Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə163/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   159   160   161   162   163   164   165   166   ...   172
    Bu səhifədəki naviqasiya:
  • Kimdən

www.vivo-book.com 

 

933 



Uzun-uzadı  oturub  mobil  telefonun  ekranına  baxıram. 

Sonuncu  mesajın  qəzəbi  məni  peĢman  eləyib.  Niyə  belə? 

Axı mən keçmiĢ kiĢilərimin erotik fotolarını gizlətmirəm. 

 

Kimdən: AnasteyĢa Stil 



Mövzu: DiĢə diĢ 

Tarix: 17 iyun 2011-ci il. 09.14 

Kimə: Kristian Qrey 

 

Bu gün sənin ad günün üçündür. 



Daha bir sürpriz. 

Hirslənmə. 

 

Ax 

 

O dərhal cavab vermədi, mənisə iclasa çağırdılar, buna 



görə də çox düĢünməli olmadım. 

Smartfonu  yenidən  xatırladıqda,  dəhĢətlə  görürəm  ki, 

artıq  dörd  saat  keçib.  Gün  necə  də  tez  bitdi!  Kristiandan 

xəbər yoxdur. Yenidən ona yazıram . 




www.vivo-book.com 

 

934 



 

Kimdən: AnasteyĢa Stil 

Mövzu: Salam  

Tarix: 17 iyun 2011-ci il. 16.03 

Kimə: Kristian Qrey 

 

Mənimlə danıĢmaq istəmirsən? 



Unutma,  bu  gün  Xoseylə  görüĢürəm.  Hardasa 

oturacağıq, sonra o bizdə gecələyər. 

XahiĢ edirəm bizə qoĢulmaq barədə düĢün. 

 

Ax 

 

O, cavab vermir və mən özümü pis hiss eləyirəm. Ümid 



edirəm  ki,  hər  Ģey  qaydasındadır.  Mobil  telefonuna  zəng 

eləyirəm  və  mən  səsli  mesaj  bölümünə  düĢürəm.  Yalnız 

―Qrey, məlumatı qoyun‖, buz kimi soyuq ahənglə. 

–  Salam…  ee…  bu  mənəm,  Аnа.  Hər  Ģey 

qaydasındadı?  Mənə  zəng  elə,  –  dilim  dolaĢa-dolaĢa 

mızıldanıram. 




www.vivo-book.com 

 

935 



Mən 

hələ 


bu 

vaxtacan 

ona 

səsli 


məlumat 

göndərməmiĢəm. PəriĢanlıqdan qızarıram. ―Səfeh, əlbəttə, o 

biləcək  ki,  bu  sənsən!‖  –  təhtəlĢüurum  donquldanır. 

Hələliksə onun katibəsinə zəng etmək ağlımdan keçir, amma 

bu addımı atmaqdan çəkinib həvəssiz iĢimi davam eləyirəm. 

 

Qəfildən  telefon  zəng  çalır.  Ürəyim  yerindən  atılır. 



Kristian! Yox, bu Keytdir, ən yaxĢı rəfiqəm, nəhayət ki! 

– Аnа! – dəstəyə qıĢqırır. 

– Keyt! Qayıtmısan? Elə darıxmıĢam ki. 

–  Elə  mən  də.  Sənə danıĢmalı  o qədər Ģey  var  ki.  Biz 

Sitakadayıq,  mən  və  ərim,  –  hırıldayıb  gülür,  heç  Keytdən 

çıxmayan Ģey. 

– Əla. Mən də sənə çox Ģey danıĢacam. 

– Evdə görüĢək? 

–  Mən  Xoseylə  görüĢürəm,  bir  yerdə  oturacağıq.  Bizə 

qoĢul. 


– Xose Ģəhərdədi? Əlbəttə, gələrəm. Harda olsaz, SMS 

yaz. 


– Аhа, – iĢıq saçıram. 


www.vivo-book.com 

 

936 



– Hər Ģey qaydasındadı, Аnа? 

– Hə, hər Ģey yaxĢıdı. 

– Kristisanla bir yerdəsiz? 

– Hə. 


– YaxĢı. Çao-kakao! 

Ah, o da bu sözdən yapıĢıb. Eliotun təsiri hədd-hüdud 

bilmir. 

– Hə, çao-kakao, balaca. 

 

Mən gülməkdən xortuldayıram və Keyt söhbəti bitirir. 



Lap  yaxĢı,  Keyt  qayıtdı.  Ona  baĢ  verən  hər  Ģeyi  necə 

danıĢım?  Gərək  hər  Ģeyi  əvvəlcə  yazam,  heç  nəyi 

unutmamaqdan ötrü. 

Bir saat sonra iĢ telefonu zəng çalır. Kristian? Yox, bu 

Klerdir. 

–  Аnа,  sən  bircə  qəbuluna  gəlmək  istəyən  oğlanı 

görəydin. Bu cür yaraĢıqlı oğlanları hardan tapırsan? 

Yəqin  ki,  Xosedir.  Saata  baxıram  –  beĢ-əlli  beĢ. 

Ürəyim  sevinclə  döyünür.  Vaxt  əbədiyyət  kimi  keçmiĢdi, 

hiss etməmiĢdim. 




www.vivo-book.com 

 

937 



– Аnа, vau! Əla görünürsən. Elə böyümüsən ki, – ağzı 

qulağının dibinə gedib çıxıb. 

Çünki yaraĢıqlı libasdayam… Həəə. 

O məni möhkəm qucaqlayır. 

– Hə, yaman böyümüsən, – heyrətlə mızıldanır. 

–  Bu  ayaqqabılara  görədi,  Хоse.  Elə  özün  də  pis 

görünmürsən. 

Əynində  cins  Ģalvar,  qara  mayka  və  flanel  rəngli,  ağ-

qara damalı köynək var. 

– ƏĢyalarımı götürüm, gedək. 

– Əla. Səni burda gözləyirəm. 

 

Adamla  dolu  barda  iki  açıq  ―Rolinq  Rok‖  pivəsi 



götürüb Xosenin oturduğu masaya sarı gedirəm. 

– Kristianın evini tez tapdın? 

–  Hə.  Ġçəri  girmədim.  Sadəcə,  fotoları  xidməti  liftin 

yanına  gətirdim.  Orda  Teylor  adlı  oğlan  fotoları  məndən 

təhvil aldı. Yaman dəbli yerə oxĢayır. 

– Əlbəttə. Hələ içərini görsən... 

– Həsrət çəkirdim. ―Salyut‖, Аnа. Sietl sənə düĢüb. 



www.vivo-book.com 

 

938 



Utanıram.  ġüĢələri  toqquĢdururuq.  Mənə  düĢən 

Kristiandır. 

– ―Salyut‖. Mənə sərgindən danıĢ, necə keçdi. 

O, iĢıq saçır və danıĢmağa baĢlayır. Bütün fotoları satıb 

demək  olar  ki,  üçündən  baĢqa,  bu  isə  o  deməkdir  ki,  artıq 

təhsil  kreditlərini  ödəmək  gücündədir,  hələ  az-maz  pulu  da 

qalacaq. 

– Bundan baĢqa, mənə Portlendin turizm üzrə Komitəsi 

bir  neçə  peyzaj  sifariĢ  verib.  Necədi,  hə?  –  qürurla  xəbər 

verir. 


– Hə, Xose, iĢlərin yaxĢıdı. Bu, təhsilinə mane olmur? 

– Yoox. Siz çıxıb getdiniz, üstəlik, ünsiyyətdə olduğum 

daha üç tanıĢım, odur ki, xeyli boĢ vaxtım yarandı. 

–  Çənə  döyməyə  rəfiqə  tapmadın?  Sonuncu  dəfə  səni 

gördükdə  yarım  düjün  gözəlçə  hər  bir  sözünü  havada 

tuturdu, – qaĢlarımı qaldıraraq ona baxıram. 

– Yoox, Аnа. Onlardan biri də məni maraqlandırmır, – 

onun ötkəmliyini görürəm. 

–  Hə,  əlbəttə,  Xose  Rodriges  arvad  sevməzdi,  – 

gülürəm. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   159   160   161   162   163   164   165   166   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə