Ermeniterroru02. doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
1   2   3   4   5   6

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



5

Daşnaklar “Böyük Ermənistan” yaratmaq arzularına çatmaq üçün daha böyük miqyaslı terrorçuluq planla-

rı hazırlamışdılar. 1908-ci ildə tərtib olunmuş polis departamentinin materiallarında göstərilir ki, daşnaklar İran-

da və Türkiyədə  fəaliyyət  göstərən  öz  tərəfdarlarından  istifadə  edərək  İran,  Türkiyə,  Rusiya  dövlət  başçılarını 

öldürmək, bununla da aranın qarışmasından istifadə edərək böyük bir ordu ilə Qars və Ərzuruma hücuma keç-

mək və nəticədə Qərbin köməyi ilə “Böyük Ermənistan” yaratmaq istəyirdilər.(22) 

Erməni-müsəlman qırğını zamanı Qafqazda münaqişələrin getdikcə dərinləşməsi ilə əlaqədar olaraq 1906-

cı  il  fevralıq  20-də  Tiflisdə  Qafqaz  canişini  Voronsov-Daşkovun  başçılığı  ilə  erməni-müsəlman  sülh  məclisi 

açıldı. Məclisdə canişinin müşavirləri, Tiflis, İrəvan, Gəncə qubernatorları, Krım soltanı, erməni-müsəlman nü-

mayəndələri və b. iştirak edirdilər. Məclisdə erməni nümayəndələri erməni-müsəlman milli münaqişəsini bəha-

nə edərək çox çalışırdılar ki, müsəlmanlar mal-qarasını öz yaylaqlarına çıxarmaq hüququndan məhrum edilsin-

lər. Lakin bu təklif rədd edildi. Məclisdə erməni nümayəndə heyəti nə qədər mane olsa da, Azərbaycan tərəfinin 

təklifi və təkidi ilə Qafqazda terror məsələsi müzakirə edildi. Bu, çox vacib idi. Çünki erməni millətçiləri terror 

aktları ilə qorxu, vahimə yaradıb öz məqsədlərinə çatmağa çalışırdılar.(23) 

Bu  illərdə  Azərbaycan  şəhərlərinə  böyük  zərər  dəydi.  Çoxlu  müsəlman  kəndi  qarət  edildi  və  dağıdıldı. 

Müxtəlif məlumatlara görə, ölənlərin  sayı 10  min  nəfərə çatırdı. Ermənilər azərbaycanlılar  haqqında əsl  vəhşi-

liklər  edir,  südəmər  körpələri  beşiyi  ilə  odlayır,  bəzən  də  anasının  qucağından  alıb  divarlara  vurmaqla  parça-

parça edir, süngülərə keçirirdilər. 1905-ci ildə, dekabrda Cavanşir qəzasının Ümidli kəndinin camaatı erməni tə-

qibindən qaçıb gedərkən daşnaklar onları  mühasirə edib  atəşə tutmuş, əvvəlcə kişilərin başlarını kəsmiş,  sonra 

da qadınların bir hissəsini əsir saxlayıb, bir hissəsini də öldürmüşlər. Daha sonra M.S.Ordubadinin “Qanlı illər” 

kitabında  yazdığı  kimi,  1906-cı  ilin  avqustunda Zəngəzurun Oxçu-Şəbadək  yaşayış  məntəqələindən  Ordubada 

doğru gedən müsəlmanlar yolda Saqqarsuda ermənilər tərəfindən yaxalanırlar. Molla Həsən Əfəndinin ətrafında 

bir neçə qadın, Quran əlində ermənilərin qabağına çıxıb rəhm istəyirlər.(24) Lakin ermənilər Molla Həsən Əfən-

didən götürdükləri bir neçə müqəddəs kitabları və Quranı odlayıb, məşəl kimi süngülərinin ucuna keçirir, özünü 

isə xəncərlə doğrayırlar. Onun ətrafında olan, qaçmağa can atan  bütün qadınlar  və uşaqlar  vəhşicəsinə öldürü-

lürlər. Bir qədərdən sonra hadisə  yerinə gələn ordubadlılar bir böyük daşın arxasında 62 nəfər qadın  və uşağın 

üst-üstə qalaq edilmiş cəsədini, Həsən Əfəndinin qətl yerindən bir az kənarda isə bükülmüş palazın içərisində 

15 nəfər körpənin kəsilmiş başlarını görmüşlər.(25) Doğrudur, M.S.Ordubadi yazırdı ki, bunu, belə bir vəziyyəti 

bizim tariximiz və xalqımız heç vaxt gizlətməyəcək və unutmayacaqdır. Lakin sovet dövründə ermənilərin bü-

tün bu cinayətləri ört-basdır edildi. 

24 sentyabr 1908-ci ildə İngiltərədə Amborz Hopkins erməni hərəkətləri haqqında Britaniyanın xarici iş-

lər naziri Edvard Qreyə məlumat göndərdi. Hopkins Abenzicandakı Hai Stritdə yerləşən Baptist kilsəsinin ümu-

mi kütləvi  iclasının qərarının  surətini də öz  məlumatına əlavə etmişdi. Qərarda belə  bir təəssüf  ifadə olunurdu 

ki, Avropa dövlətləri “əzabkeş” ermənilər üçün heç nə etməmişdir. Baptist kilsəsi öz inamını ifadə edirdi ki, er-

məni  problemi  “Ermənistanı  qəddar  türklərin  hakimiyyətindən  və  təsirindən  ayırmaq”  yolu  ilə  həll  oluna  bi-

lər.(26) 

1914-cü ildə I Dünya müharibəsi qaçılmaz olanda erməni  inqlabi fəalları Osmanlı imperiyasının mühari-

bəyə  qoşulacağına  ümid  etdiklərindən  yaxınlaşan  konflikt  üçün  hazırlıqlarını  intensivləşdirdilər.  Eçmiədzinin 

katalikosu V Gevork bütün  yay ərzində Qafqaz canişini Vorontsov-Daşkova yazırdı ki, qarşıdakı  müharibədən 

ermənilərin xeyrinə istifadə üçün cəhdlər göstərsin. Katalikos özünün “erməni məsələsi” adlandırdığı problemin 

həlli üçün plan da təklif edirdi. Hətta müsəlmanların böyük əksəriyyəti təşkil etmələrinə baxmayaraq, erməni di-

ni lideri təklif edirdi ki, Anadoludakı “erməni əyalətləri” bir vahid əyalətə çevrilsin və həmin əyalətə rəhbərliyi 

rusların təyin etdiyi  xristian qubernator həyata keçirsin.(27) Katalikos  lideri  erməni  muxtariyyəti üçün  həm də 

xeyli imtiyazlar xahiş edirdi. Əgər Rusiya bu planla razılaşacaqsa, onda din xadimi Osmanlı imperiyası ilə dö-

yüşlərdə ermənilərin ruslara qeyd-şərtsiz kömək göstərəcəyini vəd edirdi.(28) 

I Dünya müharibəsi  başlayanda Londondakı erməni “Vətənpərvər Assosiasiyasının”  başçısı Qaraket Ha-

kopyan Britaniyanın xarici işlər naziri ser Edvard Qreyə məktub göndərmişdi. Hakopyan qeyd edirdi ki, müha-

ribə başlanandan erməni xalqı sakitcə oturaraq ideal tamaşaçı kimi müşahidə etmir, o, öz kilsələrində apardıqla-

rı xüsusi dua mərasimlərində torpaqlarına və Britaniya imperiyasının dəniz qüvvələrinə uğur diləyir. Ermənilər 

üçün tipik olan xislətə görə, onlar öz məqsədləri naminə hər bir Avropa ölkəsi ilə iş birliyi qurmağa səy östərir-

dilər. Rusiyanın yaxından köməkliyi ilə ermənilər Şərqi Anadoluda təşkilatlanmağa başladılar. Ermənilər özləri-

ni türklərə dost kimi göstərir, Osmanlı hökumətinin qanunlarına tabe olduqlarını nümayiş etdirir, lakin eyni za-

manda təmas xətti boyunca Osmanlı ordusuna xaincəsinə hücumlar üçün planlar cızırdılar.(29) Ermənilər Van, 

Bitlis, Ərzurum, Qarahisar, Sivaş, Kayseri və Diyarbəkri nişan almışdılar. Onlar bu ərazilərə silah gətirir və on-




Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə