Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə152/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   148   149   150   151   152   153   154   155   ...   172

www.vivo-book.com 

 

868 



Qızardım.  Lənət  olsun…  o  mənim  psixikamda 

qurdalanmaq  istəyir.  Kristian  əlini  əlimin  üstünə  vurur  və 

diqqətlə üzümə baxır. 

– Hər Ģey qaydasındadı? – nəvaziĢlə soruĢur. 

Mən  gülümsəyir  və  baĢımın  hərəkətiylə  təsdiqləyirəm. 

Hə, biz Ģübhələri yox edirik, ingilis həkimin rüsxəti ilə. 

Kristian əlimi sıxır və Flinnə sarı çevrilir. 

– O necədi? – sakitcə soruĢur. 

Mən? 

– Heç, normal, – Flinn onu sakitləĢdirir. 



– YaxĢı. Məni gediĢatdan xəbərdar elə. 

– Eləyərəm. 

―Lənət Ģeytana! Оnlar Leyla haqda danıĢırlar‖. 

– Hə, gedib sənin vəzifə yüksəliĢini qeyd eləyəkmi? – 

Kristian çoxmənalı tərzdə soruĢur. 

Mən  utanaraq  təsdiqləyirəm  və  Kristian  yerindən 

qalxır. 

Biz  doktor  Flinnlə  tələsik  xudahafizləĢirik  və  Kristian 

tələsik məni qəbul otağından çıxarır. 

 



www.vivo-book.com 

 

869 



Küçədə mənə sarı çevrilir. 

–  Hə,  danıĢa  bildiniz?  –  Onun  səsində  narahatlıq 

sezirəm. 

– YaxĢı. 

О, Ģübhəli nəzərlərlə mənə baxır. BaĢımı yana əyirəm. 

–  Mister  Qrey,  xahiĢ  eləyirəm,  mənə  belə  baxmayın. 

Həkimin 

tövsiyəsi 

ilə 

sizə 


Ģübhənin 

faydasını 

göstərməliyəm. 

– Bu nə deməkdi? 

– Görərsən. 

О, gözlərini qıyır və ağzını əyir. 

–  Otur  maĢına,  –  o,  ―Saab‖ın  sərniĢin  qapısını 

mənimçün açır. 

Аhа,  mövzu  dəyiĢimi.  ―Blekberi‖  vızıldayır.  Onu 

çantadan çıxarıram. 

Lənət Ģeytana, Xose! 

– Salam! 

– Аnа, salam… 

Əlli  Çalara  baxıram,  o,  Ģübhəli  nəzərlərlə  mənə  göz 

ağardır. 



www.vivo-book.com 

 

870 



–  Хоse,  –  dodaqlarımla  tələffüz  edirəm.  Onun 

simasında heç bir ifadə yoxdur, amma gözlərində kiçik buz 

parçaları peyda olur. Kristian fikirləĢir ki, bunu görmürəm? 

Yenidən bütün diqqətimi Xoseyə yönəldirəm. 

– BağıĢla ki, sənə zəng eləmədim. Sabahkı günlə bağlı 

zəng  vurmusan?  –  Xosedən  soruĢuram,  amma  Kristiana 

baxıram. 

–  Hə,  qulaq  as,  mən  Qreyin  əməkdaĢı  olan  hansısa 

oğlanla  danıĢıram,  odur  ki,  bilirəm  fotoları  hara  gətirim. 

Saat beĢlə altı arası ora gələcəm… sonra azadam. 

Аhа! 

– Hə, indi mən Kristianın yanında yaĢayıram və o deyir 



ki, istəyirsənsə, onun mənzilində gecələyə bilərsən. 

Kristian  dodaqlarını  bir-birinə  sıxıb  üzünü  turĢudur. 

Həəə,  qonaqpərvər  ev  sahibi,  sənə  deməyə  daha  söz 

tapmıram. 

Хоse  uzun-uzadı  susub  xəbəri  həzm  edirdi.  Mən 

büzüĢdüm.  Mənim  Kristianla  onun  barəsində  danıĢmaqçun 

zamanım olmamıĢdı. 



www.vivo-book.com 

 

871 



– YaxĢı, – o deyir, nəhayət. – Kristianla münasibətlərin 

ciddidir? 

Mən  maĢından  uzaqlaĢıb  səkinin  baĢqa  yönü  boyu 

addımlayıram. 

– Hə. 

– Çox ciddi? 



Gözlərimi süzdürüb susuram. Kristian bunu niyə eĢitsin 

ki? 


– Ciddi. 

– Ġndi yanındadı? Buna görə qısa cavab verirsən? 

– Hə. 

– О'key. Sənə sabah mənimlə görüĢmək icazəsi verilib? 



–  Əlbəttə,  –  ümid  edirəm.  Və  ixtiyarsız  olaraq 

barmaqlarımı bir-birinin üstünə çıxarıram. 

– Harda görüĢəcəyik? 

–  ĠĢdən  sonra  mənimlə  görüĢə  bilərsən,  –  təklif 

eləyirəm. 

– YaxĢı. 

– Ünvanı sənə SMS-lə göndərərəm. 

– Saat neçədə görüĢürük? 




www.vivo-book.com 

 

872 



– Altıda necədi? 

–  Normal.  YaxĢı,  Аnа,  görüĢənədək.  Səbirsizliklə 

gözləyəcəm. Sənsiz darıxıram. 

Gülümsəyirəm. 

– Di yaxĢı, hələlik, – əlaqəni kəsir və çevrilirəm. 

Kristian  ―Sааb‖a  söykənib  və  diqqətlə  mənə  baxır; 

siması tamamilə laqeyddir. 

– TanıĢın necədi? – soyuq tərzdə maraqlanır. 

– Normal. О məni iĢdən götürəcək və fikrimcə, onunla 

harasa içməyə gedəcəyik. Bizə qoĢulmaq istəyirsən? 

Kristian  tərəddüd  edir,  boz  gözlərində  soyuqluq 

görürəm. 

– Sənə iliĢməyəcək, nə düĢünürsən? 

–  Yox!  –  Səsimə  bütün  emosiyamı  qatıram,  amma 

gözlərimi süzdürmürəm, bundan çəkinirəm. 

–  Di  yaxĢı,  –  Kristian  məğlubiyyətini  boynuna  alaraq 

hər  iki  əlini  havaya  qaldırır.  –  Öz  tanıĢınla  əylən,  mən  sizə 

axĢam qoĢularam. 

Mən  uzun-uzadı  dava  gözləntisindəydim  və  onun 

asanlıqla təslim olması məni hövsələdən çıxarır. 




www.vivo-book.com 

 

873 



– Görürsən? Mən ağıllı ola bilirəm, – gülümsəyir. 

Dodaqlarım  öz-özünə  təbəssümdən  büzüĢür.  Nolar, 

baxarıq. 

– Olar mən sükan arxasına keçim? 

Kristian təklifimdən heyrətlənir. 

– Mən istəməzdim. 

– Niyə? 

– Kiminsə məni maĢında aparmasını xoĢlamıram. 

–  Bu  gün  səhər  buna  tab  gətirmisən,  sükan  arxasında 

Teylorun da oturmasına dözürsən. 

– Mən Teylorun bacarığını yoxlayıram. 

– Bəs mənim bacarığıma etibar eləmirsən? – Əllərimlə 

ombalarıma  dayaqlanıram.  –  Sözün  düzü,  sənin 

diktatorluğun  sərhəd  tanımır.  Mən  on  beĢ  ildi  maĢın 

sürürəm. 

O  yalnız  çiyinlərini  çəkir,  sanki  bunun  heç  bir 

əhəmiyyəti yoxdur. Yox, o, sadəcə, dözülməzdir! ġübhənin 

faydası? YaxĢı, cəhənnəm olsun bu. 

– Bu mənim maĢınımdı? – acıqlanıram. 

О, qaĢlarını çatır. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   148   149   150   151   152   153   154   155   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə