Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

38 
 
1905-1907,  1918-1920-ci  illərdə  və  1988-ci  ildən  sonra  törədilən  qanlı 
toqquĢmaların  Ģərhinə  ikili  münasibət  -  Azərbaycanda  bu  barədə  susmağın  üstün 
tutulması,  Ermənistanda  isə,  əksinə  düĢmənçilik  münasibətlərinin  geniĢ  vüsət 
almasına  zəmin  yaratmıĢdır.  Bu  zəmin  üzərində  uzun  illərdir,  belə  bir  mənzərə 
yaradılmıĢdır  ki,  guya  əsrin  əvvəlində  də,  sonunda  da  törədilən  milli  qırğınlar 
zamanı,  indinin  özündə  belə,  ölən-öldürülən  də,  yurd-vuvasından  qovulub  evsiz-
eĢiksiz qalan da, torpaqları zorla əlindən alınan da dünyada ən dəhĢətli müsibətlərə 
düçar olan da ermənilərdir. Həmin qanlı faciələr haqqında susmaq isə hələ də qanı 
sızmaqda  olan  sağalmaz  yaralara  biganə  qalmaq  deməkdir.  Azərbaycan  tərəfinin 
milli  ədavət  üzündən  çəkdiyi  müsibətlərin  qıfıl  altında  saxlanılması,  əslində 
qarĢıdurmanı zəiflətməmiĢ,  əksinə  onun  güclənməsinə  əlveriĢli Ģərait  yaratmıĢdır. 
Ermənilər əsrlərdən bəri Azərbaycanlılara qarĢı törətdikləri soyqırımların, dünyada 
görünməmiĢ  vəhĢiliklərin  müqabilində  özlərinə  qarĢı  uydurma  türk  genosid 
siyasətinin  həyata  keçirildiyini  uyduraraq,  əfsanəvi  genosidin  ildönümünü  hər  il 
aprel  ayının  24-də  keçirtməyi  planlaĢdırıblar.  Bununla  da,  dünya  ictimaiyyəti 
qarĢısında  özlərinə  haqq  qazandırmağa,  törətdikləri  vəhĢilikləri,  soyqırımları 
ildırım surəti ilə iĢləyən təbliğat maĢınlarının köməyilə ört-basdır etməyə çalıĢırlar. 
XIX  əsrin  axırı  və  XX  əsr  azərbaycanlıların  həyatında  ən  dəhĢətli 
iĢgəncələr, qırğınlar, soyqırım və mənəvi genosid dövrü olmuĢdur. 
Tarixi  mənbələrə  əsasən  indiki  Ermənistanın  ərazisində  əvvəllər  mövcud 
olan  Ġrəvan  quberniyasının  Ġrəvan,  Eçmiədzin,  Yeni  Bayazid,  Aleksandropol 
qəzalarında,  Tiflis  quberniyasının  Lori-Pəmbək  (Borçalı  mahalı),  Gəncə 
quberniyasının  Zəngəzur  və  Qazax-Dilican  qəzalarında  2310  yaĢayıĢ 
məntəqəsindən,  Kənddən  2000-i  azərbaycanlılara  mənsub  olmuĢdur.  Erməni 


39 
 
əhalisi  əassən  1828-1830-cu  illərdə  və  1915-1918-ci  illərdə  Türkiyədən,  Ġrandan 
köçürülüb gətirilmiĢdir. 
Erməni-azərbaycanlı    münasibətlərindən    tamamilə    kənar  olan,  hadisələrə 
olduqca  obyektiv  yanaĢan  ABġ  professoru  Castin  Makkarti  “Genosid 
olmuĢdurmu?”  adlı  kitabında  rus  və  müstəmləkə  siyasətini  xarakterizə  edərkən 
yazır  ki:  “1828  və  1854-cü  illərdə  ruslar  iki  dəfə  ġərqi  Anadoluya  hücum  etmiĢ, 
hər  iki  dəfə  yerli  ermənilər  onların  tərəfini  saxlamıĢlar.  Hər  iki  halda  ruslar  çıxıb 
getməli  olanda  özləri  ilə  100  min  erməni  tərəfdarını  Qafqaza  gətirmiĢ,  onları 
qovulmuĢ müsəlmanların evlərində yerləĢdirmiĢlər. Ġrəvan quberniyasının 1828-ci 
ilə kimi əhalisinin 80 faizi müsəlmanlar idi”. 
Professor  daha  sonra  yazır:  “Əlbəttə,  gətirilən  bu  rəqəmlər  dəqiq  olmaya 
bilər  və  əlavə  tədqiqat  obyekti  lazımdır.  Lakin,  biz  dəqiq  bilirik  ki,  1820-ci  ildən 
1920-ci  ilədək  təxminən  600  min  erməni  rus  imperiyasının  ərazisinə 
köçürülmüĢdür. 2 milyon müsəlman Rusiyadan getmiĢdir”. 
Qafqazın Rusiya imperiyası tərəfindən iĢğalının və xüsusilə Bakı, Dərbənd, 
Lənkəran,  Gəncə,  Qarabağ,  Naxçıvan,  Ġrəvan  xanlıqlarının  ləğvindən  sonra  əzəli 
Azərbaycan  torpaqlarında  ardıcıl  olaraq  ermənilərin  yerləĢdirilməsi  və 
azərbaycanlıların  elliklə  qovulması  prosesi  baĢlanır.  Bu  məqsədlə  erməni  vilayəti 
deyilən  xüsusi  inzibati  bölgə  yaradılır  və  sonra  o,  Ġrəvan  quberniyasına  çevrilir. 
Quzey  Azərbaycan  xalqı  isə  amansız  erməni  və  Çar  Rusiyasının  zülmü  altına 
düĢür. 
1905-1907  və  1914-1920-ci  illərdə  ermənilər  tərəfindən  qanlı  qırğınlar 
törədilmiĢ, təxminən yarım milyon insan erməni terrorunun qurbanı olmuĢdur. 
1905-ci  ildə  ermənilərin  türklərə  qarĢı  törətdikləri  qanlı  faciələr 
Azərbaycanın hər bir bölgəsini əhatə etmiĢdi. 
1905-ci  il  hadisələrindən  bəhs  edən  M.S.Ordubadinin  tarixi  sənədlər 
əsasında  yazdığı  “Qanlı  illər”  (1911-ci  il)  əsərinin  80  ildən  artıq  bir  dövrdə 
qadağan  edilməsi  məlum  quruluĢun  yeritdiyi  mənfur  siyasətin  nəticəsidir.  Əsər 
1905-1907-ci  illərin  Qafqaz  iğtiĢaĢlarına  həsr  olunmuĢdur.  Əsərdə  Bakıda, 
Gəncədə,  Naxçıvanda,  Mehridə  və  digər  bölgələrdə  ermənilərin  törətdikləri 
toqquĢmalar, axıtdıqları günahsız qanlar və öldürdükləri qurbanlar barədə danıĢılır. 
Saqqarsuda  ermənilər  bəĢəriyyət  tarixində  misli  görünməmiĢ  elə  bir 
vəhĢiliklər  törətmiĢlər  ki,  bu  faĢizmi,  azərbaycanlılara  tutulan  divanı,  dəhĢətli 
səhnəni  “Qanlı  illər”  əsərində  (böyük  ədib)  M.S.Ordubadi  belə  təsvir  edirdi: 
“AğlaĢma  səsi  daĢların  təpəsindən  ermənilərin  sığınacaqlarında  -  səngərlərində 
əks-səda verirdi. Kəndin ağsaqqalı Molla Həsən Əfəndi də öz ailəsiylə Saqqarsuya 
qaçmıĢdı.  Kənddə  ancaq  qaçmağa  halı  olmayan  və  yaxud  qocalıqdan  gözləri 
tutulmuĢ qadın tayfaları qalmıĢdır ki, sübh olan kimi onların hamısı qətl olunub. 
Saqqarsuda  sığınmıĢ  müsəlman  camaatının  baĢı  üstündən  sübh  çağı  bir 
dəstə  “ya  Əli,  ya  Əli”  fəryadlarıyla  müsəlmanlara  sarı  gəldiyindən  çaĢmıĢ 
müsəlmanlar  “bu  gələn  qoĢun  Ġslam  qoĢunudur”  deyə  güman  edib  ağlaya-ağlaya 


40 
 
onların  qarĢısına  çıxırlar.  Gələn  dəstə  isə  ermənilər  imiĢ,  müsəlmanları  qırmağa 
baĢlayırlar. 
1920-ci ilin mayında ermənilərin bilavasitə köməyi ilə təcavüzkar XI Qızıl 
Ordu Gəncədə 12 mindən çox azərbaycanlını qırmıĢdı. Təkcə Zəngəzur qəzasında 
11  kənd  dağıdılmıĢ  və  qarət  edilmiĢdir.  Regionda  yaranmıĢ  gərgin  vəziyyətin 
“tarixin  təkrarı  ilə”  həmahəng  səsləndiyinə  görə  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin məruzəsindən sitat gətirmək məqsədə uyğundur. 
“Mərkəzi  yerlərdə,  hətta  öz  iqamətgahında  da  az  da  olsa  qayda-qanuni 
bərpa  etməyə  baĢı  qarıĢan  yenicə  yaranmıĢ  Azərbaycan  hökuməti  həm  də  fiziki 
gücünün azlığı nəticəsində Azərbaycanın böyük bir hissəsindəki vəziyyət haqqında 
mütəmadi,  real  məlumat  ala  bilmədiyinə  görə  ġuĢa,  Qaryağin,  CavanĢir  və 
Zəngəzur kimi ucqar qəzalarda baĢ verən hərəkata, təbii ki, lazımi səviyyədə diqqət 
yetirə  bilmirdi.  Bütün  bunların  nəticəsi  Azərbaycan  hökuməti  tərəfindən  adları 
çəkilən  qəzaların  dağlıq  hissələrindən  erməni  əhalisinin  böyük  əksəriyyətinin 
Azərbaycan  hökumətini  tanımaq  istəməməsi,  müsəlmanlara  qarĢı  düĢmən 
münasibətin  yaranması  oldu.  Andranikin  baĢçılığı  ilə  öz  “yürüĢlərini”  açıq-aydın 
elan  etmiĢ  erməni  qoĢun  hissələrinin  həmin  yerlərdə  peyda  olması  ilə  vəziyyət 
daha da gərginləĢdi. 
Zəngəzurun  Azərbaycandan  ayrılıb  Ermənistana  birləĢməsi  məsələsi  qəti 
Ģəkildə qoyuldu. Həmin rayonda 150-yə yaxın müsəlman kəndi dağıdıldı və qarət 
edildi,  külli  miqdarda  qaçqın  arasıkəsilmədən  Ağdama  və  baĢqa  rayonlara  axıĢıb 
getdi”. Zəngəzur Azərbaycanın qədim və əzəli torpağı olsa da artıq 1918-1919-cu 
illərdə  silahlı  erməni  dəstələri  azərbaycanlılar  yaĢayan  bir  çox  kəndləri  dağıdaraq 
ərazinin böyük hissəsinə nəzarəti gücləndirirdilər. 
Tarixi mənbələrdən aydın olur ki, 1920-ci ilin noyabrında, hətta 1921-ci ilin 
yayına  qədər  Zəngəzur  bolĢeviklərin  deyil,  daĢnakların  idarəçiliyində  idi. 
N.Nərimanov  1921-ci  ildə  etiraf  edirdi  ki,  Zəngəzurla  bağlı  1920-ci  il  dekabr 
bəyanatını  verərkən  Zəngəzurun  Azərbaycandan  ayrılmasının  qarĢısını  təkbaĢına 
almaq  iqtidarında  deyildi:  “Əgər  müsəlman  kommunistlərin  əksəriyyəti  milli 
təmayül  əhval-ruhiyyəsində  olsaydı,  inanın  ki,  Ermənistan  Zəngəzuru  ala 
bilməzdi”. 
Zəngəzuru Azərbaycandan ayırmaq dünya siyasətinin gizli oyunun nəticəsi 
və dünya geosiyasətinin maraqlarının təcəssümü idi. 
“Dağlıq  Qarabağda  vəziyyət”  haqqında  1920-ci  il  iyulun  10-da 
N.Nərimanovun  Moskvaya  MK-ya  vurduğu  teleqram  bu  sözlərlə  bitirdi, 
“Müsəlman  əhalisi  Moskvanın  qəflətən  köhnə  mövqeyə  qayıtmasını  və 
ermənipərəst  siyasət  yürütməyin  sovet  hökumətinin  siyasətinə  xainlik  kimi 
qiymətləndirəcəkdir”.  V.l.Leninə  məktubunda  N.Nərimanov  ərazi  problemləri 
barədə mərkəzin siyasəti ilə barıĢmaz mövqeyini sərt və açıq-aydın ortaya qoyaraq, 
onu Azərbaycanın Rusiya ilə ittifaqını pozacağı ilə hədələyirdi. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə