Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə158/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   154   155   156   157   158   159   160   161   ...   172

www.vivo-book.com 

 

904 



Kristian ani olaraq yerində donub qalır və üstündə balıq 

olan çəngəl də havadadır. 

Mənə toxun. 

Bir  an  sonra  o  hələ  də  yemək  yeyir.  Ona  əhəmiyyət 

verməyib  ağzıma  daha  bir  balıq  tikəsi  qoyuram.  Sonra 

bıçağı kənara qoyub əlimi baldırımın içəri tərəfində gəzdirir, 

astaca  əlimlə  Ģapalaqlayıram.  Bu  məni  ehtiraslandırır,  həm 

də  özüm  bu  toxunuĢların  həsrətindəyəm.  Kristian  yenidən 

yerində donub qalır. 

– Bilirəm, neyləyirsən, – səsi xırıltılıdır. 

– Sizin nə istədiyinizi duyuram, mister Qrey, – sakitcə 

cavab  verirəm.  –  bütün  mahiyyət  də  bundadır.  –  Qulançar 

götürdüm, kirpiklərim arasından ona baxdım, sonra holland 

sousunda isladıb fırlatdım. 

–  Baxın,  miss  Stil,  elə  olmasın  ki  masanı  üstümə 

aĢırasınız,  –  gülümsəyərək  əlini  mənə  uzadır  və 

qulançarıəlimdən  alır,  heyf  ki  mənə  toxunmur.  Yox,  bu 

düzgün deyil, belə danıĢmamıĢdıq. Аh! 

– Ağzını aç, – əmr eləyir. 



www.vivo-book.com 

 

905 



Bu  döyüĢdə  mən  məğlub  oluram.  Yenidən  ona 

baxıram,  açıq-boz  odla  alıĢıb  yanırlar.  Azca  ağzını  açaraq 

dilimi  alt  dodağımda  gəzdirirəm.  Kristian  gülümsəyir  və 

gözləri tündləĢir. 

–  GeniĢ  aç,  –  əmr  eləyir  və  özü  dodaqlarını  aralayır, 

odur  ki,  dilini  görürəm.  Fikrən  inləyir  və  alt  dodağımı 

diĢləyir, sonra onun söylədiyini eləyirəm. 

Kristianın  kəskin  Ģəkildə  havanı  necə  içəri  aldığını 

eĢidirəm,  o  elə  də  məğlubedilməz  deyilmiĢ.  Lap  yaxĢı. 

Nəhayət ki, onu tora saldım. 

Gözümü  Kristiandan  çəkməyərək  qulançarı  ağzıma 

qoyur və sakitcə  sovururam  …  sakitcə… qulançarın ucunu. 

Holland sousu əladır. Bir tikəsini diĢləyib astaca həzz iniltisi 

çıxarıram. 

Kristian  gözlərini  yumur.  Hə!  O,  gözlərini  açdıqda, 

görürəm  ki,  bəbəkləri  geniĢlənib.  Effekt  özünü  gözlətmir. 

Ġniltiylə  əlini  çəkirəm,  ombasına  toxunmaqçun.  Təəccüblü 

olsa da, Kristian o biri əliylə biləyimdən yapıĢır. 

– Yox, lazım deyil, miss Stil, – incə tərzdə deyir. Əlimi 

ağzına  yaxınlaĢdır,  incə  tərzdə  dodaqlarıyla  barmaqlarımı 




www.vivo-book.com 

 

906 



qıdıqlayır.  Əzab  çəkirəm.  Nəhayət  ki!  Bir  az  da,  xahiĢ 

eləyirəm. 

– Mənə toxunma, – sakit və sərt Ģəkildə deyir və əlimi 

geri çəkir. Bu kiçik əlaqədən məyusam. 

– Bu düzgün deyil, – hirslənirəm. 

– Bilirəm. 

 

O, Ģampan qədəhini qaldırır, sağlıq deməkçün, mən də 



onun jestini təkrarlayıram. 

– Yeni təyinat münasibətiylə təbrik edirəm, miss Stil, – 

qədəhləri toqquĢdururuq və mən qızarıram. 

–  Hə,  gözlənilməz  oldu,  –  mızıldanıram.  О,  üzünü 

turĢudur, sanki ağlına xoĢagəlməz fikir gəlib. 

– Yenə, – əmr eləyir. – Balığı yeyib qurtarmayınca səni 

evə  aparmayacam.  Onda,  həqiqətən,  sənin  təyinatını  qeyd 

eləyəcəyik. 

О bunu elə hərarətlə, elə amiranə, hətta kobud deyir ki. 

Əriyirəm. 

– Ac deyiləm. Bunu istəmirəm. 



www.vivo-book.com 

 

907 



О,  baĢını  yelləyir;  görünür,  özündən  razıdır.  Bununla 

belə, acıqlı halda gözlərini qıyır. 

–  Ye,  yoxsa  səni  dizlərim  üstə  qoyub  burdaca 

kötəkləyərəm. Onda burdakı qonaqlar da əylənərlər. 

Onun  sözlərindən  yerimdə  qurcalanıram.  Buna  cürəti 

çatmaz! Dodaqlarımı kip sıxır və acıqlı halda ona baxıram. 

O isə qulançarın baĢını holland sousunda isladır. 

– Bunu ye, – oğrun halda mızıldanır. 

Tabe oluram. 

– Az yeyirsən. TanıĢlığımızdan sonra arıqlamısan. 

Mən  öz  çəkim  haqda  düĢünmək  istəmirəm.  Məsələ 

ondadır ki, mən qədd-qamətli olmağı xoĢlayıram. Qulançarı 

uduram. 

–  Mən,  sadəcə,  evə  getmək  və  seviĢmək  istəyirəm,  – 

kədərlə deyirəm. Kristian gülümsəyir. 

– Mən də. Gedəcəyik. Ye. 

Çəngəli  həvəssiz  əlimə  alıb  yeməyə  baĢlayıram. 

Düzünü  desəm,  mən  tumanımı  çıxarıb  maraqlı  davam 

gözləyirdim.  Ġndi  konfetdən  məhrum  olmuĢ  uĢaq  kimiyəm. 



www.vivo-book.com 

 

908 



Аh, o elə dəcəl, yaraĢıqlı, min bir oyundan çıxandı ki... həm 

də mənim! Bütünlüklə. 

Kristian  məndən  Ġtan  barədə  soruĢur.  Aydın  olur  ki, 

Kristian Keyt və Ġtanın atası ilə bizneslə məĢğul olur. Bax a, 

dünya  necə  də  darmıĢ.  ġadam  ki,  o,  doktor  Flinni  və  evi 

xatırlamır, çünki indi fikrimi toplaya bilmirəm. Evə getmək 

istəyirəm. 

Aramızda  ehtiras  intizarı  yaranır.  O  adamı  elə  həvəsə 

gətirə bilir ki. Mənə əzab verir. Özünə uyğun Ģəraiti yaradır. 

Yemək  tikələri  arası  əlini  öz  dizinə  qoyur,  mənə  lap  yaxın, 

amma mənə toxunmur, cırnadır ancaq. 

Əclaf!  Nəhayət,  balığı  və  göyərtini  yeyib  bitirir  və 

çəngəl-bıçağı boĢqaba qoyuram. 

–  Ağıllı  qız,  –  mızıldanır  və  bu  sözlər  mənə  çox  Ģey 

vəd edir. 

Üzümü turĢudaraq ona baxıram. 

– Ġndi nə olacaq? – soruĢuram. Ġstək qarnımı didir. Ah , 

bu kiĢini dəlicəsinə istəyirəm. 




www.vivo-book.com 

 

909 



– Nə? Gedirik. Deyəsən, müəyyən intizarınız var, miss 

Stil. Onları yerinə yetirmək niyyətindəyəm, var gücümü iĢə 

salaraq. 

Оhо! 


–  Var  ...gücümü...  iĢə  salaraq?  –  mızıldanıram.  Lənət 

Ģeytana. 

О gülümsəyib ayağa qalxır. 

– Pul ödəməyəcəyik? – təəccüblənirəm. 

О, baĢını yana əyir. 

–  Mən  klubun  üzvüyəm.  Bu  məbləği  hesabımdan 

çıxacaqlar. Gedək, AnasteyĢa. 

 

O,  kənara  bir  addım  atır,  məni  irəli  buraxır.  Tumansız 



olduğumu dərk edərək ayağa qalxdım. 

Kristian dumanlı baxıĢlarla məni seyr edir, sanki məni 

soyundurur.  Mən  arzulanan  qadın  olmam  fikrindən 

Ģadlanıram.  Özümü  elə  seksual  hiss  eləyirəm  ki...  bu 

yaraĢıqlı  oğlan  məni  istəyir.  HəmiĢə  belə  olacaqmı?  Onun 

qarĢısında  dayanaraq,  paltarımı  bilərəkdən  sığallayıram, 

xüsusən, omba hissəni. 



Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə