meşələrin tərkibi müxtəlifdir. Məsələn, Acariyada qırmızı
torpaqlar, tərkibində palıd, vələs, fıstıq və şabalıd
ağacları üstünlük təşkil edən Kolxida meşələri altında
inkişaf edirlər. Meşəyə bitişik sahələrdə həmişəyaşıl
bitkilər bitir. Subtropik meşələrin biokütləsi 400s/h-dan
çoxdur. Töküntülərin miqdarı -210 s/h–a yaxındır.
Rütubətli subtropiklərin ən
səciyyəvi torpaq tipi
qırmızı
torpaqlardır ki, öz rənginə görə adını
almışdır
(şəkil 19.2). Bu,
torpaqəmələgətirən süxurların tərkibi
ilə əlaqədardır. Qırmızı torpaqaların
üzərində
inkişaf
etdiyi
torpaqəmələgətirən süxurlar spesifik
kərpici – qırmızı və narıncı rəngdə
gətirilib çökdürülmüş aşınma
məhsullarından ibarətdir. Bu qat bir
halda əsas (sal) süxurlar, digər halda
eroziyaya uğramış qədim ellüvial
aşınma qabığı üzərində yerləşmişdir.
Qatın rəngi gil hissəciklərinin üzərində
möhkəm əlaqələndiyi dəmir hidroksidin
iştirakından asılıdır. Bu əlaqə o qədər
möhkəmdir ki, hətta qatın uzun müddət turş torpaq suları
ilə yuyulması da onu dağıda bilmir.
Acariyanın qırmızı torpaqlarının profili aşağıdakı
quruluşa malikdir:
A qatı – boz qəhvəyi rəngdə, köklər çoxdur,
strukturu tonavaridir. Qalınlığı 15-20 sm-dir, səthində çox
Şəkil 19.2.
139
vaxt bir neçə santimetr qalınlığında meşə döşənəcəyi
yerləşir.
B qatı – keçid illüvial qat, ilk süxurdan asılı olaraq
qonur-qırmızı və ya sarı-qonur rəngdədir, bərkdir.
Qalınlığı 50-60sm, qırmızı torpaqlarda bol dəmirli və
manqanlı konkresiyalara rast gəlinir.
C qatı – müxtəlif rənglidir, çox vaxt zolaqlı ellüvial
aşınma qabığından və onun qırmızı rəngli çöküntü
materiallarından ibarətdir. Yuxarı hissəsində narın
dispersli mineralların pərdəsi və süzüntüsü nəzərə
çarpır.
Genetik qatların kimyəvi tərkibinə görə, profilin
yuxarı hissəsində silisium oksidinin yüksək miqdarı
diqqəti cəlb edir, onun miqdarı keçid – allüvial qatda
azalır.
Narındispersli hissəciklər B qatında zəif
toplanırlar. Mikroskop altındakı şilliflərdə su ilə gətirilmiş
gilli mineralların törəmələri yaxşı görünür. Bütün profil
boyu torpağın reaksiyası turşdur. A qatında humusun
miqdarı xeyli yüksəkdir - 6-8%. Profil boyu aşağı getdikcə
humusun miqdarı kəskin azalır.
Humusun tərkibində huminlərə nisbətən
fulvoturşular üstünlük təşkil edirlər. Həddindən artıq
rütubətlənmə və yuyan su rejimi qırmızı torpaqların turş
torpaq məhlulları ilə yuyulmasına səbəb olur.
Nəticədə qırmızı torpaqlar podzol torpaqlarla bəzi ümumi
xüsusiyyətlər kəsb edir.
Topraq profilinin üst hissəsindən su ilə
aparılan kimyəvi elementlərin bir hissəsi parçalanmış
töküntülərdən daxil olan kül elementləri ilə kompensasiya
140
edilir. Torpaqəmələgətirən süxurların kalsiumla
zənginliyi torpaqdan kimyəvi elementlərin yuyulmasını
çətinləşdirir. Buna görə əsas süxurların aşınma
məhsulları üzərindəki torpaqlar, turş süxurların aşınma
məhsulları üzərindəki süxurlara nisbətən daha az
yuyulmuşlar.
Tərkibində alminium hidrooksidlərinin, əsasən
hidrargillitlərin olması – Acarıstan qırmızı torpaqlarının
xüsusiyyətidir. Bu yerli süxurların (orta və qələvi
effuzivlərin və onların torpaqlarının) aşınması ilə
əlaqədardır ki, bu halda landşaftın bütün
komponentlərinin səthi və sularının, bitkilərin və
torpaqların alüminiumla zənginləşməsi baş verir.
Acarıstan torpaqları kaolinit qalınlığının aşınma
mineralları ilə zəngindir, bunun nəticəsi olaraq onlar zəif
udma tutumuna malikdirlər və tərkibindəki narındispersli
minerallara görə keçmiş sovet məkanında yayılmış başqa
torpaqlardan fərqlənirlər.
Sarı torpaqlar pis su keçirmə qabiliyyətinə malik
olan gilli şistlər və gillər üzərində əmələ gəlir, nəticədə
bu torpaqların profilinin yuxarı hissəsində çox vaxt
qleyləşmə prosesləri inkişaf edir. Dəmir - üç oksidi
konkresiyalarının əmələ gəlməsini (Romaşkeviç, 1975)
bununla əlaqələndirirlər. Sarı torpaqların profilində çox
vaxt lessivaj prosesi nəzərə çarpır (şəkil 19.3).
141
Şəkil 19.3. Sarı torpaqların bəzi yarımtipləri
Zaqafqaziyanın rütubətli subtropik landşaftlarında
orijinal torpaqlara rast gəlirik, onların profilində dəmirli
yenitörəmələrlə intensiv zənginləşmiş qat vardır. Bəzi
torpaqşünaslar belə güman edirlər ki, bu torpaqların
əmələ gəlməsi gilli hissəciklərin yüksək enerji ilə
yuyulması və su keçirən illüvial qatın əmələ gəlməsi ilə
əlaqədardır. Belə qatın meydana çıxması torpağın
səthdən mövsümü olaraq su ilə zənginləşməsinə,
dəmirin mütəhərrik vəziyyətə keçməsinə və sonradan
çoxlu miqdarda dəmir - üç oksidin toplantılarını əmələ
gətirməklə onun yüksək enerji ilə miqrasiyasına səbəb
olur. Çox güman ki, bu dəmirli yağıntılar qədim
törəmələrinqalıqlarıdır və müasir torpaqlara irsən
keçmişdir. Rütubətli subtropik meşələrin torpaqlarında
azotun, eləcə də bəzi kül elementlərinin miqdarı azdır.
Onların münbitliyini artırmaq üçün üzvi və mineral
142
Dostları ilə paylaş: |