilən guşə;  

3.  İran  mus-də: Çahargah dəstgshında  Bəstə-nigar ilə  Hasar  şöbələri 

arasında və Segah dəstgahında Zabol ilə Zəngi-şütür arasında bulunan şöbə.  

 

Müb



ərriqə 

(d.d. Mob

ərqə) 

- 1. Zabol v



ə Rəhab dəstgahlarında Şikəsteyi-fars ilə Əraq arasında yerləşən şöbə; 

2. İran mus-də: Rast-Pəncgah dəstgahında Qaraçə ilə Nəhib arasında ya da 

Bayatı-əcəm ilə Qaraçə arasındakı şöbə. 

 

Müc



ənnəb 

(

ər., hərf. qonşu) 



– 

qonşu pərdə. Simli musiqi alətlərin qoluna bağlanan əsas pərdələr yanında 

olan ikinci d

ərəcəli pərdələr. Ud musiqi alətində müstəsna olaraq Mücənnəb 

əsas pərdələrdən biridir. 

 

Müh



əyyər 

(

ər., hərf. heyrətə gətirən) 



– Mahur d

əstgahında Əraq şöbəsindən sonra ifa olunan parça. 

 

Müx

əmməs 

– 

aşıq  yaradıcılığının  şeir  –  musiqi  formalarından  biri.  Adından  da  bəlli 



olduğu üzrə (ər. xəms – beş), müxəmməsin hər bəndi beş misradan ibarət 

olur. Klassi

k  şeirdən fərqli  olaraq  aşıq  yaradıcılığında  müxəmməsin hər 

b

əndinin  dördüncü  misrasından  sonra  tamamilə  başqa  bir  “həngdə” olan 



yeni bir b

ənd əlavə olunur ki, buna cığa deyilir. Əsas bəndin beşinci misrası 

haman cığadan sonra oxunur. 

 

Müxalif 

– 

ər. Çahargah dəstgahında Hasar ilə Məğlub arasındakı şöbə. 



 

Müğənni 

– n


əğməkar, xanəndə, avaz ilə oxuyan. 


 

Az

ərbaycan musiqi terminləri 



94 

Münacat 

–  dini ya da mat

əm mərasimi ilə  əlaqədar olaraq ucadan avaz ilə  oxunan 

dua. Çox vaxt Z

əmin-xara məqamında ifa olunur. 

 

Münşid 

– 

ər. nəğməkar, mahnı deyən. 



 

Müns

ərih 

– bax: Faxti. 



 

Müt

əlaim 

–  konsonans; h

əmsaz, həmahəng səslənmə; qulağı oxşar, qulağa xoş gələn 

t

ərzdə səslənmə. 



 

Müt

ənafir 

– dissonans; h

əmsazlıqdan məhrum səslənmə. 

 

Mütl



əq 

– 

ər.  boş sim, açıq sim. 



 

Mütrüb 

– 

ər. köhn. 1. əyləndirici; 



2. n

əğməkar;  

3. musiqiçi. 

 

 



 

 

 

 

 

 

 

 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

95 


 

N 

Nağara 

–  z


ərbli musiqi aləti. Sağanağının hər iki 

t

ərəfinə  dəri çəkilmişdir.  Nağara  ağac 



üfl

əmə  alətlərin (zurna, balaban, tütək), 

h

əm də  sazın  çalğısını  müşayiət edir. 



Nağaranı  sol  qoltuğun  altında  tutub 

çalırlar. 

Musiqi al

ətlərindən hansı birinin çalğısını 

müşayiət edəcəyindən asılı olaraq nağara-

nın əl ilə (barmaqlar), yoxsa ağac çubuq-

larla çalınacağı müəyyən edilir. Əgər bala-

ban (son zamanlar h

əm də  klarnet),  ya  da  aşıq  sazının  çalğısı  müşayiət 

edil


əcəksə, nağara da ovucun içi və barmaqlarla çalınacaqdır.  

Əgər zurna çalğısını (həm də açıq havada) müşayiət etmək lazım gəlirsə, o 

zaman d

ərilər üzərinə ağacla zərblər vurulur.  



H

əcmindən (böyüklüyündən)  asılı  olaraq  nağara  müxtəlif növlərə  ayrılır: 

koos (böyük nağara), bala nağara ya da cürə nağara və kiçik nağara. 

 

Naxun



ək 

– 

nazik poladdan qayırılan qarmaqlı mizrab. 



 

Naleyi-Z

ənburi 

– bax: Neyi-Davud. 

 

Böyük nağara 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə