Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə155/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   151   152   153   154   155   156   157   158   ...   172

www.vivo-book.com 

 

887 



Növbəti döngədən sonra qızılı  çınqıldan olan əzəmətli 

evin qarĢısına çıxırıq. Ev Aralıq dənizi üslubunda tikilib və 

sarayı  xatırladır.  Bütün  iĢıqlar  yanır  və  pəncərələrdən  iĢıq 

süzülür.  Dörd  maĢın  tuta  biləcək  qarajın  qarĢısında  böyük, 

qara  ―BMV‖  dayanıb,  amma  Kristian  maĢını  möhtəĢəm 

sütunlu eyvanın yanında saxlayır. 

Maraqlır burda kim yaĢayır? Və bura niyə gəlmiĢik? 

Kristian  narahat  halda  ətrafa  boylanır  və  mühərriki 

söndürür. 

– Sən dərrakəni açıq saxlaya bilərsənmi? – soruĢur. 

Qüssələnirəm. 

–  Kristian,  tanıĢlığımızın  ilk  günündən  bəri  mənə 

həmiĢə aydın dərrakə lazım olur. 

О, kinayəylə gülümsəyir və baĢını tərpədir. 

– Ədalətli etirazdır, miss Stil. Gedək. 

Tünd  ağacdan  olan  qapılar  açılır.  Astanada  tünd-

Ģabalıdı saçlı qadın dayanıb, təbəssümü səmimidir, əynində 

zövqlü  yasəmən  rəngli  kostyum  var.  Sevinirəm  ki,  iĢdən 

sonra  əynimi  dəyiĢmiĢ,  dəniz  dalğası  rəngində  don-köynək 

geymiĢəm, doktor Flinnin xoĢuna gəlməkdən ötrü. Hə də, bu 




www.vivo-book.com 

 

888 



qadın kimi ―killer-daban‖ geyinmirəm, amma hər halda cins 

Ģalvarda deyiləm. 

–  Mister  Qrey,  salam,–  qadın  hərarətlə  gülümsəyir  və 

onlar bir-birinin əlini sıxır. 

– Salam, mis Kelli, – Kristian nəzakətlə deyir. 

Qadın mənə baxaraq gülümsəyir və əlini uzadır. Onun 

xəcalətdən  qızarması  və  Kristiana  yönəltdiyi  tünd  baxıĢlar 

qısqanc baxıĢımdan yayınmır. 

– Olqa Kelli, – qadın Ģən halda elan eləyir. 

– Аnа Stil, – cavab olaraq mızıldanıram. 

Bu  qadın  kimdir?  О,  kənara  çəkilir,  bizi  içəri  buraxır. 

Ġçəridə  Ģok  keçirirəm.  Saray  boĢdur,  tamamilə  boĢ.  GeniĢ 

vestibüldə  dayanmıĢıq.  Divarlar  solğun  limon  rəngindədir, 

və bir vaxtlar rəsmlərin asıldığı yerlərdə rəng azca tünddür. 

Köhnə  dəbli  büllur  çıraqlar.  DöĢəmə  tünd  rəngdə,  hansısa 

möhkəm  ağacdan.  Bizdən  hər  iki  tərəfdə  qapalı  qapılar. 

Amma Kristian baĢ verənləri anlamaq üçün macal vermir. 

– Gedək, – deyir və əlimdən tutaraq məni tağ altından 

keçirib daha geniĢ holla aparır. 

 



www.vivo-book.com 

 

889 



Hollda  burma  pilləkən  var.  Kristian  burda  da  çox 

ləngimir  və  məni  böyük  salona  aparır. Bura  da  bomboĢdur, 

iri xalçanı nəzərə almasaq. Bu böyüklükdə xalçanı hələ heç 

zaman görməmiĢəm. Hə, bir də dörd büllur çilçıraq. 

Kristianın 

niyyətini 

salondan 

keçərək 


fransız 

qapılarından  iri  daĢ  terrasa  çıxdıqda  anladım.  AĢağıda  – 

futbol meydançasının yarısı boyda səliqəli çəmənlik, ondan 

o yana açıq məkan. Оhо!.. 

GünəĢin körfəz üzərində qürubu! Bu mənzərədən necə 

ilham  almayasan.  Heyranlıqdan  ayaqlarım  yerdən  üzülür. 

Uzaqda  Beynbric  adası,  ondan  da  uzaqda  büllur-axĢam 

günəĢi  üfüqün  arxasına  keçir,  Olimpiya  Milli  Parkının 

səmasını qan və od çalarında qırmızı rəngə boyayaraq. Tünd 

qırmızı  zolaqlar  göy  üzünü  örtür,  pərqu  buludlar  və  uzaq 

sahildəki  meĢələr  də  tünd  yaĢıl  rəng  alırlar.  Bu  təntənəli 

vizual  simfoniyanı  səmavi  orkestr  ifa  eləyir  və  o,  körfəzin 

durğun  sularında  əks  olunur.  Mən  heyran  qalmıĢam, 

yerimdə  duraraq  bu  gözəlliyi  uğursuz  Ģəkildə  içimə 

doldurmaq istəyirəm. 



www.vivo-book.com 

 

890 



Bir müddətdən sonra aĢkarlayıram ki, havam çatmır, bu 

gözəllikdən  artıq  nəfəs  ala  bilmirəm.  Kristian  hələ  də 

əlimdən tutub. AxĢam səmasından gözlərimi güclə ayırır və 

görürəm ki, Kristian narahat halda mənə boylanır. 

–  Məni  bura  qüruba  tamaĢa  eləməkçün  gətirmisən?  – 

pıçıldayıram. 

О, ciddi simayla baĢını tərpədir. 

–  Kristian,  bu  mənzərə  adamın  ağlını  baĢından  alır. 

Çox  sağ  ol,  –  mızıldanır  və  yenidən  mənzərəni  seyr 

eləyirəm. О əlimi buraxır. 

– Ömrünün sonuna kimi bu mənzərəyə tamaĢa eləmək 

istəyirsənmi? – güclə eĢidiləcək tərzdə soruĢur. 

Nə?  Yenidən  ona  sarı  çevrilirəm;  heyrətlənmiĢ  mavi 

gözlər  düĢüncəli  boz  gözlərə  baxır.  Yəqin  ki,  çənəm  yerə 

dəyir. Mənasız Ģəkildə gözlərimi döyürəm. 

– Mən həmiĢə dəniz kənarında yaĢamağı arzulamıĢam. 

Mən  katamaranla  dənizdə  səyahətə  çıxıb  həsədlə  bu  evlərə 

baxmıĢam.  Оnlar  çoxdandı  ki,  satıĢa  çıxarılmırdı.  Torpaq 

sahəsi  almaq,  bu  evi  sökmək  və  yenisini  tikmək  istəyirəm, 



www.vivo-book.com 

 

891 



bizimçün,  –  o  pıçıldayır  və  onun  gözlərində  yeni  ümid  və 

arzular parlayır. 

Lənət  Ģeytana!  Mən  ayaq  üstə  güclə  dayanmıĢdım  və 

yaxĢı ki, yerə yıxılmırdım. BaĢım hərlənir. Burda yaĢamaq! 

Bu füsunkar yerdə! Ömrümün sonunadək… 

–  Amma  bu,  sadəcə,  növbəti  fantaziyamdı,  –  o, 

ehtiyatla əlavə edir. 

Evə  baxıram,  gözəyarı  qiyməti  müəyyənləĢdirməyə 

çalıĢıram. Yəqin ki, bir anbar pulla dəyər – beĢ, on milyon 

dollar? Məbləği təsəvvür eləmək belə çətindir. Оhо! 

–  Niyə  bunu  sökmək  istəyirsən?  –  soruĢuram.  Onun 

sifəti dartınır. Yooox… 

– Mən daha ekoloji bir evdə yaĢamaq istəyirəm, müasir 

texnologiyası olan ev. Eliot belə evlər inĢa eləyir. 

Böyük salona nəzər yetirirəm. Miss Olqa Kelli bizdən 

çox  aralı  durub,  giriĢin  yanında.  O,  əlbəttə,  rieltordur.  Ġndi 

fikir verirəm ki, salon çox böyük və hündürdür, o, bir qədər 

―Eskala‖dakı  qonaq  otağına  oxĢayır.  Yuxarı  da  eyvan  var, 

yəqin ki, ora burma pilləkənlə qalxırlar. Salondakı sobanı da 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə