Sivilizasiyaların kəsişməsində türk dünyası
204
abidəsi - türk əxlaq-etika kodeksi elə nifrətləndi ki, onun sorağı XVIII
əsrdə yad ölkələrdən gəldi... Ərəblərə belə lazım idi. Ərəblər öz dinini,
yazısını, əxlaqını tabe etdikləri xalqlara caladı.”
158
Sadalananlardan bəzi məqamlarla, xüsusən ilk ikisi ilə
razılaşmasaq da, bunu müəllifin baxış bucağı kimi qiymətləndiririk
(Biz atəşpərəstliyin türklərin tarixində hansı yeri tutması ilə bağlı
mülahizələrimizi kitabın “Türk - İran sivilizasiyaları arasında
münasibətlər” adlı bölümündə vermişik). Üçüncü bəndlə bağlı isə
qeyd etməliyik ki, türk yazı mədəniyyətinin ərəb işğalının güdazına
getməsi ilə tamamilə razılaşırıq. Belə ki, Ərəb Xilafətinin hakim
olduğu bütün regionlarda ərəb dilinin və yazı sisteminin hakimliyi ilə
o vaxta qədər mövcud olan yazı sistemlərinin sıxışdırılaraq aradan
çıxarılması bir faktdır. Biz bura, türk yazısı ilə bərabər, qədim iran
yazısını, “Avesta” dilini, qədim şumer yazısını, hətta qədim sanskrit
yazı sistemini aid edə bilərik. Bu yazı sistemlərinin kütləvi şəkildə
ortadan çıxarılması
qədim sivilizasiya daşıyıcılarının
mədəniyyətlərinə böyük zərbə vurdu.
Ümumilikdə Türk və Ərəb sivilizasiyaları arasında
münasibətlərdə ərəblərin passionarlıq dövrü VII - X əsrləri əhatə edir.
Bu dövr ərzində Türk sivilizasiya daşıyıcıları əsasən islam dinini
qəbul etdilər. Türklərin islamaqədərki dini inancları, milli identifik
xüsusiyyətləri, adət-ənənələri ideoloji müstəvidə repressiyaya məruz
qalsa da, özünü qoruyub saxlaya bildi. Müxtəlif formalarda əks-
reaksiya da özünü göstərirdi, bu proseslər həm siyasi olaraq (üsyan,
milli-azadlıq hərəkatı), həm dini əqidə olaraq (sufi cərəyanları
daxilində), həm mədəni planda zaman-zaman tarix səhnəsinə
çıxmışdır. Türklər dini əqidə olaraq bu mərhələdə islamdan
faydalandılar. Çünki onlar üçün xarakterik olan monoteist dini
158
Elməddin Əlibəyzadə. “Avesta” Azərbaycan xalqının mənəvi mədəniyyət tarixidir.
Bakı: Yurd, 2005, səh. 86-87
Sivilizasiyaların kəsişməsində türk dünyası
205
düşüncə - “Göy Tanrı” inamı, yenə təkAllahlı inanc - islam dini ilə
əvəzləndi. Türklər yeni dində öz əski inanclarını da qorumuş oldular.
Türküstandan tutmuş Afrikanın Atlantik okean sahillərindək bərqərar
olan vahid islam mədəniyyəti yeni imkanlar açmış oldu. Amma
bununla belə, türk yazı sisteminə vurulan zərbə türkün qədim tarixi
haqqında məlumatların uzun müddət gizli qalmasına səbəb olmuşdur.
Yazı ənənələrinin itirilməsi türkün tarixinin təhrif olunmasına, şərait
yaratmış onun müxtəlif işğalçılar tərəfindən öz ideologiyalarına uyğun
təqdim edilməsi ilə nəticələnmişdir.
Türk passionarlığı dövründə Türk və Ərəb sivilizasiya
daşıyıcıları arasında münasibətlərin səciyyəvi cəhətləri
Ərəb Xilafətinin, daha dəqiq desək, Əməviləri əvəz edən
Abbasilərin hakimiyyətinin rəsmi olaraq 1258-ci ilə qədər davam
etməsinə baxmayaraq, təxminən X əsrdən başlayaraq ərəb
passionarlığı prosesi azalmağa doğru gedirdi. Bu dövrə qədər Xilafət
ərazilərində artıq islam dini bərqərar olsa da, əvvəlki mərhələdə
müşahidə olunan ərəblərin yeni işğal olunmuş ərazilərə köçürülməsi
dayanmış, imperiyanın ayrı-ayrı ərazilərində nisbi müstəqil əyalətlər
yaranmış, hətta sarayda belə hakim sinif və real idarəetmə türk və
farsların əlinə keçmişdi. Bu dövrdən sonra Türk və Ərəb sivilizasiya
daşıyıcıları arasında münasibətləri iki istiqamət üzrə xarakterizə etmək
olar. Birincisi, ərəblərin işağl etdiyi ərazilərdə türklərlə münasibəti.
İkincisi, türklərin Xilafət daxilində real hakimiyyəti çərçivəsində artan
nüfuzu.
Birinci istiqamətlə bağlı qeyd etməliyik ki, bu mərhələdə ərəb
passionarlığının zəifləməsi fonunda islam dininin qəbul edilməsi və
bunun hesabına ərəb dilinin hakim olmasından savayı Türk
sivilizasiya daşıyıcıları arasında əks proseslər getməyə başlamışdı.
Ərəb passionarlığından yeganə qalıcı dəyər isə islam dininin türklər
Sivilizasiyaların kəsişməsində türk dünyası
206
tərəfindən qəbul olunması oldu. Ərəb işğal rejimi çoxlu sayda türkün
öldürülməsinə səbəb olsa da, bu dini qəbul edən türklər üçün dini
istiqamətdə əks proseslər baş vermədi. Bu məqamda da əsas səbəb
islam dininin türklərin əski dini “Göy Tanrı” inamı ilə mənəvi
yaxınlığı olmuşdur. Artıq XII-XIII əsrlərdən başlayaraq isə hətta ərəb
dili də elm, ədəbiyyat dili olaraq öz mövqeyini itirməyə başladı. Bir
neçə yüzilin ağır rejimindən sonra türk dilində ədəbiyyat yaranmağa
başladı. Türk dillərinə çoxlu sayda ərəb sözləri daxil olsa da, türk dili
yenidən bütün sahələrdə öz itirilmiş mövqeyini bərpa etdi. Türk
ellərinə köçürülən ərəb mənşəli əhali Xilafətin siyasətini yerinə yetirə
bilmədi, əksinə, özləri türklər arasında zamanla assimilyasiya olundu.
Türk sivilizasiyasının ən qədim yurdlarından olan Azərbaycana
köçürülən ərəblər də, ərəb mədəniyyət mərkəzləri ilə əlaqəni
itirdikdən sonra tədricən ana dili və adətlərini unutmağa, yerli türk
əhalinin dilində danışmağa başladılar. Onlarla qaynayıb-qarışaraq,
onların həyat tərzini, geyimlərini, yeməklərini qəbul etdilər. Bütün bu
yaxınlaşma proseslərində ümumi din olan islam dininin də köməyi az
olmadı. Ərəblər yerli əhaliyə o dərəcədə qarışdılar ki, hazırda
Azərbaycanda əhalisi ərəb dilində danışan heç bir yaşayış məntəqəsi
qalmamışdır. Azərbaycanda məskən salmış istilaçı ərəblərin nə
vaxtdan etibarən ana dilində danışmaması sualına cavab vermək
çətindir. Çünki buraya köçmüş ərəblərin öz dillərini mühafizə edib
saxlamaları, akademik V.V.Bartoldun təbirincə desək, “həmin
vilayətdəki ərəb ünsürünün ümumi sayından asılı idi”.
159
Bununla
bağlı araşdırma aparan P.K.Juze belə güman edir ki, burada həmin
proses XV əsrdən tez baş verməmişdir. Həm də bu məsələdə alim
Orta Asiya və Əfqanıstanla müqayisə aparır, çünki həmin yerlərdə
159
В.В.Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия культуры и
исскуства. Мосва: Эксмо, 2010, стр. 30
Dostları ilə paylaş: |