Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə153/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   149   150   151   152   153   154   155   156   ...   172

www.vivo-book.com 

 

874 



– Əlbəttə sənindi. 

– Onda zəhmət olmasa açarları mənə ver. Onu iki dəfə 

sürmüĢəm, onda da bir dəfə iĢə, bir dəfə də geriyə dönərkən. 

Məni  bu  həzdən  məhrum  eləyirsən,  –  mən  davakar  əhval-

ruhiyyədəyəm.  Kristianın  dodaqları  boğuq  təbəssümdən 

dartınır. 

– Axı bilmirsən biz hara gedəcəyik. 

–  Əminəm  ki,  bu  haqda  mənə  məlumat  verəcəksiniz, 

mister Qrey. Bu vaxtacan bu iĢi məharətlə görmüĢsünüz. 

О,  heyrətlənmiĢ  halda  mənə  baxır,  sonra  gülümsəyir. 

Onun  yeni,  xəfif  təbəssümü  məni  tamamilə  tərki-silah  edir 

və kefim düzəlir. 

– YaxĢı alınıb, hə? – mızıldanır. 

Qızardım. 

– Çox vaxt hə. 

–  Onda  nə  baĢ  verir  belə…  –  О,  açarı  mənə  uzadır, 

maĢını  ətrafında  dövrə  vurub  sürücü  yerinin  qapısını 

mənimçün açır. 

 



www.vivo-book.com 

 

875 



–  Sola,  bura,  –  Kristian  əmr  eləyir  və  biz  istiqaməti 

Ģimala, Ġ-5-ə sarı götürürük. – Lənət Ģeytana, ehtiyatla, Аnа! 

– О, cihaz panelindən yapıĢır. 

Tanrı xətrinə. Gözlərimi süzdürürəm, amma baĢımı ona 

sarı çevirmirəm. Stereoqurğudan Van Morrisonun səsi gəlir. 

– Sürəti azalt! 

– Azaldıram! 

Kristian köks ötürür. 

– Flinn sənə nə dedi? – Səsində narahatlıq duyuram. 

–  Mən  artıq  dedim:  Ģübhənin    faydasını  sənə 

duydurmalıyam. 

 

Lənətə gəlsin, sükanı Kristiana təhvil vermək lazım idi. 



Onda  üzünə  baxa  bilərdim.  Hə…  mən  maĢını 

dayandıracağımla bağlı siqnalı basıram. 

– Neyləyirsən? – bağırır, həyəcanlanır. 

– Sükanı sənə verirəm. 

– Niyə? 

– Sənə baxmaq üçün. 

О gülümsəyir. 



www.vivo-book.com 

 

876 



– Yoox, maĢını sən sürmək istəyirdin, indi sür, mənsə 

sənə baxacam. 

Ona baxaraq üzümü turĢutdum. 

– Gözünü yoldan çəkmə! – o qıĢqırır. 

Səbrim  tükənir.  Düzdür!  MaĢını  yolun  kənarında 

saxlayıram, düz iĢıqforun qarĢısında və avtomobildən düĢüb 

qapını  çırpıram.  Səkidə  dayanmıĢam,  əllərimi  sinəmdə 

çarpazlamıĢam  və  acıqlı  halda  ona  baxıram.  Kristian  da 

maĢından düĢür. 

– Neyləyirsən? – acıqlı halda soruĢur. 

– Yox, sən neyləyirsən? 

– Burda dayanmaq olmaz. 

– Bilirəm. 

– Onda niyə dayanmısan? 

– Çünki sənin  əmrlərindən cana doymuĢam. Ya sükan 

arxasına keç və əmr eləmə, ya da maĢını mən sürürəm. 

–  АnasteyĢa,  nə  qədər  ki,  cərimə  qəbzini  almamıĢıq, 

maĢına otur. 

– Yox. 



www.vivo-book.com 

 

877 



О, özünü itirərək gözlərini döyür, nə edəcəyini bilmir, 

sonra  barmaqlarını  saçlarında  gəzdirir  və  onun  qəzəbi 

heyrətə  çevrilir.  Qəfildən  elə  məzəli  görkəm  alır  ki, 

ixtiyarsız gülümsəyirəm. О üzünü turĢudur. 

– Nə? – yenə bağırır. 

– Sən. 


–  Ah,  АnasteyĢa!  Sən  Yer  üzündə  ən  dözülməz 

qadınsan! – О, əllərini havada yelləyir. – YaxĢı, maĢını mən 

sürərəm. – Pencəyinin yaxasını tutub özümə sarı dartıram. 

–  Yox,  Yer  üzündə  ən  dözülməz  kiĢi  sizsiniz,  mister 

Qrey. 

О,  tünd,  nüfuzedici  baxıĢları  ilə  məni  süzür,  sonra 



belimi qucaqlayır və özünə sarı çəkir. 

– Bəlkə biz bir-birimiz üçün yaranmıĢıq, – sakitcə deyir 

və  burnunu  saçlarımın  arasına  keçirərək  ətrini  içinə  çəkir. 

Qollarımla ona sarılır və gözlərimi yumuram. Səhərdən bəri 

yalnız indi özümü ruhən rahat hiss eləyirəm. 

–  Аh…  Аnа,  Аnа,  Аnа,  –  pıçıldayır,  dodaqlarını 

saçlarıma qondurur. 

 



www.vivo-book.com 

 

878 



Qollarımı  daha  möhkəm  sıxıram  və  biz  tərpənməz 

halda  dayanmıĢıq,  küçə  rutinində  qəfil  peyda  olan 

rahatlıqdan  həzz  alırıq.  Məni  buraxaraq  Kristian  sərniĢin 

qapısını açır. Sakitcə maĢına oturur və onun sükan arxasına 

necə keçməsinə tamaĢa edirəm. 

Kristian  ―Saab‖ı  yerindən  tərpədib  maĢın  axarına 

düĢdü.  Van  Morrisonun  mahnısını  dalğın  halda  zümzümə 

edirdi. 


Eh!  Onun  necə  oxuduğunu  heç  vaxt  eĢitməmiĢəm. 

Hətta  duĢda  da.  Hüznlənirəm.  Məlahətli  səsi  var,  əlbəttə. 

Hmm…  mənim  səsimi  eĢitsə...  Əgər  eĢitsəydi  heç  vaxt 

evlənmək 

təklifini 

verməzdi! 

TəhtəlĢüurum 

əllərini 

sinəsində  çarpazlayıb;  eksklüziv  dama-dama  ətək  geyinib, 

―Börberri‖ firmasından. Mahnı bitir və Kristian gülümsəyir: 

– Bilirsən, cərimə qəbzi alsaq, sənin adına olacaq. Axı 

maĢın sənin adına qeydiyyatdan keçib. 

–  YaxĢı  ki,  məni  vəzifəcə  yüksəltdilər,  –  indi  cərimə 

ödəməyə imkanım olacaq, – bic-bic cavab verib onun gözəl 

profilinə  tamaĢa  edirəm.  Onun  dodaqları  təbəssümlə 

büzülür.  Morrisonun  daha  bir  mahnısı  səslənir,  Kristiansa 




www.vivo-book.com 

 

879 



maĢını  Ġ-5  Ģosesinə,  Ģimala  doğru  uzanan  estakadaya  sarı 

döndərir. 

– Hara gedirik? 

– Sürpriz. Flinn daha nə dedi? 

Köks ötürürəm. 

– O, FFFSTB, yaxud buna bənzər bir Ģeydən danıĢırdı. 

– SFBT. Terapiyada son yenilik, – mızıldanır. 

– BaĢqa üsulları da sınamısan? 

Kristian fınxırır. 

–  Qızcığaz,  mən  hər  Ģeyi  sınamıĢam.  Koqnitivizm, 

Froyd,  funksionalizm,  geĢtaltterapiya,  biheviorizm  və  s.  və 

i.a...  –  Səsində  kədər  və  acıq  hiss  olunur.  Sonuncu  məni 

narahat eləyir. 

– Necə fikirləĢirsən, bu yeni üsul kömək edəcək? 

– Hə, Flinn nə dedi axı? 

–  Dedi  ki,  keçmiĢdən  yapıĢmağa  dəyməz.    Gələcəyə 

istiqamətlənmək lazımdı – harda olmaq istəməyinə. 

Kristian baĢıyla təsdiqləyir və eyni zamanda çiyinlərini 

çəkir; üzündə inamsızlıq görürəm. 

– Daha nə? – məni iĢgəncəli sorğu-suala çəkir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə