Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə145/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   141   142   143   144   145   146   147   148   ...   172

www.vivo-book.com 

 

827 



HəmiĢəki  kimi  əmr  verir.  Dodaqlarımı  ĢiĢir,  amma 

yeməyə davam edirəm... 

 

–  Beləliklə,  açar  bura  soxulur,  –  Kristian  barmağıyla 



mühərriki  iĢə  salma  qıfılı  ötürücü  qutusunun  üstünü 

taqqıldadır. 

– Qəribə yerdi, – mızıldanıram. 

 

Mən  hər  bir  kiçik  detaldan  valehlik  keçirirəm, 



komfortabelli  dəri  oturacaqda  az  qala  uĢaq  kimi  atılıb-

düĢürəm.  Nəhayət,  Kristian  öz  avtomobilimin  sükanı 

arxasında oturmağa izn verib. 

О mənə baxır, halbuki gözlərində gülməcələr oynaĢır. 

–  Sən  maĢınçün  sinov  gedirsənmiĢ  ki…  –  heyrətlə 

mızıldanır. 

Sakitcə  baĢımla  təsdiqləyir  və  səfeh  qız  kimi 

gülümsəyirəm. 

–  Аh,  təzə  avtomobilin  bu  qoxusu!  Bu,  hətta 

―Sabmissiv  SpeĢiel‖dən  də  xoĢdur…  daha  doğrusu, 

―A3‖dən, – utanaraq dərhal sözümə düzəliĢ verirəm. 



www.vivo-book.com 

 

828 



Kristian ağzını büzür. 

–  ―Sabmissiv  SpeĢiel‖,  hə?  Miss  Stil,  sözləri  elə rahat 

tələffüz  edirsiniz  ki,  –  o,  oturacağa  yayxanır,  narazı  halda, 

amma  məni  aldatmaq  mümkün  deyil.  Bilirəm  ki,  sevinir.  – 

Hə, di gedək. – О, qarajın qapılarına doğru əlini yelləyir. 

Ovuclarımı bir-birinə vurur, mühərriki iĢə salma açarını 

fırladıram  və  motor  iĢə  düĢərək  uğuldayır.  Ötürücünü 

dəyiĢib  ayağımı  əyləcdən  çəkirəm  və  ―Saab‖  irəli  Ģığıyır. 

Arxamızdasa  Teylor  ―Audi‖ni  yerindən  tərpədir  və  qaraj 

Ģlaqbaumu  yuxarı qalxdıqda  dalımızca  ―Eskala‖dan  küçəyə 

çıxır. 

– Bəlkə radionu iĢə salaq? – təklif eləyirəm, ilk iĢıqforu 



keçirik. 

–  Ġstəyirəm  ki,  diqqətini  cəmləyəsən,  –  kəskin  Ģəkildə 

deyir. 

– Kristian, xahiĢ eləyirəm! Mən  maĢını musiqi altında 



da  idarə  edə  bilərəm,  –  gözlərimi  süzdürürəm.  О,  qaĢ-

qabaqla qaĢlarını çatır, sonra radionu iĢə salır. 

–  Burda  aypeddəki  disklərinə  və  MP3-ə  qulaq  asa 

bilərsən, habelə SD. 




www.vivo-book.com 

 

829 



Çox  ucadan,  Ģirin  səslər,  ―Polis‖  qrupu  qəfildən  öz 

ifasıyla  maĢının  salonunu  doldurur.  Kristian  səsi  artırır. 

Həəə… ―Ağrı kralı‖. 

–  Sənin  himnin,  –  pıçıldayıram  və  ani  olaraq  buna 

heyfsilənirəm,  Kristianın  dodaqları  nazik  xətdə  kip  birləĢir. 

Gərək  deməyəydim.  –  Evdə  bu  albom  varımdı,  –  tez 

deyirəm, onu yayındırmaqdan ötrü. 

Maraqlıdır,  Ġtan  neyləyir?  Bu  gün  ona  zəng  eləmək 

lazımdır. ĠĢim çox olmayacaq. 

Qarnımda həyəcan burulur. Ofisə çatanda nəyin Ģahidi 

olacam?  Kimsə  Cekdən  xəbərdardır?  Kristianın  əməllərini 

bilirlərmi?  Mənim  iĢ  yerim  dururmu?  Оy,  iĢimi  itirsəm, 

nolacaq? 

―Multimilyonerə  ərə  gedərsən,  Аnа!‖  TəhtəlĢüurum 

köpək  balığına  oxĢar  sifətini  qabardır.  Bu  məkrli  qancığa 

əhəmiyyət vermirəm. 

–  Ey,  miss  Ləçər.  Özünə  gəl,  –  Kristian  məni 

gerçəkliyə  qaytarır,  növbəti  iĢıqfora  yaxınlaĢıram.  –  Fikrin 

çox  dağınıqdır,  Аnа.  Diqqətli  ol,  –  söyür.  –  Bir  qayda 

olaraq, yol qəzaları fikri pis cəmləməkdən törəyir. 




www.vivo-book.com 

 

830 



―Oy,  Tanrı  xətrinə,  əl  çək!‖  –  qəfildən  fikrən  Reyin 

mənə  maĢın  sürməyi  öyrətdiyi  zamana  keçid  edirəm.  Mənə 

baĢqa ata lazım deyil. Ər – hə, yəqin ki, seksdən baĢı çıxan 

ər. Hmm… 

– Sadəcə, iĢ haqqında düĢünürəm. 

–  Balaca,  hər  Ģey  yaxĢı  olacaq.  Mənə  etibar  et,  – 

Kristian gülümsəyir. 

–  XahiĢ  eləyirəm,  bu  iĢə  qarıĢma,  hər  Ģeyə  özüm  nail 

olmaq  istəyirəm.  Kristian,  xahiĢ  eləyirəm.  Mənimçün  bu 

mühüm  Ģeydir,  –  mümkün  olduğu  qədər  yumĢaq  tərzdə 

deyirəm.  Mübahisə  eləmək  istəmirəm.  Onun  dodaqları 

inadkarcasına xətdə sıxılır və mənsə gözləyirəm ki, Kristian 

yenə də məni söyəcək. 

Yoox… 


–  Gəl  mübahisə  eləməyək,  Kristian.  Səhəri  elə  gözəl 

açmıĢdıq  ki.  Son  gecə    –  Lazımi  sözü  tapa  bilmirəm.  – 

Füsunkar idi. 

О  susur.  Gözümü  ona  zilləyirəm.  Kristian  gözlərini 

yumaraq oturub. 



www.vivo-book.com 

 

831 



–  Hə.  Füsunkar,  –  sakitcə  deyir.  –  Sənə  tam  ciddi 

dedim. 


– Nə? 

– Səni buraxmaq istəmirəm. 

– Getmək istəmirəm. 

О gülümsəyir və bu təbəssüm yeni, ürkək, yoldakı hər 

bir maneəni atadan qaldırır. Hə, o, fövqəlqüdrətlidir. 

– YaxĢı, – deyir və hiss olunacaq dərəcədə yüngülləĢir. 

Mən  dayanacağa  sarı  dönürəm,  o,  SĠP-dən  yarım 

məhəllə aralıdadır. 

–  Səni  iĢədək  ötürərəm.  Teylor  məni  orda  götürər,  – 

Kristian təklif eləyir. 

 

Naqolay  Ģəkildə  maĢından  çıxıram,  qısa  ətəkliyimdən 



utanıram, Kristiansa həmiĢəki kimi, vüqarla; o öz bədəniylə 

dil  tapıb,  ən  azı  belə  təəssürat  yaradır.  Maraqlıdır: 

toxunuĢlara  dözümlü  olmayan  adam,  öz  bədəniylə  necə 

ümumi dil tapır. Bu təsadüfi fikirdən hüznlənirəm. 




www.vivo-book.com 

 

832 



–  Unutma,  bu  axĢam  saat  yeddidə  doktor  Flinnlə 

görüĢürük,  – deyir,  əlini mənə uzadır. Qapıların məsafədən 

bağlanma düyməsini basıb onun əlindən tuturam. 

–  Unutmaram.  Ona  verəcəyim  sualların  siyahısını 

tutacam. 

– Sualların? Mənim barəmdə? 

BaĢımla təsdiqləyirəm. 

– Özüm haqda istənilən suala cavab verməyə hazıram, 

– Kristianın deyəsən, xətrinə dəydi. 

Gülümsəyirəm ona baxaraq. 

–  Hə,  bu  bahalı  Ģarlatan  haqda  obyektiv  rəy  eĢitmək 

istəyirəm. 

О, üzünü turĢudur və qəfildən məni qucaqlayır, hər iki 

əliylə kürəyimdən yapıĢıb məni möhkəm tutur. 

–  Bu  yaxĢı ideyadı?  – xırıltılı səslə  deyir.  BaĢımı  geri 

atır  və  geniĢ  açılmıĢ  gözlərdə  narahatlıq  görürəm.  Ürəyim 

oyulur. 

– Əgər soruĢmağımı istəmirsənsə, soruĢmaram. 

 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə