ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi


Cavab: Əgər Ģahmat xalqın nəzərində qumar aləti halından çıxmıĢsa və  idman sayılırsa eybi yoxdur. Sual



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə448/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   444   445   446   447   448   449   450   451   ...   455
AzBookResaleTozih

Cavab:
Əgər Ģahmat xalqın nəzərində qumar aləti halından çıxmıĢsa və 
idman sayılırsa eybi yoxdur.
Sual
68: Kart oynamağın hökmü nədir? 
Cavab:
Udub-uduzmaq olmadan kart oynamağın eybi yoxdur.
Sual
69: Saqqalı qırxmaq olarmı? 
Cavab:
Ehtiyat budur ki, bu iĢ görülməsin.
Sual
70: Hansı musiqilər halal, hansılar haramdır? 
Cavab:
EyĢ-iĢrət məclislərinə aid olan bütün musiqilər haramdır və qalan 
musiqilər halaldır. Halal musiqini haram musiqidən ayırmaq üçün ürf əhlinə 
müraciət olunsun.
Sual
71: Dini hadisələrin səhnələĢdirilməsi, Ģəbihə münasibətiniz nədir? 
Cavab:
Əgər Ģər’i ölçülər gözlənilsə və müqəddəsliklər təhqir olunmasa 
eybi yoxdur.
Sual
72: Öldürülən Ģəxsə görə pul almağın hökmü nədir? 
Cavab:
Diyə Allahın tə’yin etdiyi bir haqdır və onu almaq caizdir. 
Amma bağıĢlamaq bə’zi hallarda daha yaxĢıdır. 
Sual
73: Qeyri-müsəlman ölkələrə mühacirət və səfərin hökmü nədir? 
Cavab:
Əgər Ģəxs kafir ölkələrdə özünün və yoldaĢlarının dinini 
qorumağa qadirsə və ya dini yaya biləcəksə, bu səfər caizdir. 
Sual
74: Bir Ģəxs yanıb xəstəxanaya düĢdükdə həkimin səhlənkarlığı 
ucbatından dünyasını dəyiĢərsə, eləcə də, məhkəmə tibbi ekspertiza həkimin 
səhlənkarlığını təsdiqləyərsə, həkimin hökmü nədir? 
Cavab:
Həkim günah etmiĢdir və cəzalandırılmalıdır. 


ġəriət risaləsi 
354 
Sual
75: Valideynlərim qeydə almadığından doğulduğum günü bilmirəm. 
Mənim üçün dini vəzifələr nə vaxtdan vacib sayılır?
Cavab:
Büluğ həddinin kiĢilər üçün üç niĢanəsi var: 15 yaĢın tamam 
olması (digər əlamətlər olmasa 15 yaĢın tamamlanmasına əmin olmadan 
vəzifə yoxdur); yuxuda və oyaq vaxtı az və ya çox sperma xaric olması; 
ayıb yer ətrafında cod tüklərin çıxması. 
Sual
76: Bir Ģəxs dünyasını dəyiĢmiĢ atası üçün Qur’an oxutdurmaq 
məqsədi ilə pul və’d edərsə və Qur’an baĢa çatdıqdan sonra pul ödəməzsə, 
borclu qalırmı?
Cavab:
Və’dinə zamindir. 
77: Çek alıĢ-veriĢi: Çek müamiləyə aid olarsa, borc sənədi sayılarsa, 
(dostcasına çek olmazsa) onun az və ya çox miqdarda alıĢ-veriĢi caizdir. 
78: Poker, Ģahmat və bilyard oyunları: əgər bu oyunlar qumar aləti 
halından çıxarsa və xalq arasında idman, əyləncə vasitəsi sayılarsa, udub-
uduzmaq olmadan eybi yoxdur.
79: Musiqi: eyĢ-iĢrət məclislərinə aid olan bütün musiqilər haramdır. 
Haram musiqini halal musiqidən fərqləndirmək üçün bu iĢi bilən imanlı 
insanlara müraciət edilməlidir. 
80: Hipnoz: Tibbi və bu kimi məqsədələrlə hipnoz olar. Amma gizli iĢləri 
aĢkarlamaq, keçmiĢdən və ya gələcəkdən xəbər vermək məqsədli hipnoz 
caiz deyil. 
81: Dodaq və qaĢların döyəclənməsi, bu halda qüsl və dəstəmaz: bu iĢ 
ifrat bəzək sayılmasa və fəsada səbəb olmasa caizdir. Hər halda döyəclənmə 
ilə dərinin üzəri örtülmədiyindən bu halda dəstəmaz və qüsl düzgündür. 
82: Bakirə qızların qaĢını və üzünü alması: bu iĢ qızlar üçün Ģər’ən haram 
deyil. Amma xalq arasında qəbul edilmədiyindən ondan çəkinmək daha 
yaxĢıdır. 
83: Yatırım Ģərti: Əgər bu Ģəxs bank sahibinin yox, borc götürənlərin 
iĢini asanlaĢdırarsa, eybi yoxdur. 
84: Borc götürmək: Bankdan borc götürmək olar. Amma bu iĢdə Ģər’i 
ölçülər gözlənilməlidir. Bu ölçülər gözlənildikdə verilən əlavə haqq sələm 
sayılmır. Amma istənilən bir məqsədlə borc götürərkən müqaviləyə əməl 
olunmalıdır. 
85: Yubandırma cəriməsi: yubandırmağa görə cərimə almağın eybi var. 
Amma borclu öz borcunu vaxtında ödəməlidir. Əks təqdirdə günahkar 
sayılır. 
86: Borc imtiyazının alqı-satqısı: əgər bu iĢ borc verən bankın qanunlrına 
zidd olmasa eybi yoxdur. 
87: BaĢqalarının sığorta dəftərçəsindən istifadə: bu iĢ sığorta təĢkilatının 
qaydalarına zidd olduğundan və sığortalanan Ģəxslə öncədən Ģərt 
kəsildiyindən caiz deyil. Hətta sığorta idarəsi öz xidmətlərində səhlənkarlıq 
göstərsə də belədir. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   444   445   446   447   448   449   450   451   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə