Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə86/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   106

örtüyünün   1/4   hissəsinə   yaxını   dağ   yamaclarının,   3/4

hissəsi   isə   düzənlik   torpaqlarının   payına   düşür   (Şəkil



22.3).

Şəkil  22.3. Yer kürəsinin quru səthində əsas   torpaq tiplərinin

paylanması.

Qurunun paylanması torpaq örtüyünə uyğun olaraq

Yer səthində qeyri-bərabərdir. 5–ci cədvəldən göründüyü

kimi torpaqların ən böyük sahəsi tropik qurşaqda (42%)

cəmləşmişdir,  ən   az   isə   qütb   qurşağında   (4%)   yerləşir.

199



Torpaq örtüyünün sahəsi subtropik, subboreal və boreal

qurşaqlarda demək olar ki, bir-birinə çox yaxındır.

Atmosferin   rütubətlənmə   dərəcələrinə   görə

fərqlənən torpaq kateqoriyaları arasında ən çox yayılanı

humid ərazilərin torpaqlarıdır. Misal üçün, daimi rütubətli

tropik   landşaftlarının   qırmızı   və   sarı   torpaqları   bütün

dünya torpaq örtüyünün 25,9 mln km

2

, yaxud 19,4%-ni,



boreal qurşağın humid torpaqları 23,7 mln km

2  


(18,0%)

təşkil edir. Mövsümi rütubətlənən tropik torpaqlar böyük

ərazidə   17,4   mln   km

2

  (13,0%)   sahədə   yayılıbdır.  Xeyli



ərazidə   subboreal   qurşağın   subarid   torpaq   vilayət

torpaqları   (qara   və   şabalıdı)   və   subtropik   qurşağın

mövsümi rütubətlənən vilayətlərinin torpaqları (qəhvəyi və

boz-qəhvəyi) ilə örtülmüşdür.

Çox nəhəng sahəni səhra və yarımsəhra əraziləri

tutur.Tropik   qurşaqda   arid   vilayətlər   13,0   mln   km

2

,

subtropikdə 10,6 və   subborealda isə 7,9 mln km



2

  təşkil


edir

 (

Cədvəl 22.2.).

Yarımsəhra   və   səhra  torpaqlarının  ümumi  sahəsi

demək   olar   ki,   dünya   torpaq   örtüyünün   1/4   hissəsinə

bərabərdir.

Keçmiş SSRİ-nin torpaq örtüyü də xeyli müxtəlifdir:

o, özünə 100-ə qədər torpaq tipini daxil edir. Ən böyük

sahəni   boreal-meşə   landşaftı   torpaqları   (qleyli-podzollu,

podzollu, çimli-podzollu, donuşlu tayqa) tutur ki, bu bütün

MDB   ərazisinin   33%-ni   təşkil   edir.   Tundra   və   arktika

torpaqları 8,9%, boz-meşə torpaqları 3,2%, qara torpaqlar

(dağ   da   daxil   olmaqla)   8,2%,   şabalıdı   torpaqlar   -3,9%

sahə   tuturlar.   Dağlıq   vilayət   trpaqları   MDB   ərazisinin

200



28,9%-ni  təşkil etməklə,  ən çox dağ-meşə (dağ-podzol,

donuşlu-tayqa) torpaqlarından ibarətdir.

 

Cədvəl 22.1. Dünya qurusunda torpaq-iqlim qurşaqları və

vilayətləri üzrə torpaq örtüyünün paylanması* (N.N.Rozov

və M.N.Stroqanova görə, 1979)

13

Qurşaqlar

Vilayətlər

Rütubətli(humid)

Keçid

Quru


arid

Cəmi


Tropik

19,4


25,9

13,0


17,4

9,75


13,0

4,2


56,3

Subtropik

5,0

6,6


6,4

8,6


8,0

10,6


19,4

25,8


Subboreal

4,5


6,0

5,9


7,9

5,9


7,9

16,


   3

21,9


Boreal

17,9


23,7

-

-



17,9

23,7


Qütb

4,2


5,7

-

-



4,2

5,7


22.2. Dünyanın torpaq sərvətləri

Torpaq örtüyü sənayenin müxtəlif sahələri sənaye,

nəqliyyat,   şəhər   və   kənd     tikinti   işləri   üçün   xammal

mənbəyi   təşkil   edir.   Son   zamanlarda   torpaqların   xeyli

sahəsi rekreasiya məqsədləri-qoruqlar və qoruq əraziləri

yaradılması   üçün   istifadə   edilir.  Lakin   torpaq   örtüyünün

13 

*surət ümumi sahədən %-i, məxrəc isə mln km

2  

sahəni

göstərir.

201



əvəzedilməz   sərvət   kimi   ən   ümdə   qiyməti   insan

cəmiyyətini qida məhsulları ilə təmin etməkdən ibarətdir.

Bu   axırıncı   ən   əvvəl   kənd   təsərrüfat   istehsalı

texnologiyasını   müasirləşdirmək,   torpağın   münbitliyini

yüksəltmək, bitkilərin məhsuldarlığını artırmaq və ikincisi,

əkin   sahələrini   genişləndirməkdən   ibarətdir.  Hal-hazırda

adambaşına düşən qida məhsulları ilə tam təmin olunmaq

üçün hər adama 0,3-0,5 hektar əkin sahəsi tələb olunur.

Yer   kürəsinin   müasir   əhali   sayı   6   milyard   və   bir   qədər

artıq təşkil edir ki, indiki torpaq sahəsi bu təlabatı demək

olar ki, ödəyir. Lakin XXI əsrin başlanğıcında planetimizin

əhalisi   6,5-7   milyarda   çatacaqdır   ki,   bu   zaman   adam

başına düşən əkin sahəsi 0,2-0,3ha qədər azalacaqdır.

Uzun müddət kənd təsərrüfat məhsullarının artımı

əkin sahələrini artırmaq hesabına ödənilmişdir. Belə hal

müharibədən   sonrakı   onilliklərdə   (1940-dən   1975-i   ilə

kimi), yəni 35 il ərzində əkinçilik sahələrinin 2dəfə artması

ilə izah oluna bilər.

M.V.Andrişinin   və   P.F.Loykonun   (1980)

hesablamalarına   görə   becərilən   sahələr   (əkin,bağlar   və

s.) 15,7 milyon km

2

 təşkil edir. Bu, dünyanın torpaq örtüyü



sahəsinin   cəmi   11%-ni   və   Planetimizin   səthinin   3%-ni

təşkil edir. İlk baxışda belə görünür ki, planetdə əkinçilik

sahələri   ehtiyatı   xeyli   böyükdür.   Həqiqətdə   isə   heç   də

belə   deyildir.  FAO-nun   məlumatına   görə   dünya   qurusu

səthinin 70%-ə yaxını əkinçilik üçün yararlı deyil, ən yaxşı

torpaqlar artıq kənd təsərrüfat istehsalı dövriyyəsinə cəlb

edilmişdir.   Sual   olunur:   torpaq   sahələri   necə   istifadə

edilir   ,   hansı   torpaq   qruplarında     hələ   istifadə   üçün

ehtiyat mənbələri vardır?

202



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə