qatları, sm-lə
miqdarı, %-lə
qatları, sm-lə
miqdarı, %-lə
A 1-5
9,82
A 0-30
4,5
A 40-45
7,35
A 35- 45
3,1
B 80-85
5,85
B 60-70
2,3
B 100-105
3,35
B 85-95
1,1
C 120-125
1,72
C 125-135
0,4
Sonralar, yüksək mikrobioloji və vegetasiya
fəaliyyəti ilə əlaqədar olaraq aprel-may aylarında torpaq
havasına böyük miqdarda karbon qazı daxil olur, münasib
olaraq torpaq məhlulunda biokarbonatların miqdarı da
artır. Eyni zamanda intensiv transpirasiya və torpağın
quruması nəticəsində yuxarıya doğru torpaq məhlulunun
hərəkəti başlayır və onlarla birlikdə toplanmış karbonatlar
da yuxarı qalxırlar. Müəyyən dərinlikdə A qatının köklərlə
zənginliyindən və hidrotermik şəraitlərindən asılı olaraq
torpaq məhlulunda bikarbonatların qatılığı son həddə çatır
və karbonatlar çökməyə başlayır. Torpaq profilinin yuxarı
qatında qaynama belə əmələ gəlir. Landşaft
şəraitlərindən asılı olaraq karbonatların toplanma qatının
səviyyəsi humus qatına qədər qalxa bilər və hətta səthə
çıxa bilər (məsələn, səthi-mitselli qara torpaqda) və ya
yuyulmuş qaratorpaqlarda olduğu kimi torpaq profilindən
kənara çıxa bilər.
Nisbətən yüksək miqdarda çöküntü zamanı,
yumayan su rejimi, qaratorpaqların profilinin aşağı
hissəsində bəzi zəif həll olan maddələrin, əsasən gipsin
toplanmasına səbəb olur. Gips, daha quraqlıq şəraitdə
əmələ gələn qaratorpaqların yarım tipləri üçün
səciyyəvidir.
Narın dispersli hissəciklərin yuyulması və xeyli
miqdarda humus helləri qaratorpaqların yüksək udma
83
tutumunu müəyyən edir. Narın dispersli mineralların eyni
miqdarında, başqa torpaqlara nisbətən, qaratorpaqlarda
udma tutumu daha böyük olacaqdır. Narın dispersli
hissəciklərin miqdarından asılı olaraq qaratorpaqların
udma tutumu 100q torpağa görə 20-dən 80 mq-ekv-ə
qədərdir.
Udulmuş kationlar içərisində əsas yeri kalsium,
xeyli az isə maqnezium tutur. Qaratorpaqlar zonasının
cənubunda udulmuş kationlar arasında az miqdarda
natrium da müşahidə edilir. Udulmuş ionların maksimum
miqdarı humus qatında toplanmışdır.
Qaratorpaqların profilinin üst hissəsində sulu
çəkintinin reaksiyası neytraldır. Bu məhlulda həm kəskin
üzvi turşuların, həm də hidrogen kationunun qatılığını
azaldan birləşmələrin olmamasından irəli gəlir.
15.5. Qaratorpaqların zonal və regional xüsusiyyətləri.
Qaratorpaq zonası Avrasiyanın daxili kontinental
hissəsində xeyli məsafədə yayılaraq, okean sahili
rayonlarına çatmır. Qaratorpaqların kontinental iqlimdə
əmələ gəlməsinə baxmayaraq, bu geniş ərazinin bəzi
vilayətlərinin bioiqlim şəraiti eyni deyildir. Buna görə
keçmiş SSRİ ərazisi daxilində qaratorpaq qurşağını dörd
vilayətə ( fatsiyaya) bolürlər: Cənub-qərb, Mərkəzi, Sibir
və Şərqi Sibir.
Cənub-qərb fatsiyası Moldaviya, Cənubi
Ukraynanın bəzi rayonlarını və Ön Qafqazın ərazilərini
birləşdirir. Mərkəzi fatsiyaya cənub-qərb fatsiyası Ural
arasında olan qaratorpaqlar daxildir. Sibir fatsiyasına
84
qaratorpaq zonasının Qərbi Sibir və Qazaxıstan hissəsi
həm də Orta Sibirdə qaratorpaqlar yayıldığı rayonlar daxil
edilir. Şərqi Sibir fatsiyasına Baykalarxası qaratorpaqları
daxil edirlər.
Qeyd olunan hər bir qaratorpaq fatsiyası öz
daxilində yarımzonalara bölünür. Qaratorpaq torpaq
yarımzonaları meşə-bozqır və bozqır yarımzonalarının
bitki örtüyü ilə yaxşı uyğunlaşırlar.
Hər bir qaratorpaq fatsiyasının və yarımzonasının
özunəməxsus xüsusiyyətləri vardır.
Cənub-qərb fatsiyası üçün isti və mülayim iqlimlə
əlaqədar olaraq bioloji dövriyyənin intensivliyi və torpaq
profilinin vaxtaşırı yuyulması səciyyəvidir. Nəticədə bu
fatsiyasının qaratorpaqları tərkibində humusun az miqdarı
(3-6%), humus qatının yüksək qalınlığı, asan həllolan
duzların və gipsin olmaması və yalançı mitsel şəklində
karbonatların zənginliyi ilə fərqlənirlər. Buna görə
qaratorpaqların həmin fatsiyasının yarımtiplərinə “mitselli-
karbonatlı” ifadəsini (tipik mitselli-karbonatlı, cənub
mitselli-karbonatlı ) əlavə edirlər.
Qaratorpağın mərkəzi fatsiyası üçün daha quru və
soyuq iqlim şəraiti səciyyəvidir. Torpaq 3-4 ay donur.
Yalnız meşə-bozqır rayonlarında asan həllolan duzlar
torpaqların profilindən yuyulur, bozqırlarda isə 2 m-dən
aşağı dərinlikdə gipsin yenitörəmələri yerləşir. Bu
fatsiyanın qaratorpaqlarında humus qatının qalınlığı azdır,
lakin cənub-qərb fatsiyalarının münasib yarımtipləri
nisbətən daha çox (6-12%) humusa malikdirlər. Mərkəzi
fatsiyanın tipik və yuyulmuş qaratorpaqları humus
85
ehtiyatına görə bütün dünya qaratorpaqları sırasında
birinci yeri tuturlar.
Sibir fatsiyası torpağın dərin donması (1-2m) və
aşağı qatların donunun gec açılması ilə fərqlənirlər.
Torpağın donmuş hissəsi yaz sularını tutub saxlayırlar.
Buna görə profilin aşağı hissəsi çox vaxt qleyləşmə
əlamətlərinə malik olur. Şimal rayonlarının qaratorpaqların
qleyləşməsinə keçmişdə və ya hazırda qrunt sularının
yüksək səviyyəsi də səbəb ola bilir. Qərbi Sibir
qaratorpaq zonasının şimalında çəmən qaratorpaqları
yayılmışdır. Bu fatsiyanın qaratorpaqları üçün çatlar boyu
humusun dərinə axını səciyyəvidir ki, onlar torpaq
donduqda əmələ gəlir. Sibir qaratorpaqlarında humusun
miqdarı (5-14%) çoxdur. Lakin dərinliyə getdikcə
humusun miqdarı azalır. Bozqır sahələrdəki
qaratorpaqların profilinin aşağı hissəsində adətən gips
olur. Sibir fatsiyası qaratorpaqlarının yarımtiplərinin adına
“dərindonan” ifadəsi əlavə edirlər (məsələn, dərindonan
adı, dərindonan cənub qaratorpaqları və s.)
Şərqi - Sibir fatsiyası üçün sərt, az qarlı və torpaq
qatını yuyan, əsasən yay çoküntülərinin düşməsi
səciyyəvidir. Nəticədə Şərqi Sibir qaratorpaqlarında
vaxtaşırı yuyan su rejimi mövcuddur. Alçaq temperatur
bioloji dövranı zəiflədir. Buna görə də Zabaykalye
qaratorpaqlarında humusun miqdarı yüksək deyildir (4-
9%) və humus qatının qalınlığı da azdır. Karbonatların
miqdarı olduqca azdır və ya heç yoxdur. Buna görə Şərqi
- Sibir fatsiyasının qaratorpaqlarını az karbonatlı və
karbonatsız (məsələn, az karbonatlı və ya karbonatsız
86
Dostları ilə paylaş: |