ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi


Sual 104: Kimsəsiz xəstələrin müalicəsi üçün fitrə zəkatından istifadə  etmək olarmı? Cavab



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə451/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   447   448   449   450   451   452   453   454   455
AzBookResaleTozih

Sual
104: Kimsəsiz xəstələrin müalicəsi üçün fitrə zəkatından istifadə 
etmək olarmı?
Cavab:
Eybi yoxdur. 
Sual
105: Müxtəlif büdrəmələr səbəbindən zindana düĢən yoxsulların 
azadlığa çıxması üçün fitrə zəkatından istifadə etmək olarmı? 
Cavab:
Eybi yoxdur. 


ġəriət risaləsi 
357 
E’TĠKAF 
1. E’tikaf müstəhəb əməllərdəndir. Amma bu əməl nəzir və bu kimi 
yollarla vacib olur. E’tikafda ibadət məqsədi Ģərtdir. 
2. E’tikaf 3 gündən çox da çəkə bilər. Amma iki gün artırsalar, 3-cü günü 
də əlavə etsinlər. (Vacib ehtiyata əsasən) 
3. E’tikaf ibadəti came məscidində yerinə yetirilməlidir. Came məscidi 
dedikdə Ģəhərin müxtəlif zümrələrinin iĢtirak etdiyi məscid nəzərdə tutulur. 
Məhəl və bazar məscidi isə belə deyil. 
4. Bilərəkdən məsciddən çıxdıqda e’tikaf ibadəti pozulur. E’tikaf edən 
Ģəxs unutqanlıqdan məsciddən çıxarsa, ehtiyata əsasən e’tikafı pozulmuĢdur. 
5. Qadınlar da e’tikaf saxlaya bilər. Amma vacib ehtiyat budur ki
ərlərindən icazə alsınlar. 
6. BaĢqası üçün e’tikaf saxladıqda ehtiyat budur ki, hədiyyə məqsədi 
olsun. Bu məqsədlə həm diri, həm də ölü üçün e’tikaf etmək olar. Demək, 
bir neçə nəfər üçün də bu iĢi görmək mümkündür. 
7. E’tikafda xüsusi oruc tutmaq zəruri deyil. Mübarək ramazan ayının 
orucunu və ya qəza orucu tutmaq olar. Amma muzdla oruc tutmaq iradlıdır.
8. Müstəhəb e’tikafı ilk iki gündə pozmaq olar. Amma 3-cü gün pozmaq 
caiz deyil.
9. E’tikaf ibadəti bir məsciddə yerinə yetirilsə, daha yaxĢıdır. Amma bir-
birinə bitiĢik iki məsciddə də e’tikaf saxlamaq olar.
10. Bir yerin məsciddən olub-olmadığı Ģübhəlidirsə və zahirən bu 
məhəlin məscid olması bilinmirsə, e’tikaf düzgün deyil. 
11. Qadınlar da yalnız məsciddə e’tikaf saxlaya bilər.
12. YaxĢını pisdən seçən uĢaqlar da e’tikaf edə bilər. 
13. AĢağıdakı hallarda e’tikaf saxlayan Ģəxs məsciddən xaric ola bilər: 
a) ġər’i və ürfi zəruri bir iĢə görə. Məsələn, ayaqyoluna getmək və ya 
zəruri qüsl etmək üçün. 
b) Məhkəmədə Ģahidlik, cümə namazı, dəfn, xəstəni yoxlamaq üçün 
məsciddən çıxmaq olar. Amma hər müstəhəb iĢ üçün caiz deyil. 
14. E’tikaf zamanı qəsbi xalça üzərində əyləĢmək e’tikafı batil etmir. 
Ehtiyata əsasən, qəsbi xalça qəsbi yerdən fərqlənir.
15. E’tikafda niyyətin baĢlanğıcında Ģərt qoymaq olar ki, ürfi və Ģər’i 
üzür yaranarsa, e’tikaf dayandırılacaq. Bu halda üzür yaranarsa, hətta 3-cü 
gün e’tikafı pozmaq olar. 
16. Tam 3-gündən az e’tikaf düzgün deyil. Gün dedikdə fəcr tülusundan 
günəĢin qürubunadək olan vaxt nəzərdə tutulur. 
17. Məscidin Ģəbistanında, sərdabədə, məscidin həyətində e’tikaf caizdir. 
Bir Ģərtlə ki, məscid həyətinin məscidə aid olmadığı sübuta yetməsin və 
zahirən mə’lum olmasın. 



Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   447   448   449   450   451   452   453   454   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə