Az
ərbaycan musiqi terminləri
96
Naqus
-
ər. Zəng, zınqırov.
Nay
– bax: Ney.
Nayi-t
ənbur
- Orta
əsrlərdə geniş istifadə olunan simli musiqi aləti.
Nehoft
(far. gizli, m
əxfi)
– N
əva dəstgahında Həzin ilə Qəveşt arasında yerləşən muğam şöbəsi.
Ney
(far. qarğı, qamış)
–
ağacdan, qamışdan ya da bürüncdən qayırılan
üfl
əmə musiqi aləti. Düz silindr şəklində, 60-70 sm
uzunluqda lül
ədən ibarətdir. Ucunda heç bir müştük
ya dilç
ək olmur. Yalnız lülənin aşağı tərəfində bir
neç
ə (3-6) dəlik açılır ki, bu da səslərin müxtəlif
ucalıqda olduğunu təmin edir. Neyin səsi olduqca
m
əlahətli, zərif və təsirlidir.
Ney
ən qədim Azərbaycan musiqi alətlərindən
biridir. Onun xoş səsi Xaqani, Nizami, Füzuli və
başqa şairlərimizin əsərlərində dönə-dönə sevilərək
v
əsf edilmişdir.
Neyi-Davud
– Hümayun d
əstgahında Bidad ilə Bavi arasında bulunan muğam şöbəsi.
N
əbərat
– 1.
Vurğu;
2. Ton, s
əs, intonasiya;
3. z
əngulə (fioritura mənasında).
Qarğıdan hazırlanmış ağ
neyl
ər
Əfrasiyab Bədəlbəyli. İzahlı monoqrafik musiqi lüğəti
97
N
əbr
–
vurğu, aksent.
N
ədb
-
ər. ölüm və matəm nəğməsi, ağılar. Bir qayda olaraq, qadınlar tərəfindən
ifa olunur. N
ədb mahnılarında öz yaxın adamını itirmiş qadının acı fəryad
nidaları, ah-fəğan sədaları ilə yanaşı keçmişdə ictimai həyatda olan
haqsızlıqlar, xalqın həyat və məişətində görünən ağır və çətin hallardan
şikayət motivi səslənərdi.
N
əddab
-
ər. ağıçı, ağı deyən.
N
əfir
– 1. Hümayun d
əstgahında Mureh ilə Camədəran arasında bulunan muğam
şöbəsi;
2. Qaramal
buynuzundan qayrılan üfləmə musiqi aləti. Müştüyü zurna
müştüyü kimi ikiqat nazik yonulmuş qarğıdan qayrılır. Gövdəsində heç bir
d
əlik olmadığına görə gövdə daxilində havanın ehtizaz tezliyi dəyişilmir.
Odur ki, n
əfir musiqi aləti səsin nisbi ucalığından, demək olar ki, tamamilə
m
əhrumdur.
N
əfir keçmişdə meşəyə ova çıxanların ya da bir şəhərdən başqa şəhərə
piyada getm
əli olan və yolu meşədən keçən səyyahların (xüsusən
d
ərvişlərin) çox istifadə etdikləri (meşə yırtıcı heyvanlarını qorxutmaq üçün)
musiqi al
ətidir.
N
əfir-fərəng
–
İran mus-də: Rast-Pəncgah dəstgahında Müəttər şöbəsindən Novruz-ərəbə
keçm
ək üçün çalınan kiçik instrumental epizod.
N
əhavənd
– 1. kl.
əd-da: muğam guşəsi;
Az
ərbaycan musiqi terminləri
98
N
əhib
–
1. Şur dəstgahında Hüseyni ilə Əraq şöbələri arasında ifa olunan vokal-
instrumental epizod;
2. Rast d
əstgahında Mübərriqə ilə Mühəyyər şöbələri arasındakı vokal-
instrumental parça.
Qeyd: Muğamat və dəstgahların tariх və nəzəriyyəsi haqqında ərəb əlifbası
il
ə yazılmış musiqi kitablarında “nəhib” sözü iki müхtəlif transkripsiyada
verilir: b
əzi kitablarda sözün üçüncü hərfi (h) – hey-hütti ilə yazılmışdır ki,
bu halda sözün h
ərfi mənası ah-fəğan, nal əvə fəryad məfhumlarını daşıyır;
başqa kitablarda isə haman (h) hərf haye-həvvəz adlanan hi lə verilmişdir ki,
bel
ə yazıldıqda sözün hərfi mənası qorхu, vahimə, qorхutma deməkdir.
Bel
əliklə, burada sözün fonetikası etibarı ilə omonim əlaməti görünsə də
əslində müхtəlif transkripsiyada yazıldıqları üçün ehtimal etmək olar ki,
burada sözl
ərin deyilişində, çoх cüzi də olsa, müəyyən bir fərq vardır.
El
əcə də Şur və Rast dəstgahları tərkibində olan Nəhib güşələrinin musiqi
kitablarında müхtəlif quruluşunda eyniyyət olmadığını göstərir.
N
əxcirkan
– kl.
əd-da: muğam şöbələrindən biri.
N
əqərat
– (
ər. a) zərbə,
zərb vurmaq; b) taqqıltı, taqqıldatmaq)
1.
Mahnının hər bəndindən sonra eyni mətnlə təkrarlanan misralar;
2. Kuplet
formasında bəstələnən əsərin ikinci hissəsi;
3. Kl. mus-d
ə: təbil vurmaq, nağarada çalmaq.
N
əqrəzan
– kiçik t
əbil, kiçik həcmli zərbli alətlər.
N
əqş
–
melodiyanın ayrı-ayrı səsini oxşamaq, avazın hər nəfəsini bəzəmək üçün
istifad
ə olunan çox xırda, lətif və incə ornamet sədalar (xırdacıqlar).