ĠƏRIƏt hökmlərinin izahi ayətullah əl-uzma Məkarim ġirazi



Yüklə 4,4 Mb.
Pdf görüntüsü
səhifə433/455
tarix15.06.2022
ölçüsü4,4 Mb.
#89568
1   ...   429   430   431   432   433   434   435   436   ...   455
AzBookResaleTozih

Məsələ
2434:
Mülk sahibi öz mülkünü icarəyə verib icarə haqqından 
əlavə sərqofli ala bilər. Bu halda sahib icarə haqqı baĢa çatsa da öz 
mülükünü baĢqasına icarəyə verə bilməz. Amma sərqofli ödəmiĢ icarəçi razı 
olsa, mülkü baĢqa birinə icarəyə vermək olar. Birinci icarəçi mülkün 
sərqoflini baĢqa birinə az və ya çox qiymətə həvalə edə bilər. 
Məsələ
2435:
Əgər sərqofli ödənmiĢ mülkün icarə müddəti baĢa çatsa, 
sahib mülkü həmin icarəçiyə və ya onun razılıq verdiyi baĢqa birinə təqdim 
etməyə vəzifəlidir. Belə bir məqamda icarə haqqı günə uyğun mütəxəssis 
qiyməti əsasında tə’yin edilir. 
Məsələ
2436:
Mülkü icarəyə götürmüĢ və sərqofli ödəməmiĢ Ģəxs 
sərqofli müddəti baĢa çatdıqdan sonra ev sahibindən icazəsiz həmin mülkdə 
qala bilməz. Əgər evi boĢaltmasa qəsbkar və mülkə zamin sayılır. Ġcarə 
qiyməti, artımlar onun öhdəsinədir. Mülk sahibinin icazəsi olmadan belə 
birindən mülkü icarəyə götürmək olmaz.
Məsələ
2437:
Bir Ģəxs sərqofli verməklə bir mülkü icarəyə götürsə, icarə 
müddəti tamam olmamıĢ mülkü digər birinə icarəyə verə bilər. O həmin 
Ģəxsdən istədiyi miqdarda sərqofli ala bilər. Ġcarəçinin dəyiĢməsində mülk 
sahibinin də razılığı Ģərtdir. Amma bu haqq öncədən icarəçiyə verilmiĢsə, 
mülk sahibinin razılığına ehtiyac yoxdur. 
Sığorta 
Məsələ
2438
: Sığorta sığortalanan Ģəxs və sığorta Ģirkəti arasında 
müqavilədir. Sığortalanan Ģəxs Ģirkət və ya Ģəxsə ödədiyi pul müqabilində 
düĢdüyü zərərlərin ödənməsini həmin tərəfdən tələb edə bilər. Ticarət 
malları, tikililər, avtomobillər, gəmilər, təyyarələr, fəhlə və qulluqçular
insanın həyatı və bu kimi digər Ģeylər sığortalana bilər. 
Məsələ
2439
: Sığorta müqaviləsində iĢtirak edən tərəflər büluğ həddinə 
çatmıĢ və ağıllı olmalıdır. Onlar müqaviləni öz istəkləri ilə imzalamalıdır. 
Tərəflərdən heç biri ağılsız olmamalı, sığortada aĢağıdakı Ģərtlər nəzərdə 
tutulmalıdır: 

Yüklə 4,4 Mb.

Dostları ilə paylaş:
1   ...   429   430   431   432   433   434   435   436   ...   455




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə