Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə33/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   29   30   31   32   33   34   35   36   ...   145

 

Az

ərbaycan musiqi terminləri 



118 

 

“Yetim  Segah”ın  yanıqlı  səslənməsinin  əsas səbəblərindən biri də  onun 



üçün seçil

ən qəzəllər mətninin son dərəcə  bədbin mənalı  sözlərdən ibarət 

olması və хanəndənin də bu muğamı həzin oхumasıdır. 

 

“Yetim Segah”ın genezisi bundan ibarətdir. 



Segah  muğamının  məhz Azərbaycanda  geniş  intişar  tapması,  хüsusi bir 

m

əharət və bədii ustalıqla ifa olunması haqqında görkəmli İran musiqişünası 



Ruhulla 

Хaleqi yazır: 

 “Segah sözünün fars k

əlməsi olmasına baхmayaraq, etiraf etmək lazım gəlir 

ki, “Segah” muğamı Qafqaz türkləri (yəni azərbaycanlılar – Ə.B.) arasında 

daha  geniş  intişar  tapmış  və  onların  sənət  ustaları  tərəfindən daha böyük 

m

əharət və zövq ilə ifa olunur”.



6

 

Az



ərbaycan musiqisində öz bədii məziyyəti etibarı ilə daha çoх ifa olunan 

“Zabol  Segahı”  dəstgahı:  Mayeyi-Zabol, Muyə, Manənd-Müхalif, Orta 

Segah, M

əхlut,  Şikəsteyi-fars, Mübərrigə,  Əraq,  Yədi-hasar,  Aşiqi-guş 

şöbələrindən ibarətdir. İran musiqisində “Segah”: Zabol, Muyə, Zəng-şötör

Rahab, M


əsihi, Şah Хətai və Təхt-Taqdis şöbələrindən  ibarətdir. Baх: Segah. 

Setar 

–  üç simli 

ən qədim musiqi aləti. Musiqişünaslardan bir çoxunun fikrincə, 

setar da p

ənctar və şeştar kimi tənbur musiqi alətinin bir növüdür.  

Setar Az


ərbaycan sazının “əcdadı, ulu babası” sayılır.  

Setar Füzulinin “Saqinam

ə” adı ilə məşhur “Yeddi cam” alleqorik hekayə-

sind


ə xüsusi olaraq vəsf edilmişdir. 

 

S



əbabə 

(

ər., hərf. şəhadət barmağı) 



– 1. Ud musiqi al

ətində çalğı ifaçılığında birinci barmaq;  

2. Ud musiqi al

ətində mücənnəb ilə vəstayi-fars pərdələri arasındakı pərdə. 

                                                           

6

 



Ruhulla Xalеqi. “Nəzər bə musiqi”, II cild, Tеhran, 1317 hicri (şəmsi) – 1939, səh.190. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

119 


S

əbk 

– far. üslub, stil, s

əpki. 

 

S



əbz-bahar 

– kl. 


əd-da.: mahnı adı. 

  

S



əfa 

Şur dəstgahına mənsub kiçik guşələrdən biri 



 

S

əfail 

– 

ən qədim və ən ibtidai zərbli musiqi aləti. Hər biri təxminən yarım metr 



uzunluğunda olan iki çubuğa nəsb olunmuş iki dəmir (çox vaxt mis) çənbərə 

bir çox h

alqa, zınqırov keçirilir. Bu, çubuqları silkələmək  ya da başqa bir 

vasit


ə ilə ehtizaza gətirməklə səsləndirilir.  

S

əfail  vaxtı  ilə  serbazların,  oyunbazların,  dərvişlərin çox istifadə  etdikləri 



musiqi al

əti olmuşdur. 

 

S

əlmək 

– 

1. Şur dəstgahında Dəşti ilə Muyə arasında yerləşən şöbə;  



2. İran mus-də: Şur dəstgahında Gəraylı və Molla Nazi guşələri arasındakı 

şöbə. 


 

S

əma 

– 

ər. həmsaz səslənmə, xoş səslilik, gözəl və məlahətli səslənmə, ahəngdar-



lıq, xoş avaz. 

 

S



əmayi-şəms 

– 

ər.  Şur  dəstgahına  mənsub zərbli  muğam.  Bir  qayda  olaraq  Zəmin-xara 



şöbəsindən  ya  da  Şikəsteyi-farsdan  sonra  (Hicaz  şöbəsindən  əvvəl) ifa 

olunur. 


 

S

ənc 

– yeddi simli musiqi al

əti. Zahiri görünüşü tənburə bənzəyir. 

 



 

Az

ərbaycan musiqi terminləri 



120 

S

ərv-səhi 

– kl. 


əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı. 

 

S



ərv-setah 

– kl. 


əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı. 

 

S



ərvstan 

– kl. 


əd-da: muğam guşəsi ya da mahnı (təsnif) adı. 

 

S



əvəndər 

– 

yastı  sandıqca  şəklində, təknəsi üzərində  16-dan 24-ə  qədər polad simi 



olan z

ərbli, simli musiqi aləti.  

Zahiri görünüşü etibarı ilə santura çox bənzəyir. Səvəndəri də santur kimi 

iki nazik çubuqla siml

ərin üzərinə vuraraq səsləndirirlər. 

 

Sinc (zinc) 

–  z


ərbli musiqi aləti. Mis, bürünc (tunc) və  qismən  gümüş  birləşməsinin 

(x

əlitəsinin) döyəclənib çəkiclənməsi yolu ilə  iki  böyük  boşqab  (nimçə) 



şəklində qayrılır. Bir-birinə vurularaq səsləndirilir. 

 

Sofinam



ə 

– Mahur d

əstgahının son şöbələrindən biri. 

 

Sot (sobt, sout) 

– s

əs; elastiki keyfiyyətə malik cismin (simya sağanağa çəkilmiş dəri, metal 



ya  ağac  boru  daxilində  üfləyərək hərəkətə  gətirilən  hava)  ehtizazı  nəticə-

sind


ə əldə edilən səs.  

Soutun 


əsas xassəsi: a) ucalıq; b) müddət; c) tembr; ç) qüvvət.  

Şərq  musiqi  kitablarında  sout  aşağıdakı  əlamətlər üzrə  səciyyələnir: (bi) 

sout-

əcət  – bəm səs, aşağı səs –  (bas); (bi) sout-cihvər – ucadan, bərkdən 



oxumaq, çalmaq –  (forte); (bi) sout-xafit  – 

yavaş səslə oxumaq, çalmaq – 

(piano); (bi) sout-vahid – bir s

əslə oxumaq, çalmaq – (unison). 

 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə