Əsaslari iLƏ Azərbaycan RespublikasıTəhsil



Yüklə 2,52 Mb.
Pdf görüntüsü
səhifə95/106
tarix21.10.2017
ölçüsü2,52 Mb.
#6374
növüDərs
1   ...   91   92   93   94   95   96   97   98   ...   106

bir   daha   sübut   edir.  Bu   torpaqlar       karbonatlı   olmaqla

HCl   təsirindən bütün profil boyu qaynayır. Karbonatların

miqdarı aşağı qatlara getdikcə 20–30 % kimi artır, aşağı

qatlarda karbonatlar kif və damarlar şəklində yayılmışdır.

Boz-qəhvəyi   torpaqlar   udulmuş   əsaslardan

doymuşlar.   Udulmuş   əsaslar   içərisində   Ca     və     Mg

kationları üstünlük təşkil edir. Bu torpaqlar zəif qələvi və

qismən   qələvi   reaksiyaya       malikdir.   Bəzi   hallarda

müstəsna   deyilsə   boz-qəhvəyi   torpaqlarda   şorlaşma

əlamətləri müəyyən edilməmişdir.

Aparılan   laboratoriya tədqiqatları göstərmişdir ki,

bu torpaqların 1 kq–da mütəhərrik kalium 20 - 50 mq – a

çatır.  Ümumi   kalium   isə   torpaq       profili   boyu   1,5-2,7%

arasında   dəyişir.   Mənimsənilə   bilən   fosfor   ehtiyatına

gəldikdə   isə,   onun   miqdarı   hər   kq   torpaqda   10-25   mq,

bəzən 50 mq təşkil edir. Beləliklə, deyilənlərdən     belə

nəticə çıxır ki, boz - qəhvəyi   torpaqların   yuxarıda   qeyd

etdiyimiz xassələri (qida ehtiyatı, şorlaşmamsı, karbonatlı

olması,   skeletliliyi   və   s)   mühüm   əhəmiyyətə   malik

olmaqla,   üzümçülüyün   inkişaf   etdirilməsi   üçün   şərait

yaradır.   Hələ         Azərbaycanın   ilk   tədqiqatçıları   olan

S.A.Zaxarov və V.V.Akimtsev də   keyfiyyətcə    ən yaxşı

ağ   və   qırmızı   süfrə   çaxırı   verən   üzümlüklərin   bu

torpaqlarda yetişdiyini qeyd etmişdir.

Məlumdur   ki,   Gəncə   və   Şəmkir   rayonlarının

dağətəyi hissəsində boz-qəhvəyi torpaqlarda üzümlüklər

az suvarılır,   hətta Bayan kəndində və başqa sahələrdə

suvarılma   tamamilə   tədqiq   edilmir.     Həmçinin       550-

1000m   arası   yüksəkliklərdə   yerləşən   Şamaxı,   Mərəzə,

Ağsu üzümlükləri haqında da bunu demək olar. Bununla

belə   həmin   rayonların   torpaq-iqlim   şəraitində   lazımınca

keyfiyyətli üzüm məhsulu aldığını inkar etmək olmaz.

234



8. Dağ qara   torpaqları

Qara torpaqlar   Azərbaycanın dağətəyi, alçaq və

orta dağlıq   zonalarında     ayrı-ayrı   massivlər şəklində

yayılmışdır. Onlar başqa torpaqlar kimi geniş qurşaq təşkil

etmir.   Ərazi cəhətincə ən çox   Böyük və Kiçik Qafqaz

torpaq   vilayətlərinin bozqır və meşə-bozqır zonalarında

yayılmışdır. Əksərən dəniz səviyyəsindən 550 – 800m və

1200-1500m   yüksəkliyə   kimi   olan   sahələri   tutur.   Meşə

zonasında   relyefin   yastı   elemtlərinin   yayılması       qara

torpaqların meşə mənşəli olmasına əsas verir.

Qara  torpaqların   yayıldığı  zonada iqlim mülayim

isti  və  az  rütubətlidir.  Burada  bəzən  buxarlanma  düşən

yağıntıların miqdarından 1,5-2,0 dəfə artıq olur.

Bitki   örtüyü   bozqır ot bitkilərindən ibarətdir. Bu

bitkilər torpağın üst qatında zəif də olsa çim qatı əmələ

gətirməklə   yüksək   humuslaşma   prosesinə   və   dənəvər

struktura yaranmasına səbəb olmuşdur. 

Qara   torpaqların  ana   süxurları,   lösəbənzər   və

karbonatlı   gillicələr,   gillər,   mergelli   əhəng   daşları   və

onların

 

aşınma



 

materiallarından

 

ibarətdir.



Torpaqəmələgətirən   süxurların   litoloji   tərkibi   əksər

hallarda   özünü   onların   karbonatlı   olması   və   mexaniki

tərkibində biruzə verir. Relyef şəraitindən, xüsusilə onun

meyillik dərəcəsindən asılı   olaraq qara torpaqların yuxa

və skeletli növlərinə təsadüf olunur.

Respublikamızda   yayılmış   qara   torpaqlar   S.A.

Zaxarov, V.V. Akimtsev, İ.Z.İmşenetski, B.A. Klopotovski,

H.Ə. Əliyev, V.R.Volobuyev, M.E.Salayev, K.A.Ələkbərov

və başqaları  tərəfindən öyrənilmişdir.

Son   vaxtlarda   Azərbaycanda   qara   torpaqların

coğrafi yayılması, onların bəzi morfogenetik xüsusiyyətləri

və fiziki-kimyəvi xassələri G.A.Salamov tərəfindən ətraflı

öyrənilmişdir.

235



Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda qara

torpaqların mənşəyi haqqında vahid bir fikir olmamışdır.

Bəzi   mütəxəssislər   qara   torpaqların   ilkin   bozqırlar

üzərində   əmələ   gəldiyini,   bəziləri   isə   onların   meşə

mənşəli olduğunu söyləmişlər.

Torpaqəmələgəlmə   şəraitindən     asılı   olaraq

Azərbaycanda yayılmış qara torpaqların aşağıdakı yarım

tipləri müəyyən edilmişdir:

a) yuyulmuş dağ–qara torpaqlar, b) bərkimiş dağ–

qara torpaqlar, c) karbonatlı dağ – qara  torpaqlar, d) adi

dağ–qara torpaqlar.

Yuyulmuş dağ – qara torpaqlar   humus qatının

xeyli   qalınlığı,   karbonatların   dərinə   yuyulması   və   yaxşı

strukturalılığı   (dənəvari,   torpaqvari   –   tozvari)   ilə   nəzəri

cəlb  edir.  Çürüntü  qatı qara rəngə malikdir, illiviual qat

yaxşı ifadə edilmişdir. Bəzən aşağı qatlarda (80-90 sm-

dən aşağı) ləkələr və damarcıqlar     şəklində karbonatlar

rast   gəlinir.  Humus   qatının   qalınlığı   relyef   şəraitindən   ,

yəni   meyillik dərəcələrindən asılı olaraq dəyişir.   Əksər

hallarda bu     qalınlılıq “A”   qatını əhatə edərək, 45 – 70

sm və daha çox (90sm-dək) olur (Şəkil, 23.5.a).

Yuyulmuş     dağ   –qara   torpaqlar     gilli   –   mexaniki

tərkibə malikdirlər. Fiziki gilin miqdarı 70 – 80% arasında

dəyişir.  Humusun  miqdarına  gəldikdə  bu  üst  qatda  4  –

4,5% , ümumi azot, 0,30 -   0,36% təşkil edir. CaCO

3

   –


yalnız   C   qatında   rast   gəlinməklə   23   –   27   %-ə   çatır.

Torpağın   reaksiyası   zəif   qələvi   və   qələvidir.   Udma

kompleksi   kalsium   və   maqnezium   ilə   doymuş   olub,

natrium (1,5mq-ekv) tabeli vəziyyət təşkil edir.

Bu   torpaqların   bəzi   sahələrdə   yuxa   növləri   də

vardır.   Əsas   etibarı   ilə   dənli   və   texniki   bitkilər   altında

istifadə   olunur.   Xüsusilə   bu   zonada   dəmyə   şəraitdə

qarğıdalı bitkisi yaxşı məhsul verir.

236



Yüklə 2,52 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə