hallarda tamamilə eroziyaya uğramışdır. İri qırıntılar
olduqda sütunvari gips uzun ziyil çıxıntıları əmələ gətirir.
Cavan allüvial çöküntülər üzərində əmələ gəlmiş
boz-qonur torpaqlarda səthi qabıq daha yaxşı nəzərə
çarpır. Lakin bərkimiş qat yoxdur. Çınqıllı
torpaqəmələgətirən süxurlar üzərindəki qabıq səthində
toplanmış daşları sementləşdirərək, daşlı səhralarda
“zirehli səthin” əmələ gəlməsinə səbəb olur. Qumlar
üzərində əmələ gəlmiş boz-qonur torpaqlar çox nazik gilli-
karbonatlı qabığa və qatların nazik qalınlığına malikdir.
Qumlar üzərində torpağın üst hissəsi əksər hallarda
nisbətən çox tozlu-gilli hissəciklərə malik olur ki, bu da toz
hissəciklərinin çökməsi və sonradan toplanması ilə
əlaqədardır. Yuxa tozvari çöküntülər çox zaman nazik
qabıq əmələ gətirir.
18.3. Boz-qonur torpaqların genetik
xüsusiyyətləri
Boz-qonur torpaqların kimyəvi analiz nəticələri
onların genetik qatlarının eyni olmadığını göstərir. Səthi
qabıq çox vaxt (həmişə olmasa da) yüksək miqdarda
silisium oksidinə malik olur ki, bərkimiş qatda onun
miqdarı bir qədər azalır. Sonuncuda bəzən gilin, dəmirin,
maqneziumun və kaliumun miqdarı zəif artır. Lakin
bütünlükdə boz-qonur torpaqların profili üzrə ümumi
kimyəvi tərkibin dəyişməsi cüzi miqdardadır.
Qranulometrik tərkibin öyrənilməsi göstərir ki, boz-
qonur torpaqların profilinin bərkimiş qatında narındispersli
hissəciklər çox toplanılır. Bununla yanaşı mineralların
125
qırıntılı hissəsinin miqdarında mühüm dəyişiklik baş
vermir. Qabığın 0,05-0,25mm fraksiyalarında kvarsın
miqdarı 20,4 bərkimiş qatda 24,6%-dir. Üstyurtun cənub
hissəsi boz-qonur torpaqlarında da buna oxşar vəziyyət
vardır. Boz-qonur torpaqların kimyəvi və mineral
tədqiqinin müqayisəsi aşağıdakıları qeyd etməyə imkan
verir. Birincisi, torpaq profilinin ən üst hissəsi üçün xırda
qırıntı minerallarla zənginləşmə nisbətən narındispersli
hissəciklərin az miqdarı səciyyəvidir. Bu fakt xeyli
dərəcədə müasir küləklərin fəaliyyəti ilə əlaqədardır:
qumlu massivlərin sovrulması və xırda qırıntı (millimetrin
onda və ya yüzdə bir hissələri) hissələrinin aparılması ilə,
ikincisi boz-qonur torpaqların profilində kiplənmiş qat
ayrılır, onun əmələ gəlməsi, tərkibində bir qədər udulmuş
natrium kationları olan, narındispersli hissəciklərin
toplanmasından irəli gəlir. Bu xüsusiyyət bitki qalıqlarının
natriumla zəngin olması və səhra landşaftlarının natrium
duzları tərəfindən ümumi şorlaşması ilə əlaqədardır.
Ümumiyyətlə, boz-qonur torpaqların xırda qırıntı
hissələrində silikat qırıntıları kvars qırıntılarından
üstündür. Buna görə narındispersli silikatların iki dəfə və
hətta daha çox artması kimyəvi tərkibin əsas
komponentlərinin miqdarını dəyişdirmir. Yalnız,
narındispersli hidrosludlu-montmorillonitli qrup gilli
minerallarının tərkibinə daxil olan aliminium, dəmir,
maqnezium, kalium kimi kimyəvi elementlərin miqdarı bir
qədər çoxalır. Səhra zonasında narındispersli hidrosludli
mineralların tərkibində silisium oksidinin miqdarı 50%-ə
yaxın olduğu üçün, narındispersli mineralların artması,
126
bərkimiş qatın ümumi kimyəvi tərkibində silisium oksidinin
bir qədər azalmasında əks etdirilir.
Boz-qonur torpaqlarda, töküntü kütləsinin azlığı
(10-20s/h) və torpaq mikroorqanizmlərinin yüksək enerjili
fəaliyyəti üzvi qalıqların sürətlə parçalanmasına və
humusun miqdarının azlığına (1%-ə qədər) səbəb olur.
Humusun dərinlik üzrə azalması çox tədricən gedir. Boz-
qonur torpaqlar üçün fulvoturşuların humin turşular
üzərində üstünlüyü səciyyəvidir. Bütün humusun
miqdarına görə fulvoturşuların miqdarı orta hesabla 40%
təşkil edir. Bitki çöküntülərində çoxlu miqdarda natriumun
olması buna xeyli kömək edir. Çox güman ki,
fulvoturşuların olması ilə əlaqədar olaraq profilin üst
hissəsində mütəhərrik dəmirin də miqdarı çoxdur. Bu
hadisə hələlik tam öyrənilməmişdir.
Torpaq profilinin yuxarı hissəsində karbonatların
toplanması boz-qonur torpaqların səciyyəvi xüsusiyyətidir.
E.V.Lobova (1960) bunu yazda və payızda torpağın zəif
yuyulması ilə izah edir, həmin vaxtlarda xloridlər və
sulfatlar çıxarılır, daha az mütəhərrik karbonatlar isə öz
yerlərində qalırlar.
A.N.Rozanovun fikrinə görə (1951) səhra
torpaqlarında karbonatlar soyuq dövrlərdə dərinə
yuyulurlar, isti vaxtlarda isə kapilyar rütubətlə yuxarı
qalxaraq bir qədər dərinlikdə çökürlər. Bu proseslərin
nəticəsində, boz-qonur torpaqlarda profilin yuxarı
hissəsinin ya tamamilə karbonatlaşması və ya kipləşmiş
qatın aşağı hissəsində və səthi qabıqda karbonatların iki
maksimumu qeydə alınır. Bərkimiş qat altında gipsin
toplandığı qat yerləşir, asan həll olan duzların (əsasən
127
natrium sulfatların və xloridlərin) miqdarı dərinə getdikcə
tədricən artır və kiplənmiş qatdan aşağıda nəzərə
çarpacaq dərəcədə yüksəlir.
Səhra zonasının torpaqları üçün pliosenin alt
dördüncü dövr hipergenezinin reliktləri və
torpaqəmələgəlmələri səciyyəvidir. Qədim dördüncü dövr
hipergenezinin reliktləri Qazaxstan və Orta Asiya
ərazilərinin xeyli hissəsində yayılmışdır. Yaxın Şərq,
Şimali Afrika və Meksika kaliclərinin karbonatlı qabığına
oxşar, dördüncü dövrün qədim qalın karbonatlı
yenitörəmələri də geniş yayılmışdır. Orta Asiya
səhralarının qədim səhra torpaqları A.İ.Perelman (1959)
tərəfindən öyrənilmişdir. Bir çox səpələnti şəkildə yayılmış
kimyəvi elementlər qabığın səthində toplanır. Dərinlik üzrə
demək olar ki, bütün seyrək yayılmış elementlərin miqdarı
azalır.
18.4. Səhraların hidromorf torpaqları
Şoranlar səhraların səciyyəvi hidromorf torpaq
törəmələridir. Şoranlar adı altında, torpağın üst qatında
suda asanhəllolan 1% və daha çox duzlar olan torpaqlar
nəzərdə tutulur. Şoranların əsas hissəsi səhra zonasında
yerləşir. Burada onlar ərazinin 10%-ə yaxın sahəsini tutur
(Vilenski, 1961).
Şoranların əmələgəlməsi hipergenez zonasında
duzların toplanması formalarından biridir. Keçmiş SSRİ
torpaqlarında hidrotermik, hidrogeoloji və kimyəvi
şəraitlərdən asılı olaraq V.A.Kovda (1946) aşağıdakı
duztoplanan əyalətləri ayırır (şəkil 18.2).
128
Dostları ilə paylaş: |