Ərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası



Yüklə 3,66 Mb.
Pdf görüntüsü
səhifə42/145
tarix15.03.2018
ölçüsü3,66 Mb.
#32220
1   ...   38   39   40   41   42   43   44   45   ...   145

Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

155 


mis al

ətlər – truba, kornet, trombon, tuba, valtorna və s. 

ağac alətlər – fleyta, hoboy, klarnet, faqot və s. 

Quruluşuna  görə  növləri: dəlikli alətlər,  qamış  dilçəkli alətlər,  müştüklü 

al

ətlər. 


Z

ərb alətləri  –  alətin gövdəsinə  vurulmaqla səs  əldə  edilir, səslənməsinə 

gör

ə aşağıdakı növlərə bölünür: 



kökl

ənən alətlər (müəyyən səsyüksəkliyinə  malik zərb alətləri)  –  litavrlar, 

ksilofon, z

əng (kolokol, kolokolçik). 

kökl

ənməyən alətlər (qeyri-müəyyən yüksəklikli zərb alətləri)  –  kiçik və 



böyük barabanlar, kastanyetl

ər, tam-tam və s. 

Quruluşuna görə növləri: plastinkalı alətlər, zarlı (pereponkalı) alətlər. 

Klavişli  (dilli)  alətlər  –  xüsusi mexanizmlə  təchiz  olunmuş  alətlər olub, 

s

əsçıxarma üsullarına görə fərqlənir. Növləri: 



klavişli-zərbli alətlər – fortepiano; 

pnevmatik-

klavişli alətlər – akkordeon, qarmon; 

Al

ətlərin səslənmə registrinə görə növləri – bas alətlər, soprano alətlər, tenor 



al

ətlər.  


Al

ətlərin quruluşuna görə növləri – natural alətlər, transpozisiyalı alətlər. 

Müxt

əlif xalqların musiqisində istifadə olunan çoxsaylı simli, nəfəs və zərb 



al

ətləri mövcuddur.  

Az

ərbaycan xalq musiqi alətləri: 



simli al

ətlər – tar, saz, ud, tənbur (mizrablı alətlər); kamança (kamanlı alət); 

qanun, ç

əng (dartımlı alətlər); səntur (simli-zərbli alət) və s. 

n

əfəs alətləri – zurna, tütək, ney, balaban və s. 



z

ərb alətləri – nağara, qoşa nağara, qaval, dəf və s. 



 

Al

ətlərin növ müxtəlifliyi 

-  bax: Al

ət 

 

Al

ətşünaslıq 

-  musiqi al

ətlərinin  quruluşunu,  texniki  xüsusiyyətlərini və  ifaçılıq 

imkanlarını öyrənən elm. 



 

 


Musiqi terminl

əri 


156 

Alt 

(lat. altus – tenora nisb

ətən zil səs) 

- orta 


əsrlərdə tenora xor musiqisində əsas oxuma partiyası həvalə olunurdu. 

1. 


Alçaq qadın səsi: kontralt kimi. 

2. Xorda – kontralt v

ə ya messo – soprano kimi. 

3. 


Alçaq uşaq səsi; diapazonu kiçik oktavanın lya səsindən ikinci oktavanın 

mi s


əsinə kimi geniş həcmdədir; notlar skripka açarında yazılır. 

4. 


Skripkaya  oxşar  yayla  çalınan  simli musiqi aləti, lakin böyük ölçüdə 

olduğundan  daha  alçaq  registrdə  səslənir (ital. viola). Simlərin düzülüşü: 

IV–c, III–g, II–d

, I–a



;  skripkanın  düzülüşündən  1  kvinta  aşağı;  kiçik 

oktavanın do səsindən üçüncü oktavanın mi səsinə qədər diapazonda daha 

çox istifad

ə olunur; notlar alt və skripka açarlarında yazılır. 

A.-


da  çalma  üsulları  və  ştrixləri skripkada  olduğu  kimi  eynidir,  lakin  səsi 

daha az parlaqdır; solo alət kimi az rast gəlinir

A. qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur. A. – simli 

kvartetin vacib üzvüdür, kamera ansambllarında da istifadə olunur. 

Partituralarda 

A. partiyası skripkanın partiyasından aşağıda yazılır. 

5. 

Oval formalı, genişmenzuralı mis nəfəs aləti. Diapazonu böyük oktavanın 



lya s

əsindən  birinci  oktavanın  si–bemol səsinə  kimidir. A. in Es –  də  1 

tondan  başqa  tona  keçən alətlərə  aiddir; notlar skripka  açarında, 

s

əslənməsindən böyük seksta yüksəkdə yazılır. 



A. n

əfəsli orkestrlərdə və ansambllarda istifadə olunur, müşayiət edən orta 

s

əslərdən birini ifa edir. 



6. Çoxs

əsli musiqidə səslənməyə görə ikinci yüksəkliyin istifadə olunan adı, 

y

əni – alt səsi. 



 

Alt açarı 

– 

do  (c)  sisteminin  açarlarından  biri;  birinci  oktava  do  notunun  (c



¹

) s


ətrin 

üçüncü x


əttində yerləşdiyini bildirir. 


Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti 

157 


Alt tetraxord 

-  h


ər  hansı  bir  ladın  I,  II,  III, IV pillələrindən ibarət tetraxord;  ladın 

s

əssırasının aşağıda yerləşən dörd səsi. 



 

Alt tonika 

- ladın I pilləsi. 

 

Alterasiya 

(lat. alterare – d

əyişmək, dəyişdirmək) 

– h


ər hansı bir səsin adını dəyişmədən yarımton yüksəlməsi və ya enməsi. 

A. işarələri bunlardır: diyez, bemol, bekar, dubl – diyez, dubl – bemol. 

A. işarələri qoyulur: 

a) aid olduqları notdan əvvəl; bunlara təsadüfi işarələr deyilir, yalnız notun 

yazıldığı xanənin sonuna qədər, bir oktavada həqiqidir

b) açardan sonra, not s

ətrinin  əvvəlində;  açar  işarələri  adlandırılır,  pyesin 

sonuna q


ədər və  ya  işarələrin dəyişməsinə  qədər bütün oktavalarda 

h

əqiqidir. 



Bax: 

Tonallıq. Məqam alterasiyası. Açar işarələrinin dəyişməsi. 

 

Ambuşur 

(fr. embouchure (bouche – 

ağız) 

-  1.  N


əfəs alətinin bir hissəsi; musiqiçinin nəfəs alətində  havanı  içəri 

üfürdüyü yer; 

2. Müştük (alm. Mundstük: Mund – ağız + Stük – hissə) – nəfəs alətlərinin 

ifasında ağız əzələlərinin və dodaqların vəziyyəti; 

Fleyta v

ə mis nəfəs alətlərində dodaqlar müştük üstünə qoyularaq çalınır. 

 

Amplituda 

(lat. amplitudo – k

əmiyyət, həcm) 

–  titr


əyişin  gücü,  titrəyən cismin (nazik çarx, sim)  qoyulmuş  tarazlıqdan 

çıxması, hərəkət həcmi. 

S

əsin gücü (gurluğu) səslənən cismin amplitudasından asılıdır: A. nə qədər 



geniş olarsa, səs də bir o qədər güclü olar. A. səsin yüksəkliyinə təsir etmir. 

 



Yüklə 3,66 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə