|
![](/i/favi32.png) ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġiraziAzBookResaleTozih5. Qan
Məsələ
102
: Ġnsanın və atıcı qanı olan hər bir heyvanın qanı murdardır.
Amma balığ və ilan kimi atıcı qanı olmayan heyvanların, eləcə də
ağcaqanadın qanı pakdır.
Məsələ
103
: Əti halal olan heyvanın baĢını Ģəriət qaydasınca kəssələr və
onun qanı adi həddə axıb getsə, bədəndə qalan qan pakdır. Amma əgər
baĢını kəsən zaman heyvanın baĢını bədənindən hündür yerə qoyduqları
üçün və ya heyvanın nəfəs çəkməsi səbəbindən qan geri qayıtsa, vacib
ehtiyata əsasən həmin qandan çəkinmək lazımdır.
Məsələ_104'>Məsələ
104
: Toyuqun yumurtasındakı qanı götürüb atsalar kifayət edər
qalanı pak və halaldır. Lakin aradan itib getməsi üçün bilərəkdən
qarıĢdırsalar onu yeməyin eybi var.
Məsələ
105
: Daha yaxĢı budur ki, südün daxilində görünən və sonradan
qarıĢaraq aradan gedən qan damarcıqlarından çəkinilsin. Baxmayaraq
ki,haram və nəcis deyildir.
Məsələ
106
: Əgər damaqdan və ya ağızın baĢqa bir hissəsindən çıxan qan
ağız suyunda həll olub itərsə, pakdır. Bu halda ağız suyunu udmaq da olar.
Amma bu iĢ bilərəkdən görülməməlidir.
Məsələ
107
: Əgər dəri və dırnaq əzildikdə onların altında qan ölərsə və
artıq onu qan saymazlarsa, pakdır. Amma onu yenə qan adlandırarlarsa,
dərinin və dırnağın altında olduğu vaxt dəstəmaz və qüsl üçün mane
yaratmır. Əgər qan toplanan yer deĢilərsə ciddi bir zərər və əziyyət
olmadıqda onu çıxarmaq lazımdır. Qanı çıxarmaq ciddi əziyyətə səbəb
olduqda dəstəmaz və qüsl üçün onun ətrafını yuyub üzərinə parça qoymaq,
parçanın üzərindən əli yaĢ halda çəkmək lazımdır. Ehtiyat müstəhəb budur
ki, təyəmmüm də edilsin.
Məsələ
108
: Əgər insan dərinin altındakı qara ləkənin ölü qan və ya
əzilmiĢ ət olduğunu bilməsə, həmin ləkə pak sayılır.
|
|
|