Sivilizasiyaların kəsişməsində türk dünyası
194
yürütmüşdür. Misal üçün, bu gün Azərbaycanda onlarca ərəb
mənşəli yer adına rast gəlinir, tarixi mənbələrdə çoxlu ərəb
tayfalarının Azərbaycana köçürülməsi ilə bağlı faktlar mövcuddur.
Bəs belə olan halda, islamı da qəbul etməklə vahid mənəvi
dəyərləri bölüşən, islam dininə inanmaqla ərəb dilinin hakim dilə
çevrilməsi hesabına bu dili qəbul edən, mənimsəyən, öyrənən bu
xalqlar niyə assimilyasiyaya uğramadılar? Assimilyasiya üçün əsas
olan din, dil, hətta bəzi əxlaq və ya davranış qaydaları, arxeoloji
mədəniyyət və hakim işğalçı təbəqənin iqtisadi və siyasi
mexanizmləri tətbiq olunduğu halda niyə assimilyasiya prosesləri
getməmişdir?
Cavab yalnız birdir - sivilizasiyaların uyumsuzluğu,
disharmoniyası. Bir tərəfdən, ideoloji mexanizmin bütün zorakı
metodlarına, digər tərəfdən isə islam dininin bəxş etdiyi ortaq
mədəni dəyərlərə baxmayaraq ərəbləşməyən bu ölkələrdə və
xalqlarda yerli sivilizasiya daşıyıcıları üçün Ərəb sivilizasiyası
qəbuledilməz olmuşdur, mənəviyyatın dərin qatlarını
özününküləşdirə bilməmişdir. Türk sivilizasiya daşıyıcılarının
hakim olduğu Anadolu, Qafqaz və Mərkəzi Asiyada həmin dövr
ərəb miqrantları anti-assimilyasiyaya məruz qalmışdır. Yəni,
ideoloji və iqtisadi dəstəyə baxmayaraq, köçürülən ərəb tayfalarının
özləri türklərlə qaynayıb-qarışmış, türklərin içərisində ərimişlər. Bu
məkanda ərəb tayfalarının köçürülməsinin izləri hazırda da bu
ölkələrdə öz mövcudluğunu saxlayan cəmiyyətin xüsusi bir zümrəsi
- seyid və xocaların nümunəsində özünü göstərir.
Qeyd etməliyik ki, cəmiyyətdə belə bir fikrə üstünlük verilir
ki, seyidlər imam Hüseynin nəslinin törəmələridir. Cahiliyyət
dövründə Ərəbistanda tayfa başçılarına verilən “seyyid” titulu
islamın yayılmasından sonra müsəlman Şərqində islam
Sivilizasiyaların kəsişməsində türk dünyası
195
peyğəmbərinin nəslindən olan adamlara verilən fəxri titula
çevrilmişdir. Seyidlər müsəlman ölkələrində, xüsusilə şiəlik
məzhəbinə etiqad edən əhali arasında böyük hörmət və nüfuz
sahibləri idilər. Onlar əhali arasında seçilməklə yanaşı, orta əsr
hökmdarları tərəfindən himayə olunurdular.
155
Lakin bu gün
seyidlər etnik və mədəni mənsubiyyət baxımından ərəbləri deyil,
yerli xalqları təmsil edirlər, ancaq ərəb mənşəli olmaları güman
olunur. Yerli cəmiyyətə tam inteqrasiya olunsalar da, adlarının
saxlanmasını bir neçə məqamla əlaqələndirmək olar. Güman edirik
ki, birincisi, Ərəb Xilafətinin işğal siyasəti başa çatdıqdan sonra
köçürülən ərəb tayfaları yerli əhalinin qəzəbinə tuş gəlməsin deyə
islam dininin artıq bu regionda tam bərqərar olduğunu nəzərə
alaraq, “seyid” - “imam övladı”, “Məhəmməd peyğəmbərin
nəslinin nümayəndələri” adlandırılmağa başlandılar. Yəni, bu
regionda seyidlərin heç də həmişə peyğəmbər nəslindən olması
doğru deyil. İkincisi, zaman keçdikcə dil, mədəniyyət və digər ərəb
keyfiyyətlərini itirən bu insanların seyid zümrəsinin dini baxımdan
bir pillə yuxarı olması ilə bağlı cəmiyyətdə yaranan münasibətdən
istifadə edərək bu adı saxlamaqla fərqlənmək, imtiyazlı zümrə
olmaq, müsəlmanlar arasında hörmət sahibi olmaq istəklərindəndir
ki, etnik baxımdan tam assimilyasiya olsalar da bu adı qoruyub
saxlamışlar. Beləliklə, türklər və iranlılar yaşayan ərazilərdə ərəblər
öz etnik varlıqlarını saxlaya bilmədilər, adı çəkilən istisnalar isə
daha çox sosial üstünlüklər qazanmaq məqsədi ilə bağlıdır. Türk-
Ərəb sivilizasiyalarının, eləcə də İran-Ərəb sivilizasiyalarının
disharmoniyası ərəb passionarlığının bu məkanda yalnız
müsəlmanlaşma ilə nəticələnməsinə səbəb oldu.
155
Fəxrəddin Səfərli. Orta əsrlərdə Naxçıvanın sosial-siyasi həyatında dini mərkəzlərin
rolu. Bakı:Elm, 2003, səh. 96-97
Sivilizasiyaların kəsişməsində türk dünyası
196
Ərəb passionarlığının aktivliyi dövründə genişlənərək əhatə
etdiyi digər bir ərazi İspaniyada isə müasir dövrümüzdə Ərəb
sivilizasiyasının nə etnik, nə də dini izlərinə rast gəlinir. Həmin
dövrün yeganə əlamətləri Priney yarımadasında qalan islam
arxitekturası nümunələridir. 711-ci ildən başlayaraq təxminən 800
ilə qədər (1492-ci il) ərəblər İspaniyada hökmranlıq etmişlər. Bura
köç etmiş ərəb, bərbər və Şimali Afrikanın digər xalqlarının
törəmələri olan mavrların İspaniyadan qovulması, müsəlmanlara
qarşı təqiblər Priney yarımadasında ərəb passionarlığının
aktivliyinin sönməsinə səbəb olmuşdur. İspaniya ilə bərabər
İtaliyanın cənubu, Siciliya və Aralıq dənizinin şimal sahillərindəki
bir sıra digər ərazilər də ərəbləşmə-islamlaşma prosesinin qarşısını
Qərb sivilizasiyası daşıyıcılarının güclənməsi fonunda daha çox
ərəblərin burdan qovulması hesabına dayandırmış oldu. Akademik
Bartoldun məlumatlarına görə XX əsrdə bu ərazilərdən yalnız
Maltada ərəb dilində danışan xristian əhali qalmışdır.
156
Göründüyü
kimi, bu halda Ərəb-Qərb sivilizasiyalararası münasibətlərdə islam-
xristian qarşıdurması əsas amil olmuşdur və hazırda bu regionda
ərəb-müsəlman nüfuzunun olmaması da bununla bağlıdır.
Beləliklə, passionarlığın aktivliyi dövründə ərəbləşmə ilə
müşayiət olunan bu proses bu gün Ərəb dünyası adlanan böyük bir
linqvistik, coğrafi, geosiyasi məkanın yaranması ilə
nəticələnmişdir. Hazırda 300 milyondan çox insanın yaşadığı bu
regionda 23 ərəb dövləti var. Ərəbləşmə dil, din və digər mənəvi
dəyərlərin yayıldığı regionlarda qəbul edilməklə yanaşı, təsir
dairəsində olan ərazilərdə mövcud olan sivilizasiyalardan da bəzi
mədəni elementləri qəbul etməklə vahid ərəb mədəniyyətinin
yaranmasına səbəb olmuşdur. Göründüyü kimi, Ərəb sivilizasiyası
etnik deyil, daha çox ortaq dil və mədəni dəyərlərə söykənən
156
В.В.Бартольд. Мусульманский мир // Ислам. Энциклопедия культуры и
исскуства. Мосва: Эксмо, 2010, стр. 51
Dostları ilə paylaş: |