Ermeniterroru02. doc


Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi



Yüklə 211,77 Kb.
Pdf görüntüsü
səhifə4/6
tarix19.10.2018
ölçüsü211,77 Kb.
#75244
1   2   3   4   5   6

Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



6

ları öz kilsə və məktəblərində gizləyirdilər. Bundan sonra əsasən Osmanlı ordusundan qaçmış fərarilərdən ibarət 

olan erməni başkəsənləri silahsız müsəlman kəndlilərinə hücum edərək onları öldürməyə başladılar. Şərqi Ana-

doluda get-gedə artan erməni vur və qaç hücumlarından sonra nəhayət, Osmanlı ordusunun komandanlığı başa 

düşdü  ki,  ermənilər  yaxşı  təşkil  olunmuş  üsyanı  həyata  keçirirlər.  Osmanlı  ordusunun  zabitləri  düz  başa  düş-

müşdü. 1915-ci il fevralın ortalarında erməni daşnak terrorçu təşkilatı otuz nəfər üzvü olan müharibə qərargahı 

yaratdı.  Bu  terrorçu  müharibə  komandanlığına  Qarahisardakı  erməni  kilsəsinin  keşişi  başçılıq  edirdi.  Fevralın 

20-də  Osmanlı  hərbi  birləşməsi  erməni  din  xadimlərinin  Aras  monastırında  gizlədib  bəslədiyi terrorçular  tərə-

findən hücuma məruz qaldı. Osmanlı hökumətini silah gücünə yıxmağa cəhd etmək üçün ermənilər ruslarla bir-

ləşdilər. Məlumdur ki, ermənilər öz terrorçu hücumlarını osmanlıların döyüş xətlərinin arxasında həyata keçirir 

və həmin hücumlar Osmanlı ordusunun müdafiə qüdrətinə və təchizatına ciddi zərbə vururdu.(30)  

I Dünya  müharibəsi  başlayandan  sonra xristian  və  müsəlmanlar  arasında  vətəndaş  müharibəsi  alovlandı. 

Əksərinin  Rusiyada  hazırlandığı  erməni  inqilabçıları  Şərqi  Anadoludakı  əsas  şəhərləri  ələ  keçirmək  istədilər. 

Onlar silahsız, əliyalın Van  şəhərini tutmağa  və ruslar gələnə kimi onu əldə saxlamağa nail oldular. Ermənilər 

şəhərdəki və yaxınlıqdakı kəndlərdəki dinc müsəlman əhalisinin böyük əksəriyyətini qırdılar. Müharibə rəsmən 

qurtarandan  iki  il sonrayadək bu cür  ikitərəfli qətliamlar 1920-ci  ilədək davam etdi. Çoxlu  müsəlman türkü və 

xristian ermənisi aclıqdan və xəstəlikdən qırıldı. 

Rus  imperiyasına  nökərlik  edən  və  ona  xilaskarı  kimi  baxan  “Daşnaksütyun”  partiyası  bu  müharibədən 

“Böyük Ermənistan” uğrunda mübarizə üçün istifadə etmək məqsədini güdürdü. Hətta hələ müharibənin əvvəl-

lərində bir çox erməni xadimləri rus hökumətinə müraciət edərək “Böyük Ermənistan” uğrunda ərazi iddiası ilə 

Türkiyədə üsyan hazırlamağa, hətta Ərzurum, Qars və b. vilayətlərdə türklərə və kürdlərə divan tutmağa başla-

mışdılar.  Yüz  minlərlə  türk  və  kürd  əhalisini  vəhşicəsinə qırmışdılar.  Ərazinin  parçalanması təhlükəsini  görən 

Türkiyə hökuməti 1915-ci  ilin  yazında ermənilərin hazırladıqları qiyamın qarşısını almaq  məqsədilə onları  cə-

nub-qərb  vilayətlərinə,  Mesopotamiyaya  köçürüldü.  Erməni  daşnaklarının  təqsiri  üzündən  həyata  keçirilən  bu 

kampaniya zamanı dəqiq hesablamalara görə bir neçə yüz min erməni tələf olmuşdu. Sonralar və indi də erməni 

millətçiləri bu hadisəni dünyaya soyqırım (genosid) siyasəti kimi təqdim edir, beynəlxalq miqyasda onun tanın-

masına çalışırlar.(31) 

I  Dünya  müharibəsinin  sonunda  ermənilər  Osmanlı  hökumətinə  qarşı  öz  gülünc  tələblərini  Paris  Sülh 

Konfransının müzakirəsinə təqdim etdilər. lakin qalib müttəfiqlər ermənilərə heç nə vermədilər. İndi isə üstün-

dən təxminən 90 il keçəndən sonra ermənilər yenə də öz köhnə nağıllarını söyləyir və türk hökumətindən yalan-

çı genosid əvəzinə zərərin ödənməsini, vətənlərinə qayıtmağı tələb edirlər.  

 

b) Rusiya və Qərb dövlətləri erməni terrorunun hamiləri kimi 

Hələ XVIII əsrin I yarısında dünyanın yenidən bölüşdürülməsi uğrunda böyük dövlətlər arasında mühari-

bə gedirdi. Bir tərəfdə Almaniya, Avstriya, Macarıstan və İtaliya, digər tərəfdə Fransa, İngiltərə, Rusiya dayan-

mışdı. Bu müharibədə “erməni amili” meydana çıxmışdı. Aydındır ki, tarixən erməni dövlətinin yaranmasında, 

ermənilərin siyasətə atılmasında Rusiyanın böyük rolu olub, I Pyotr zamanından “erməni amili” daim bu ölkə-

nin siyasi  həyatında gündəmdə dayanıb.  Birinci Dünya üharibəsi  başlamazdan əvvəl  bu siyasətə sadiq qalan II 

Nikolay Qafqaza səfərindəki çıxışının sonunda belə demişdi: “Qoy rus bayrağı Bosfor və Dardanel boğazların-

da sərbəst hərəkət etsin. Qoy erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı dövləti ərazisində öz müstəqil dövləti-

ni qursun”. Bu, ermənilərə onları Rusiya tərəfinə çəkmək üçün bir mesaj idi. Əlbəttə, söhbət Rusiya ərazisində-

ki  ermənilərdən  yox, Türkiyədə  yaşayan ermənilərdən gedirdi. O  vaxt ermənilər Türkiyənin  iqtisadi  həyatında 

fəal iştirak edir və böyük maliyyə imkanlarına malik idilər. Onlar II Nikolayın çağırışından çox böyük məharət-

lə istifadə etdilər. Türk vətəndaşları kimi guya Türkiyənin cəlb olunduğu müharibədə iştirak etdilər, əslində isə 

Türkiyəyə  arxadan  zərbə  vurdular.  Rus  ordusu  hücuma  keçən  zaman  ermənilər  ruslarla  birləşdilər  və  türklərə 

qarşı müharibəyə başladılar.(32) 

Tarix yalnız bir faktı sübut edib ki, ermənilər Balkan yarımadasından başlayaraq gəzərgi həyat sürə-sürə, 

hər  yerdən  qovula-qovula  Van  gölünün  ətrafına  gəliblər,  orada  kiçik  bir  erməni  knyazlığı  yaradıblar.  Cənubi 

Qafqazın qədim dövlətlərindən Urartunun ermənilərə dəxli yoxdur, Albaniya, Atropatena isə sırf türk dövlətləri-

dir. Orta əsrlər boyu bütün Qafqazın tarixi türk, müsəlman, Azərbaycan sülalələri tarixidir, təkrar edək ki, bura-

da heç zaman erməni dövləti olmayıb.(33) 

Onu da qeyd edək ki, ermənilərin öz mənfur niyyətləri uğrunda fəaliyyətləri XX əsrin əvvəllərindəki hərə-

kətləri  ilə  başlanır. Ermənilərin türk xalqlarına, o cümlədən  Azərbaycan  və  Anadolu türklərinə qarşı  soyqırım 

tarixi çar Rusiyasının Cənubi Qafqaza doğru irəliləməsindən başlayır. I Pyotr Hindistana yetişmək və dünya im-



Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzi 

 

www.qesam.org 

 

 



7

periyası yaratmaq istəyirdi. Bu imperiyanın paytaxtı Tsarqrad (Konstantinopol) olmalı idi. Yəni Türkiyəni ara-

dan götürmək, İstanbulu ələ keçirmək onun planında idi. I Pyotrun məşhur Xəzər yürüşünü xatırlamaq lazımdır. 

Bu planın tərkib hissəsi Cənubi Qafqazda çar Rusiyasına arxa duracaq bir xristian dövlət yaratmaq idi. Bu mən-

fur  planı  həyata  keçirmək  üçün  Azərbaycanda  əvvəlcə  Türkiyəyə  meylli  sünnü  əhalini,  sonra  İrana  meylli  şiə 

əhalini məhv etmək xətti aparılırdı. Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya Cənubi Qafqazı iş-

ğal edərək öz məqsədini açıq şəkildə yerinə yetirməyə başladı.(34) Elə soyqırımların ilk tarixi də bu dövrə aid-

dir. Rusiyanın buradakı qanlı siyasətini həyata keçirən general Sisianov mənşəcə gürcü knyazları nəslindən idi. 

Ona da böyük gürcü dövləti yaratmaq vədi verilmişdi, şimal-qərbi Azərbaycan gürcülərin olmalı idi. Bu səbəb-

dən Sisianov insan təfəkkürünə sığmayan cəlladlıqları Azərbaycan ərazisində etdi. Erməni əsilli olan generallar 

Madatov və Melikov İrana və Türkiyəyə qarşı müharibə aparmaqla yanaşı, yerli əhalini məhv edirdilər.(35) Hər 

yerdən Azərbaycana erməni toplanırdı. Çox keçməmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisi hesabına Türki-

yə ilə İran sərhədində erməni vilayəti yaratdılar. Cənubi Qafqazdakı erməni dövlətinin bünövrəsi bu zaman qo-

yuldu. Tarix də məhz bu dövrdən təhrif olunmağa başladı. O vaxt çar Rusiyasının işğal etdiyi, Türkmənçay mü-

qaviləsinə düşən ərazi İrəvan və Naxçıvan xanlıqları idi, orada Ermənistan yox idi. Dağlıq Qarabağa, Zəngəzura 

elliklə köçürülən erməni əhalisi yerli azərbaycanlıları qətlə yetirdilər, orada məskunlaşdılar, yaşayış məntəqələ-

rimizin adını dəyişdirib erməniləşdirdilər. Mənfur ermənilər hətta Dağlıq Qarabağa köçürülmələrinin 150 illiyi-

nə aid 70-ci illərdə abidə ucaltmışdılar.(36)  

XIX əsrin ortalarından başlayaraq Rusiya və Qərb dövlətləri erməni məsələsini qabartmağa başladılar. Bu 

proses Osmanlı dövləti üçün çoxlu problemlər yaratdı. Erməni müəllifi A.R.Vartuqyan yazırdı ki, ermənilər ara-

sında bu missionerlərin təqdim etdiyi katolizm və protestantizm “millətə əvvəllər heç vaxt olmamış tərzdə dağı-

dıcı effekt təsiri bağışlayır”. Əsas problem çoxsaylı millətləri təmsil edən müxtəlif missionerlər arasında daxili 

döyüşün getməsi  idi.  Fransa  və  Avstriya katolikləri  müdafiə  edirdi.(37) Protestantlar  isə İngiltərə və Birləşmiş 

Ştatlardan maliyyələşirdi. Ruslar isə ortodoks kilsəni müdafiə edirdi. Bu əsas dövlətlərin hər biri Osmanlı impe-

riyasına—tezliklə öləcəyinə inandıqları “Avropanın xəstə adamı”na öz təsirini artırmaq üçün gərgin iş aparırdı. 

Həmin dövlətlər öz ölkələrindən göndərdikləri dini missionerləri müdafiə etdiklərini bəyan etsə də, əslində on-

ların hər biri öz fərdi milli maraqlarını yeridirdi. 

XIX  əsrin  sonlarında  sırf  iqtisadi  zəmində  kəskinləşən erməni  məsələsi  “böyük  dövlətlərin”—Rusiyanın 

və İngiltərənin faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara də-

nizi, Bosforu və Dardaneli zəbt etmək səyi “xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda 

mübarizə”  şüarları  ilə  pərdələnirdi,  “milli-siyasi  müqəddəratı”  müstəqil  təyin  etmək  məqsədi  ilə  bu  şüarlardan 

istifadə edəcəyinə ümid bəsləyən erməni burjuaziyasının əksəriyyəti nəinki özü Rusiya istiqamətini götürdü, üs-

təlik, Türkiyə Ermənistanı erməniləri arasında həmin istiqamətdə təşviqat aparmağa başladı.(38) Bu mövqe Tür-

kiyə hökumətinin erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanı ermənilər böyük dövlət və-

zifələri tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz 

canişini böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermə-

nilərinin  rəsmi  müraciət  etməsi—onların  Rusiyadan  kömək  istəməsi  bu  münasibətləri  daha  da  kəskinləşdir-

di.(39) Rusiya həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu 

paraqrafa görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qo-

şunları Asiya Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər. 

Çar Rusiyasının “özlərini onun himayədarlığına vermiş ermənilərin yaşadığı dağlıq ərazilərə möhkəm qə-

dəm  basmaq”  cəhdi  Yaxın  Şərqdəki  əsas  rəqibi—İngiltərə  tərəfindən  qətiyyətlə  dəf  edildi.  Berlin  konqresində 

İngiltərə tərəfindən bu qətiyyətlə dəf edildi. Konqresdə İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin 

traktatının  61-ci  maddəsi)  ilə  əvəz  edilməsinə  nail  oldu.  Bu  maddə  Türkiyə  hökumətinin  erməni  əyalətlərində 

lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti 

təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət “birliyə” verirdi.(40) 

Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində “milli” erməni dövlətinin yaradıl-

ması uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu—həm də təkcə Rusiya tərəfindən deyil, bütün 

böyük dövlətlər tərəfindən. Bu xam xəyal ermənilərə “dənizdən-dənizədək” (Qara dənizdən Aralıq dənizinədək) 

“Böyük Ermənistan” boyun olmuş İngiltərə diplomatiyası tərəfindən möhkəm qızışdırıldı. Lakin istiqamətin də-

yişməsi ermənilərin  ancaq tam təcrid edilməsi  ilə nəticələndi—onların  beynəlxalq  vəziyyəti  mənasında.  Onlar 

Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın 

Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu 

zaman ermənilər lazım deyildi: həmin siyasətin növbəti vəzifələrini Türkiyə ilə gizli müqavilə həll etmişdi. Mü-




Yüklə 211,77 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə