silisiumun miqdarının yüksək (qalıq kvarsın toplanması
halında) olması ilə nəzəri cəlb edir.
Solodların profili boyu, şorakətlərə nisbətən
narındispersli hissəciklərin daha kəskin yayılması
müşahidə edilir. Narındispersli hissəciklər bəzən A
2
qatından o dərəcədə çıxarılır ki, o, podzol torpaqları
xatırladan açıq ağımtıl rəngə malik olur. A
1
qatının
tərkibində kobud humusun çoxlu miqdarı və çox vaxt
torflaşması, bu oxşarlığı gücləndirir.
Solodların profilinin yuxarı hissəsindən nəinki narın
dispersli hissəciklər, həm də, bütün suda həll olan
komponentlər, o cümlədən humusun mütəhərrik formaları
kənar edilir. Yuyulub çıxarılmış birləşmələr yuyulub –
toplanma qatında ( illüvial qatda) yığılır. Torpaq profilinin
yuxarı qatından yuyulma o qədər intensiv gedir ki, A
1
və
A
2
qatlarında turş reaksiya müşahidə edilir. Udulmuş
natrium kationunun təsiri altında , aşağı getdikcə (B
qatının aşağı hissəsinə qədər) profil boyu pH-ın miqdarı
tədricən artır. N.İ.Bazileviçin məlumatına görə Qərbi Sibir
solodlarının profili boyu udulmuş natriumun miqdarı da
A
2
, B qatlarında bir qədər artır.
Şoranların duzsuzlaşması nəticəsində şorakətlərin
əmələgəlmə nəzəriyyəsinə əsaslanaraq K.K.Hedroys
(1926) solodlara səth suları ilə yuyulma nəticəsində
şorakətlərin sonrakı inkişaf mərhələsi kimi baxmışdır.
Daha sonrakı tədqiqatlar (N.İ.Bazileviç) göstərmişdir ki,
belə proses , xüsusilə yüksək miqdarda udulmuş
natriuma malik olma şorakətlərin yalnız az bir hissəsində
mümkündür .
117
Solodların əmələ gəlməsi zamanı narın dispersli
mineral və üzvi hissəciklərin natriumla zənginləşməsi çox
güman ki, yuxarıda nəzərdən keçirdiyimiz şorakətlərin
əmələ gəlmə prosesi kimi- su ilə zənginləşmiş çökəklərin
torpaq-qrunt qatında sulfatları reduksiya edən
bakteriyaların fəaliyyəti nəticəsində əmələ gəlmiş soda
məhlulunun təsiri altında gedir . Ağac bitkilərinin
inkişafından və münasib mikrofloranın təsirindən sonra,
solodların üst genetik qatlarında turş reaksiyaya səbəb
olan, turş üzvi birləşmələr əmələ gəlir .
17.8. Bozqır çökəkliklərinin torpaq kompleksləri
Bozqır çökəkliklərinin öyrənilməsi zamanı
torpaqların yayılmasında müəyyən qanunauyğunluqlar
müşahidə edilmişdir. Meşə bozqır və müxtəlif bozqır
landşaftlarında çökəklərin mərkəzi hissəsi adətən
solodlarla, yamaclar şorakətlərlə tutulur.
Bozqır çökəklərinin torpaq örtüklərinin belə
quruluşu ilk dəfə Rusiyanın Avropa hissəsində qaratorpaq
bozqırlarında müəyyən edilmişdir . Prinsip etibarı ilə Qərbi
Sibir və Şimali Qazaxstanda da belə vəziyyət vardır.
Y.S.Tolçelnikovun (1957) məlumatına görə Şimali
Qazaxstanda torpaq örtüyündə bəzi mürəkkəbləşmə
halları baş verir : çökəkliklərin mərkəzi hissələrində
çürüntülü – qleyli torpaqlar, çökəkliklərin dibinin ətraf
hissəsi solodlar , yamaclar üzərində isə çəmən –
qaratorpaqlar inkişaf etmişdir. Dərin çökəkliklər şorakət
zolağı ilə əhatə edilmişdir. Şabalıdı torpaqların quru və
118
səhra bozqırlarında çökəklərin mərkəzi hissəsi çox zaman
şoranlarla tutulmuş olur.
17.9. Çay vadilərinin torpaqları
Bozqır zonası çay vadilərinin torpaq örtüyü
olduqca mürəkkəbdir və lazımınca tam öyrənilməmişdir.
İri çay subasarlarında çay yatağı boyu, mərkəzi və
terrasyanı hissələr ayrılır. Subasarların çay yatağı boyu
hissəsində bəndlər üzərindəki söyüdlüklər altında zəif
formalaşmış yumşaq qumlu-çimli torpaqlar əmələ gəlir.
Daha yaxşı rütubətlənən, çay yatağı boyu bəndləri ayıran
çökəklərdə ot bitkiləri altında daha qalın çimli torpaqlar
yerləşir.
Subasarların mərkəzi hissəsində zəngin ot bitkiləri
və subasar palıdlıq altında xeyli qalın olan torpaqlar
qaratorpağaoxşar (qaramtul ) torpaqlar əmələ gəlir. Don
çayının aşağı axarlarının yataqlarında belə torpaqların
humusla rənglənmiş hissəsi 80- 100sm-ə çatır. Profilin
aşağı hissəsində (humus qatından başlayaraq),
qleyləşmə hissəsini göstərən, dəmirli yeni törəmələr və
göyümtül ləkələr vardır. Bir qayda olaraq bu torpaqlar
karbonatlıdırlar, şabalıdı zona ərazisində isə çox vaxt
şorlaşmışlar.
Subasarların terras boyu hissəsində qrunt sularının
səthə çıxdığı qara qızılağaclar altında, çürüntülü-qleyli
torpaqlar inkişaf edir ki, onlar şabalıdı torpaqlar
zonasında adətən az və ya çox dərəcədə şorlaşmışdır.
Məsələn, Volqa-Axtubinsk subasar torpaqlarının terras
119
boyu hissəsində duzların miqdarı 0,1-0,6% və daha çox
təşkil edir.
İri çayların birinci və ikinci üst terrasları çox vaxt
qumlu allüvilərdən ibarətdir. Bu terraslarda özünəməxsus
narın qumlu çəmən bozqır torpaqları əmələ gəlir. Bəzi
yerlərdə torpağın inkişafı uzun müddət qədim şam
meşələri altında gedir. Belə torpaqlar şabalıdı torpaqlar
zonasında da yayılır. A.Q.Qayelin (1964) fikrinə görə
lentşəkilli meşə torpaqlarının Qazaxstan bozqırlarında
(məsələn, Kustanay və Naurzum çöllərində) yaşı holosen
dövrünün əvvəllərinə təsadüf edir. Hazırda terras boyu
meşələr xeyli dərəcədə məhv edilmişdir və terrasların
çimli – qumsal torpaqları yabanı taxıl bitkiləri altında
yerləşir.
XVIII FƏSİL
SƏHRA TORPAQLARI
Səhra torpaqları Asiyanın daxili kontinental
hissəsində, Orta Asiyanın və Qazaxstanın geniş
düzənliklərində yayılmışlar və keçmiş Sovet İttifaqı
ərazisinin 6%-dən çoxunu tuturlar ( şəkil 18.1).
120
Dostları ilə paylaş: |