Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
121
Söpehr (sepehr)
(far. göy, s
əma, asiman)
–
İran mus-də: Rast-Pəncgah dəstgahında Pəncgah ilə Üşşaq arasında ifa
olunan muğam şöbəsi.
Söruş (soruş)
(far. m
ələk, məlaikə)
–
İran mus-də: Mahur dəstgahında Mühəyyər ilə Rak şöbələri arasında guşə.
Sufiyan
–
Yaxın Şərq xalqlarından bəzilərinin (türk, ərəb) musiqisində çox təsadüf
olunan v
əzn ölçüsü.
Surna
– q
ədim üfləmə ağac musiqi aləti. Zahiri görünüşü və səslənilmə prinsipi
biz
ə məlum olan zurnaya (bax) çox oxşayır. Lakin öz həcmi etibarı ilə
zurnadan bir q
ədər böyükdür. Zurnadan da güclü, şiddətli, qulaq batıran səsi
var. Musiqi kitablarında adı çox təsadüf edilir.
Suzi-güdaz
(far., h
ərf. dərd çəkmək, qəm, qüssə, iztirab)
– 1.Az
ərb. mus-də: Mahur və Rəhab dəstgahlarının son şöbəsi;
2. İran mus-də: Hümayun dəstgahında Bayatı-race ilə Raz-niyaz ya da Bavi
il
ə Mureh arasında yerləşən muğam şöbəsi.
Süll
əm-ül-musiqi
(
ər. sülləmə – pilləkan, nərdivan)
– 1. S
əsdüzümü; 2. Qamma.
Sümsü
–
qarğıdan qayrılan ən bəsit, sadə üfləmə musiqi aləti. (Qarabağda vaxtilə
Miri b
əy adlı birisinin dediyi: “Qarğı bizim yerdə bitər – sümsünü kəngərli
çalar” sözl
əri təbiət sərvətindən istifadə etməyi bacarmayan aciz, karsız
adamları töhmət üçün işlənən zərbi – məsəldir.)
Az
ərbaycan musiqi terminləri
122
Ş
Şadörvan-Mirvarid
– kl.
əd-da: mahnı adı.
Şah pərdə
–
dartımlı simli musiqi alətlərinin qoluna bağlanmış pərdələrdən mərkəz
mövqe tutanları; adətən açıq simdən bir oktava yuxarı səslənən pərdələr.
Şah Xətai
– 1. XIX
əsr Azərbaycan musiqisində Şahnaz dəstgahında Əbülçəp ilə
Az
ərbaycan arasında yerləşən şöbə;
2.
Aşıq yaradıcılığında vokal-instrumental mahnı forması.
Şah-nəfir
– bax: N
əfir.
Şalaxo
– Az
ərbaycan xalq oyun havası. Sözün etimologiyası bu şən, nəşəli və
qıvraq rəqs musiqisinin mənşəyini aydın surətdə bəlliləşdirir: Şalaxo –
şələküm (daha doğrusu, şələ yüküm) sözünün illər ərzində çox işlədilərək
t
əhəvvül və təhrif olunmuş bəsit şəklidir.
M
əlum olduğu kimi, hələ qədim zamanlardan bəri, azəri xalq oyunbaz və
masqaraçıları, o cümlədən ayı və ya meymunoynadanlar şəhər və kəndləri
g
əzərək heyvanlarına öyrətdikləri müxtəlif hərəkətləri (mayallaq aşmaq,
qabaq p
əncə üzərində duruş və yürüş, əlinə bir çomaq alıb sürü otaran çoban
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
123
yamsılamaq və s.) cümləsində, həm də bir neçə çubuq bağlısından ibarət
odun şələsini dalına alıb oduncunu təmsil tərzində də öz bacarıqlarını
tamaşaçılar qarşısında nümayiş etdirmişlər. Bütün bu tamaşa ayı ya da
meymunoynadanın Çahargah muğamı kökündə avaz ilə oxuduğu mahnısı
il
ə müşayiət edilmişdir. Sonralar bu mahnı sazəndələrin nəzər-diqqətini cəlb
etmiş, onlar əsil virtuoz musiqi tərzində işləmiş və bizə məlum “Şalaxo”
oyun havasını yaratmışlar.
Görk
əmli Azərbaycan yazıçısı Nəcəfbəy Vəzirov burjua-feodal cəmiy-
y
ətinin gündəlik qayğısız, laubalı məişətini təsvir edən məzhəkələrindən
birini “Vay şələküm, məəlləküm” adlandırmışdır. 1909-cu ildə yazılmış bu
bir p
ərdəli pyesdə müəllifin: “Mirzə Səttar bir-iki Şikəstə oхuyandan sonra
Şələküm-məəlləküm çalınır” remarkası
7
ço
х səciyyəvi. Bu qeyd “Şalaхo”
oyun havasının əvvəllər “Şələküm-məələküm” adlandırıldığını qeyd etməklə
b
ərabər, “Şalaхo” kəlməsinin etimologiyası üzrə yuхarıda yeritdiyimiz
mühakim
ənin düzgün və əsaslı olduğunu göstərir.
“Şalaхo” oyun havası Gürcüstanda, Ermənistanda və İranda
8
da geniş
yayılmış və bu gün də həvəslə çalınır.
7
N
əcəfbəy Vəzirov. Əsərləri, Azərnəşr, 1954, səh. 39
8
1963-cü ild
ə Tеhran kоnsеrvatоriyasının (Hünərstan-ali musiqiyi-milli) rəisi, görkəmli
İran musiqişünası Mеhdi Barkеşlinin ümumi rеdaksiyası ilə çap оlunan “Şərh rədif
musiqiyi-iran”
muğamat kitabında çahargah dəstgahı “Şalaxо” оyun havası ilə tamamlanır.
Az
ərbaycan musiqi terminləri
124
Bu oyun havasını ilk dəfə nota yazan erməni хalq bəstəkarı və musiqi
folklorçusu Nikoqayos Tiqranov (1856-
1951) olmuşdur (op.7, №1,
Zaqafqaziya kişi rəqsləri, 1900-cü il). Doqquz yaşından dünya işığına həsrət
qalan bu şəхsin bəstəsi, təbiidir ki, tam mənası ilə qənaətbəхş ola bilməzdi.
Bu c
əhət onun 1899-cu ildə Bakıda skripkaçı Vasilyevlə birgə verdiyi
konsert haqqında “Kaspi” qəzetində tənqidi mülahizələrdə хüsusi olaraq
qeyd olunur.
Şalaхo oyun havası azəri bəstəkarı Tofiq Quliyev tərəfindən əsil
professional m
əharətlə işlənib bəstələnmişdir (T.Quliyev. 15 Azərbaycan
хalq rəqsi, Bakı, 1955).
Sovet b
əstəkarlarının musiqi yaradıcılığında həmin oyun havası bu sətirlərin
mü
əllifinin “Qız qalası” (1940, Bakı) və A.İ.Хaçaturyanın “Qayane” (1952,
Perm) baletl
ərində simfonik orkestrin ifasında səslənir.
Şapalaq
– dan. xüs.
əl ilə vurularaq (ağacsız) səsləndirilən zərbli musiqi alətlərində
(nağara, dəf və s.) xüsusi çalğı priyomu.
Şaxə
– m
ənsub olduğu dəstgahın kökünə (məqamına) əsaslanaraq və həmin
d
əstgah intonasiyaları sahəsində qalaraq özlüyündə bir neçə şöbədən ibarət
yeni bir d
əstgah təşkil edən muğamat şöbələrinin məcmusu; məs.: Şur
muğamı daxilində olan Dəşti, Əbu-əta və s. kiçik dəstgahlar.
Şeşgah
– diatonik
əsas səsdüzümünün altıncı səsi.
Şeypur
(
ər. şübbur – boru, kərənay)
– 1. üfl
əmə mis musiqi aləti;
2. siqnal (fanfara) çalğısı.
Şəbdiz
– kl.
əd-da: mahnı adı. Şəbdiz – Xosrov Pərvizin atının adıdır. Nizami bu
Dostları ilə paylaş: |