Erməni xəyanəti



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/49
tarix11.03.2018
ölçüsü2,8 Kb.
#31237
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

26 
 
Prezident  Ġlham  Əliyevin  cəbhə  bölgələrinə  səfəri  zamanı  söylədiyi 
fikirlərin  də  qayəsində  indiki  Ģəraitdə  bu  faktın  bir  daha  dünyaya  çatdırılması 
dayanır.  Tarixi  faktların  bir  daha  qaldırılmasında  və  dünyaya  çatdırılmasında 
məqsəd  Ermənistan  adlanan  və  29  min  kv.km  ərazisi  olan  dövlətin  əslində 
azərbaycanlıların  bir  vaxtlar  güzəĢtə  getdiyi  torpaqlar  üzərində  qurulduğunu 
diqqətə çatdırmaqdır. Söhbət ondan gedir ki, biz Ġrəvanın qədim Azərbaycan Ģəhəri 
olduğunu sənədlərlə, müəyyən qərarlarla dünyaya çatdırmaqla bir daha göstərmək 
istəyirik  ki,  bəzi  hallarda  beynəlxalq  təĢkilatların,  ayrı-ayrı  dövlətlərin  himayə 
etdiyi  Ermənistan  ərazisi  əzəli  Azərbaycan  torpaqlarıdır.  Ona  görə  Azərbaycan 
xalqı  öz  ərazisinin  bir  qarıĢını  da  Ennənistana  güzəĢtə  getmək  niyyətində  deyil. 
Bunu  erməni  tarixçiləri  də  bilir  və  hər  vəchlə,  saxtakarlıqlara  əl  atmaqla  əsl 
həqiqətlərdən yayınırlar. 
ĠĢğalçı  Ermənistanın  Azərbaycan  torpaqlarına  müdaxiləsi,  17  min  kv.km 
ərazimizi  iĢğal  etməsi,  eyni  zamanda  erməni  tarixçilərinin  və  siyasətçilərinin 
Azərbaycana  qarĢı  ərazi  iddiaları  ilə  çıxıĢ  etmələri  ermənilərin  zamanında  edilən 
güzəĢtlərə  nankorluqlarının  və  hər  bir  əməllərinin  kökündə  iĢğalçılıq  siyasətinin 
dayanmasının bariz nümunəsidir. Əgər erməni iĢğalçıları Azərbaycanın əraziləri ilə 
bağlı  heç  bir  fakta  söykənməyən  sərsəm  iddialarını  ortaya  qoyurlarsa,  niyə 


27 
 
Azərbaycan əsl həqiqətləri bəyan etməsin? Bu həqiqətləri vaxtilə rus tarixçiləri də 
qələmə alıblar. Məlumdur ki, rus diplomatı Qriboyedov Ġranda səfir olduğu dövrdə 
ermənilərin  köçürülməsi  ilə  bağlı  narahatçılığını  ifadə  edərək  çara  məktub 
yazmıĢdır.  Bu  məktubda  açıq  Ģəkildə  bildirilirdi  ki,  ermənilər  məskunlaĢdıqları 
yerlərdə bir qədər yaĢadıqdan sonra oranın onların ata-baba torpağı olduğunu iddia 
edirlər.  Ermənilərin  Cənubi  Qafqaza  gəlmə  olmalarını  sübut  edən  faktlar  çar 
Rusiyası  dövründə  nəĢr  olunmuĢ  ensiklopediyalarda  da  öz  əksini  tapmıĢdır. 
Tarixən  Ġrəvan  Ģəhərinin  əhalisinin  böyük  əksəriyyətinin  azəri  türkü  olması 
danılmaz faktdır. Biz tarixi sənədləri, faktları yenidən toplayaraq, ümumiləĢdirərək 
danıĢıqlar prosesində, həm də informasiya mübadiləsində ermənilərə və beynəlxalq 
təĢkilatlara  təqdim  edəcəyik.  Bununla  da  beynəlxalq  təĢkilatlara,  həmçinin  xarici 
dövlətlərə əsl həqiqətin nə olduğunu bir daha göstərəcəyik. Bəzən bizə elə gəlir ki, 
xarici ölkələrdə hər kəs
 
əsl tarixi faktları bilir. Amma belə deyil. Erməni təbliğatı 
da  vaxtilə  tarixin  saxtalaĢdırılması  istiqamətində  öz  iĢini  görmüĢdür.  Ona  görə  də 
cənab  Prezidentin  qaldırdığı  bu  məsələ  tarixçilərimiz,  siyasətçilərimiz  və 
ümumilikdə  hər  bir  sıravi  vətəndaĢımız  üçün  bir  çağırıĢdır.  Bu  çağırıĢ  hamımızın 
bu  yöndə  səfərbər  olmağımızı  zəruri  edir.  Biz  müasir  texnologiyanın  bütün 
nailiyyətlərindən istifadə edib əsl həqiqətləri dönə-dönə dünyaya çatdırmalıyıq. 
Bununla  bağlı  Milli  Məclis  geniĢ  kampaniyaya  baĢlamıĢdır.  Artıq  Milli 
Məclisdə  xüsusi  komissiya  da  yaradılmıĢdır.  Bu  komissiya  ermənilərin  Cənubi 
Qafqaza gəlmə olmaları, Ġrəvanın qədim Azərbaycan Ģəhəri olması və onun 1918-
ci  ildə  ermənilərə  güzəĢtə  gedilməsi  ilə  bağlı  bütün  tarixi  sənədləri  toplayacaq  və 
yekunda müvafiq sənəd qəbul ediləcəkdir. Bu bizim üçün həm təbliğat, həm tarixi 
fakt,  həm  də  danıĢıqlar  prosesində  diplomatlarımız  üçün  dəlillərə  söykənəcək 
sənəd olacaq. 
Ermənilər bütün dünyaya car çəkirlər ki, Naxçıvanda onların tarixi abidələri 
dağıdılır. Halbuki Naxçıvanda heç vaxt ermənilərə məxsus abidə olmamıĢdır. Hətta 
ermənilər  Ağdamda  “arxeoloji  qazıntılar”  apararaq  “paytaxtlarını”  tapıblar.  Çox 
gülməli  faktdır.  Ġndinin  özündə  də  Azərbaycanın  əzəli  torpaqlarında  köhnə 
Ģakərlərinə  sadiq  qalaraq  əvvəlcədən  basdırdıqlarını  çıxarmaqla  məĢğuldurlar. 
Xatırlayırsınızsa,  hələ  sovet  dövründə  ermənilər  Yerevan  Ģəhərinin  2500  illiyini 
qeyd etmək barədə hay-küylü bir tədbir keçirmiĢdir. Hətta guya bir neçə min il yaĢı 
olan bir xaçı da nümayiĢ etdirmək istəyirdilər. Amma sonradan ekspertlər müəyyən 
etdilər ki, “arxeoloji tapıntı” kimi təqdim edilən həmin əĢyanın heç 5 yaĢı yoxdur. 
Ermənilər Rusiyada, Gürcüstanda, ġimali Qafqazda, Ukraynada və dünyanın baĢqa 
yerlərində  də  qədim  erməni  məskənləri  olması  barədə  cəfəng  iddialarını  ortaya 
qoyurlar.  Bu,  bir  erməni  xəstəliyidir.  Bu  xəstəliklə  on  çox  üzləĢən  isə  türk 
etnosudur, azərbaycanlılardır. Bu  xəstəliyin  nədən ibarət olduğunu biz daha  yaxĢı 
görürük.  Bu  prosesin  ermənilər  üçün  faciəvi  sonluqla  baĢa  çatacağını 
proqnozlaĢdırmaq o qədər də çətin deyil. Elə Ermənistanın hazırkı durumuna nəzər 
salınaq  kifayətdir  ki,  bu  ölkənin  və  erməni  xalqının  faciə  içərisində  olduğunu 


28 
 
görəsən.  Bunun  bariz  nümunələrindən  biri  Ermənistandan  mühacirətin  kütləvi 
xarakter  almasıdır.  Hazırda  Ermənistanda  heç  2  milyon  adam  qalmamıĢdır. 
Ermənilər  guya  özlərinə  prezident  seçirlər.  Amma  əslində  Ermənistan  vassal 
vilayətdir,  baĢqa  ölkə  tərəfindən  idarə  olunan  forpostdur.  Onun  iqtisadiyyatı  da, 
mənəviyyatı da, siyasəti də əlindən alınıbdır. 
Ermənilər  siyasi-ideoloji  mübarizədə  də  Azərbaycana  uduzublar.  Bu 
mübarizədə Azərbaycan üstün mövqedədir. Azərbaycan iqtisadi və hərbi sahələrdə 
də Ermənistanı üstələyib. Mənəvi baxımdan da Azərbaycan cəmiyyəti Ermənistan 
cəmiyyətindən yüksəkdə dayanır. Təbliğat və ideoloji müharibə cəbhəsinə gəldikdə 
isə  ümummilli  lider  Heydər  Əliyevin  müəyyənləĢdirdiyi  siyasətin  və  bu  siyasətin 
Azərbaycan Prezidenti cənab Ġlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin 
nəticəsidir  ki,  ermənilər  uduzurlar.  Ona  görə  müxtəlif  formalarla  müqavimət 
göstərməyə  çalıĢırlar.  Bu  müqavimətin  növlərindən  biri  də  tarixi  faktları 
saxtalaĢdırmaq,  müxtəlif  fitnəkarlıqlara  əl  atmaqdır.  Ġstənilən  tarixi  sənədi 
araĢdırsaq,  orada  ermənilərə  yer  olmadığını  görərik.  Çar  Rusiyasının  Cənubi 
Qafqazla bağlı imzaladığı müqavilələr ya Azərbaycan torpaqları ilə bağlıdır, ya da 
ki, gürcülərlə. 
“Türkmənçay”  sülh  müqaviləsinin  də  ermənilərə  heç  bir  dəxli  yoxdur. 
Rusiya-Türkiyə 
və 
Rusiya-Ġran 
müharibələrinin  nəticəsində  imzalanmıĢ 
müqavilələr  zamanı  bölünən  torpaqlar  Azərbaycan  əraziləri  olmuĢdur.  Bu 
müqavilələrin  nəticəsi  olaraq  ermənilər  sadəcə  Cənubi  Qafqaza  köçürülmüĢlər  ki, 
bu da tamam baĢqa bir məsələdir. 
 
Mübariz Qurbanlı, 
YAP icra katibinin müavini, 
 millət vəkili 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə