Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə35/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   31   32   33   34   35   36   37   38   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

125 


atın tərifi ilə əlaqədar olaraq onun şərəfinə təsniflər bəstələdiyinə işarə edir. 

Bax: Rah-

Şəbdiz. 

 

Şəb-Fərrux 

– kl. 

əd-da: təsnif adı. 



 

Şərili 

– 

aşıq mahnısı. 



 

Şikəstə 

(h

ərf. sınıq, qırılmış, məğlub edilmiş) 



–  Segah m

əqamında zərbli muğam. Ölçüsü 2/4 – dir. Bir çox növləri var: 

Qarabağ şikəstəsi, kəsmə şikəstə, Şirvan şikəstəsi və s. 

 

Şikəsteyi-fars 

– 

bir çox muğam (Şur, Segah, Dəşti və s.) kökünün beşinci pilləsində quru-



lan m

ərkəz şöbə (bax: Xöcəstə). 

 

Şirvan şikəstəsi 

– 

şikəstə növlərindən biri. 



 

Şöbə 

– 

muğamat dəstgahının melodik və məqam (kök) cəhətincə bitkin və müstə-



qil bir hiss

əsi. 


 

Şövq-əfza 

– kl. 


əd-da: təsnif adı. 

 

Şur 

–  Az

ərbaycan xalq musiqisində  əsas  muğamlardan  biri.  Şur  muğamının 



kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur – aşıq mahnılarının 

çoxu m


əhz Şur kökündə olur. Azərbaycan xalq mahnıları, oyun havaları və 

başqa  instrumental  formalar  (Cəngi, Qəhrəmani,  Koroğlular  və  s.) da çox 

vaxt Şur muğamı kökündə yaradılır. 



 

Az

ərbaycan musiqi terminləri 



126 

D

əstgahlar içərisində  də  Şur  ən böyük həcmli,  ən  sanballı  dəstgah  sayılır. 



Bel

ə ki, özlüyündə müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş Şur-Şahnaz

Əbu-əta, Dəşti,  Bayatı-türk kimi kiçik dəstgahlar da əslində  Şura  mənsub 

muğamlardır. Başqa dəstgahlara nisbətən Şurun zərbli muğamları da çoxdur 

(S

əmayi-şəms, Ovşarı, Osmanlı (Maani), Arazbarı və s.). 



Ən lakonik şəkildə verilmiş olsa, Şur dəstgahı tərkibinə aşağıdakı şöbə və 

guşələr daxildir: Mayə, Səlmək,  Hacı  Yuni,  Şur-Şahnaz,  Busəlik,  Bayatı-

Qacar  (Bayatı-türk),  Şikəsteyi-fars,  Əşiran,  Səmayi-şəms, Zəmin-xara

Hicaz, Sar

ənc, Nəşib-fəraz. 

Şur-Şahnaz 

– 

Şur məqamında Şahnaz, Dilkəş, Şəddi-Şahnaz tərkib şöbələrindən ibarət 



mu

ğam.  


 

Şüştər 

– 1. Az


ərbaycan musiqisinin yeddi əsas məqamından biri; 

2. B


ərdaşt, Əmiri, Şüştər, Tərkib şöbələrindən ibarət kiçik bir dəstgah. 

 

 

 

 

 

 

 

 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

127 


 

T 

Tar 

– 1. 


ərəb ölkələrində: dəf;  

2. sim;  

3. Az

ərbaycan simli dartımlı musiqi aləti.  



İranda, Orta Asiyada, Dağıstanda və başqa qonşu 

ölk


ələrdə də geniş yayılmışdır. Lakin Azərbaycan 

tar


ı  öz  quruluşu,  konstruksiyası  etibarı  ilə, 

m

əsələn, İran tarından xeyli fərqlənir.  



Qeyd: 

ХIХ əsrin ikinci yarısı Azərbaycan musiqi 

s

ənətinin ən görkəmli nümayəndəsi sayılan Əsəd 



o

ğlu Mirzə Sadıq

9

 Az


ərbaycan musiqisinin özünə 

хas olan orijinallığını və ayrılıq cəhətlərini təsbit 

etm

ək  rolunda  gördüyü  səmərəli,  tariхi 



əhəmiyyətə  malik  bir  çoх  novator  işlər,  faydalı 

t

əşəbbüslərilə  bərabər,  tar  musiqi  alətinin 



konstruksiyas

ını  da  elmi-akustik  prinsiplər 

əsasında хeyli dəyişdirdi. 

O,  tar


ın  səsini  gücləndirmək  üçün  birinci  qoşa  ağ  sim  və  qoşa  sarı  simin 

h

ərəsindən  bir  oktava  yuхarı  (zil)  səslənən  iki  cüt  alikvot  sim  (cingənə) 



əlavə etdi: tarın rezonansını artırmaq, həm də lazım gəldikdə хüsusi surətdə 

s

əsləndirmək üçün sarı simdən bir oktava aşağı (bəm) səslənən bir qalın sarı 



bo

ş  sim  artırdı;  sonra  bununla  əlaqədar  olaraq  əsas  qoşa  sarı  sim  ilə  əsas 

qo

şa ağ sim üçün də “peyk” ola biləcək (yuхarıda göstərdiyimiz qalın açıq 



                                                           

9

 Bax: “Qeydlər, şərhlər və monoqrafik məlumat” bölməsi - 15. Mirzə Sadıq, s. 428. 



S

ədəflə işlənmiş tar 


 

Az

ərbaycan musiqi terminləri 



128 

sar


ı  simlə  yanaşı)  əlavə  ağ  boş  (açıq)  sim  qoşdu;  tarın  Cəngəl  (baх) 

olmas


ına  yol  verməmək  üçün  çanağının  içərisində  ağac  dayaq  verilməsini 

d

əb  saldı;  qolun  yuхarısında  (kəlləyə  yaхın  yerdə)  əlavə  pərdə  (zabol 



p

ərdəsi)  bağladı;  tar  ifaçılığı  teхnikasında  “lal  barmaq” (baх)  adlanan 

priyomdan geni

ş istifadə edilməsinə yol açdı; tarı əvvəllərdə olan adət üzrə 

diz  üstün

ə  qoyub  əyilərək  çalmaq  qaydasını  aradan  qaldırdı  və  tarı  sinə 

üstün

ə alıb çalmağı daha münasib, daha yararlı hesab etdi. 



Mirz

ə Sadığın tar ifaçılığı qaydaları üzrə irəli sürdüyü bütün bu yeniliklər az 

zamanda  bütün  Zaqafqaziya  v

ə  Orta  Asiya  tarçıları  tərəfindən  danışıqsız 

q

əbul  olundu.  Onun  yaratdığı  yeni  tar  nümunəsi  isə  çoх  az  bir  müddət 



ərisində yalnız Azərbaycanda deyil, bütün Zaqafqaziya, Dağıstan və Orta 

Asiyada  mövcud  olan  primitiv,  be

ş  simli,  zəif  səsli  tarı  sıхışdırıb  ortadan 

çıхartdı. 

İnqilaba qədər tarın çanağı, öz həcmi etibarı ilə, indikindən bir qədər böyük 

emal edilirdi. Buna gör

ə də tarın ümumi kökü də indikindən aşağı (bəm) idi. 

Elmi  t

əhlil  nəticəsində  müəyyən  etmək  mümkündür  ki,  inqilaba  qədər 



Az

ərbaycan  tarında  ağ  simin  ehtizaz  tezliyi  435  he  bərabər  olmuşdur. 

Sonralar  (Q

ərbi Avropada kamertonun etalon tezliyi getdikcə artdığı kimi) 

tar

ın  kökü  getdikcə  “zilləşməyə”  başladı.  Hazırda  хalq  çalğı  alətləri 



orkestrl

ərində, хalq çalğı alətləri ansambllarında, sazəndə üçlüklərində və s. 

tar

ın ağ simi “si” (sarı sim “fa diez”), simfonik orkestrdə (o cümlədən opera 



teatr

ı orkestrində daha da zil “do”) sarı sim mütabiq olaraq – “sol” köklənir. 



 

Tar-Novruz 

– kl. 


əd-da: mahnı adı. 

 

 T



əbbal 

– t


əbil çalan, təbilçi. 

 

T



əbil 

– 

ər. zərbli musiqi aləti. Sağanağının hər iki tərəfinə dana ya da qoyun dərisi 



ç

əkilir və sonradan xüsusi ağacla çalınır. Təbil öz konstruksiyası etibarı ilə 

nağaraya bənzəyir, lakin təbilin sağanağı xeyli böyük, həm də boçka kimi 

ellips şəklində olur. 




Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə