Ərşad Namazalı
88
N
əcəflilər məhəlləsində doğulub, boya-başa çatmış Xanlar İsa
oğlu Hüseynov – uzun müddət Horadiz kənd orta məktəbində kimya
mü
əllimi işləmiş və onun müəllimlik təcrübəsi həmişə nümunə
olduğuna görə dövlət tərəfindən “Əmək Şöhrəti” ordeni ilə təltif
edilmişdir. Burada Temir kişi oğlu Nəcəflə yaşayırdı.
N
əcəflilər məhəlləsinin ən şimaı qurtaracaq hissəsində Bəyalı
kişinin evi yerləşirdi. Bəyalı Mehdiyevin dörd övladı: İbrahim,
Mehdi, Əziz və Əhməd Mehdiyevlər hamısı kəndimizin tanınmış və
görk
əmli xadimləridir. Bəyalı kişinin nəvəsi Tacəddin İbrahim öğlu
Az
ərbaycanın Respublikasının sabiq Hərbi Komissarı və Müdafiə
Naziri olub. H
ərbi rütbəsi – generaldır.
Bu m
əhəllədən olan, uzun illər kənd adamlarının bərbər kimi
qulluğunda duran Hacı Məhəmməd Əsəd oğlu Abdullayev həmişə
xoş xatirələrlə yad edilir. Beləki, o, həmişə kəndlilərinin xeyir və
şərində yaxından iştirak edir.
N
əcəflilər məhəlləsindən Qarabağ şəhidləri:
1. M
əmmədov Elsevər Cahangir oğlu,
2. M
əmmədov Heydər Şuriya oğlu,
3. M
əmmədov Yusif Nəcəf oğlu,
4.
İmanov Adil Tapdıq oğlu,
5.
İmanov Yusif Tapdıq oğlu.
6. M
əmmədov Məhərrəm Yusif oğlu
Allah bütün Qarabağ şəhidlərimizə rəhmət eləsin!..
ORTA
KƏND MƏHƏLLƏSİ
Orta k
ənd məhəlləsi – cənubdan Qarağan təpə, qərbdən Dəli çay,
şimal-qərbdən Nəcəflilər məhəlləsi, şimaldan Dullar məhəlləsi,
şərqdən isə Qozlu çay arasındakı ərazidə yerləşir.
Bu m
əhəllədə kənd məscidi, kənd Sovetliyinin binası, kolxoz
idar
əsi, kənd kitabxanası, aptek, mağaza, məişət evi, poçta, mədəniy-
y
ət evi, klub, yay kinoteatrı, uşaq bağçası, kənd xəstəxanası,
ambulatoriya, 1941-45-ci ill
ərdə II Dünya müharibəsində həlak olan
196 k
ənd sakinlərin şərəfinə abidə kompleksi, Qarabağ müharibəsi
şəhidi Qurban Namazalıyevin şərəfinə ucaldılmış abidə vardı.
Horadiz s
əni unutmadım...
89
Horadiz k
əndində doğulmuş və 20 il kolxoz sədri işləmiş Suruş
F
ərhadovanın həmişə kənd adamları arasında hörməti vardır.
Bu m
əhəllədə Aqil Novruzov, Həsən Novruzov, Əbülfət Novru-
zov, Sabir Quluyev, C
alal Ağayev, Xanım Həziyeva, Fidayəddin
M
əhərrəmov, Həsən Məmmədov, İlham Məmmədov, Bayram Nov-
ruzov, Abbas H
əsənov Mürsəl oğlu, Ayıldız Məmmədova, İskəndər
K
ərimov, Cümşüd İbişov, Həsən Cəfərov, Tariyel Cəfərov, Əmir
C
əfərov, Akif Cəfərov, Tehran Cəfərov, Kamal Nəcəfov, Sahib
Sultanov, Rüst
əm Sultanov, Vaqif Sultanov, Suliddin Qasımov,
Suruş Fərhadova, Əli Fərhadov, Vəli İbrahimov, Murtuza
Abdullayev, Faiq X
ələfov, Adilə Novruzova, Həbib Sultanov və
Əziz Əzizov öz ailələri ilə yaşayırdı və həyətyanı bağları vardı.
Kitab çapa ged
ən əsnada Məhəmməd Əhməd oğlu Məhərrəmov
m
ənə sual verərək dedi ki, “Siz kənd haqqında yazırsiniz “Cilid
Muxt
ərə nəyə görə bu ləqəbi vermişlər”. Doğrusu kənddə xeyli oxşar
adlar olduğuna görə onları dəqiq tanınması üçün ləqəb də verərdilər.
Ancaq m
ən indiyə qədər bu mövzuya toxunmamışdım. Ona görə
Muxt
ər kişinin qardaşı oğlu Əbülfət Əsəd oğlu Novruzovla (2010-cu
il iyul ayında) görüşüb bu ləqəbin verilməsinin tarixçəsini öyrənməyi
lazım bildim.
Əbülfət Əsəd oğlu (1935-2010): - Əmim Muxtər 1886-cı ildə
doğulub, olduqca baməzə, deyib-gülən və zarafatçıl kimi tanınıb.
Qarabağ toylarında Seyid Şuşinski ilə birlikdə iştirak edib və zurna
çalan olub. 1910-cu ild
ə Horadiz kənd bazarında ərzaq dükanı olan,
varlı və dul olan Məşədi Muxtar, əmim Muxtərə deyib ki, mən
Gül
əndamın (Suruş Fərhadovanın nənəsi) qızı Şəkərə elçi göndərsəm
m
ənə verərlər? Əmim cavab verib ki, o qız cavandır, sənin isə yaşın
50-ni keçib ona gör
ə qardaşları verməzlər. Məşədi onun sözünə
baxmır elçi göndərir. Yox xəbərilə elçilər qayıdır. Muxtər kişi işi belə
gör
əndə, ondan pul qoparmaq üçün ona deyir ki:- “Məşədi sən mənə
1000 manat ver, m
ən o qızı sənə gətirim”. Məşədi razı olur.
Muxt
ər kişi xəlvəti gedib qızın qardaşları Məhəmməd və
Cabbara qonaqlıq verir. Yeyib içəndən sonra, onların bu işə
yalandan razı olduğunu Məşədiyə çatdirmasını xahiş edir və razılıq
alır..
Ərşad Namazalı
90
M
əşədi toy çaldırır və qızı gətirməyə gedirlər. Muxtər kişi özü
b
əzənib gəlin paltarı geyib faytona oturaraq, bəy evinə aparılır.
Toy sovulandan sonra M
əşədi gəlin gərdəyin açanda görür ki,
bu kişidir, ona görə huşunu itirib yıxılır və malı, pulu, hörmət-izzətini
h
əmyerlilərinin arasında itirdiyinə görə, güclü stres keçirə-rək
huşsuz vəziyyətdə qalır və üç gündən sonra dözməyib ölür.
Bax el
ə bu hadisəyə əsasən əmimə “Cilid” Muxtər deyirlər.
Bu x
əbəri Seyid Şuşinski yaxın dostu Üzeyir Hacıbəyliyə
danışır. Xəbərdən hali olan Ü.Hacıbəyli bu hadisədən yararlanıb “O
olmasın, bu olsun” komediyasını yazır. Film başlanan kimi titrdə
yazılırdı – “1910-cu ildə Qarabağ xanlığının ucqar bir kəndində bu
hadis
ə baş verib”. Həmin kənd bizim Horadiz kəndimizdir.
Bu tarixi faktdır.
M
ənim atam – Əsəd Əmrah oğlu 1889-cu ildə Seyid Şuşinski ilə
eyni ild
ə doğulub, həmyaşıd, həm də qonşu olduğuna görə bir yerdə
böyüyüb v
ə məktəbdə bir sinifdə oxuyublar. Atamın da yaxşı səsi
vardı, Seyid Şuşinski ilə xeyli xatirələri var.
Atam deyirdi ki,
Seyid Şuşinski ilə mən İmam yalında oynayıb,
oxuyardıq. Seyid elə zil səslə oxuyanda, aralıdan keçən atlılar bizə
t
ərəf dönüb, bizim yanımıza gələndə gördük ki, bu dəstə Qaçaq
Süleymanın dəstəsidir. Seyid oxuyub qurtardıqdan sonra Qaçaq
Süleyman ona dedi: - “Seyid m
ən sənə bir qızıl onluq verirəm, sən
bu s
əsini qoru, vaxt gələr sənin bu gözəl və məlahətli səsinə görə
başına ləl-cəvahir yağdirarlar”.
Seyid Şuşinski öz xatirəsində yazırdı ki, mən İranın Tehran
şəhərində konsertdə oxuyarkən kişilərlə bərabər, pərdə arxasında
oturan qadınlar mənim başıma daş-qaş yağdıran zaman Qaçaq
Süleymanın sözünü xatırladım.
Seyid Şuşinski burda doğulduğu üçün bu kəndlə əlaqəsini
k
əsməyib, ara-sıra kəndə həmişə baş çəkib yaxınları ilə görüşərdi.
K
əndə gələndə atamla və onun ana qohumu olan Xanlar Cəfərqulu
oğlu ilə dostluq edərdi, həm də onlarda qonaq qalardı. Cəfərqulu kişi
tez r
əhmətə getdiyindən anaları Minəbəyim onları saxlardı. Həmən
bu Min
əbəyim Seyid Şuşinskinin xalası olub. Ancaq Seyidin ata-
anası tez rəhmətə getdiyindən onu ikinci xalası Aşıq Hürzad
Dostları ilə paylaş: |