Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə87/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   106

N.N.Rozov   və   M.N.Stroqanovanın   məlumatlarına

əsasən   (5-ci   cədvəl)   becərilən   torpaqların     ən   böyük

massivləri   subboreal   qurşağın   torpaqlarındadır.   Başqa

bioiqlim   quşaqları   arasında   ən   çox   mənimsənilən

subboreal   qurşağın   torpaqlarıdır.  Enliyarpaqlı   meşələrin

və prerilərin torpaqları (qonur meşə, tünd preri torpaqları)

33%, bozqır torpaqları 31% və hətta subboreal səhra və

yarımsəhra     torpaqlarının   2%-i   şumlanmaya   məruz

qalmışdır.   Ümumilikdə   subboreal   qurşağın     şumlanan

torpaqları dünya torpaq örtüyündən  cəmi 3,4% təşkil edir.

Subtropik   qurşaq   torpaqları   da   xeyli   mənimsənilmişdir.

Mövsümi   rütubətlənən   landşaftların   torpaqları   (qəhvəyi,

boz-qəhvəyi) ümumi ərazinin 25%-ni, rütubətli   subtropik

meşələrin    torpaqlarının   (qırmızı   və   sarı)   20%-ə   qədəri

şumlanmaya   məruz   qalmışdır.  Bütün   şumlanan   ərazilər

bu qurşaqda  dünya torpaq örtüyünün  3,1%-ni təşkil edir.

Lakin bu qurşağın   ərazisi   4 dəfə   subtropik qurşaqdan

çoxdur, buna   görə də tropik torpaqların   mənimsənilmə

dərəcəsi böyük deyil. Qırmızı və sarı  ferralit torpaqları bu

torpaqların   tutduğu   ərazidən     cəmi   7   %,   mövsümi

rütubətlənən     landşaftların     torpaqlarının   (qırmızı

savanna,bərkimiş qara) isə 12%-i şumlanır.

Boreal   qurşağın   əkinçilikdə mənimsənilməsi çox

böyük   deyildir.  Burada   çimli-podzol   və   qismən     podzol

torpaqlar (cəmi bu torpaqların 8%-i) istifadə edilir. Boreal

qurşağın   şumlanan torpaqları   dünya torpaq örtüyünün

cəmi   1%-i   qədərdir.   Qütb   qurşağının   torpaqları     isə

əkinçilikdə  istifadə edilmir.

Hərgah   materiklərin   torpaq   örtüyünün   əkinçilikdə

qiymətləndirilməsinə gəldikdə, aşağıdakı vəziyyət  nəzərə

203



çarpır (cədvəl 22.2). 1981-ci il vəziyyətinə görə Avropanın

(keçmiş   SSRİ-siz)   torpaq   örtüyünün     30,8%-i,  Asiyanın

(SSRİ-siz)   20,2%-i     şumlandığı   halda   Afrikanın   cəmi

14,4%-i şumlanır. Şimali və Cənubi Amerikanın çox böyük

sahəsində     əkin   sahələri   cəmi   3,5%   təşkil   edir.   Buna

bənzər hal Avstraliya və Okeaniyadır.

                                                               

Cədvəl 22.2. Kontinentlər üzrə torpaq örtüyünün əkinçilikdə

istifadəsi (M.A.Qlazovskayaya görə, 1981)

Kontinentlər

Ümumi sahə

milyon km

Becərilən sahələr

Milyon,km

Kontinentin

sahəsindən,%-lə

Avropa (SSRİ-

siz)


4,93

1,52


30,8

Asiya  (SSRİ-

siz)

27,58


5,57

20,2


Şimali və

Cənubi Amerika

17,79

0,62


3,5

Afrika


30,21

2,60


14,4

Avstraliya və

Okeaniya

8,53


0,35

4,1


Ümumi sahə

(SSRİ-siz)

113,30

13,27


11,7

Müxtəlif torpaqların   əkinçilik   üçün   qeyri-bərabər

əhatə edilməsi, bu torpaqların  hansının  becərməyə daha

faydalı  və daha rahat olması ilə əlaqədar olmuşdur. Belə

torpaqlara qara torpaqları, tünd preri torpaqlarını, boz və

qonur meşə   torpaqlarını misal göstərmək olar. Heç də

təsadüfi deyil ki, XX əsrin birinci   yarısında   bütün   əkin

sahələrinin   yarısı bu torpaqlarda cəm edilmışdir. Qeyd

edək ki, göstərilən   torpaqların   tutduğu ərazinin yarıdan

azı şumlanır. Bununla belə gələcəkdə bu torpaqlarda əkin

204



sahələrini artırmaq   bir sıra səbəblərdən çətinlik   törədir.

Birincisi, göstərilən torpaqların arealları çox güclü şəkildə

məskunlaşmaya   məruz qalıb, burada müxtəlif   sənaye

obyektləri  vardır, ərazi sıx nəqliyyat magistri şəbəkəsi ilə

parçalanmışdır.  İkincisi,   gələcəkdə     çəmənliklərin,   nadir

təbii     meşə   massivlərinin     və   süni   meşə   ağaclarının,

parkların və başqa rekreasiya obyektlərinin   şumlanması

ekoloji   cəhətdən   qorxuludur.   Deməli,   ehtiyat     torpaq

sahələrini başqa torpaq qruplarının   yayıldığı   ərazilərdə

axtarmaq lazım gəlir. Dünya miqyasında   əkin sahələrini

genişləndirməyin   perspektiv   imkanları   ilk   dəfə

L.N.Prasolov    və   N.N.Rozov  tərəfindən   təhlil   edilmişdir.

Sonralar belə hesablamalar  dəfələrlə xarici və MDB ölkə

torpaqşünasları     tərəfindən     aparılmışdır.   Xüsusilə   bu

cəhətdən     B.Q.Rozanov   (1977),   N.N.Rozov   və

M.N.Stroqanovanın   (1979)   ekoloji   şərait     nəzərə

alınmaqla     apardıqları   hesablamalar   maraqlıdır   (cədvəl

22.3).   Onların   məlumatına   görə     əkinçiliyi     ekoloji

cəhətdən   artırmaq     8,6   milyon   km²   otlaqların     və   3,6

milyon   km²   meşələrin   hesabına     ola   bilər.  Bunun   üçün

əkin   işi     əsasən   rütubətli     tropik   və   qismən   tayqa

meşələrində,   otlaq   sahələrində   isə   mövsümi     rütubətli

tropiklərdə  və subtropiklərdə, həm də az şəkildə rütubətli

tropiklərdə, yarımsəhra və səhralarda aparılması nəzərdə

tutulur.

Yuxarıda     göstərilən   tətqiqatçıların     proqnozuna

görə  ən çox  miqdarda əkin torpaqları gələcəkdə  tropik

qurşaqda  cəm edilməlidir, ikinci yerdə subtropik  qurşaq

torpaqları,   üçüncu   yerdə     əkinçiliyin     əsas     ənənəvi

bazası     olan   subboreal     qurşaq   torpaqlarında   (qara,

205



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə