prosesləri nəticəsində də şoranlıq yaranır. Bu prosesə
impulverizasiya – yəni duzların külək vasitəsilə yayılıb
toplanması deyilir. Klarkın məlumatına görə
impulverizasiya nəticəsində hər km
2
sahəyə 2,0-dən 20,0
tona qədər duz daxil olur.
6. Kənd təsərrüfat təcrübəsində torpaqların
suvarma zamanı şorlaşması da çox yayılmış bir hadisədir.
Müşahidə edilmişdir ki, bir çox şirin sahələr, yəni
şorlaşma olmayan torpaqlar düzgün suvarılmadıqda
müəyyən müddət suvarmadan sonra şorlaşmaya məruz
qalırlar. Belə yolla əmələ gələn şoranlara təkrar şoranlar,
bu hadisəyə isə təkrar şorlaşma adı verilir.
Ümumiyyətlə, V.A.Kovda keçmiş SSRİ ərazisində
torpaqda duzların müasir toplanmasında 4 əyalət
(provinsiya) ayırır:
1. Sulfatlı-sodalı əyalət (buraya Dneprsahili,
Oka-Don, Qərbi Sibirin cənub hissəsi, Amur və Lena-
Vilyuy ovalığı, Orta Volqaboyu aiddir).
2. Xloridli-sulfatlı əyalət (Cənubi Volqaboyu,
Xəzərsahili ovalığın şərqi, Turan ovalığı, Fərqanə,
Amudərya çayının deltası aiddir).
3. Sulfatlı-xloridli (buraya Turan və Qara dəniz
sahili ovalığı daxildir).
4. Xloridli əyalət (buraya Xəzərsahili ovalıq
daxildir).
Hər bir zonanın, yaxud əyalətin torpaqlarında
duzların toplanmasına relyef şəraiti və ərazinin drenləşmə
vəziyyəti böyük təsir göstərir. Şiddətli şorlaşmış torpaqlar
qrunt suyu səthə yaxın olan müxtəlif növ çökəkliklərdə
(depressiyalarda) yayılmışdır. Belə iri depressiyalara
105
Qərbi Sibir, Turan, Xəzərsahili ovalıq, Dnepr və Lena-
Vilyuy ovalıqlarını göstərmək olar.
Şoran torpaqlar iri çayların, məsələn, Volqa, Don,
Dnepr, İrtış, Amudərya, Kür və s. allüvial düzənliklərində,
həm də gölsahili çökəkliklərdə, qədim allüvial terraslarda
və mənfi relyef formaları da yayılmışdır.
17.4. Şoranların təsnifatı və diaqnostikası
Şoranlar 2 tipə bölünür: 1) hidromorf şoranlar; 2)
avtomorf şoranlar.
Hidromorf şoranlar
özlüyündə aşağıdakı
yarımtiplərə bölünür: tipik hidromorf, çəmən, bataqlı,
şorlar, dənizsahili, donuşlu, təkrar (вторичные),
sazovıe və takırlaşmış səhra şoranlar.
Onlar minerallaşmış qrunt sularının dayazda
olduğu şəraitdə inkişaf edirlər.
Avtomorf şoranlar – litogen, qalıq və eol-
təpəcikli şoranlara bölünür. Bunlar dərində yerləşən
qrunt suları şəraitində duzlu (şor) torpaqəmələgətirən
süxurlar üzərində inkişaf edir. Bu şoranların ana süxuru
əksər hallarda üçüncü dövrün, təbaşir və başqa qədim
çöküntülərin elüvisi və delüvisi, həm də dördüncü dövrün
şorlaşmış süxurlarından (məsələn, Xəzər sahilinin
“şokoladlı” gillərindən) ibarətdir.
Tipik hidromorf şoranlar yüksək minerallaşmış
qrunt suları dayazda yerləşən şəraitdə formalaşır.
Bunların profili genetik qatlara zəif ayrılmışdır.
Sudahəllolunan duzlar maksimal miqdarda üst hissədə
toplanmaqla bütün profil boyu yüksəkdir.
106
Çəmən şoranlar da qrunt sularının dayazda
olduğu, lakin xeyli zəif minerallaşdığı şəraitdə inkişaf edir.
Belə şoranların profili genetik qatlara aydın ayrılır.
Çəmən şoranların içərisində karbonatlı-kalsiumlu
şoranlar xüsusilə fərqlənir. Belə ki, başqa şoranlardan
fərqli olaraq az sudahəllolan duzlara malikdir, özləri də
xeyli karbonatlı və humusludur. Belə şoranların üzərində
çəmən bitkiləri yaxşı bitir. Çəmən şoranların arasında çox
zaman sodalı şoranlar da rast gəlinir. Soda bitkilərin
inkişafını güclü məhv edir və məhsuldarlıq belə
torpaqlarda çox azdır.
Şorlu şoranlar dayaz göllərdən və qədim çay
yataqlarından səth sularının buxarlanması nəticəsində
inkişaf edir. Bəzən quruyan göllərin dibi bir neçə santimetr
duz təbəqəsi ilə örtülür. Belə şoranlar bitkilərdən
məhrumdurlar.
Vulkanlardan çirklənmiş şoranlar vulkanların
püskürməsindən səthə çıxmış duz çirklənməsindən əmələ
gəlir.
Dənizsahili şoranlar dəniz çöküntülərinin ən
cavan törəmələridir. Nəm, yumşaq duz qabığına malikdir,
alt hissəsində çoxlu miqdarda balıqqulaqları olan qumlu,
yaxud qumsal təbəqə yerləşir. Torpağın profili xloridlərlə
güclü şorlaşmışdır. 1-2m dərinlikdə acı-duzlu su
müşahidə olunur.
Təkrar şoranlar düzgün aparılmayan suvarma
nəticəsində qrunt sularının səviyyəsinin qalxması,
buxarlanaraq asanhəllolan duzların torpağın üst qatında
toplanmasından əmələ gəlir.
107
Təkrar şorlaşma minerallaşmış qrunt suları 1,5-
2,0m dərinlikdə yerləşdikdə daha intensiv şəkildə inkişaf
edir, qrunt suları 3-4m olduqda daha intensiv sürətdə
şorlaşma baş verə bilər; 6m-dən dərində olduqda
şorlaşma müşahidə olunmur.
Donuşlu şoranlarda az dərində suya davamlı
donuşlu qat mövcuddur. Belə şoranlarda üst qat, yaxud
bütün profil güclü şorlaşmış olur. Duzların tərkibi
müxtəlifdir. Çox zaman xloridli sulfatlı, yaxud sulfatlı-
xloridli şoranlar müşahidə edilir.
Bataqlı şoranlar qrunt sularının çox dayazda
yerləşməsindən inkişaf edir. Bütün profil boyu qleyləşmə
və güclü şorlaşma, bəzən isə üst qatın torflaşması
nəzərə çarpır.
Takırlaşmış (səhra) şoranları səhra zonasında
xüsusi hidrotermik şəraitdə əmələ gəlməklə əlaqədar olub
səthinin özünəməxsus çatlılığı (həndəsi fiqurlar şəklində)
ilə fərqlənir.
Qalıq yaxud relikt şoranlar qalın hidromorf
stadiya ilə əlaqədar şorlaşmış çöküntülər üzərində inkişaf
tapmışdır.
Eol-təpəcikli şoranlar küləklər vasitəsilə
gətirilmiş duzların şoran düzənliklərin ətrafında
toplanması nəticəsində təpəciklərin əmələ gəlməsi ilə baş
verir. Yarımsəhra və səhra zonasının hidromorf
torpaqlarının dərk edilməsində, bu torpaqların
öyrənilməsinin nəzəri əsasını yaratmış K.K.Hedroysın
işləri görkəmli əhəmiyyətə malikdir. Onun nəzəriyyəsinin
davamı kimi şorakət və solod torpaqların morfoloji-genetik
xüsusiyyətlərindən bəhs edirik.
108
Dostları ilə paylaş: |