suyun kapilyarlarla qalxması dayanır, nəm vəziyyətdə o
şişir və suyu keçirmir. Buna görə şorakətlər üzərində səth
suları durur və vaxtaşırı xırda göllər – limanlar əmələ
gəlir.
Torpağın şorakətliyi udulmuş kationlar cəmində
natriumun miqdarı 5-10%-ə çatdıqda biruzə verir. Tipik
şorakətlərin yuyulma qatında natriumun miqdarı udulmuş
kationlar cəmindən 20% və daha artıq olur.
Şorakətləşmə torpağın kənd təsərrüfat yararlılığına
mənfi təsir göstərir. Udulmuş natriumun zərərli təsirini
aradan qaldırmaq üçün şorakət torpaqlarda aşağıdakı
sxem üzrə gipsləmə aparılır:
2 Na
+
+CaSO
4
→ Ca
++
+Na
2
SO
4
udulmuş udulmuş
Əmələ gəlmiş natrium sulfat suda yaxşı həll olur və
torpaq yuyulduqda xaric olunur.
Beləliklə, natrium şorakət torpaqların
xüsusiyyətlərini müəyyən edən kimyəvi elemntdir. Buna
görə, həmin elementin hansı proseslər nəticəsində
müəyyən sahələrdə toplandığını aydınlaşdırmaq çox
vacibdir.
K.K.Hedroys güman edirdi ki, şorakətlərin əmələ
gəlməsi iki mərhələdə başa çatır. Birinci mərhələdə qrunt
suları ilə gələn natrium duzları torpağı şorlaşdırır,
nəticədə şoranlar meydana çıxır. Belə xloridli və natrium
sulfatlı şoranlarda çoxlu miqdarda natrium olur, lakin
bununla
yanaşı
narındispersli
hissəciklərin
peptizasiyasına mane olan xlor və sulfat anionları da olur.
113
Şəkil 17.4.Şorakət (I) və solod (II) torpaq profillərinin quruluşu
və genetik qatlar üzrə mühüm komponentlərin paylanması
İkinci mərhələ, qrunt sularının səviyyəsinin aşağı
düşməsi ilə əlaqədardır. Bu halda, atmosfer sularının
enən cərəyanla aşağı süzülməsinin təsiri altında
şoranların yuyulmağa başlamasıdır. Birinci növbədə suda
asan həll olunan duzlar həll edilir və yuyulub çıxarılır,
sonra isə tərkibində udulmuş natrium olan narın
hissəciklər aşağıya doğru hərəkət etməyə başlayır. Səth
suları ilə kalsium hidrokarbonat daxil olur ki, o da udulmuş
natriuma təsir edərək onu sıxışdırıb çıxarır. Bu hadisənin
təsir nəticəsi olaraq məhlulda natrium karbonat – soda
meydana çıxır, o da torpağın yuxarı hissəsindən
narındispersli hissəciklərin yuyulub aparılma prosesini
114
kəskin surətdə gücləndirir. Duzların toplandığı qata
çataraq, bu hissəciklər koaqulyasiyaya uğrayır və çökür,
bərk şorakət qat əmələ gətirir.
Öz nəzəriyyəsinə əsaslanaraq K.K.Hedroys
şorakətlərin yayıldığı vilayətlərə hidromorf duz
toplanmaları kimi baxır, sonra qrunt sularının səviyyəsinin
aşağı düşməsi nəticəsində duzsuzlaşma başlayır.
K.D.Qlinka (1926, 1932), xüsusi halda belə
prosesin mümkün olduğunu qeyd edərək, hesab edirdi ki,
şorakətlər əsasən qədim şorlaşan vilayətlərin
duzsuzlaşmasının nəticəsi deyil, tərkibində natrium
kationları olan qrunt sularının təsiri altında əmələ gəlir. Bu
alimin fukrinə görə tərkibində natrium olan qrunt sularının
hər il yazda yuxarı qalxması torpaqların narındispersli
hissəciklərinin bu elementlə zənginləşməsinə səbəb olur.
Sonra süzülən sularla yuyulması torpaq profilinin tədricən
differensiasiyasına səbəb olur.
Qeyd etmək lazımdır ki, şorakətləşmə prosesi
məhlulda natrium karbonat (soda) olduqda şiddətli gedir.
Udulmuş kalsium soda məhlulunun natriumunu yüksək
enerji ilə sıxışdırıb çıxararaq, aşağıdakı sxem üzrə çətin
həll olan kalsium karbonat şəklində birləşdirir:
УKCa
2+
+ Na
2
CO
3
→ УK2Na
+
+ 2CaCO
3
(УK – uducu kompleksdir)
Narındispersli hissəciklər kütləsinin natrium
sulfatlar və ya xlorid məhlullarının təsiri altında natriumla
zənginləşməsi olduqca zəif gedir, belə ki, reaksiya dönən
olduğu üçün və onun sağa-sola getməsi üçün
sıxlaşdırılmış kalsiumun suda həll olan birləşmələri ilə
birlikdə qrunt sularının daima kənar edilməsi vacibdir.
115
УKCa
2+
+ 2NaCl → УK2Na
+
+ CaCl
2
İ.N.Antipov – Karatayev göstərir ki, sodanın qrunt
sularında toplanması su ilə doymuş qruntlar şəraitində
sulfatları reduksiya edən bakteriyaların fəaliyyəti ilə
əlaqədardır. Bu bakteriyalar natrium sulfatı parçalayır və
kükürdü kükürd birləşmələrinə (hidrogen – silfid, dəmir
sulfidlərə) çevirirlər. Azad olunmuş natrium soda məhlulu
şəklində, yazda qrunt sularının səviyyəsi ilə yuxarı
qalxaraq torpaqlara aktiv təsir göstərir, onların
şorakətləşməsinə səbəb olur. Şorakətlərin əmələgəlmə
prosesi 50-60 ilə başa çatır. Görünür, çəmən –
müxtəlifotlu bozqırların qrunt sularının nisbətən zəif
minerallaşması ilə əlaqədar olaraq, onlar üçün sodalı
şorakətlər, qrunt sularının minerallaşması xeyli yüksək
olan qrunt və səhra bozqırları üçün isə xloridli – sulfatlı
şorakətlər səciyyəvidir.
17.7.Solodlar
Öz xassələrinə görə solodların şorakətlərlə ümumi
cəhətləri çoxdur, bu cəhət onların profil boyu quruluşunun
ümumi görünüşündə və genetik qatlarının xüsusiyyətində
nəzərə çarpır.
Kimyəvi tərkibinə görə, silisium oksidinin yüksək
miqdarı ilə fərqlənən yuyulmuş (duzdan yarı azad olmuş)
qat solodlardan, şorakətlərə nisbətən, daha kəskin (kvars
qatlarının toplanması hesabına) ifadə edilmişdir.
Solodların kimyəvi tərkibində şorakətlərə nisbətən
yuyulma qatı (solodlaşma) daha kəskin ayrılır və
116
Dostları ilə paylaş: |