Erika Leonard Ceyms Zülmətin əlli çaları



Yüklə 3,96 Mb.
Pdf görüntüsü
səhifə146/172
tarix26.09.2017
ölçüsü3,96 Mb.
#2155
1   ...   142   143   144   145   146   147   148   149   ...   172

www.vivo-book.com 

 

833 



Kristiana  baxıram  və  nəvaziĢimlə  üzündəki  qayğını 

silmək  istəyirəm.  Bir  əlimi  azad  edib  onun  yanağına  zərif 

tərzdə toxunuram – səhər təraĢından sonra elə Ģumaldır ki. 

– Nədən narahat olursan? – nəvaziĢlə soruĢuram. 

– Getməyindən. 

– Kristian, sənə nə qədər demək olar ki, heç yerə çıxıb 

gedən  deyiləm.  Sən  artıq  ən  qorxunc  Ģeyi  mənə  demisən. 

Səni atıb getməyəcəm. 

– Onda niyə mənə cavab vermədin? 

–  Sənə  cavab  vermədim?  Nəyə?  –  qeyri-səmimi 

mızıldanıram. 

– Аnа, bilirsən nəyi deyirəm. 

Köks ötürürəm. 

–  Kristian,  əmin  olmaq  istəyirəm  ki,  səninçün  yetərli 

olacam. Vəssalam. 

–  Sözlərimə  inanmaq  istəyirsən?  –  Qollarını  açaraq 

incik halda deyir. 

–  Hər  Ģey  elə  tez  baĢ  verdi  ki.  Özün  etiraf  elədin  ki, 

Ģəhvətin  əlli  çalarını  tapmalısan.  Sənə  ehtiyacın  olan  Ģeyi 

verə  bilmərəm,  –  mızıldanıram.  –  Buna  gücüm  çatmır. 




www.vivo-book.com 

 

834 



Amma adekvat olmadığımı duyaraq, xüsusən, səni Leyla ilə 

bir  yerdə  gördükdən  sonra.  Kim  zəmanət  verə  bilər  ki, 

günlərin bir günü sənin xoĢladığın Ģeyləri eləməyə hazır bir 

qadına  rast  gəlməyəcəksən?  Və  kim  zəmanət  verə  bilər  ki, 

sən...  ee…  o  qadına  tamah  salmayacaqsan?  Sənin 

ehtiyaclarını daha çox ödəyə bilən qadına. 

Kristianın baĢqa bir qadınla sekslə məĢğul olması fikri 

dözülməzdir.  BaxıĢlarımı  rəngi  ağarmıĢ  barmaqlarıma  sarı 

endirirəm. 

–  Mənim  bir  neçə  qadınım  olub  ki,  elədiklərim 

xoĢlarına  gəlib.  Onlardan  heç  biri  sənin  qədər  xoĢuma 

gəlməyib.  O  qadınlardan  heç  biri  ilə  hissiyyatlı  əlaqəm 

olmayıb. Yalnız səninlə, Аnа. 

– Çünki heç vaxt onlara bu imkanı verməmisən. Sən öz 

qapalı  qalanda  çox  uzun  müddət  keçirmisən.  YaxĢı  gəl  bu 

barədə  sonra  danıĢaq.  Mən  iĢə  getməliyəm.  Bəlkə  doktor 

Flinn bizə nəyisə anlamağa kömək elədi. 

 

Avtomobil yanacağında, saat doqquza on dəqiqə qalmıĢ 



bu  çox  ağır  söhbətdir  və  Kristian,  deyəsən,  mənimlə 


www.vivo-book.com 

 

835 



həmrəydir.  О,  baĢının  hərəkətiylə  təsdiqləyir,  amma 

gözlərində ehtiyatlılıq qalır. 

– Gedək, – əlini mənə uzadaraq əmr eləyir. 

 

Masama  yaxınlaĢdıqda  orada  dərhal  Elizabetin 



kabinetinə gəlmək barədə məktub görürəm. Ürəyim dayanır. 

Hə, bu da axırı. Ġndi deyəcəklər ki, iĢdən qovulmuĢam. 

–  АnasteyĢa,  –  Elizabet  gülümsəyir  və  əliylə 

qarĢısındakı  stulu  mənə  göstərir.  Oturur  və  intizarla  ona 

baxıram,  ümid  edirəm  ki,  o,  qəlbimin  gur  döyüntüsünü 

eĢitmir. Elizabet qalın qara saçlarını sığallayır və sərt, mavi 

gözləriylə mənə baxır. 

– Mənim sənə bir neçə kifayət qədər kədərli xəbərlərim 

var. 

Kədərli! Оy. 



– Sizi çağırıb bildirmək istəyirəm ki, Cek istefa verib. 

Üzüm  qızardı.  Mənimçün  bu,  kədərli  xəbər  deyil. 

Deyim ki, bunu bilirəm, ya yox? 



www.vivo-book.com 

 

836 



–  Onun  tələsik  istefasından  sonra  onun  yeri  boĢ  qalıb 

və  biz  istəyirik  ki,  Cekin  əvəzedicisi  tapılana  qədər  bu 

vəzifəni müvəqqəti icra edəsiniz. 

Nə? Üzümdən qanın necə qaçdığını duyuram. Mən? 

– Axı mən cəmi bir həftədir ki, iĢləyirəm. 

–  Hə,  АnasteyĢa,  baĢa  düĢürəm,  amma  Cek  sizin 

qabiliyyətiniz  haqda  həmiĢə  yüksək  fikirdə  olub.  O  sizə 

böyük ümidlər bəsləyirdi. 

Hə, əlbəttə… О ümid edirdi ki, mənimlə yatacaq. 

– Burada redaktor iĢinin dəqiq təsviri var. Onu oxuyun 

və az sonra sizinlə bunları müzakirə edərik. 

– Axı… 


– Hə, hə, baĢa düĢürəm ki, bu qəfil oldu, amma siz artıq 

Cekin 


müəllifləri 

ilə 


təmasda 

olmusunuz. 

Sizin 

rezyumlarınız redaksiyada hamıya məlumdur. Gözəl zəkanız 



var,  АnasteyĢa.  Biz  hamımız  əminik  ki,  iĢin  öhdəsindən 

gələcəksiniz. 

– О'key, – inanılmazdır. 

–  Bir  sözlə,  fikirləĢin.  Cekin  kabinetində  otura 

bilərsiniz. 



www.vivo-book.com 

 

837 



Elizabet ayağa qalxır, mənim anlamazlığıma əhəmiyyət 

belə  vermir  və  əlini  mənə  uzadır.  Mən  beyni  dumanlanmıĢ 

halda onun əlini sıxıram. 

 

–  ġadam  ki,  o,  iĢdən  çıxdı,  –  Elizabet  pıçıldayır, 



üzündən kölgə keçir. Lənət Ģeytana… Cek ona neyləyib? 

Öz  masama  qayıdaraq  ―blekberi‖ni  götürdüm  və 

Kristiana zəng elədim. 

Ġkinci çağırıĢ siqnalından sonra zəngə cavab verir. 

– АnasteyĢa, nəsə baĢ verib? – qayğılı halda soruĢur. 

– Məni indicə Cekin yerinə oturdublar, hə, müvəqqəti, 

– deyirəm. 

– Zarafat eləyirsən, – inamsız halda pıçıldayır. 

–  Bu  iĢdə  əlin  varmı?  –  Səsim  kəskin  səslənir, 

istədiyimin əksinə. 

–  Yox,  АnasteyĢa,  yox,  həqiqətən,  yox.  Sənin 

istedadına  bütün  qəlbimlə  inanmağıma  baxmayaraq,  axı 

cəmi bir həftədir orda iĢləyirsən, məni düzgün baĢa düĢ. 

–  BaĢa  düĢürəm,  –  qaĢ-qabağımı  tökürəm.  –  Görünür, 

Cek məni, doğrudan da tərifləyibmiĢ. 



www.vivo-book.com 

 

838 



–  Doğrudan?  –  Kristianın  səsində  buz  kimi  soyuqluq 

peyda  olur,  sonra  onun  ah  çəkdiyini  eĢidirəm.  –  Hə,  nolar, 

balaca,  madam  onlar  bu  fikirdədir  ki,  sən  iĢin  öhdəsindən 

gələ  bilərsən, deməli,  bu  həqiqətdir.  Təbrik  eləyirəm.  Bunu 

doktor Flinnlə görüĢdən sonra qeyd etməyə məncə dəyər. 

– Eee… sən doğrudan bu iĢə barmaq bulamamısan? 

О, uzun-uzadı susur, sonra acıqlı səs ahəngiylə soruĢur: 

– Sözlərimə Ģübhə eləyirsən? Bu xoĢuma gəlmir. 

Boğazımdakı qomu uduram. Ġlahi, özündən necə də tez 

çıxır! 


– BağıĢla, – mızıldanıram. 

– Əgər sənə bir Ģey lazım olsa, xəbər elə. Mən gələcəm. 

Və AnasteyĢa… 

– Nə? 


–  Öz  ―blekberi‖ndən  istifadə  elə,  –  quru  tərzdə  əlavə 

edir. 


– Hə, Kristian. 

О, əlaqəni qırmır, gözlədiyim kimi, köks ötürür. 

– Ciddi deyirəm. Sənə lazım olsam, dərhal gələcəm, – 

indi sözləri yetərincə yumĢaq səslənir. 




Yüklə 3,96 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   172




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə