Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə154/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   150   151   152   153   154   155   156   157   ...   172

www.vivo-book.com 

 

880 



–  О  sənin  toxunuĢ  qorxundan  danıĢırdı,  hərgah  ona 

əcaib  bir  ad  qoymuĢdu.  Bir  də  sənin    gecə  vahimələrindən 

və özünə olan ikrahdan. 

 

Sifətinə  baxıram,  axĢam  günəĢi  onu  iĢıqlandırıb. 



Kristian  fikrə  gedib  və  dırnağını  gəmirir.  Sonra  ani  bir 

baxıĢla mənə baxır. 

–  Gözünüz  yolda  olsun,  mister  Qrey,  –  sərt  Ģəkildə 

xəbərdar edir və pıqqıldayıram. 

Mənə elə gəlir ki, o bir qədər məyus olub. 

– АnasteyĢa, sən Flinnlə uzun-uzadı söhbət eləmisən. O 

daha nə dedi? 

Boğazımdakı qomu uduram. 

– О səni sadist hesab eləmir, – pıçıldayıram. 

– Doğrudan? – Kristian sakitcə deyir və qaĢlarını çatır. 

Salondakı atmosfer zülmətə bürünür. 

–  Onun  sözlərinə  görə,  psixiatriya  bu  termini  qəbul 

eləmir.  Doxsanıncı  illərdən,  –  mızıldanıram,  aramızdakı 

hərarəti qorumağa çalıĢıram. 

Kristianın siması qaralır, o köks ötürür. 



www.vivo-book.com 

 

881 



– Bu məsələdə Flinnlə mövqelərimiz üst-üstə düĢmür. 

– O dedi ki, özün haqda həmiĢə pis fikirdə olursan. Və 

mən  onunla  razılaĢıram,  –  mızıldanıram.  –  О,  seksual 

sadizmi də xatırlatdı, amma dedi ki, bu, həyat tərzi seçimidi, 

psixiatrın  iĢ  sahəsi  deyil.  Bəlkə  də  bu  haqda  düĢünməyə 

dəyər. 


Yenə  də  mənə  baxaraq  gözlərini  parıldadır,  ağzı  isə 

narazı ifadəylə yığılır. 

– ĠĢə bir bax, həkimlə bircə söhbət, artıq ekspertsən, – 

kinayəylə deyir və yenidən yola baxır. 

Ġlahi… Köks ötürürəm. 

–  Bilirsən,  əgər  mənə  söylədiklərini  eĢitmək 

istəmirsənsə, onda heç nə soruĢma. 

Mübahisə  eləmək  istəmirəm.  Ümumiyyətlə  o  haqlıdır: 

məgər  mən  bu  cəfəngiyatdan  baĢ  çıxarıram?  Həm  də  bunu 

istəyirəmmi?  Mən  baĢlıca  ―günahları‖  sadalaya  bilərəm: 

onun  hər  Ģeyi  nəzarətdə  saxlamaq,  himayə  eləmək  meyli, 

xüsusilik  instinkti,  qısqanclıq.  Və  mən  yenə  də  yaxĢı  baĢa 

düĢürəm ki, bu, nədən qaynaqlanır. Mən, hətta baĢa düĢürəm 

ki,  o,  niyə  toxunuĢlara  qarĢı  dözümsüzdür  –  bədənindəki 




www.vivo-book.com 

 

882 



çapıqları  görmüĢəm.  Və  yalnız  güman  eləyə  bilərəm  ki, 

qəlbində  nə  qədər  çapıq  var,  yalnız  bir  dəfə  onun  gecə 

vahiməsinin Ģahidi olmuĢam. Doktor Flinnsə dedi ki… 

–  Bilmək  istəyirəm,  nəyi  müzakirə  eləmisiniz,  – 

Kristian  düĢüncələrimi  yarıda  kəsir.  О,  maĢını  Ġ-5 

Ģosesindən 172-ci yola döndərir, qərbə sarı, üfüqdən asılmıĢ 

günəĢə doğru. 

– O məni sənin məĢuqən adlandırdı. 

– Doğrudan? – Səsinin ahəngi barıĢdırıcıdır. – Noolar, 

öz terminlərini aydın seçə bilir. Yəqin ki, bu, dəqiq tərifdir. 

Razısan? 

– Öz sabmissivlərini məĢuqə hesab edirdin? 

Kristian yenidən alını qırıĢdırır, bu dəfə o düĢünür. 

―Saab‖ı yenidən Ģimala yönləndirir. Hara gedirik? 

–  Yox.  Оnlar  seksual  partnyorlar  idilər,  –  səsindəki 

ehtiyatlılıqla  mızıldanır.  –  Sən  yeganə  məĢuqəmsən.  Və 

istəyirəm ki, daha mühüm olan yeri tutasan. 

А,  yenidən  o,  sehrli,  geniĢ  imkanlar  açan  o  söz.  О 

məndə  təbəssüm  oyadır  və  fikrən  özümü  qucaqlayıb 

sevincimi içimdə doğuram. 




www.vivo-book.com 

 

883 



– Bilirəm, – pıçıldayır, məftunluğumu hər cür vasitəylə 

gizlətməyə  çalıĢıram.  –  Mənə,  sadəcə,  bir  qədər  vaxt 

lazımdı, Kristian. Yoxsa son günlər baĢım gicəllənir. 

Kristian  baĢını  yana  əyib  mənə  qəribə,  heyrətlənmiĢ 

tərzdə baxır. 

Bir  neçə  saniyə  sonra  iĢıqforun  yaĢıl  iĢığı  yanır. 

Kristian  baĢıyla  təsdiqləyib  musiqinin  səsini  artırır. 

Müzakirəmiz bitdi. 

Van  Morrison  hələ  də  oxuyur,  indi  isə  böyük 

nikbinliklə,  füsunkar  gecə  və  Ay  iĢığı  altında  rəqs  haqda. 

Pəncərədən  günəĢin  qürubundan  doğan  qırmızı  iĢığa 

boyanmıĢ  Ģam  və  küknar  ağalarına  baxıram;  onların  uzun 

kölgəsi yolun o biri üzünədək uzanır. Kristian maĢını torpaq 

yola döndərir və biz qərbə, körfəzə doğru gedirik. 

–  Hara  gedirik?  –  növbəti  döngədən  sonra  yenidən 

soruĢuram.  Adı  oxumağa  macal  tapıram  –  ―9  Аve  СЗ‖. 

QayğılanmıĢam. 

– Sürpriz, – Kristian  deyir və sirli Ģəkildə gülümsəyir. 

 

 



www.vivo-book.com 

 

884 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



www.vivo-book.com 

 

885 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

18-ci fəsil 

 

Ġndi  biz  səliqə-sahmanlı  birmərtəbəli  taxta  evlərin 



yanından keçirik: uĢaqlar basketbol oynayır, velosiped sürür 

və  ya  küçədə  qaçıĢırlar.  Ġdillik  mənzərəni  qollu-budaqlı 

ağaclar tamamlayır. Bəlkə qonaq gedirik? Bəs kimgilə? 



www.vivo-book.com 

 

886 



Bir  neçə  dəqiqə  sonra  Kristian  maĢını  kəskin  Ģəkildə 

sola  döndərir  və  biz  ağ,  naxıĢlı  metal  darvazalı  və  çınqıl 

hasarlı  evin  qarĢısında  peyda  oluruq.  Kristian  qapı 

dəstəyindəki  düyməni  basır  və  ĢüĢə  aĢağı  enir.  Sonra  o, 

pultda nömrə yığır və darvaza qapıları taybatay açılır. 

О  mənə  baxır  və  üzünün  ifadəsi  dəyiĢir.  Kristian 

inamsız görünür, hətta həyəcan keçirir. 

–  Nolub?  –  soruĢur,  səsimdəki  qayğılanmanı  gizlədə 

bilmirəm. 

–  Bir  ideya  var,  –  sakitcə  cavab  verir  və  ―Saab‖ı 

darvazaya sarı döndərir. 

Biz xiyabanla üzü yuxarı çıxır, o, yetərincə geniĢdir, iki 

avtomobil  yanaĢı  gedə  bilər.  Bir  tərəfdə  sıx  ağaclar,  digər 

tərəfdə  ağac  sırasının  arxasındakı  zəmi.  Ġndi  orda  çöl 

çiçəklərinin bitdiyi çəmənlikdir, lap kəndi xatırladır; axĢam 

rüzgarı qürubun qızılı rəngə boyadığı otları tərpədir. Hər Ģey 

xoĢ  təsir  oyadır  və  ruhu  rahatladır.  Qəfildən  çəməndə  necə 

uzandığımı  və  mavi  yay  səmasına  necə  tamaĢa  elədiyimi 

təsəvvür eləyirəm. O qədər Ģirnikdirici fikirdir ki, evçün lap 

darıxdım. Necə də qəribədir! 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə