Verilmiş xəritədən görünür ki, şorlaşmış torpaqların
qanunauyğun yayılmasına həm zonal, həm də regional
amillər təsir göstərir.
Qrunt sularının yaxında yerləşməsi və tərləyən su
rejimi tipi - şoranların əmələ gəlməsinin vacib şərtidir.
Əksər hallarda torpağın şorlaşması, tərkibində
duzlar olan suların daxil olması və sonradan
buxarlanması nəticəsində baş verir. Qrunt sularının tərkibi
və onların yerləşdiyi dərinlik mühüm əhəmiyyətə malikdir.
Torpağın üst qatlarının şorlaşması, mümkün olan qrunt
suları səviyyəsinin son dərinliyi kritik dərinlik adlanır
(Polınov, 1956). Qrunt suları torpaq səthinə nə qədər
yaxın olarsa, buxarlanma bir o qədər şiddətlə gedir və
deməli, torpağın şorlaşması yüksəlir, 2m dərinlikdən
başlayaraq minerallaşma kəskin sürətdə artır.
Şəkil 18.2. Keçmiş SSRİ ərazisi torpaqlarında duztoplanan əyalətlər
(V.A.Kovdaya görə, 1946)
129
V.A.Kovda müəyyən etmişdir ki, müxtəlif iqlim
şəraitlərində kritik dərinlik eyni deyildir: y=170+8x+15sm
düsturuna əsasən, orta illik temperaturun yüksəlməsindən
asılı olaraq kritik dərinlik də artır, burada y-kritik dərinlik,
x-orta illik temperaturu göstərir. Məsələn, Qərbi Sibir
torpaqlarında intensiv duztoplanma qrunt sularının 170-
200sm, səhra landşaftlarında isə 300-350sm dərinliyi
şəraitində gedir. Ona görə torpaqların şorlaşması quru və
qaratorpaq bozqırlarında yayılmasına baxmayaraq, o
xüsusilə səhra zonası üçün səciyyəvidir. Qeyd etmək
lazımdır ki, torpaqların şorlaşması, kifayət qədər arid
şəraitlərdə və qrunt sularının yaxın səviyyəsində, hər
hansı bir zonada baş verə bilər. Tayqa, tundra və arktik
zonaların arid rayonlarında olan şoranlar bunu təsdiq edir.
Qrunt sularının buxarlanması duzların tərkibinin
qanunauyğun dəyişməsi ilə müşayiət olunur. V.A.Kovdaya
görə, birinci mərhələdə tərkibində 1-3q/l olan natrium-
karbonatlı; ikincidə-tərkibində 3-5q/l qədər duzlar olan
kalsium-karbonatlı sular əmələ gəlir; üçüncü mərhələdə
duzların 5-10-20q/l qatılığında sulfat-xlorid tərkibli suların
olması ilə fərqlənir; dördüncü mərhələyə 30-50 (100-150)
q/l-dən çox duzlar olan sulfat-xloridli sular uyğundur.
Qrunt sularının zəif minerallaşması zamanı
hidrokarbonatlar üstünlük təşkil edir. Duzların miqdarı
artdıqca sulfatlar üstünlük təşkil etməyə başlayırlar. Qrunt
çox yüksək dərəcədə (15-20q/l-dən çox)
minerallaşmasına xloridli-qumlu tərkib səbəb olur.
Nisbətən yaxşı rütubətlənən rayonlarda, qrunt
sularının minerallaşması, bir qayda olaraq yüksək ola
bilməz, bu sularda karbonatlar və bikarbonatlar əsas rol
130
oynayırlar. Bütün başqa şəraitlərin bərabər vəziyyətində
aridliyin yüksəlməsi ilə sulfatlar və xloridlər daha mühüm
əhəmiyyət kəsb edirlər.
Suyun yuxarıya hərəkəti və buxarlanması zamanı
onların minerallaşması tədricən yüksəlir. Bu, duzların
qanunauyğun olaraq çökməsinə səbəb olur. Qrunt
sularının səviyyəsindən bir qədər yuxarı məsafədə çətin
həll olan duzlar, torpağın yuxarı qatlarında isə asan həll
olan duzlar çökür.
Şoran torpaqların bitki örtüyü olduqca
özünəməxsusdur. Onlar torpaqda xeyli miqdarda duzların
olması şəraitində yüksək dərəcədə uyğunlaşmışlar. Bəzi
bitkilər xüsusi su parenximinə malikdirlər ki, onlar duzların
daha zəif qatılığı zamanı (yağıntılar düşən zaman) su ilə
dolurlar. Holofitlər, şoran otlar, hüceyrə şirəsinin yüksək
təzyiqinə malikdirlər və buna görə suyu hətta yüksək
şorlaşma zamanı da mənimsəyə bilirlər.
Şoranlar üçün suda həllolan duzların
paylanmasının xüsusilə mühüm əhəmiyyəti vardır. Buna
görə də bu torpaqların profili boyu kimyəvi elementlərin
paylanmasını bütün torpaq kütləsində deyil, sulu
çəkintilərdə öyrənirlər. Kimyəvi analizlərin məlumatlarına
görə şoranların duzluluq profilini tərtib edirlər, bu halda
sıfır xəttindən sola tərəf kationların, sağa isə anionların
miqdarını göstərirlər. Morfologiyasından asılı olaraq
qabarıq, qaysaqlı, yaş (nəm) şoranlar ayrılır. Qabarıq
şoranların üst qatı xırda topavari struktura və çox yumşaq
kipliyə malikdir. Duzların kimyəvi tərkibində natrium sulfat
üstünlük təşkil edir, bu da yüksək dərəcədə yumşaqlığa
şərait yaradır. Qaysaqlı şoranların səthindəki qaysağa
131
duzlar möhkəm hopmuş olur. Yaş şoranlar kalsium və
maqnezium xloridlərin toplanması ilə əlaqədardır, onlar
yüksək hiqroskopik xassələrə malikdirlər və torpağın
səthini rütubətli saxlayırlar.
Takırlar səhra zonasının orijinal hidromorf
torpaqlarıdır. Bu torpaqlar, yaxında (ətraf sahələrdə)
yerləşən yüksəkliklərdən gətirilmiş, tozlu-gilli hissəciklərin
prollüvial yığınlarından ibarət olan müəyyən
torpaqəmələgətirən süxur üzərində əmələ gəlirlər.
Takırlar lilli prollüvilərin toplandığı relyef
elementlərində yerləşirlər. Onlar, xüsusilə yastı dağətəyi
düzənliklərdə, eləcə də zəif enişlərdə və barxanlarası
çökəkliklərdə geniş yayılmışdır (şəkil 18.3).
Belə sahələrdə qısa müddətli səthi rütubət çoxluğu
yaradan, yaz bə payız-qış yağıntıları tutulub saxlanılır.
Takırların xarici görünüşü olduqca səciyyəvidir: bu 2-dən
8-10 sm-ə qədər dərinlikdə çoxbucaqlı çatlara
parçalanmış, düz poliqonal gilli səthdən ibarətdir (15-ci
şəkil). Çox vaxt metlax (kafel) kimi düz çoxbucaqlıların
səthində külli miqdarda tozlu-gilli kütlə ilə qarışması,
borucuq şəklində bükülmüş yosunların təbəqələri (kök
yarpağı) mövcuddur. Burada ali bitkilər yoxdur.
N.İ.Bazileviçin hesablamalarına görə, takırların biokütləsi
təxminən 1s/h-a bərabərdir, töküntülər də elə bu qədərdir.
132
Dostları ilə paylaş: |