ƏRŞad namazali



Yüklə 4,05 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix01.02.2018
ölçüsü4,05 Mb.
#22960
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

Horadiz s

əni unutmadım... 

 

 



113 

MUXTAR 

KƏHRİZİ 

Muxtar k


əhrizi  –  Nəcəflilər məhəlləsindən,  şaquli  quyularla  və 

üfiqi  lağımlarla  qazılıb,  çıxışı  əvvəllər  Qarağan  təpə  ilə  Dəli çay 

arasında  1950-ci ilə  kimi Təpə  kəhrizlə  birləşərək  “Qoşa  kəhriz” 

adlanırdı. Sonralar Muxtar kəhrizin çıxışını ayıraraq Dəli çaya tərəf  

yön

əldiblər. Muxtar kəhrizi Nəcəflilər məhəlləsində  yaşamış  kənd 



ağsaqqalı  Muxtar  kankanın  və  kənd  kankanların  köməyilə  başa 

g

əldiyi üçün bu kəhrizə “Muxtar kəhrizi” adı vermişlər. 



 

NAMAZALI 

KƏHRİZİ 

Namazalı  kəhrizi  –  kəndin  ortasında,  Əziz  kişinin  bərəsindən 

k

əndin içərisinə gedən yolla, Aralıq yolun birləşdiyi yolayrıcındadır. 



                                          

Namazalı kəhrizi 

Bu k


əhrizi XVIII-əsrin  sonlarında  Horadiz  kəndində  qədim 

Namazalılar  tayfalardan olan, Kəndxuda  Namazalı  babamızın  səxsi 

v

əsaiti  hesabına  başa  gəldiyi  üçün  “Namazalı  kəhrizi”  adlandırılıb. 



Namazalı  kəhrizinin  quyuların  başlanğıcı  Calal dərəsindən 

başlayaraq,  Namazalıların,  Kərbala  İsmayılların,  Fərzalı  uşağının, 

Soltanovların  və  Eyvazovların  həyətindən keçərək, Bəylərov 



Ərşad Namazalı  

 

 



114 

Abbasqulunun evinin arxasında yer səthinə çıxır. Kəhrizin ətrafı sal 

daşlarla  hörülmüşdür  və  üç yerdən su ovuca oxşar  yonulmuş 

daşlardan  tökülürdü.  Kəhrizdə  su götürənləri, qab-qacaq  yuyanları, 

paltarları  təmiz suya çəkənləri  qızmar  gündən qorunmaq üçün – 

üstünü d


əmir örtüklə bağlamışdılar. 

Namazalı kəhrizinin buz kimi suyu vardı. Bu su labaratoriyadan 

keç

ərək  ən saf su kimi təsdiqini  tapmışdır.  Yay  vaxtı  kəhrizin 



yanından  ötən hər  şəxs, buz kimi sudan içməmiş  getməzdi. Səhər-

axşam  kəhrizin  başı  qız-gəlinlərlə  dolu  olardı.  Səhəngdə  su aparan 

qızlar,  qab-qacaq yuyan gəlinlər bir-birilə  xısın-xısın  söhbət 

ed

ərdilər. Bəzən də cavanlar öz sevgililərini görməyə kəhriz başına 



g

ələrdilər. Neçə-neçə  qızların  bu  kəhrizdən  qaçırılmasının  şahidi 

olmuşam və onlar xoşbəxt ailə qurmuşlar. 

Namazalı  kəhrizi ilə  əlaqədər bir hadisəni  Fatma  Rza  qızı 

Mehdiyeva 

xatırlayaraq deyərdi: “Günlərin birində, kəhriz başına 

qız-gəlinlərin toplaşan zamanı, bir neçə atlı yaxınlaşaraq qızlardan 

bir içim su ist

əyirlər.  Başında  papaq,  çiynində  tüfəng,  belində 

k

əmər  olan  igid,  qızlardan  yenə  su istəyir.  İsmətli, həyalı  kənd 

qızları  ondan  çəkinərək, su vermirlər. Bunu hiss edən igid atdan 

düşür,  qızlar  qorxmasın  deyə  papağını  başından  götürür  və  saçı 

tökülür çiynin

ə. At belində  olan igid gözəl  xanım  imiş.  Sudan 

doyunca içdikd

ən sonra o, gözəl Qaçaq Nəbinin Həcəri olduğunu 

söyl

əmişdir”.  

Horadiz k

ənd zəhmətkeşlərinə  pambıq  və  üzüm sahələrində 

çalışanlara  istifadə  üçün, qabaqlar çəlləklərə  doldurub öküz arabası 

il

ə, sonralar, yəni 1955-ci illərdən sonra kolxozun 2 ədəd xüsusi su 



daşıyan avtomobillərində daşıyardılar.  

Sürücül


ərdən:  Əmir  Aslan  oğlu  Orucov  və  Əvdil  Əbil  oğlu 

Ələkbərov həmişə kənd zəhmətkeşlərini içməli su ilə təmin edərdilər.  

İsti  yay  günündə  pambıq  və  üzüm sahələrində  çalışan 

z

əhmətkeşlər sərin  sudan içdikcə, bu suyu gətirənlərin ölənlərinə 



r

əhmət və yezidə lənət deyərdilər. 

Horadiz k

ənd sakinləri neçə  illərdir ki, köçkünlük dövrü, 

Namazalı kəhrizin suyu üçün qəribsəyirlər.  

 

İnşallah! Allah o suyu yenə bizlərə qismət edər! Amin!.. 




Horadiz s

əni unutmadım... 

 

 



115 

 

RZALILAR 



KƏHRİZİ 

Rzalılar  kəhrizi  –  Horadız  kəndinin  yuxarı  şimal  hissəsində, 

Füzuli  – 

Horadiz  şosse  yolundan  50  metr  aşağıda  Rzalılar  məhəl-

l

əsində  yerləşir.  Bu  kəhrizin  inşa  edilməsində  birbaşa  təşəbbüsü və 



kankan  kimi  iştirakı  ilə  başa  çatdırıldığına  görə  Rza  kişinin  (İs-

mayılov Qəmbərin atası) şərəfinə“Rzalılar kəhrizi” adı verilmişlər. 

Az

ərbaycanda müxtəlif tayfalara mənsub olan nəsil və tirə adları 



özünd

ə əks etdirən coğrafi toponim obyektlərinə tez-tez rast gəlmək 

olur. 

Bu k


əhriz öz mənbəyini  Hüngütlü  dağ  sılsıləsindən  başlayaraq 

şaquli  quyular  və  üfiqi  lağımlar  vasitəsilə  keçərək yer üzünə  bu 

m

əhəllədə çıxır. 



Rzalılar  kəhrizinin suyu soyuq və  şəffafdır.  Kəhrizdən  aşağıda 

yerl


əşən  Rzalılar  və  Namazalılar  məhəlləsinin  bağlarını  habelə 

Zaqun d


ərəsinin bağlarının suvarılmasında istifadə edilirdi. 

 

SIZQA BULAQ 

Sızqa  bulaq  –  Horadiz kəndinin  aşağı  hissəsində, Taxta kör-

pünün yanında, Füzuli – Horadiz şosse yolunun qərb tərəfində qeydə 

alınan  hidronimlərdən  biridir.  Bu  bulağın  suyu  kölxoz  bağına  axır. 

Bulağın adı ilə bağlı “sızqa” sözü, yəni az-az axan, süzülərək axan 

bulaq olduğuna görə belə adlandırmışlar. 

Suyu s


ərin və şəffafdır. 

 

TEŞNƏK BULAĞI 

Teşnək  bulağı  –  Horadiz kəndinin  şimal-qərbində  olan dəmyə 

əkin sahəsində  yerləşir.  Həmin  əkin sahəsinin  başlanğıcında,  Dəli 

çayın üst tərəfində “Teşnək bulağı” var. 

Deyil


ənlərə görə, teşnək sözü qismən təhrifə uğramışdır; əslində 

söz 


“teşnə” şəkildə yazılmalıdır. Teşnə sözü “susamış, susuz”, “bir 

şeyi  çox  istəyən”  və  sairə  anlamında  işlədilir.  Bulaq  yerin  altından 

qaynayıb çıxan su mənbəyidir. Teşnək əkin sahəsində işləyənlər üçün 

bu bulağın böyük əhəmiyyəti vardır. 

 



Yüklə 4,05 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə